Məhkəmə qərarları › İş №e-2(004)-5611/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5611/2022

24.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5611/2022 24.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini bildirmiş, oğlu xx.xx.2012-ci il təvəllüdlü X1 anası Maraqlı şəxs yanında və himayəsində saxlanılması üçün iddiaçı Ərizəçi hər ay azyaşlının yetkinlik yaşına çatanadək 200 manat aliment tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi ərizədə nikhaın pozulmasını və nikahın pozulmasından yaranan digər məsələlər araslarında bağlanılmış 23 sentyabr 2022-ci il tarixli MŞB/13-00118 saylı barışıq sazişi ilə müəyyən edildiyindən məhkəmədən həmin sazişin təsdiqlənməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, nikahın pozulması haqqında iddia ərizələrinə iddia icraatı qaydasında baxılır. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. İş materialları ilə tərəflərin barışıq sazişini icra etmədiyini göstərən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi mülki işi baxılmamış saxlanmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar