Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-91/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə işlərin bir icraatda birləşdirilməsi barədə Cavabdeh MTK-nın nümayəndəsinin və iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəmsəinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)- 3712/2022 nömrəli qərardadı ilə, iş üzrə audit yoxlamasının keçirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın (audit yoxlamasının) aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırki mülki iş üzrə İddiaçı və X8 iddia tələbi xx.xx.2008-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin ünvan 1 ünvanında yarımçıq inşa etdiyi binadan cəmiyyətdən aldıqları 6.48.83 saylı və xx.xx.2008-ci il tarixli müqavilə ilə aldıqları 1.5 saylı mənzillərin onlara təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nin üzərinə qoyulması ilə bağlıdır. iddiaçı X2 həmin ünvandan "xxxx" MMC-dən xx.xx.2009-cu il tarixli müqavilə ilə aldığı 122 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nin üzərinə qoyulmasına dair e-2(OO4)-3711/2022 saylı mülki iş isə hakim X5 icraatındadır. Ona görə də, göstərilən mülki işlər bir-biri ilə (eyni tərəflər, eyni predmet, eyni əsasla) əlaqəli olduğundan bir icraatda birləşdirilməlidir. Odur ki, e-2(004)-3712/2022 saylı mülki işin həmin məhkəmənin hakimi Ayaz Məmmədovun icraatında olan c-2(004)-37l 1/2022 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə elekton qaydada ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimlərinin icraatında müxtəlif iddiaçıların icraatınızda olan hazırki iş üzrə cavabdehə qarşı, eyni predmet barədə iddiaları mövcuddur. Hazırki vəziyyətdə mübahisənin xarakterini nəzərə alaraq, işlərin bir yerdə obyektiv və çevik şəkildə araşdırılmasını zəruri hesab edir. Odur ki, məhkəmənin icraatında olan 2(004)-3712/2022, 2(004)-3646/2022, 2(004)- 3594/2022 və 2(004)-3588/2022 saylı mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasınin sədrinin 26 oktyabr 2022-ci il tarixli, 1/55 SDO saylı sərəncamı ilə auditor yoxlamasının aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixdə qeyd olunan mülki iş SDO-01/01/23 saylı məktubla "xxxx" MMC tərəfindən icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 91/2023 nömrəli qərardadı ilə, mülki iş üzrə icraat təzələnməsi qərara alınmışdır. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh MTKya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər icra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.M.-dən ibarət market sahəsinin (1 kv.m. sahə üçün 1.200 manat hesablanmaqla ümumi dəyəri 146.400 manat təşkil edən) əvəzində - iddiaçı X6 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 146.400 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 1.200 manat hesablanmaqla 146.400 manat : 1.200 manat = 122 kv.m.) iddiaçı X3 ünvan 2 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 122 (yüz iyirmi iki) kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-90/2023 saylı, xx.xx.2022-ci il tarixli SMS bildirişindən görünür ki, mülki iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair 2(004)-90/2023 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)- 90/2023 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair 2(004)-91/2023 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair 2(004)-90/2023 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)- 90/2023 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-91/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-91/2023
09.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver