Məhkəmə qərarları › İş №e-2(004)-5553/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5553/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5553/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər:kredit müqaviləsi,overdraft) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 792,05 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********0944-147082 saylı kart hesabı açılmış və ona kart verilmişdir. xx.xx.2023-cü il tarixində müştəri balansında olan 1717,05 manat vəsaitdən 1700 manatı kartdan karta köçürmə etmiş, balansında 17,05 manat vəsait qalmasına baxmayaraq 869,68 manat kredit ödənişi edərək kartda 852,63 manat borc yaratmışdır. 20.04.24-cü il tarixində 3000 manat balansa vəsait qoymuş yaranmış borc silinərək karta 2147,37 manat oturmuşdur. 2995,38 manat kredit borcuna yönləndirilmiş, yenə də balansda olan vəsaitdən 848,01 manat artıq istifadə etmişdir. Eyni tarixdə karta yenidən 2000 manat mədaxil edilmiş, yaranmış borc (848,01 manat) silinmiş və balansa 1151,99 manat oturmuşdur, yenə də balansdan artıq olmaqla 1997,36 manat kredit borcuna yönəldilmiş və nəticədə 845,37 manat borc yaranmışdır. Həmin tarixdə müştəri 1827 manat balansı artırmış, borc məbləği silinmiş və balansa 981,63 manat oturmuşdur. Müştəri yenə də balansdan artıq vəsaiti 1826,19 manat kreditə ödəmiş və beləliklə də 844,56 manat borc yaratmışdır. Həmin tarixdə müştəri 799,60 manat balansı artırmış, lakin bu dəfə sistem üzrə overdraft borcuna silinmə getmədən 799,52 manat vəsaiti kreditə ödəmiş və beləliklə də sonda 844,48 manat borc qalmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş xırda mədaxillər (cəmi 73,81 manat) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə qalıq 770,67 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 21,38 manat faiz borcu olmaqla,cəmi 792,05 manat borcu vardır. Tərəfimizdən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-5023 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Mülki Məcəllənin hazırki maddələrindən də göründüyü kimi, Cavabdeh hazırki vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Eləcə də, Cavabdeh əsassız varlanma halı onunla sübut olunur ki, Cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış, və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1 7.23-cü maddəsinə müştəri kart hesabı üzrə yaranan Overdraft və ya Texniki Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən Bank tərəfindən daha qısa müddət müəyyən edilməmişdirsə, 30 təqvim günü müddətində Banka ödəməyi öz öhdəsinə götürür. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1 7.24-cü maddəsinə əsasən müştəri kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablana kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KMP-00147082- 491361/22 saylı Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi şərtləri üzrə Kartmane debet karta dair əsas şərtlər-Razılaşmaya əsasən müştəri İddiaçı ASC-də xx.xx.2022-ci il tarixində təsdiq edilmiş Müqavilənin hazırki tarixə qüvvədə olan və Bankın İnternet səhifəsində dərc olunan Ümumi Şərtləri yüklədiyini,həmin Şərtlərlə diqqətlə tanış olduğunu,onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir.

5. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1 7.24-cü maddəsinə əsasən müştəri kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablana kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür.

6. xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair Ərizəyə əsasən cavabdeh bu Ərizəylə təsdiq edir ki, ”Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə” ilə,həmçinin kartların istifadəsi ilə bağlı Bank tərəfindən müəyyən edilən tariflərlə tanış olmuş və onları qeyd-şərtsiz qəbul etmişdir.

7. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1 7.24-cü maddəsinə əsasən müştəri kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablana kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində müştəri balansında olan 1717,05 manat vəsaitdən 1700 manatı kartdan karta köçürmə etmiş, balansında 17,05 manat vəsait qalmasına baxmayaraq 869,68 manat kredit ödənişi edərək kartda 852,63 manat borc yaratmışdır. 20.04.24-cü il tarixində 3000 manat balansa vəsait qoymuş yaranmış borc silinərək karta 2147,37 manat oturmuşdur. 2995,38 manat kredit borcuna yönləndirilmiş, yenə də balansda olan vəsaitdən 848,01 manat artıq istifadə etmişdir. Eyni tarixdə karta yenidən 2000 manat mədaxil edilmiş, yaranmış borc (848,01 manat) silinmiş və balansa 1151,99 manat oturmuşdur, yenə də balansdan artıq olmaqla 1997,36 manat kredit borcuna yönəldilmiş və nəticədə 845,37 manat borc yaranmışdır. Həmin tarixdə müştəri 1827 manat balansı artırmış, borc məbləği silinmiş və balansa 981,63 manat oturmuşdur. Müştəri yenə də balansdan artıq vəsaiti 1826,19 manat kreditə ödəmiş və beləliklə də 844,56 manat borc yaratmışdır. Həmin tarixdə müştəri 799,60 manat balansı artırmış, lakin bu dəfə sistem üzrə overdraft borcuna silinmə getmədən 799,52 manat vəsaiti kreditə ödəmiş və beləliklə də sonda 844,48 manat borc qalmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş xırda mədaxillər (cəmi 73,81 manat) onun overdraft borcundan silinmişdir.Hal-hazırda cavabdehin xx.xx.2024-cü il tarixinə qalıq 770.67 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 21.38 manat faiz borcu olmaqla,cəmi 792.05 manat borcu vardır.

9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 770.64 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 21.38 manat faiz borcu olmaqla,cəmi 792.05 manat borcu vardır.Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə qeyd olunan vəsaiti 3 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank tərəfindən təqdim edilmiş plastik kartdan hüquqi əsası olmadan müəyyən məbləği məxaric etmiş və yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.

14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 770.67 manat məbləğində overdraft borcu və 21.38 manat faiz borcu olmaqla,cəmi 792.05 manat borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 770.67 manat overdraft və 21.38 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 770.67 manat overdraft və 21.38 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 822.05 manat məbləğində pul tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar