Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5412/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən dəymiş maddi ziyanın əvəzi olan 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həmkəndlisi Cavabdeh polis mayoru rütbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində xidmət edərkən ona övladı X1 tanışları vasitəsilə Şəki rayonu Orta Zəyzid kənd məktəbinə müəllimə kimi işə qəbul etdirəcəyinə dair vəd verib, tanışı X2 vasitəsilə X3 bu məsələni 5000 manat müqabilində həll edəcəyini bildirmişdir. Cavabdeh onun əmlakını ələ keçirmək məqsədilə qızının müəllimə kimi işə qəbul edilməsi üçün 12000 manat məbləğində pulun istənilməsini, həmin pulun 8000 manatının əvvəlcədən, 4000 manatının isə iş düzələndən sonra ödənilməli olması barədə yalan məlumat verərək onu aldatmış, etibarından suiistifadə etmiş və ondan 8000 manat məbləğində nağd pul vəsaitini almış, 5000 manat pulu Kənan Qasımova çatdırılması üçün Bəhruz İlyasova verərək ona məxsus həmin pulun 3000 manatını ələ keçirməklə dələduzluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-415/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabar 2024-cü il tarixli 1(103)-2240/2024 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(007)-415/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)- 970/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilir ki, iş materiallarından görünür ki, hazırkı cinayət işi zərərçəkmiş şəxs İddiaçı Mövlan oğluna məxsus xeyli miqdarda əmlakın aldatma yolu ilə ələ keçirilməsi faktı üzrə başlansa da, istintaq orqanı nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus 8000 manat puldan yalnız 3000 manat miqdarında pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş əməlləri nəticəsində İddiaçı 3000 manat məbləğində ziyan vurması təsdiq edildiyindən məhkəmə həmin ittihamı sübuta yetirmiş hesab edərək Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən dələduzluq əməlləri nəticəsində ona 3000 manat məbləğində ziyan vurulmuş, bu səbəbdən də o, iqtisadi dəyərə malik əmlakından, pulundan məhrum olmuşdur. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili İddiaçı AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmişdir. Odur ki, iş üzrə məhkəmə hazırlıq və məhkəmə baxışı iclasları olmaqla bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək işin məhkəmə baxışına təyin edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 4 ildir ki, iddiaçıya pulu verməyə çalışsa da, o, həmin pulu qəbul etməyib. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı məhkəmənin icraatında olan cinayət işinin gedişinə görə pul götürmədiyini hesab etmir. 3000 manat borcunun olduğunu qəbul edir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 970/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(007)-415/2024 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, hazırkı cinayət işi zərərçəkmiş şəxs İddiaçı məxsus xeyli miqdarda əmlakın aldatma yolu ilə ələ keçirilməsi faktı üzrə başlansa da, istintaq orqanı nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus 8000 manat puldan yalnız 3000 manat miqdarında pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi hakim), Qədim Babayev və Zamin İbrahimov) 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(007)-415/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmiş, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, Cavabdeh tərəfindən İddiaçı qarşı dələduzluq yolu ilə maddi ziyanın vurulması faktı müxtəlif instansiya məhkəmələrinin qanuni qüvvədə qalmış qərarları ilə təsdiq olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-415/2024 saylı hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2240/2024 saylı qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-970/2025 saylı qərarından görünür ki, Cavabdeh iddiaçıya məxsus 8000 manat məbləğində pul vəsaitindən yalnız 3000 manatını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, cinayət işində sübuta yetirilmiş əməllər mülki iş üzrə də hüquqi nəticə doğurur və cavabdehin iddiaçıya vurduğu 3000 manat məbləğində maddi ziyan təsdiqlənmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulımazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və yasonralar aradan qalxmış əsasasöykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunlazərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdeh məhkəmə iclasında borcun mövcudluğunu qismən etiraf edərək 3000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmadığını bildirmişdir. Cavabdehin təsvir edilmiş izahatı onun üzərində maddi öhdəliyin mövcud olmasını bir daha təsdiq edir və tələb olunan məbləğin ödənilməməsinə dair etibarlı əsas yaratmır. Məhkəmədə tədqiq edilmiş sübutlar — cinayət işinin materialları, məhkəmə aktları və cavabdehin öz izahatı — əsasında müəyyən edildi ki, iddiaçının tələbi hüquqi baxımdan əsaslı və sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5412/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5412/2025
18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver