Məhkəmə qərarları › İş №e-2(004)-90/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-90/2023

13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-90/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanu Ədalət qızının katibliyi, İddiaçıların nümayəndə və vəkilləri Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı, X14, X19, X12, X13 və X1 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.м.-dən ibarət market sahəsinin əvəzində İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 146.400 manat pul vəsaitinə uyğun olaraq İddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 122 kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X14 məhkəməyə müraciət edərək Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X14 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 7 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.M.-dən ibarət 3 otaqlı, 5 savlı mənzilininin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 82.550 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 kv.M.-dən ibarət 3 otaqlı, 13 saylı mənzilininin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 65.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət 3 otaqlı, 20 saylı mənzilininin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 65.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.M.-dən ibarət 3 otaqlı, 15 saylı mənzilininin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.050 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 117 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilinin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.050 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 117 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 10 savlı mənzilinin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 72.800 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 112 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilinin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 82.550 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X19 məhkəməyə müraciət edərək “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq X20 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 3 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 3-cü bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 6 savlı mənzilinin əvəzində - X20 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X15 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 83 saylı mənzilinin əvəzində - X20 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X15 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 48 saylı mənzilinin əvəzində - X19 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X15 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması; həmçinin “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq X19 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 2 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 2-ci bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 1 saylı mənzilinin əvəzində - iddiaçı X19 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.200 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X15 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 2ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət 3 otaqlı, 5 saylı mənzilinin əvəzində - iddiaçı X19 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.200 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X15 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X12 məhkəməyə müraciət edərək “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X12 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kv.M.-dən ibarət market sahəsinin əvəzində - iddiaçı X12 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X5 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X13 məhkəməyə müraciət edərək "Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 132 kv.m. olan 3 otaqlı, 83 saylı mənzilinin (1 kv.m. sahə üçün 454 ABŞ dolları hesablanmaqla ümumi dəyəri 60.000 ABŞ dolları təşkil edən) əvəzində - iddiaçı X13 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 454 ABŞ dolları hesablanmaqla 60.000 ABŞ dolları : 454 ABŞ dolları = 132 kv.m.) iddiaçı X6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 132 (yüz otuz iki) kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyi cavabdeh "Şərur” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 məhkəməyə müraciət edərək “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 2 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan: 14 mərtəbəli binanın, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.M.-dən ibarət izolə olunmuş 2 otaqlı, 53 savlı mənzilinin əvəzində - iddiaçı X3 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 50.000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq iddiaçı X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 87 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 14 mərtəbəli binanın, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.M.-dən ibarət izolə olunmuş 2 otaqlı, 65 saylı mənzilinin əvəzində - iddiaçı X3 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 50.000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq iddiaçı X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 87 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; həmçinin “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 300 kv.M.-dən ibarət market sahəsinin əvəzində - iddiaçı X3 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki: - iddiaçı X3 ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 14 mərtəbəli binanın, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.M.-dən ibarət izolə olunmuş 2 otaqlı, 53 saylı mənzilini, 14 mərtəbəli binanın, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m.-dən ibarət izolə olunmuş 2 otaqlı, 65 savlı mənzilini müvafiq olmaqla 2 müqaviləyə əsasən payçı qismində almışdır. Həmçinin xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 3 bloklu, 14 mərtəbəli binada yerləşən ümumi sahəsi 300 kv.M.-dən ibarət market sahəsini payçı qismində almışdır. 53 saylı mənzilin dəyəri olan 50.000 ABŞ dolları 65 saylı mənzilin dəyəri olan 50.000 ABŞ dolları ümumilikdə 100.000 ABŞ dolları məbləğində pul tərəfindən “MUR-AY’ MMC-yə ödənilmişdir. - İddiaçı ailə üzvlərinin maddi şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2009-cu il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.m.-dən ibarət market sahəsini müqaviləyə əsasən payçı qismində almışdır. Marketin dəyəri olan 146.400 manat məbləğində pul tərəfimdən "xxxx" MMC-yə ödənilmişdir və bu barədə ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir. O, üzərinə düşən öhdəliyini icra etməyinə baxmayaraq, "xxxx" MMC iddiaçıya marketi vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. - iddiaçı X14 ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət 3 otaqlı, 5 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 kv.M.-dən ibarət 3 otaqlı, 13 savlı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət 3 otaqlı, 20 saylı mənzilini, 12 mərtəbəli binanın, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.M.-dən ibarət 3 otaqlı, 15 saylı mənzilini, 12 mərtəbəli binanın, 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 10 saylı mənzilini, 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilini müvafiq olmaqla 7 müqaviləyə əsasən payçı qismində almışdır. 5 saylı mənzilin dəyəri olan 82.550 manat, 13 saylı mənzilin dəyəri olan 65.000 manat, 20 saylı mənzilin dəyəri olan 65.000 manat, 15 saylı mənzilin dəyəri olan 76.050 manat, 9 saylı (blok İ) mənzilin dəyəri olan 76.050 manat, 10 saylı mənzilin dəyəri olan 72.800 manat, 9 saylı (blok İİ) mənzilin dəyəri olan 82.550 manat ümumilikdə 520.000 manat məbləğində pul tərəfimdən “MUR-AY’ MMC-yə ödənilmişdir və bu barədə mənə xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. O üzərinə düşən öhdəliyimi icra etməyinə baxmayaraq, "xxxx" MMC iddiaçıya mənzilləri vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. - iddiaçı X19 və mərhum atası X20 ailə üzlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 3-cü bloku, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 6 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 83 savlı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 48 saylı mənzilini müvafiq olmaqla 3 müqaviləyə əsasən payçı qismində atası X20 almışdır. 6 saylı izolə olunmuş mənzilin dəyəri olan 60.000 manat, 83 saylı izolə olunmuş mənzilin dəyəri olan 60.000 manat, 48 saylı izolə olunmuş mənzilin dəyəri olan 60.000 manat, ümumilikdə 180.000 manat məbləğində pul tərəfimdən "xxxx" MMC-yə ödənilmişdir və bu barədə mərhum atası X17 xx.xx.2008-ci il tarixli maliyyə arayışları verilmişdir. Həmçinin xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 2-ci bloku, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 1 saylı mənzilini, 12 mərtəbəli binanın, 2-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 5 saylı mənzilini müvafiq olmaqla 2 müqaviləyə əsasən payçı qismində o almışdır. 1 saylı izolə olunmuş mənzilin dəyəri olan 76.200 manat, 5 saylı izolə olunmuş mənzilin dəyəri olan 76.200 manat, ümumilikdə 152.400 manat məbləğində pul tərəfimdən “MUR-AY’ MMC-yə ödənilmişdir. Onlar üzərinə düşən öhdəliyi icra etməklərinə baxmayaraq, "xxxx" MMC mənzilləri vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. - iddiaçı X12 ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kwı.-dən ibarət market sahəsini müqaviləyə əsasən payçı qismində almışdır. Marketin dəyəri olan 480.000 manat məbləğində pul tərəfindən “MUR-AY’ MMC-yə ödənilmişdir və bu barədə ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir. O, üzərinə düşən öhdəliyi icra etməyinə baxmayaraq, “MUR-AY’ MMC iddiaçıya mənzili vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Təxminən 2012-ci ildə ona məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrdə göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da MMC çoxsaylı şəxslərə ziyan vurmuşdur. Bu səbəbdən “MUR-AY’ MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. - iddiaçı X13 ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan 14 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.m.-dən ibarət 3 otaqlı, 83 saylı mənzili müqaviləyə əsasən payçı qismində almışdır. Mənzilin dəyəri olan 60.000 ABŞ dolları məbləğində pul tərəfimdən “MUR-AY’ MMC-yə ödənilmişdir və bu barədə ona xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. O, üzərinə düşən öhdəliyi icra etməyinə baxmayaraq, “MUR-AY’ MMC iddiaçıya mənzili vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. 2012-ci ildə onlara məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrdə göstərilmiş mənzillər və marketlər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da MMC çoxsaylı şəxslərə ziyan vurmuşdur. Bu səbəbdən “MUR-AY’ MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-556/2015 nömrəli hökmü ilə iddiaçılar cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmışdır. Həmin hökmlə sübuta yetirilmişdir ki, “MUR-AY’ MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Aidiyyatı Dövlət qurumları ilə “Şərur’ MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, “MUR-AY’ MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli 005- 2621-3212-2255H saylı məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi vətəndaş X7 xx.xx.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh MTK-nın xx.xx.2012-ci il tarixli 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alaraq, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında “MUR-AY’ MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh MTK-nın adına rəsmiləşdirilmişdir. Bundan sonra "xxxx" MMC-nin icra olunmamış öhdəliklərini Cavabdeh MTK yerinə yetirməli olmuşdur. Belə ki, aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uğyun olaraq, Cavabdeh MTKya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvan ərazidə “MUR-AY’ MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarnın tikintisinin davam etdirilməsinə icazə verilmişdir. Cavabdeh MTK tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətindən tam həcmdə başa çatdırmalı olmuşdur. Həmçinin, Cavabdeh MTK və onun rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətləri olan "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kv.m.-nin 400 manatdan az olmamaq şərtilə təmin edilməlidir. Lakin buna baxmayaraq Cavabdeh MTK hazırkı vaxta kimi üzərinə düşən öhdəliklərini icra etməmişdir. Cavabdeh MTK-nın sədri İ.M.Axundov etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi iddiaçı X19 və X20 ilə Cavabdeh MTK arasında öhdəliyin əmələ gəlməsinə dair müqavilə bağlanmamış, həmin müqavilələrin bağlanmasında müqavilənin tərəfi olmamışdır. Həmçinin müqavilənin icrası ilə əlaqədar qiymətin müəyyənləşdirilməsinə dair iddiaçı ilə Cavabdeh MTK arasında razılıq olmamış, kooperativ iddiaçıdan mənzillərin dəyərini qəbul etməmişdir. Bundan başqa Cavabdeh MTK "xxxx" MMC-nin hüquqi varisi deyil, həmçinin öhdəliklərin verilmə əsasları və qaydasına dair iddiaçı ilə Cavabdeh MTK arasında müqavilələr mövcud deyil. Cavabdeh MTK ilə 16 dövlət orqanı arasında bağlanmış müqaviləyə əsasən kooperativ "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz hərəkətlərindən zərərçəkmiş şəxslərin bir hissəsinə ancaq mənzilin verilməsinə dair üzərinə götürdüyü 85.000 kv.m yaşayış sahəsinə dair öhdəliyi tam icra etmişdir. Bu Ali Məhkəmənin 19 oktyabr 2017-ci il tarixli 2(102)- 7143/2017 saylı, 03 iyul 2018-ci il tarixli 2(102)-4424/2022 saylı, 07 mart 2018-ci il tarixli 2(102)-1647/2018 saylı, xx.xx.2020-ci il tarixli 2(102)-488/2020 saylı və digər qərarları ilə sübuta yetirilmişdir. Bu halda öhdəliyin müqavilələrin tərəfi olmayan Cavabdeh MTK-nın üzərinə qoyulması qanunsuz və əsassız öhdəlik qoyulması ilə nəticələnmişdir. Cavabdeh MTK-nın 85.000 kv.m mənzil sahəsini "xxxx" MMC-nin zərəçəkmişlərinə verməsini və 85.000 kv.m mənzil sahəsinin verilməsi məhdudiyyətin aradan qaldırılmasının təmin olunmasını təsdiq edən Ali Məhkəmənin 07 mart 2018-ci il tarixli 2(102)-1647/2018 saylı qərarı mövcuddur. İddiaçı X10 "xxxx" MMC ilə 10 aprel 2010-cu il tarixdə Yasamal rayonu, Xiyabani küçəsi, 18 saylı binanın 2-ci giriş 11-ci mərtəbəsində yerləşən 43 saylı mənzilə dair bağladığı müqaviləyə görə Cavabdeh MTK-dan mənzil tələb etməsinə dair Ali Məhkəmənin 03 iyul 2018-ci il tarixli 2(102)-4424/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh MTK-ya münasibətdə təmin edilməmişdir. Həmin qərarda Cavabdeh MTK-nın müqavilənin tərəf olmamış və həmçinin Cavabdeh MTK iddiaçının hüququnu pozan və mülki qanunvericilik normaları çərçivəsində onun iddia tələbinə cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)-7943/2017 saylı və xx.xx.2020-ci il tarixli 2(102)-1958/2020 saylı qərarları ilə X2 "xxxx" MMC-yə mənzil almaq üçün ödədiyi 16.000 ABŞ Dolları əvəzində Cavabdeh MTK-dan pul və qalmış 1000 ABŞ Dolları sonuncu kooperativə ödəyərək mənzil tələbi Cavabdeh MTK-ya münasibətdə təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)-7143/2017 saylı qərarı ilə X8 Cavabdeh MTK-dan pul və sonradan mənzil tələbinə dair kassasiya şikayəti Cavabdeh MTK-ya münasibətdə təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)- 488/2020 saylı qərarı ilə X4 pul tələbinə dair Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndə və vəkilləri Vəkil iddia tələblərini müdafiə edərək təmin olunmalarını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinə etirazla eyni məzmunlu izahat verdi və məhkəmədən təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3646/2022 saylı qərardadı ilə mülki iş üzrə audit yoxlamasının təyin edilməsi qərara alınmış və baxılması üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir. Auditorlar Palatasının 26 oktyabr 2022-ci il tarixli 1/56 SDO nömrəli sərəncamı ilə auditin aparılması "xxxx" MMC-nin direktor-auditoru X16 tapşırılmış və auditor rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. M-18345 nömrəli auditor rəyindən görünür ki, araşdırma və sənədlərin təhlil nəticəsində Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(101)556/2015 nömrəli Hökmü üzrə zərərçəkmiş qismində tanınan siyahısı ilə DİN-nin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən müəyyən edilmiş zərərşəkmişlərin siyahısı ilə kəskin fərqlər və uyğunsuzluqlar aşkar edildi. Belə ki, siyahılar tam şəkildə fərqli və ziddiyyətlidir. Audit üçün cavabdehin öhdəliklərinin müəyyən edilməsi "xxxx" MMC-nin zərərçəkmiş şəxslərinə mənzil sahəsinin müqavilə öhdəliklərinə uyğun icra edilməsinin təmin olunması məqsədilə bir sıra Dövlət orqanları və Cavabdeh MTK arasında birgə Müqavilə sənədi əsas götürülmüşdür. Müqavilə üzrə ayrı-ayrı orqan və təşkilatların müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yaranmışdır. Müqavilə əsasında ümumi Razılaşmanın tarixləri qeyd olunmadığı üçün tarixi hadisələrin dövri xüsusiyyətlərində qeyri-müəyyənlik yaranmışdır. Buna baxmayaraq ümumi Razılaşmada yaşayış sahəsi barədə məlumatlar yalnız müqavilənin Vergilər Nazirliyinin öhdəlikləri təsbit olunmuş hissəsində 85000 kv metr yaşayış sahəsinin verilməsi öhdəliyi məlumatı öz əksini tapmışdır. Auditə icra öhdəlikləri barədə Cavabdeh MTK tərəfindən təqdim olunmuş siyahıda (cədvəl) Cavabdeh MTK və ona yaxın, adları qeyd olunmuş hüquqi şəxslər tərəfindən razılaşma üzrə öhdəliklərin icra vəziyyəti barədə məlumatları ilə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən tərtib olunmuş cədvəllərdə uyğunsuzluqlar vardır ki, bu da daha sonradan müraciət edənlər (şikayətçilərin) və zəzərçəkmiş şəxslərin nümayəndələrinin və Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 nömrəli Hökmü zərərçəkmiş qismində tanınan şəxslərin siyahısına uyğun ümumiləşdirilmiş və ayrı-ayrılıqda fərqlənmə qaydasında araşdırılmışdır. Lakin bütün tarixi və dövri qeyrimüəyyənliklərə baxmayaraq Müqavilə-razılaşma zərərçəkmişlərin siyahısı və mənzillərin parametrlərinin müəyən edilməsi öhdəliyini Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi öz üzərinə götürmüşdür. Bu barədə yalnız DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin zərərçəkmişlərin siyahısı və mənzil sahələrinin göstəriciləri barədə siyahısında məlumatlar əksini tapmışdır. Digər məsələ isə audit üçün hüquqi sənəd sayılan razılaşmanın və Məhkəmə tərəfindən qoyulmuş sualların məzmununa və mahiyyətinə uyğun olaraq araşdırılmasıdır. Məhkəmə tərəfindən audit qarşısında qoyulmuş suallarda Cavabdeh MTK-nın öhdəliyi nəzərdə tutulduğundan, bu öhdəliyin həcminin isə razılaşma üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi müəyyən etməli olduğu üçün DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş siyahı əsas götürülərək Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 nömrəli Hökmü üzrə digər zərərçəkmiş qismində tanınan şəxslərin siyahısı ilə birlikdə icra edilmiş öhdəliklərin vəziyyəti qarşılıqlı müqayisələndirmə əsasında təhlil edilmişdir. Sənədlərə baxış zamanı "xxxx" MMC-nin zərərçəmişlərə vurduğu ziyanın təyinatı üzrə qarşılanması üçün Cavabdeh MTK və ona yaxın olan şəxslər tərəfindən idarə olunan, siyahısı Müqavilə-Razılaşmanın "xxxx" MTK-nın öhdəlikləri hissəsində göstərilən hüquqi şəxslər tərəfindən inşa edilmiş binalarda mənzil sahələrinin hər kv.m üçün 400 manat qiymət müəyyən edilməklə hesablaşmalar əsasında yerinə yetirilməsi əksini tapır. Belə hesablaşmalar zərərçəkmiş şəxslərin Razılaşmaya əsasən qiyməti hər kv-metr üçün müəyyən edilmiş 400 manat hədd ilə müqayisəli şəkildə ödənişin edilməsi qaydasında həyata keçirilir. Yəni zərərçəkmiş şəxslərdən müqavilə üzrə yalnız "xxxx" MMC -nə hər kv.m üçün etdiyi ödənişin 400 manatdan az olan hissəsi qədər əlavə ödəniş tələb oluna bilər. Beləliklə "xxxx" MTK "xxxx" MMC-nin zərərçəkmiş şəxsləri qismində təsdiq olunmuş sənəd üzrə öhdəliyi 85000 kv metr yox 85819.53 kvadrat metr müəyyən edilmişdir. Auditə təqdim olunan sənədlərə, iş və materiallara uyğun olaraq zərərçəkmişlərin siyahısı təsdiq olunmuş məlumatlar əsasında yeni cədvəllər tərtib olunmuşdur. Həmin cədvəllər Daxili İşlər Nazirliyinin Müqavilə-Razılaşma öhdəliyindən irəli gələn əsas cədvəl üzrə məlumatlar və öhdəliyin icra vəziyyəti verilmiş, artıq verilmiş, əskik verilmiş və tamamilə verilməmişdir meyarlar üzrə nəticələri ifadə edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3711/2022 saylı qərardadı ilə mülki iş üzrə audit yoxlamasının təyin edilməsi qərara alınmış və baxılması üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir. 10 oktyabr 2022-ci il tarixli auditor rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 10 oktyabr 2022-ci il tarixli auditor rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən tikintisi yarımçıq qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın yarımçıq qalmış tikintisinin aparılması Cavabdeh MTK-ya həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən göstərilən binaların yalnız monolit dəmir-beton karkaslarının inşasını aparmışdır. Nəticədə sözgedən yaşayış binalarında mənzil almaq üçün "xxxx" MMC-yə müraciət etmiş şəxslər "xxxx" MMCnin rəhbərliyi tərəfindən aldadılmış və mənzil alıcıları zərər çəkmişdir. Bakı şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları ilə Cavabdeh MTK arasında bağlanmış müqavilənin 44-cü bəndinə əsasən Cavabdeh MTK 85000 kv.m mənzil sahəsini tikib zərərçəkmişlərə verməyi öhdəsinə götürmüşdür. Aparılan audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən "xxxx" MMC-nin zərərçəkmiş şəxslərə 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi verilmişdir. Aidiyyatı dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədə "xxxx" MMC-nin zərərçəkmiş şəxslərinə qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq məhkəmə qərarları əsasında bəzi zərərçəkmiş şəxslərə 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın zirzəmi hissəsindəki bütün qeyri-yaşayış sahəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda göstərilən şəxslərin hamısına mənzil sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılarla "xxxx" MMC arasında ayrı-ayrılıqda müxtəlif tarixlərdə müqavilələr imzalanmaqla qeyd olunan mənzilləri alıcılara verməyi, payçılar (iddiaçılar) isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdürlər. Daha sonra 2012ci il tarixdə iddiaçılara məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da "xxxx" MMC çoxsaylı şəxslərə maddi ziyan vurması nəticəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi iddiaçılarla "xxxx" MMC arasında müxtəlif vaxtlarda ayrı-ayrılıqda bağlanmış müqavilə və "xxxx" MMC-nin vəzifəli şəxslərinin dələduzluq hərəkətləri nəticəsində iddiaçılar cinayət işi üzrə zərərçəkmş şəxs qismində tanınmışlar. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokukorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnoligiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və s. digər tərəfdən Cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, həmin müqavilə ilə tərəflər yaranmış neqativ vəziyyət, irəli sürülmüş şifahi təkliflər, rəylər və ilkin razılıqlar nəzərə alınmaqla və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindan zərərçəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən Cavabdeh MTK, "xxxx" MMC tərəfindən inşası tamamlanmamış binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sədələşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 kv.m mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müxtəlif tarixli qərardadları ilə mülki iş üzrə audit yoxlamasının təyin edilərək baxılması üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir. Auditorlar Palatasının 26 oktyabr 2022-ci il tarixli 1/56 SDO nömrəli sərəncamı ilə aparılmış auditor rəyi verilərkən Cavabdeh MTK tərəfindən müqavilələr, yəni işin sənədləri tam şəkildə təqdim olunmadığından məhkəmə tərəfindən həmin rəy əsas götürülə bilməz. Azərbaycan Respublikası Auditorlar Palatasının 10 oktyabr 2022-ci il tarixli auditor rəyində isə sənədlər tam şəkildə təqdim olunmuşdur bununla da, məhkəmə tərəfindən həmin rəy əsas götürülməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Auditorlar Palatasının 10 oktyabr 2022ci il tarixli auditor rəyini əsas götürərək hesab edir ki, Cavabdeh MTK tərəfindən zərərçəkmiş şəxslərə verilməli olan 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi təhvil verilmiş, yəni cavabdeh öhdəliyini artıqlaması ilə icra etmiş, iddiaçılara qarşı hər hansı öhdəliyi qalmamışdır. Məhkəmə iş materiallarını məhkəməyə təqdim olunmuş sübutları araşdırıb, həmçinin Azərbaycan Respublikası Auditorlar Palatasının 10 oktyabr 2022-ci il tarixli auditor rəyini əsas götürərək belə nəticəyə gəlir ki, razılaşmaya əsasən Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməli olan 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi verilmişdir. Odur ki, Cavabdeh MTK tərəfindən iddiaçılara mənzil təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən artıqlaması ilə icra olunmuş hesab olunduğundan, cavabdehin iddiaçılara qarşı hər hansı öhdəliyi olmadığından iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, aidiyyatı dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədə "xxxx" MMC-nin zərərçəkmiş şəxslərinə qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq məhkəmə qərarları əsasında bəzi zərərçəkmiş şəxslərə 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın zirzəmi hissəsindəki bütün qeyri-yaşayış sahəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda göstərilən şəxslərin hamısına mənzil sahəsi verilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh MTK-nin iddiaçılar qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X14, X19, X12, X13 və X1 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar