Məhkəmə qərarları › İş №e-2(004)-5756/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5756/2023

14.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5756/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtlərinin təsdiq edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2022ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə onunla əsaslandırılmışdır ki, sözügedən barışıq sazişinin şərtləri Cavabdeh tərəfindən üzrsüz səbəbdən icra edilmir. Bu səbəbdən, ərizənin təmin edilməsi xahiş edilir. İş materiallarında olan İddiaçı (Birinci tərəf) ilə Cavabdeh (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, Cavabdeh İddiaçı 10.200 (on min iki yüz) manat borcu vardır. Cavabdeh İddiaçı ona qarşı 10.200 (on min iki yüz) manat borc tutulması barədə iddiasını qəbul edir və hər ay (2023-cü ilin yanvar ayından başlayaraq) ayın 06-na qədər 150 (yüz əlli) manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Maraqlı şəxs Cavabdeh tərəfindən ərizədə qeyd olunan xüsusatları təkzib edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi İddiaçı (Birinci tərəf) ilə maraqlı şəxs Cavabdeh (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi “Cavabdeh İddiaçı 10.200 (on min iki yüz) manat borcu vardır. Cavabdeh İddiaçı ona qarşı 10.200 (on min iki yüz) manat borc tutulması barədə iddiasını qəbul edir və hər ay (2023-cü ilin yanvar ayından başlayaraq) ayın 06-na qədər 150 (yüz əlli) manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı (Birinci tərəf) ilə maraqlı şəxs Cavabdeh (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi “Cavabdeh İddiaçı 10.200 (on min iki yüz) manat borcu vardır. Cavabdeh İddiaçı ona qarşı 10.200 (on min iki yüz) manat borc tutulması barədə iddiasını qəbul edir və hər ay (2023-cü ilin yanvar ayından başlayaraq) ayın 06-na qədər 150 (yüz əlli) manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar