Məhkəmə qərarları › İş №e-2(004)-672/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-672/2024

29.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-672/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və X13, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında göstərilən avtomobilə dair Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi; Cavabdeh2 ilə birlikdə birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə əldə etdikləri buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilin ½ hissəsinə payının müəyyən edilməsi və avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan pulun ½ hissəsinin ona, digər ½ hissəsinin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 28 oktyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah münasibətlərindən 24 sentyabr 2008-ci il təvəllüdlü X18 və 28 yanvar 2011-ci il təvəllüdlü X20 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri kəskinləşmiş və cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi hal-hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır. Birgə nikah dövründə, xx.xx.2021-ci il tarixdə AE № 152836 nömrəli şəhadətnamə əsasında alınmış buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobil əldə etmişlər və avtomobil hazırda cavabdehin istifadəsindədir. Nikah müddətində əldə etdikləri avtomobil onların ümumi birgə mülkiyyətləri sayıldığından avtomobilin dəyərinin qiymətləndirilərək ½ hissəsinə onun, digər ½ hissəsinə isə cavabdehin payının müəyyən edilməsi və açıq hərracdan satılması zərurəti yaranmışdır. Hesab edir ki, avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti cavabdehlə aralarında hər birinin ½ paylarına mütənasib surətdə bölünməlidir. Belə ki, həmin avtomobil cavabdehin istifadəsində olsa belə onun şəxsi vəsaiti hesabına alınaraq cavabdehin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin verdiyi məktubdan görünür ki, xx.xx.2021-ci il AE № 152836 nömrəli şəhadətnamə əsasında alınmış buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobil alınmışdır. Həmin əmlak birgə nikah dövründə əldə olunduğuna görə onların ümumi mülkiyyəti hesab olunmalı və həmin əmlakın ümumi birgə mülkiyyətçiləri kimi tanınmalıdırlar. Cavabdeh2 ilə ailə münasibətləri pozulmuşdur. Buna görə də boşanmaq qərarına gəlmişlər. Bu məqsədlə də, yəni nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Yasmal rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 bundan sonra, onun razılığı və məlumatı olmadan birgə nikah müddətində əldə etdikləri **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobili digər cavabdeh, dayısı Eldarın arvadı Cavabdeh1 adına formal olaraq keçirmiş və yenidən bir il müddətinə etibarnamə əldə etmiş, hazırda da həmin avtomobili idarə edir. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi bağlanan zaman həqiqi iradə ifadəsi olmayıb, birgə nikah müddətində əldə edilmiş əmlakın bölünməsindən yayınmaq məqsədi ilə bağlanmışdır. Odur ki, cavabdehlər arasında göstərilən avtomobilə dair bağlanmış müqavilə uydurma əqddir. Ona görə ki, cavabdehlər arasında alqısatqı müqaviləsi bağlansa da, göstərilən avtomobilə dair fakitiki sahiblik müqavilə üzrə əldə edən Cavabdeh1 verilməmişdir. Avtomobil faktiki olaraq Cavabdeh2 faktiki sahibliyində qalmışdır. Belə ki, Cavabdeh1 tərəfindən digər Cavabdeh2 göstərilən avtomobilə dair etibarnamə verilmiş və avtomobil hazırda etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi uydurma əqddir. Buna görə də həmin müqavilə etibarsiz hesab edilməli və həmin alqı-satqı müqaviləsi əsasında göstərilən avtomobilə dair Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. Göstərilən avtomobil birgə nikah müddətində əldə edildiyindən onunla Cavabdeh2 birgə mülkiyyətidir. Odur ki, həmin avtomobilin ½ hissəsi onun, digər ½ hissəsi Cavabdeh2 payı hesab edilməli və müxtəlif hissələrdən ibarət olub, vahid-tam əmlak olan avtomobilin bölünməsi mümkün olmadığından, avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunan pulun ½ hissəsi ona verilməli, digər ½ hissəsi Cavabdeh2 verilməlidir. Göstərilənlərə əsasən, birgə nikah dövründə əldə etdikləri 90-RZ -454 dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobil müxtəlif hissələrdən ibarət olub vahid bir əmlakdır və onun bölünməsi tənasübsüz zərər vurmadan mümkün olmadığından, habelə paylı mülkiyyətdə olan əmlakda payı cüzi deyil, bərabər olduğundan, qanuna əsasən isə, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verildiyindən, cavabdehlə aralarında razılıq olmadığından onun tələbi əsasında göstərilən avtomobil açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait aralarında bərabər bölünməlidir. Daha sonra, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi işin həqiqi hallarına uyğun məlumat, yazılı və maddi sübutlara əsasən hesab edir ki, iddia tələbi Hyundai Santafe markalı avtomobilin tərəflər arasında 1/2 paylarla bölünməsi və həmin əmlakla bağlı digər tələblər əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayı tərəfindən verilən xx.xx.2023 tarixli, 3-16-17/15/2- 717/2023 nömrəli məktubdan göründüyü kimi, cavabdehin bir aylıq əmək haqqısı və digər gəlirləri ümumilikdə 858,22 manat təşkil edir. Cavabdeh ½ paylarla bölünməsini iddia etdiyi, **- RZ-*** dövlət nömrə nişanlı Hyundai Santafe markalı avtomobili anası X2 hədiyyə etdiyi 32.000 manat pul vəsaiti hesabına əldə etmişdir. Belə ki, hazırda mərhum atası X9 tərəfindən ona məxsus mənzilin alqı-satqısından əldə etdiyi 69.000 manat miqdarında pul vəsaiti onun ölümündən sonra anasına qalmışdır. Həmçinin, anası özünün mülkiyyətində olan, buraxılş ili 2011, Volkswagen Golf minik markalı, **-LL-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə etdiyi 18.000 manat pul vəsaitini də ona hədiyyə olaraq vermişdir. Cavabdehin isə qazancı hesabına qeyd olunan dəyərdə avtomobilin əldə olunması mümkün deyildir. Hesab edir ki, o, iddia olunan avtomobili birgə gəlirlər hesabına deyil, sırf ona hədiyyə edilmiş pul vəsaiti hesabına əldə etdiyi halda, bu onun ayrıca mülkiyyəti olaraq, cavabdehə heç bir qaydada aid deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh2 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. Nikahın pozulması ilə bağlı 05 oktyabr 2023-cü il tarixində Mediasiya Təşkilatına, 20 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən bir həftə sonra, 28 noyabr 2023-cü il tarixdə Cavabdeh2 iddiaçının vəsaiti hesabına alınmış avtomobili dayısı arvadı olan digər Cavabdeh1 adına keçirmişdir. Hesab edirlər ki, həmin alqısatqı müqaviləsi uydurmadır, həqiqəti əks etdirmir. Avtomobilin alqı-satqısı 28 noyabr 2023-cü il tarixdə rəsmiləşdirilsə də, Cavabdeh2 avtomobilin faktiki sahibliyini özündə saxlamış, həmin gün avtomobili idarə etmək üçün etibarnamə almışdır. Avtomobil yenə faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Həmin avtomobil birgə nikah dövründə alınmışdır. Tərəflər arasında barışıq əldə edilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X17 izahatında bildirmişdir ki, İddiaçı nikahın pozulması ilə bağlı Mediasiya Təşkilatına, məhkəməyə müraciət etdikdən sonra mübahisəli avtomobilin formal alqı-satqısı həyata keçirilmişdir. Lakin faktiki olaraq bugünkü gün də Cavabdeh2 həmin avtomobili idarə edir. Cavabdeh2 iddiaçıya məxsus olan evdə yaşayır. İddiaçı hər gün Cavabdeh2 həmin avtomobili idarə etdiyini görür. Avtomobil hədiyyə kimi alınmamışdır. Avtomobil birgə nikah dövründə əldə edilmiş əmlakdır. Cavabdeh2 5-6 aydır ki, işləyir. İddiaçı uzun müddətdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyir. İddiaçının anası uzun müddət məktəbdə müəllimə işləmişdir. İddiaçı həmin maşını öz valideynlərinin köməkliyi ilə almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 atası X6 məxsus olan mənzil 69000 manata satılmışdır. X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Digər tərəfdən Penitansiar Xidmətdən əldə edilmiş məktubdan görünür ki, iddiaçının aylıq əmək haqqı 858 manat təşkil edir. Mübahisəli avtomobil Cavabdeh2 anası X2 hədiyyə etdiyi pul vəsaiti hesabına əldə edilmişdir. Belə ki, Cavabdeh2 atasının ölümündən sonra atasından qalmış 69000 manat pul Cavabdeh2 anasına qalmışdır. Həmin pulun çox hissəsi hazırda yaşadıqları evin ikinci mərtəbəsinə sərf edilmiş, qalan 14000 manat pulu, X3 hədiyyə olaraq qızı Cavabdeh2 vermişdir. Bundan başqa Cavabdeh2 anası özünə məxsus olan avtomobili sataraq, əlavə olaraq 18000 manat pul vəsaitini də qızı Cavabdeh2 hədiyyə etmişdir. Cavabdehin qazancı hesabına hər hansı avtomobil əldə edilməsi mümkün deyil. Mübahisəli avtomobil Cavabdeh2 hədiyyə edilmiş pul vəsaiti hesabına əldə edildiyindən onun ayrıca mülkiyyəti hesab edilir və cavabdehə heç bir aidiyyatı yoxdur. Mübahisəli avtomobil tarix olaraq birgə nikah dövründə əldə edilmişdir. Avtomobilin alındığı və satıldığı tarix dəqiq yadında deyil. Mübahisəli avtomobilin hansı qiymətə satıldığını bilmir. Mübahisəli avtomobilin satılmasından əldə edilmiş pul vəsaitindən iddiaçıya pul verilib-verilməməsi barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Nəzərli X8 Yuliya Vyaçeslavovna ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan sonra arvada Nəzərli soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 178018 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh2dır. İş materiallarında olan AZ-İİ 629496 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh2dır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı aylıq maaşının cəmi məbləği 858,22 manat təşkil edir. İş materiallarında olan X9 ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 69000 manata X1. İş materiallarında olan AZ-İİ 088909 seriya nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə mədə-bağırsaq qanaxması səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş Arayışdan görünür ki, X9 xx.xx.2018-ci il tarixdə MOM poliklinika şöbəsinə müraciət etmiş, o xx.xx.2018-ci il tarixdə onkoloji mərkəzdə MRT müayinəsindən keçmiş, onda peritoneal kanseromatoz assit müəyyən edilmiş və ona kimyaterapevtin konsultasiyası məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli komputer çıxarışından görünür ki, X11 adına xx.xx.2012-ci il tarixdə Volkswagen Golf minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan X16 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X16 mülkiyyətində olan HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 25000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 15000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş komputer çıxarışından görünür ki, HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış və xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdeh1 HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli X12 edilməməsi barədə Arayışından görünür ki, İddiaçı nikahın pozulması, uşağın atada qalması, əmlak bölgüsü ilə bağlı Cavabdeh2 mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə vermişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarında olan sənədlərdən və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh X10 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Daha sonra onlar arasındakı münasibətlər kəskinləşmiş və İddiaçı Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət edərək xx.xx.2023-cü il tarixdə Cavabdeh2 nikahın pozulması, uşağın atada qalması, əmlak bölgüsü ilə bağlı mediasiyanın tətbiqi barədə təklif vermişdir. Belə ki, hazırda mübahisə predmetini təşkil edən HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış və xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdeh1 HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında göstərilən avtomobilə dair Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi; Cavabdeh2 ilə birlikdə birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə əldə etdikləri buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilin ½ hissəsinə payının müəyyən edilməsi və avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan pulun ½ hissəsinin ona, digər ½ hissəsinin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə iddia tələbinə etiraz edərək mübahisə predmeti təşkil edən HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin valideynlərinin ona həddiyyə qismində verilmiş pul vəsaiti hesabına alındığını iddia edərək, həmin əmlakın ərarvadın ümumi birgə mülkiyyəti kimi bölgü predmetini təşkil etmədiyini bildirmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, işin mübahisəsiz halı kimi HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınaraq əldə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh2 nikahın pozulması, uşağın atada qalması, əmlak bölgüsü ilə bağlı mediasiyanın tətbiqi barədə təklif ünvanlamışdır. Cavabdeh2 İddiaçı ona qarşı əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə məlumatlı olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehlə birgə nikahda olduqları dövrdə onun adına qeydiyyata alınmış HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında öz dayısı arvadı Cavabdeh1 satmış və elə həmin gündə də Cavabdeh1 Cavabdeh2 HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Məhkəmə buradan belə bir nəticəyə gəlir ki, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh1 satılsa da, fakitiki olaraq Cavabdeh2 sahibliyində və istifadəsində qalmışdır. İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və X13 məhkəmədə verdikləri izahatlarından da HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsində olması faktı öz təsdiqini tapır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün (uydurma) bağlanmış əqddir. Bu müqaviləni bağlamaqda Cavabdeh2 əsas məqsədi birgə nikah dövründə əldə edilmiş HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ər-arvadın ümumi birgə mülkiyyəti kimi bölgüdən yayındırmaq olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmaqla məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi uydurma əqd olmaqla bağlandığı andan etibarsız əqddir və hüquqi nəticəyə səbəb olmur və hazırda həmin müqavilə etibarsız olduğundan həmin etibarsız əqd nəticəsində digər Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir. Məhkəmə Cavabdeh2 həmin nəqliyyat vasitəsinin valideynləri tərəfindən ona verilmiş pul vəsaiti hesabına alınması barədə dediklərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş atası X9 ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 69000 manata X1. Bundan əlavə onun tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli komputer çıxarışından görünür ki, anası X11 adına xx.xx.2012-ci il tarixdə Volkswagen Golf minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh2 məhz bu iki sənədə istinad edərək məhkəməyə bildirmişdir ki, məhz bu alqı-satqı əsasında valideynləri əldə etdikləri pul vəsaitindən ona hədiyyə qismində pul vermiş, o da HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmişdir. Lakin bu müqavilələrdən valideynlərinin ona hədiyyə qismində pul vəsaiti vermələri sübut olunmur. Bu isə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə iddiaçının nümayəndələrinin məhkəmədə verdikləri izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin atası X9 ağır xəstəlikdən əziyyət çəkmiş və bununla bağlı olaraq onun xəstəliyinin müalicəsinə xeyli məbləğdə pul lazım olmuşdur. X4 mülkiyyətində olan daşınmaz əmlakın satılmasından əldə edilmiş pul vəsaiti isə onun müalicəsinə xərclənmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş Arayışla müəyyən olunur ki, X9 xx.xx.2018-ci il tarixdə MOM poliklinika şöbəsinə müraciət etmiş, o xx.xx.2018-ci il tarixdə onkoloji mərkəzdə MRT müayinəsindən keçmiş, onda peritoneal kanseromatoz assit müəyyən edilmiş və ona kimyaterapevtin konsultasiyası məsləhət görülmüşdür. Daha sonra X9 xx.xx.2020-ci il tarixdə həmin xəstəlikdən mədəbağırsaq qanaxması səbəbindən vəfat etmişdir. Tarix olaraq müəyyən olunur ki, Cavabdeh2 atası X4 mülkiyyətində olan daşınmaz əmlakı satması tarixi ilə (xx.xx.2019-cu il) xəstəlikdən əziyyət çəkdiyi dövr (2018-ci ildən 2020-ci ilə qədər) üst-üstə düşür. Bu baxımdan məhkəmə hesab edir ki, daşınmaz əmlakın alqı-satqısından əldə edilmiş pul vəsaitinin X4 xəstəliyinin müalicəsinə xərclənməsi daha ağlabatandır, nəinki xx.xx.2019-cu il tarixdə Cavabdeh2 hədiyyə kimi verilmiş pul vəsaiti ilə xx.xx.2021-ci il tarixdə mübahisəli nəqliyyat vasitəsinin alınması. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında buraxılış ili 2012-ci il olan, ağ rəngli, universal tipli, ban nömrəsi KMHSUB81CDDU063939 olan **-RZ-*** dövlət nömrə nişanlı Hundai Santafe markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında göstərilən avtomobilə dair Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi hissələrində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Bu baxımdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, HYUNDAİ SANTAFE minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ilə Cavabdeh2 birgə nikahları müddətində əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak tərəflərin birgə ümumi mülkiyyətidir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən bunun əksini göstərən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli mənzildə tərəflərin payları müəyyən olunmalı, mübahisəli mənzildə iddiaçı və cavabdehin payları bərabər olmaqla ½ hissədə olmaqla əmlak bərabər bölünməlidir. İddiaçı həmçinin mənzilin hərracdan satılaraq, əldə olunmuş məbləğin paylara uyğun bölünməsini xahiş etmişdir. İddia tələbinin həmin hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəlləsinin 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin maddənin tələbinə əsasən, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilin bölünməsi, payların ayrılması və digər məsələlərin həll edilməsi üçün mənzil üzərində onların hər birinin payı qəti müəyyən edilməli, yəni hazırki halda tərəflərin paylarının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə minməli, onların payları üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi üçün mülkiyyət hüquqları qeydə alınmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Sadalanan qanunvericilik aktına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara riayət etmədən iddiaçının ilk tələbi ilə mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş məbləğin bölünməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göstərilən Məcəllənin 220.5-cü maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin satılması və əldə olunmuş məbləğin paylara uyğun bölünməsi hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş - 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixli, BA337455 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilməli, birgə nikah dövründə əldə olunmuş HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 ilə İddiaçı arasında payları bərabər olmaqla bölünməli və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş - 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixli, BA337455 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilsin. Birgə nikah dövründə əldə olunmuş HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 ilə İddiaçı arasında payları bərabər olmaqla bölünsün və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar