Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-760/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi (qızı) Nümayəndə2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi (bacısı) Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və X11 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin, xx.xx.2021-ci il tarixli 2V-328 reyestr qeydli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və X4 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş ünvan 7/81 nömrəli fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, bildirmişdir ki, X11 qarşı yönəlmiş hissədə iddia tələbini azaltmışdır. Belə ki, yalnız Cavabdeh iddiaçılara qarşı iddia qaldırdığından ona qarşı olan iddia tələbini saxlayırlar. Hesab edir ki, X19 cavabdehlər sırasından çıxarılmalıdır. Qeyd edilənlərə və MPM-nin 53-cü maddəsinə əsasən X4 cavabdehlər sırasından çıxarılmasını, xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin, Cavabdeh adına xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş ünvan 7/81 nömrəli fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AZEMİS-dən əldə edilmiş məlumatdan müəyyən edilir ki, X19 xx.xx.2022-ci ildə ölmüşdür. ünvan 7/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsindən bir hissəsinin mülkiyyətçisi X20 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsiev 81 ünvanda yerləşən yaşayış sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 mərhum ataları və İddiaçı2 mərhum əri İntiqam İmanov 1981-ci ildən orda pasport qeydiyyatına düşmüş və yaşamağa başlamışdır. İntiqam İmanov İddiaçı2 ilə ailə həyatı qurduqdan sonra o da həmin ünvanda yaşamış və həmin ünvana xx.xx.1985-ci il tarixdə qeydiyyata salmışdır. Digər iddiaçılar doğulduqları tarixdən 1989 və 1986-cı ildən həmin evdə qeydiyyatdadırlar və orada yaşamışlar. Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli qətnaməsi ilə X18 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli mübahisəli evə hüquq itirilmiş hesab edilmiş, X21 həmin ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiası təmin edilmişdir. Həmin qətnamə Bakı şəhər Məhkəməsi MİÜMK-nın xx.xx.1997-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Məhkəməsi Rəyasət Heyətinin xx.xx.1997-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.1997-ci il tarixli qərardadı və Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubunda qeyd edilmişdir ki, ünvan 7/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yasayış evi eynidir. X30 17 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İntiqam İmanovun ölümündən bir xeyli müddət keçdikdən sonra cavabdeh tərəfindən iddiaçılara qarşı münasibət pisləşmişdir. Sonradan məlum olmuşdur ki, ünvanların birgə yazılmasından istifadə edən Cavabdeh qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə saxta düzəlişlər edərək, vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra hər iki tikililərə dair vahid tikili adı altında Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi ev 79/81 ünvana öz adına 04 noyabr 2021-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Elə bu səbəbdən də Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 7/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yasayış evi eyni kimi qeyd edilmişdir. Yasamal rayonu 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş məktubunda qeyd edilmişdir ki, X46 küçəsində yerləşən fərdi yaşayış evi mülkiyyət növünə aid və ayrı-ayrı girişi olan hər iki ünvan vaxtilə Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən küçənin sıra sayına uyğun olaraq nömrələnmişdir. Yəni hər 2 girişdən birinin üzərinə 79/81, digərində 81 rəqəmi qeyd olunmuşdur. Cavabdeh iddiaçıların qanuni istifadələrində olan mənzillə bağlı qanunsuz yolla əldə etdiyi çıxarış əsasında qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hazırda qeydiyyatda olduqları evdən pasport qeydiyyatından çıxmalarını tələb edir, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Elektron çıxarışdan görünür ki, ünvan 7/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissədən bir hissəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə və 4/5 hissədən bir hissəsi X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Hesab edir ki, xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsi, xx.xx.2021-ci il tarixli 2V-328 reyestr qeydli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi, Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş ünvan 7/81 nömrəli fərdi yaşayış evinə dair çıxarış etibarsızdır. Bu səbəbdən iddiaçılar həmin sənədlərin etibarsız hesab edilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (qızı) Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsinin mətni heç bir sübuta əsaslanmayan nağıllardan ibarətdir. Belə ki, iddia ərizəsinin ilk abzasında göstərilənlərlə bağlı bildirir ki, onların şəxsiyyət vəsiqələrindəki Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi ev 81 ünvanda özbaşına tikili deyil, ulu babasına məxsus və hazırda rəsmi ünvanı ünvan 3lmiş və 1931-ci ildə nənəsi Hüseynova (Quliyeva) Umleyla Zülfıqar qızının xüsusi mülkiyyətində olmuş, onun ölümündən sonra isə qanun üzrə vərəsəliklə nəvələrinin paylı mülkiyyətinə keçmişdir. İddiaçılar tələblərinin əsası kimi ayrıca 81 saylı özbaşına tikilinin olması, onun 61 saylı MKİS-nin balansına keçməsini, mərhum yoldaşının həmin evi 61 saylı MKİS-dən alqı-satqı yolu ilə əldə etdiklərini qeyd etsələr də, buna dair heç bir sübut təqdim etməmişlər. Məhkəmə, vaxt sərf edib bu məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırmalı deyil, çünki alqı-satqı müqaviləsi yoxdur, o cümlədən MKİS rəisi ev satmaq səlahiyyətinə malik olmayıb. İddiaçıların “81 nömrəli ev”ə dair hüquq müəyyənedici sənədi yoxdur, onların xüsusi mülkiyyətdə olan evin 2 otağından istifadəsi qanunsuz istifadə olmuşdur. İddiaçılar iddia ərizələrinə tələblərinin əsası kimi yalnız şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatlarını əks etdirən arayışlar əlavə etmişlər, zatən həmin arayışlarsız da, şəxsiyyət vəsiqəsi qeydiyyatı təsdiq edir və onlar məhz qeydiyyatdan çıxarılmaları barədə iddia qaldırmışdır. İddiaçılar isə həmin arayışları məhkəmələrə hüquqverici sənəd kimi qəbul etdirməyə çalışırlar. xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 7/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsindən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi X7, 1/5 hissədən bir hissəsi X1, 1/5 hissədən bir hissəsi X3, 1/5 hissədən bir hissəsi X13, 1/5 hissədən bir hissəsi X8 paylı mülkiyyətlərindədir. Mülkiyyətçilərdən X14, X16, X24 və X22 vəfat etmişlər. İddiaçılar əvvəllər kirayənişin kimi mübahisəli evdə yaşamışlar, 2006-cı ildən sonra köçüb Xırdalana getmişlər. İddiaçılar mübahisəli evdə yaşamırlar və orada heç bir hüquqları yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-826/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı2, İddiaçı3 və İddiaçı1) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ünvan 4 ünvandan qeydiyyatdan çıxarılması Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi (bacısı) Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 7/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsindən bir hissəsi X6 mülkiyyətindədir. İddiaçılar əvvəllər kirayənişin kimi mübahisəli evdə yaşamışlar, 2006-cı ildən sonra köçüb Xırdalana getmişlər. İddiaçılar mübahisəli evdə yaşamırlar və orada heç bir hüquqları yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-826/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı2, İddiaçı3 və İddiaçı1) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ünvan 4 ünvandan qeydiyyatdan çıxarılması Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən və qanuni qüvvəyə minmiş məhkəmə aktlarından müəyyən edilir ki, xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 mülkiyyətində olmuş Bakı şəhəri M.Fətəli küçəsi 79/81 №-li mülkün 4/5 hissəsinə nəvələri Cavabdeh və X9 vərəsəlik hüququ tanınmışdır. Bakı şəhəri Yasamal rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli 2-1076/1996 saylı qətnaməsi ilə X26 və başqalarının tikintiyə sahiblik və xüsusi mülkiyyətdə olması faktının müəyyən edilməsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmiş, Cavabdeh və başqalarının X23 qarşı mənzilə hüququnun itirilməsinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli 2-149/1997 saylı qətnaməsi ilə X18 Bakı şəhəri Yasamal rayonu M.Fətəli küçəsi 79/81 saylı evə yaşayış hüququ itirilmiş hesab edilmiş, X18, X27 və X21 Bakı şəhəri Yasamal rayonu M.Fətəli küçəsi 81 saylı ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları əsassız olduğundan rədd edilmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ 293682 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X30 xx.xx.2018-ci ildə vəfat etmişdir. Reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu X46 küçəsi ünvanda yerləşən 816.30 kv.m sahəsi olan ev 79/81-in 4/5 hissədən bir hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına, 4/5 hissədən bir hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına, 1/5 hissədən bir hissəsi X1 adına, 1/5 hissədən bir hissəsi X3 adına, 1/5 hissədən bir hissəsi X13 adına, 1/5 hissədən bir hissəsi X8 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli **********25 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı2, X15 və İddiaçı1 Bakı şəhəri Yasamal rayonu X46 küçəsi ünvanda yerləşən 816.30 kv.m sahəsi olan ev 79/81 ünvana istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. 61 saylı Mənzil Mənzil Kommunal X17 Sahəsinin xx.xx.2022-ci il tarixli 019 nömrəli məktubunda qeyd edilir ki, X46 küçəsində yerləşən, Daşınmaz Əmlakın “Fərdi yaşayış evi” mülkiyyət növünə aid olan ümumi sahəsi 816,30 kv.m-dən ibarət 2 mərtəbəli, 2 girişli yaşayış binası vaxtilə Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən küçənin sıra sayına uyğun olaraq nömrələnmişdir. Yəni, hər 2 girişdən birinin üzərinə 79/81, digərində 81 rəqəmi qeyd olunmuşdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli **********31 nömrəli məktubunda bildirilir ki, Bak şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 saylı fərdi yaşayış evinin 1/5 hissədən bir hissəsi X1, 1/5 hissədən bir hissasi X3, 1/5 hissədən bir hissəsi X13, 1/5 hissədən bir hissəsi X10, 4/5 hissədən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi isə X4 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. ünvan 7/81 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 saylı fərdi yaşayış evi eynidir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi ev 79/81 və Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi ev 81 ünvanları eynidir. Eyni zamanda bildiririk ki, ünvan 7/81 saylı fərdi yaşayış evi barədə Ünvan Reyestri İnformasiya Sistemində hər hansı məlumat aşkar edilməmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bakıda bələdiyyələşdirilməmiş olan evlerin reyestrindən (siyahısından) çıxarışda Kitab 195, səhifə 10311 X2 adına ev 81 qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2(004)- 5233/2022 saylı qətnaməsi ilə iddaçılar İddiaçı2, X15, İddiaçı1 Cavabdeh Orucali oğluna qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, iddaçılar İddiaçı2, X15 və İddiaçı1 Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli evə istifadə hüquqları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1486/2023 nömrəli qətnaməsi ilə Cavabdeh Orucali oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2(004)- 5233/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 3106/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1486/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə X7 adına verilmiş elektron çıxarışdan müəyyən edilir ki, ünvan 7/81 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsindən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi X7, 1/5 hissədən bir hissəsi X1, 1/5 hissədən bir hissəsi X3, 1/5 hissədən bir hissəsi X13, 1/5 hissədən bir hissəsi X8 paylı mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-826/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı2, İddiaçı3 və İddiaçı1) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı2, X25 və İddiaçı1 ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. İşdə olan rəsmi sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və digər paylı mülkiyyətçilər X1, X3, X13 və X8 paylı mülkiyyətində olan ünvan 7/81 nömrəli fərdi yaşayış evi üzərində hər hansı bir hüququ yoxdur, xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsi, Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş ünvan 7/81 nömrəli fərdi yaşayış evinə dair çıxarışın verilməsi zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər hansı bir hüququ pozulmamış və onların mənafeyinə toxunulmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 7/81 nömrəli fərdi yaşayış evi üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnun olmasını təsdiq edən hər hansı bir rəsmi sənəd yoxdur. İddiaçıların iddia tələbini əsaslandırdığı hallar onların şəxsi mülahizələri olmaqla, iddia tələbinin təmin edilməsi üçün qanuni əsas ola bilməz və iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Cavabdeh paylı mülkiyyətində olan ev üzərində vərəsəlik hüququnu və mülkiyyət hüququnu qanuni əsaslarla rəsmiləşdirmişdir. Onun mülkiyyət hüquqları dövlət tərəfindən tanınır və müdafiə olunmalıdır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 152.1-cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin, Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş ünvan 7/81 nömrəli fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia rədd edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı “xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin, Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş ünvan 7/81 nömrəli fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-760/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-760/2024
29.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver