Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6083/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan 27 avqust 2015-ci il tarixdə anadan olmuş X5 və 15 fevral 2017-ci il tarixdə anadan olmuş X3 baxılması üçün hər ау iki uşaq üçün 500 manat alimentin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o İddiaçı Maraqlı şəxs1 ilə nikah 30 may 2014-сü il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 48 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahdan 27 avqust 2015-ci il tarixdə oğlu X8 ve 15 fevral 2017-ci il tarixdə qızı X6 dünyaya gelmişdir. Evləndiyi ilk vaxtlarda Maraqlı şəxs1 ilə aile münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Nikahın pozulması tələbi ile bağlı hal-hazırda Yasamal rayon Məhkəməsinin icraatında iddia ərizəsi var. Eyni zamanda Mediasiyada cavabdehle birgə nikahdan olan iki uşağın baxılması üçün hər ау iki uşaq üçün 500 manat alimentin verilməsinə razılaşmışlar. Bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs1 müəyyən biг ау alimenti ödemiş, lakin son iki ayda alimenti ödəməmiş, o alimenti istediyində, ödəməyəcəyini bildirmişdir. Maraqlı şəxs1 barışıq sazişində gösterilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişine riayət etməkdən imtina etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. İş materiallarında olan İddiaçı ilə Maraqlı şəxs1 arasında bağlanmış Bakı 14 saylı mediasiya təşkilatının mediatoru Maraqlı şəxs2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər “İkinci tərəf’ (Maraqlı şəxs1) xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində qalmasına razılıq verir. Maraqlı şəxs1 övladları xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə İddiaçı ərizəsi təmin edilməli, Maraqlı şəxs1 xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs1 xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-6083/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6083/2023
07.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver