Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-549/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilərin payına uyğun şəkildə bölünməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilərin payına uyğun şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsü, naturada bölgü mümkün olmadıqda, həmin əmlakın açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylarına uyğun bölgüsüna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, B.Səfəroğlu küçəsi ev 76 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6085 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı daşınmaz əmlakın yardımçı sahələri ilə birlikdə naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Prosessual qənaət prinsipinin tələbləri və mülki iş üzrə əlavə xərclərin qarşısının alınması məqsədilə sözügedən rəyin yaxın zamanlarda digər mülki iş üzrə qəbul edilməsi xüsusatı nəzərə alınmaqla məhkəmə tərəfindən yenidən müvafiq ekspertizanın təyin edilməsinə hüquqi zərurət görülməmişdir. Məhkəmə tərəfindən cavabdehlərin hər birinə kompensasiya ödənilməklə iddiaçıya məxsus payın əldə edilməsi təklif edilsə də, cavabdehlər təklifi qəbul etməmişlər və ümumilikdə iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6085 nömrəli rəyini və cavabdehlərin mövqeyini nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi mülki qanunvericiliyin tələbləri çərçivəsində müdafiə olunmalıdır. Məhkəmə nəzərə alır ki, paylı mülkiyyət üzrə İddiaçı payı digər payçılarının hər birinə münasibətdə daha çox, yəni 5/12 hissədə təşkil edir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyini əsas götürür. Yəni, hazırki mübahisə üzrə müvafiq mərhələlərin yoxlanılması təmin edilmişdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılmaqla satış pulu mülkiyyətçilərin mülkiyyət paylarına mütənasib olaraq bölünməlidir. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilərin payına uyğun şəkildə bölünməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılmaqla satış pulu mülkiyyətçilərin mülkiyyət paylarına mütənasib olaraq bölünsün. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-549/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-549/2024
15.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver