Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-812/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 12:30-da Bakı şəhəri, Pirşağı qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, X1 məxsus olan və Cavabdeh tərəfindən idarə olunan “Ford Focus minik” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “Opel Vectra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiləri ilə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 3(008)- 1420/2022 saylı, xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında iş üzrə Qərara əsasən, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Mercedes Benz minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 500 (beş yüz) manat məbləğində, “Volkswagen Jetta minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1500 (bir min beş yüz) manat məbləğində və “Opel Vectra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər isə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmiş və ümumilikdə 2170 (iki min yüz yetmiş) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxslərin bank hesabına tam olaraq köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli 6S/xx-xx/2023 nömrəli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İCR-07990 nömrəli zərər aktına əsasən 2000-ci il buraxılışlı,“Opel Vectra” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər yekun 170 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İCR-5673 nömrəli zərər aktına əsasən 1999-cu il buraxılışlı,“Mercedez Benz” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər yekun 500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İCR-5674 nömrəli zərər aktına əsasən 2000-ci il buraxılışlı “Volswagen Jetta” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər yekun1500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 34937 ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 170 (yüz yetmiş) manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 34938 ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 500 (beş yüz) manat ödəniş həyata keçirilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli 34939 ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 1500 ( bir min beş yüz) manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 3(008)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında iş üzrə Qərara əsasən müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə (Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936 və 1096-cı maddələri çıxış edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində, saat 12:30-da Bakı şəhəri, Pirşağı qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, X1 məxsus olan və Cavabdeh tərəfindən idarə olunan “Ford Focus minik” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “Opel Vectra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiləri ilə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 3(008)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında iş üzrə Qərara əsasən, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Mercedes Benz minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 500 (beş yüz) manat məbləğində, “Volkswagen Jetta minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1500 (bir min beş yüz) manat məbləğində və “Opel Vectra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər isə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmiş və ümumilikdə 2170 (iki min yüz yetmiş) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxslərin bank hesabına tam olaraq köçürülmüşdür. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 42,10 (qırx iki manat on qəpik) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2170 (iki min yüz yetmiş) manat pul və 42,10 (qırx iki manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2170 (iki min yüz yetmiş) manat pul və 42,10 (qırx iki manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya şirkətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-812/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-812/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver