Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-89/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin hakimlərinin icraatında müxtəlif iddiaçıların icraatda olan hazırki iş üzrə cavabdehə qarşı, eyni predmet barədə iddiaları mövcuddur. Hazırki vəziyyətdə mübahisənin xarakterini nəzərə alaraq, işlərin bir yerdə obyektiv və çevik şəkildə araşdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, məhkəmənin icraatında olan 2(004)-3646/2022, 2(004)-3594/2022, 2(004)-3588/2022 və 2(004)- 3711/2022 saylı mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi brədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3711/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, iddiaçı X1 Cavabdeh MTK-ya qarşı mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə saat 11:45-ə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3594/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, iddiaçı X2 Cavabdeh MTK-ya qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3594/2022 saylı mülki işin icraatı Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3711/2022 saylı mülki işin icraatına birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3588/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, iddiaçı X3 Cavabdeh MTK-ya qarşı öhdəliyin qoyulması tələbinə dair 2(004)-3588/2022 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatında olan 2(004)-3711/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin yerinə yetirilməsi ziyan tələbinə dair 2(004)-89/2023 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh MTK-ya qarşı mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair 2(004)-3711/2022 saylı (hal-hazırda 2(004)-90/2023 saylı) mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-3711/2022 (hal-hazırda 2(004)-90/2023) nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin yerinə yetirilməsi ziyan tələbinə dair 2(004)-89/2023 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh MTK-ya qarşı mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair 2(004)- 90/2023 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-90/2023 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-89/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-89/2023
15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver