Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5381/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı tərəfindən verilmiş (Maraqlı şəxs1) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı tərəfindən verilmiş (Maraqlı şəxs1) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/18/2024-01031 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, birinci tərəf İddiaçı qismində ikinci tərəf Maraqlı şəxs1 ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Müraciətləri əsasında MŞB/18/2024-01031 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsizamanı Maraqlı şəxs1 ilə müəyyən razılaşmamız olmuş və bu barədə aramızda xx.xx.2024-cü il tarixli Barışıq Sazişi imzalanmışdır.Barışıq Sazişi bizim və mediatorun imzası ilə təsdiq olunmuş və mediatorun möhürü ilə möhürlənmişdir. X2 təsdiq olunmasına baxmayaraq BabayevaGünel Dünyamin qızı tərəfindən Sazişin şərtləri ilə bağlı mübahisə edilmişdir. Qeyd edim ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-cimaddəsi ilə müəyyən olunmuşmüddət keçmişdir. MPM-in355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra10 gün müddətində baxılır. MPM-in355- 25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və yatəsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbuledir. Hesab edirəm ki, MŞB/18/2024-01031 nömrəli, xx.xx.2024-cüil tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
2. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01031 nömrəli barışıq sazişinə əsasən:
1. Tərəflər onlar arasında xx.xx.2005-ci il tarixdə 1208 №-li reyestr qeydi ilə Səadət Sarayında qeydə alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar.
2. Birinci tərəf kimi çıxış edən İddiaçı onların birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü İddiaçı Əli oğlunun ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs1 yanında qalmasına razılıq verir.
3. Tərəflər arasında alimentə dair heç bir mübahisə yoxdur.
4. Tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 5 sot torpaq sahəsi üzərində pay hüququnun onlar arasında ½ olaraq müəyyən edilməsinə razılıq verirlər.
5. Tərəflər razılığa gəlirlər ki, İddiaçı mülkiyyətində olan **-DN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (hibrid) markalı minik avtomoilini ödladları yetkinlik yaşına çatdıqdan sonra notarial qaydada X1 adına rəsmiləşdirəcəklər.
6. Birinci tərəf kimi çıxış edən İddiaçı uşağın hazırlıq dərslərinə dair dərslər bitənə qədər hər ay 650 manat məbləğində əlavə xərcini ödəyəcəyini öz öhdəsinə götürür.
7. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (300 manat) Birinci tərəf kimi çıxış edən İddiaçı ödəyir.
8. Məhkəmə maraqlı şəxsi dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
5. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
7. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
10. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
11. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Tərəflər onlar arasında xx.xx.2005-ci il tarixdə 1208 №-li reyestr qeydi ilə Səadət Sarayında qeydə alınmış nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar.
2. Birinci tərəf – İddiaçı onların birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 ikinci tərəf – Maraqlı şəxs1 (ananın) yanında qalmasına razılıq verir.
3. Tərəflər arasında alimentə dair heç bir mübahisə yoxdur.
4. Tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 5 sot torpaq sahəsi üzərində pay hüququnun onlar arasında ½ olaraq müəyyən edilməsinə razılıq verirlər.
5. Tərəflər razılığa gəlirlər ki, İddiaçı mülkiyyətində olan **-DN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (hibrid) markalı minik avtomobilini övladları yetkinlik yaşına çatdıqdan sonra notarial qaydada X1 adına rəsmiləşdirəcəklər.
6. Birinci tərəf - İddiaçı uşağın hazırlıq dərslərinə dair dərslər bitənə qədər hər ay 650 manat məbləğində əlavə xərcini ödəyəcəyini öz öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil