Məhkəmə qərarları › İş №e-2(005)-1012/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1012/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1012/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Nəcəfova Dilşad Selidar qızına qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Nəcəfova oğluna qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 16 119,6 manat, faiz borcuna görə 4522,27 manat, cərimə borcuna görə 1146,82 manat, borcun cəmi məbləği 21788,69 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 155,37 manat məbləğində pul tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m—də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabma Cavabdeh2 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 21788,69 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 185,37 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Nəcəfov X5 rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın və istifadə hüquqları itirilmiş hesab olunması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m- də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 qızmdan və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 21 000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 2.3. və 2.4. maddələri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 17 Dekabr 2018-ci il tarixdə İddiaçı ASC-nin Nərimanov filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasmda zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 17 Dekabr 2018-ci il tarixli, NRNPT- 0044 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 16 119,6 manat, faiz borcuna görə 4522,27 manat, cərimə borcuna görə 1146,82 manat, borcun cəmi məbləği 21788,69 manat təşkil edir. 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi İddiaçı ASC qarşısında 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasmda bağlanmış 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 16 119,6 manat, faiz borcuna görə 4522,27 manat, cərimə borcuna görə 1146,82 manat, borcun cəmi məbləği 21788,69 manat məbləğində pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti satıldıqdan sonra cavadeh ipoteka predmetindən çıxarılmalıdır, cavabdehin ipoteka predmetində qeydiyyatı ləğv edilməlidir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi X.Məmmədova 29.04.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17 Dekabr 2018-ci il tarixli, NRNPT- 0044 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 16 119,6 manat, faiz borcuna görə 5463,07 manat, cərimə borcuna görə 4200 manat, borcun cəmi məbləği 25 782,67 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 167,35 manat məbləğində pul, qiymətləndirmə xərci olan və tərəfimizdən ödənilmiş 500 AZN məbləğində pul tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə yönəldilməsi, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 25 782,67 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 197,35 manat məbləğində pul, qiymətləndirmə xərci olan və ödənilmiş 500 AZN məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Nəcəfov X5 rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE- 192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqları itirilmiş hesab olunması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərk iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi X4 məhkəmə iblasında iddia ərizəsini əsas borc hissəsində qəbul etdiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.12.2018-ci il tarixli NRNPT-0044 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Nərimanov” filialı tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20% ödəmək şərti ilə 21.000 (iyirmi bir min) manat məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Nəcəfova Dilşad Selidar qızı və Cavabdeh1 arasında bağlanmış 17.12.2018-ci il tarixli NRNPT-0044 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borclu Nəcəfova Dilşad Selidar qızının bank qarşısında 17.12.2018-ci il tarixli NRNPT-0044 kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; İş materiallarına əlavə edilmiş 17.12.2018-ci il tarixli NRNPT-0044nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 və Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi bank qarşısında ipotekaya qoyulmuşdur. İddiaçı ASC-nin 28.04.2022-ci il tarixli arayışdan görünür ki, 16119,6 manat əsas borc, 5463,07 manat faiz borcu, 4200 manat cərimə borcu, tələblərin cəmi 25782,67 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2022-ci il tarixli SN 21 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Cavabdeh2 və Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinin bazar dəyəri 309.600 manat, likvid dəyəri 250.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.12.2018-ci il tarixli NRNPT-0044 kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 21000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Nəcəfova Dilşad Selidar qızı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh2 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh1 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə iş materiallarında olan maliyyə arayışını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində təmin edilməli, 16119,6 manat məbləğində əsas, 5463,07 manat məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASCnin müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, hesablanmış 4200 manat məbləğində dəbbə borcu 100 (yüz) manat müəyyən edilərək, cavabdeh şəxslərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı ASC (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. İş materiallarından görünür ki, 17.12.2018-ci il tarixli NRNPT-0044 nömrəli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 və Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 və Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 250.000 manat (iki yüz əlli min) manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada icra edilməsi və tərəflərin istifadə hüquqlarının itirilməsi” hissəsində təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 167,35 (bir yüz altmış yeddi manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 17.12.2018-ci il tarixli NRNPT- 0044 saylı baş kredit müqaviləsi üzrə 16.119,6 manat əsas kredit borcu, 5.463,07 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 21.682,67 (iyirmi bir min altı yüz səksən iki manat altmış yeddi qəpik) manat məbləğində borc, iddia qaldılması üçün ödənilmiş 167,35 (bir yüz altmış yeddi manat, otuz beş qəpik) manat dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 sayı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumu, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 500 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə yönəldilsin. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi açıq hərracdan satılsın, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat müəyyən edilsin, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait paylara uyğun olaraq Cavabdeh2 qaytarılsın. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin evdən çıxarılsınlar və ev boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar