Məhkəmə qərarları › İş №e-2(004)-674/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-674/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-674/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.1933-cu ildə Bakı şəhərində anadan olmuş X1 02.05.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum X2 onun anasıdır. X2 02.05.2020-ci il tarixdə vəfat etmişdir. Faktla əlaqədar olaraq Bakı şəhəri Təcili və X3 Stansiyasının 8 saylı bölməsi tərəfindən müvafiq ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum anası X2 vəfat etdikdən sonra dəfn edilmiş, dəfndən sonra da hüzr mərasimi keçirilmişdir. Mərhum barəsində ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq orqana müraciət etmiş, ölüm faktını təsdiq edən tibb müəssəsinin müvafiq sənədi olmadığından 10.11.2021-ci il tarixdə, 05/76-4410/15 saylı imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin anası yaşadığı yer üzrə heç bir tibb müəssəsində qeydiyyatda olmamışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı uşaqlıq dostudur. Bir yerdə yaşamışdırlar. X9 neftçi olmuşdur, bir müddət Tümendə yaşayıb, sonrada Bakıya köçmüşdür. Ərizəçinin anası Tamilla Hüseynova 02.05.2020-ci il tarixdə vəfat etmiş, onu Qurd qapısı qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçıla bir yerdə oxumuşdur. İddiaçı ondan bir kurs yuxarıda oxumuşdur. Ərizəçinin anası Tamilla Hüseynova 02.05.2020-ci il tarixdə vəfat etmiş, onu Qurd qapısı qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərn ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilib ərizəçiyə ünvanlanmış 10.11.2021-ci il tarixdə, 05/76-4410/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin anası X1 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X3 Stansiyası tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X2 03.05.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhər İH Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 21.01.2022-ci il tarixli 7 saylı arayışdan görünür ki, X2 03.05.2020-ci il tarixdə Qaradağ rayonu Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında dəfn edilmişdir. Qəbirüstü abidəsi vardır və üzərində mərhumun adı, doğulduöu və vəfat etdiyi tarixlər qeyd olunmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 23.09.1933-cu ildə Bakı şəhərində anadan olmuş X1 02.05.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.09.1933-cu ildə Bakı şəhərində anadan olmuş X1 02.05.2020-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar