Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1099/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh PHŞ-nə qarşı “əmrin ləğvi, işçinin işdən kənar edildiyi vaxt ərzində verilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh PHŞ-nin “işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə Cavabdehinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh PHŞ-nə qarşı “əmrin ləğvi, işçinin işdən kənar edildiyi vaxt ərzində verilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh PHŞ-nin “işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Azərbaycan Metrologiya İnstitutu” X7rşı “əmrin ləğvi, işçinin işdən kənar edildiyi vaxt ərzində verilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri haqqında” 19 avqust 2024cü il tarixli, № 3-21-1-2/3-1-F-141/2024 saylı Əmrinin qismən - “İddiaçı münasibətdə olan hissələrdə” ləğv edilməsi;“İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli,№ 3-21-1-2/3-1-F-185/2024 saylı Əmrinin ləğv edilməsi və İddiaçı işdən kənar edilən vaxt ərzində verilməmiş 3.300 manat əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının 5 faizi məbləğində 8.580 manat ödənc və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 61 manat haqq olmaqla, cəmi 11.941 manat pul məbləğinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehi tərəfindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı (“İddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehində (“Cavabdeh”) Texniki departamentin Tətbiqi metrologiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cavabdeh orqanın bəzi əməkdaşları barədə xidməti araşdırma aparılması məqsədilə cavabdeh orqanın 19 avqust 2024-cü il tarixli, № 3-21-1-2/3- 1-F- 141/2024 saylı “İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri haqqında” Əmri ilə iddiaçı xx.xx.2024-cü il tarixindən xidməti araşdırma yekunlaşanadək işdən kənar edilmiş, işdən kənar edildiyi dövr ərzində ona əmək haqqı hesablanmamışdır. Cavabdeh orqanın 22 oktyabr 2024-cü il tarixli, 3-21-1-2/3-1-F-185/2024 saylı Əmri ilə iddiaçıya töhmət verilmişdir. Töhmətin verilməsinin əsası kimi “İnstitutun 26 avqust 2024-cü il tarixli 3-21-1- 2/3-1-F-143/2024 nömrəli əmrinə əsasən yaradılmış müvafiq komissiyanın xidməti araşdırması nəticəsində onun əmək funksiyalarını, ona həvalə edilmiş vəzifə öhdəliklərini lazımi qaydada icra etməyərək, tabeliyində olan laboratoriyaların fəaliyyətinə rəhbərlik və nəzarəti düzgün həyata keçirmədiyi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələblərinin kobud surətdə pozulması” göstərilmişdir. Cavabdeh orqana vəkil sorğusu göndərilərək, İddiaçı müvafiq araşdırmanın yekununa dair tərtib edilmiş müvafiq sənədlə (akt, arayış, protokol və s.) tanış edilib-edilməməsi, sonuncudan bununla bağlı izahat alınıb-alınmaması barədə məlumat verilməsi, 26 avqust 2024-cü il tarixli 3-21-1-2/3-1-F-143/2024 nömrəli əmrə əsasən yaradılmış komissiyanın tərtib etdiyi yekun sənədin surətinin təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-21-1-2/2-1661/2024 saylı cavab məktubu ilə Komissiyanın apardığı araşdırmanın yekunu barədə 22 oktyabr 2024-cü il tarixli akt və iddiaçının izahatı təqdim edilmişdir. Həmin Aktda qeyd edilmişdir ki, “İnstitutun Tətbiqi metrologiya şöbəsinin fəaliyyət sahəsinin araşdırılması zamanı aşağıda qeyd edilən nöqsanlar aşkar edilmiş və 2 oktyabr 2024-cü il tarixli aktda öz əksini tapmışdır. Araşdırmanın nəticəsi olaraq təqdim edilməyən və ya ölçmə vasitəsi olmayan kimi qeyd edilən cihazların müqavilə cədvəlinə yazılmasına baxmayaraq yoxlama zamanı təqdim edilməməsi və həmin cihazların əlavə ölçmə vasitəsi kimi yazılaraq qiymətin süni şəkildə artırılması, həmçinin cihazların sayı, məbləği, yoxlanılması prosesləri birbaşa Tətbiqi metrologiya şöbəsinin müdiri İddiaçı ilə razılaşdırılmış, qiymətə endirim edilməsi müraciəti İddiaçı ünvanlanmış, razılığın əldə olunmasına, endirimin edilməsinə baxmayaraq əlavə olaraq da cihazlar təqdim edilməmiş və yenidən təsdiq edilmiş qiymətin (1055.63 - 30% endirimli 18% ƏDV-li AZN azalmışdır) bir qədər də aşağı düşməsi müəyyən edilmişdir. Endirim nəticəsində verilmiş 6167.60 manat məbləğə 30% endirim edilərək 5330.44 manat edilməsinə baxmayaraq təqdim edilməyən cihazların hesabına İnstituta müəssisələr ("xxxx"xxxx"xxxx" MMC - 739.15 və “Avanqard-N" MMC - 803.23) tərəfindən ümumilikdə 4375.91 manat məbləğ ödənilmişdir. Həmçinin həmin dövrdə Kütlə, mexaniki və həndəsi ölçmələri üzrə sınaq və yoxlanılma laboratoriyasının müdiri olan Tamilla Şəbiyeva izahatında çıxış zamanı 6 ədəd hidravlik presin ölçmə vasitəsi olmadığı barədə əməkdaşın ona məlumat verməsini, verilən məlumatın İddiaçı ilə razılaşdırmasını və şöbə müdiri İddiaçı qeyd edilən ölçmə vasitələrinə sənəd yazılmasını bildirməsinə baxmayaraq yekunda sənəd yazılmaması müəyyən edilmişdir. Ümumilikdə İddiaçı şöbə müdiri kimi rəhbərlik etdiyi dövrdə struktur bölmənin əməkdaşlarına, onların fəaliyyət sahələrinə, icraatında olan xidməti işlərin düzgün icra edilməsinə, yekun sənədlərin yazılmasına və səlahiyyəti daxilində digər işlərin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etməli və şöbə daxili digər proseslərdən xəbərdar olmalıdır İddiaçıın fəaliyyəti ilə bağlı aparılmış araşdırma xx.xx.2024-cü il tarixli 3-21-1- 2/3-4-DY-1629/2024 nömrəli xidməti məruzə ilə yekunlaşdırılmışdır.” İddiaçı xx.xx.2024-cü il tarixli yazılı izahatında qeyd etmişdir ki, “Mətanət-A şirkətinin məsul şəxsi ilə əlaqə saxlamışam və ona şirkətin istifadəsində olan ölçmə vasitələrinin bizim institutda yoxlanmasını və kalibirlənməsinin həyata keçirilməsini izah etmişəm. Həmin şəxs endirim ediləcəyi təqdirdə onunla müqavilə bağlayacağına söz verdi. Endirimlə əlaqədar institutda cavabdeh şəxslə söhbət etdim və razılıq aldım. Sonra institutun endirim komissiyasında məsələyə baxıldı və endirim olunması ilə bağlı qərar qəbul edildi. Bununla əlaqədar protokol institutun endirim komissiyasındadır. MMC-dən daxil olmuş ölçmə vasitələrinin yoxlanması ilə əlaqədar xidmət haqqının hesablanması üçün cavabdeh şəxsə yönəldildi. Mətanət A şirkətindən ölçmə vasitələrinin yoxlanılması bağlı müraciəti icra edilməsi üçün kütlə, mexaniki və həndəsi ölçmə vasitələrinin yoxlanılması laboratoriyasına yönəltdim. Qeyd etmək istərdim ki, ölçmə vasitələrinin yoxlanılıb-yoxlanıla bilmədiyi məsələyə icraçı laboratoriya müdiri və xidmət dəyərini hesablayan şəxs arasında müzakirə olunur.” 4 noyabr 2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən əmək münasibətləri üzrə mübahisənin mediasiya vasitəsilə həll edilməsinə cəhd edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, № 3-21-1-2/2-1710/2024 saylıcavab məktubu ilə mediasiya prosesinin tətbiqi ilə bağlı etirazın olmadığı bildirilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-02253 nömrəli Arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir və iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 61 manat haqq ödənilmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən yol verildiyi qeyd edilən pozuntulara görə iddiaçının izahatında da qeyd etdiyi kimi iddiaçı məsuliyyət daşımamşdır. Belə ki, qeyd edilən məsələ üzrə endirim edilməsi, ölçmə vasitələrinin yoxlanılıb-yoxlanıla bilməməsiməsələsinin müzakirə edilməsi iddiaçının səlahiyyətində olmamışdır. Bu səbəbdən baş verdiyi qeyd edilən pozuntulara görə iddiaçının işdən kənar edilməsi və ona intizam tənbeh tədbiri kimi töhmət verilməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqanın 19 avqust 2024-cü il tarixli əmrində “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsini və Cavabdehin Nizamnaməsinin 4.22.7-ci yarımbəndini rəhbər tutaraq” qeyd edilsə də, iddiaçının işdən kənar edilməsi üçün cavabdeh orqanın öz əmrində istinad edilən Əmək Məcəlləsinin 62cimaddəsində sadalanan hallardan heç biri mövcud olmamışdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh Azərbaycan Metrologiya İnstitutu” X10 elektron kabinet vasitəsilə ilkin iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi ounnla əsaslandırılmışdır ki, 2024-cü ilin avqust ayında "Azərbaycan Metrologiya İnstitutu” X8ə (bundan sonra - AzMİ) İddiaçı ilə əlaqədar hüquq pozuntusu barədə şifahi məlumat daxil olmuşdur. Həmin məlumat əsasında AzMİ-nin bir sıra əməkdaşlarının fəaliyyəti barədə daxili xidməti araşdırma başlanmışdır. Bununla əlaqədar olaraq, "İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri haqqında” xx.xx.2024-cü il tarixli 3-21-1-2/3-1-F- 141/2024 nömrəli əmr verilmişdir. Bu əmrdə AzMİ-nin bir sıra əməkdaşlarının işdən kənar edilməsi nəzərdə tutulmuş və həmin əməkdaşlar barəsində aparılacaq xidməti araşdırmanın tam, hərtərəfli və obyektiv olması məqsədilə müvafiq komissiyanın yaradılması qeyd olunmuşdur. Həmçinin həmin əmrlə yaradılması nəzərdə tutulan komissiyanın normal fəaliyyətinə hər hansı müdaxilələrin edilməməsi, eləcə də araşdırma dövründə təhlil ediləcək sənədlərin və məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün barəsində xidməti araşdırma aparılan 3 (üç) nəfər, o cümlədən İddiaçı ümumi iş fəaliyyətindən kənarlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra, "Azərbaycan Metrologiya İnstitutu” X8 bəzi əməkdaşları barədə xidməti araşdırma aparılması məqsədilə Komissiyanın yaradılması haqqında” xx.xx.2024-cü il tarixli 3-21-1-2/3-1-F-143/2024 nömrəli əmrə əsasən müvafiq Komissiya yaradılmışdır. Aparılmış araşdırma ilə əlaqədar tərtib olunmuş Akta əsasən "MƏTANƏT-A” MMC tərəfindən endirimin edilməsi barədə müraciət İnstitutun rəsmi poçt ünvanına göndərilməsinə baxmayaraq müraciət İddiaçı adına ünvanlanmışdır. Nəticə etibarilə sözügedən müəssisəyə 30 % (otuz faiz) endirim tətbiq olunmuşdur. Bundan sonra, "MƏTANƏT A” MMC və bu şirkətlə əlaqədar olan "Avanqard” MMC və "Elberg” MMC tərəfindən təqdim olunmuş hesab-fakturalarda göstərilən məbləğlə yekun təhvil təslim aktında göstərilən məbləğlər arasında uyğunsuzluq olmuşdur. Bunun səbəbi soruşulan zaman həmin yoxlamaları həyata keçirmiş İddiaçı və T.Şəbiyeva bildirmişdir ki, müəssisələr özləri bəzi cihazları yoxlanılmaya təqdim etməkdən imtina etmişdirlər. Lakin, sonradan, müəssisə rəhbərliyi ilə görüş zamanı həmin cihazların nə üçün yoxlanılmaya təqdim edilməməsi barədə sual verilmiş, müəssisə rəhbərliyi cavab olaraq bildirmişdir ki, “əksinə, bizə həmin cihazların yoxlanıla bilməyəcəyi barədə AzMİ-nin əməkdaşları məlumat vermişdir.” Bundan sonra, sözegedən müəssisələrdən həmin cihazların yeni siyahısı alınmış və cari ilin oktyabr ayında yoxlanılması uğurla həyata keçirilmiş, sonda müvafiq məbləğdə vəsaitlər AzMİ-yə ödənilmişdir. Sözügedən araşdırmanın nəticəsi olaraq təqdim edilməyən və ya ölçmə vasitəsi olmayan kimi qeyd edilən cihazların müqavilə cədvəlinə yazılmasına baxmayaraq yoxlama zamanı təqdim edilməməsi və həmin cihazların əlavə ölçmə vasitəsi kimi yazılaraq qiymətin süni şəkildə artırılması, həmçinin cihazların sayı, məbləği, yoxlanılması prosesləri birbaşa Tətbiqi metrologiya şöbəsinin müdiri İddiaçı ilə razılaşdırılmış, qiymətə endirim edilməsi müraciəti İddiaçı ünvanlanmış, razılığın əldə olunmasına, endirimin edilməsinə baxmayaraq əlavə olaraq da cihazlar təqdim edilməmiş və yenidən təsdiq edilmiş qiymətin (1055.63 - 30% endirimli 18% ƏDV-li AZN azalmışdır) bir qədər də aşağı düşməsi müəyyən edilmişdir. Endirim nəticəsində verilmiş 6167.60 AZN məbləğə 30% endirim edilərək 5330.44 AZN edilməsinə baxmayaraq təqdim edilməyən cihazların hesabına İnstituta müəssisələr ("xxxx"xxxx"xxxx" MMC - 739.15 və "xxxx" MMC - 803.23) tərəfindən ümumilikdə 4375.91 AZN məbləğ ödənilmişdir. Nəticə etibarilə, İddiaçı tərəfindən yol verilmiş bu kimi hallar onun öz şəxsi maraqları üçün çalışdığını bariz şəkildə göstərir. Həmçinin həmin dövrdə AzMİ-nin Kütlə, mexaniki və həndəsi ölçmələri üzrə sınaq və yoxlanılma laboratoriyasının müdiri olan Tamilla Şəbiyeva izahatında çıxış zamanı 6 ədəd hidrovlik presin ölçmə vasitəsi olmadığı barədə əməkdaşın ona məlumat verməsini, verilən məlumatın İddiaçı ilə razılaşdırmasını bildirməsinə baxmayaraq yekunda müvafiq sənədin tərtib edilməməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında "xxxx" MMC-nin məsul şəxsi ilə əlaqə saxlayaraq şirkətin istifadəsində olan ölçmə vasitələrinin institutda yoxlanılması barədə izahın verilməsini, həmin şəxsin endirim ediləcəyi təqdirdə bizimlə işləyə biləcəyini, endirimin müvafiq qaydada (“Tariflər üçün endirim və güzəştlərin edilməsi” üzrə komissiyanın razılığı ilə) razılığı alındıqdan sonra ölçmə vasitələrinin yoxlanılması məqsədilə aidiyyatı üzrə Kütlə, mexaniki və həndəsi ölçmələri üzrə sınaq və yoxlanılma laboratoriyasına göndərilməsini və yekun olaraq digər məsələlər barədə məlumatının olmamasını qeyd etmişdir. İddiaçı izahatında "xxxx" MMCyə məxsus yoxlama işlərinin aparılması zamanı yaranmış uyğunsuzluqlardan xəbərsiz olduğunu qeyd edir ki, bu da şöbə müdirinin fəaliyyət sahəsi və öhdəliklərinin icra edilməsi baxımından böyük ziddiyyətin yaranmasına gətirib çıxarmışdır. Qeyd edirlər ki, şöbə müdiri rəhbərlik etdiyi struktur bölmənin əməkdaşlarına, onların fəaliyyət sahələrinə, icraatında olan xidməti işlərin düzgün icra edilməsinə, yekun sənədlərin yazılmasına və səlahiyyəti daxilində digər işlərin müəyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etməli və şöbə daxili digər proseslərdən xəbərdar olmalıdır. Belə ki, AzMİ-nin “AZMİ-İR-17- VT” nömrəli xx.xx.2024-cü il tarixli Vəfizə Təlimatına əsasən AzMİ-nin Texniki departamentinin Tətbiqi metrologiya şöbəsinin müdiri qismində İddiaçı şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik etməsi; şöbənin işinə rəhbərlik və nəzarət etməsi; əmək və icra intizamına riayət edilməsinə nəzarət edilməsi; iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edilməsi; şöbənin fəaliyyəti ilə bağlı İnstitutun Baş direktoruna hesabat verməsi kimi bir sıra vəzifə öhdəlikləri mövcuddur. İddiaçı sözügedən vəfizə təlimatını öz imzası ilə təsdiq etmişdir. Bununla da, o, qeyd olunmuş öhdəlikləri qəbul etməsinə baxmayaraq, öz peşə fəaliyyətində ciddi nöqsanlara yol verərək vəzifə təlimatı ilə nəzərdə tutulmuş qaydaları pozmuş, öhdəliklərinə əməl etməmişdir. İddiaçı qeyd edilən məsələdən şöbə müdiri olmasına baxmayaraq baş verən hadisələrdən xəbərsiz olması özlüyündə vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi deməkdir. İddiaçı fəaliyyəti ilə bağlı aparılmış xidməti araşdırma “İnstitutun Tətbiqi metrologiya şöbəsinin müdiri İddiaçı barəsində müvafiq tədbirin görülməsi barədə” tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-21-1-2/3-4-DY-1629/2024 nömrəli xidməti məruzə ilə yekunlaşdırılmışdır. Göründüyü kimi, həmin dövrdə İddiaçı yol verdiyi əməlllərdə inzibati və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərlə bağlı pozuntuların olmasına kifayət qədər şübhələr yaratmışdır. Məhz bu səbəbdən də, AzMİnin xx.xx.2024-cü il tarixli 3-21-1-2/3-1-F- 141/2024 nömrəli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə bəndləri göstərilmədən ümumi istinad verilmişdir. Həmçinin sözügedən şübhələrin olması ilə əlaqədar olaraq İddiaçı tərəfindən ona aid imza ilə təsdiq edilmiş “X12 Sınaq” MMC-yə məxsus “Ölçmə vasitələrinin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, №1786/4-2023 nömrəli Şəhadətnamə əldə edilmişdir. Həmin Şəhadətnamədən aydın olur ki, İddiaçı 2023-cü ilin oktyabrın 10-da sözügedən müəssisənin "Ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi sektorunun müdiri” vəzifəsində işləmişdir. Bununla da, İddiaçı tərəfindən kommersiya sirlərinin rəqib müəssisə olan "X12 Sınaq” MMC-yə ötürməsi qətiyyən istisna edilmir. Bu hal isə özlüyündə vəzifə saxtakarlığına yol verdiyini əyani şəkildə göstərir. Bununla da, nəzərinizə çatdırmaq istəyirik ki, "X12 Sınaq” MMC-yə məxsus "Ölçmə vasitələrinin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, №1786/4-2023 nömrəli Şəhadətnamə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması yolu ilə tərtib edilmişdir. Bu pozuntu özünü 2 formada əks etdirmişdir. Belə ki, əgər tərtib edilmiş şəhadətnamə düzgün tərtib edilmişdirsə, "X12 Sınaq” MMC başqa bir müəssisənin tam ştat işçisi kimi çalışan işçini qanunsuz olaraq öz müəssisində işə götürmüşdür. Əgər tərtib edilmiş şəhadətnamə qanuni və əsaslı deyilsə, "X12 Sınaq” MMC tərəfindən tərtib edilmiş bu sənəd saxtadır. Yekunda Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, İddiaçı tərəfindən yol verilən pozucu hərəkətlər, ortaya çıxan uyğunsuzluqlar və iddiaçının rəqib müəssisə ilə "yaxın əlaqələri” dövlət orqanı olaraq AzMİ-nin korporativ nüfuzuna qarşı aşkarcasına edilmiş kommersiya təxribatlarından başqa bir şey deyildir. Qarşılıqlı iddia tələbi və onun dəlilləri Cavabdeh İddiaçı qarşı «İşgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi » tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdehinə qarşı iddiasının rədd edilməsi, əmək qanunvericiliyinin kobud şəkildə pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi halları nəzərə alınaraq 2023cü ilin oktaybr ayından 2024-cü ilin noyabr ayına kimi ona əsassız olaraq ödənilmiş 10198,98 (on min yüz doxsan səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində vəsaitin, eləcə də AzMİ-nin korporativ və izgüzar nüfuzunun ləkələnməsinə səbəb olacaq aşkar şəraitin yaradılması səbəbilə 3000 (üç min) manat məbləğində vəsaitin tutularaq AzMİ-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə yaradılmış Cavabdehi (bundan sonra – AzMİ) dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması, qorunub saxlanılması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edən dövlət qurumudur. Hər bir dövlət qurumu kimi, AzMİ də öz fəaliyyətində kommersiya sirri hesab edilən məlumatların yayılmasının və qurumun işgüzar nüfuzuna xələl gətirəcək halların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində maraqlıdır.İddiaçı uzun illər AzMİ-nin müxtəlif struktur bölmələrində çalışmışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər AzMİ-nin Qanunverici metrologiya departamentinin direktor müavini vəzifəsində, xx.xx.2021-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər sözügedən qurumun Tətbiqi metrologiya şöbəsinin müdir müavini vəzifəsində və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər həmin şöbənin müdiri vəzifəsində tam ştat işçi kimi çalışmışdır. AzMİ-nin xx.xx.2024-cü il tarixli 3-21-1- 2/3-1-K-149/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra, araşdırma zamanı İddiaçı tərəfindən ona aid imza ilə təsdiq edilmiş “X12 Sınaq” MMC-yə məxsus “Ölçmə vasitələrinin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, №1786/4-2023 nömrəli Şəhadətnamə aşkar edilmişdir. Həmin Şəhadətnaməyə əsasən İddiaçı 2023- cü ilin oktyabrın 10-da sözügedən müəssisənin “Ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi sektorunun müdiri” vəzifəsində işləmişdir. Halbuki, İddiaçı həmin müddətdə AzMİ-nin Qanunverici metrologiya şöbəsinin müdir müavini vəzifəsində tam ştat işçi qismində işləmişdir. Lakin, İddiaçı bu barədə AzMİ-nin rəhbərliyinə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.3-ü bəndinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 58.3-cü bəndinə əsasən iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Həmçinin Əmək Məcəlləsinin 72.5-ci bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, İddiaçı AzMİ-də tam ştat işçi kimi çalışdığı dövrdə işəgötürənə heçbir məlumat vermədən və onun razılığı olmadan iş vaxtı ərzində digər müəssisədə struktur bölmə rəhbəri vəzifəsində işləmişdir. Əlavə olaraq, İddiaçı öz vəzifələrini layiqincə icra etməmiş, ona verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, göstərilən əməlləri ilə müəssisələr tərəfindən verilmiş və ona məlum olan sifarişlər haqqında məlumatları üçüncü şəxslərə ötürməsinə dair ciddi əsaslar yaratmışdır. Bununla da, İddiaçı sözügedən fəaliyyəti ilə AzMİ-nin işgüzar nüfuzuna xələl gətirmiş və onun sahibkarlıq subyektləri arasında uzun illərdən bəri qazanılan və yüksək səviyyədə qorunub saxlanılan korporativ imicinin ləkələnməsinə aşkarcasına şərait yaratmışdır. 2023-cü ilin oktaybr ayından 2024-cü ilin noyabr ayına kimi İddiaçı 14779 (on dörd min yeddi yüz yetmiş doqquz manat) manat məbləğində əmək haqqı və 10198,98 (on min yüz doxsan səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində əmək haqqında əlavələr ödənilmişdir (maliyyə cədvəli əlavə olunur). Əmək haqqına əlavələr işlədiyi dövrdə fəaliyyəti nəzərə alınaraq mükafat qismində ona verilmişdir. Lakin, hazırki vəziyyətdə əldə edilmiş ilkin sübutlardan aydın olur ki, İddiaçı heç də AzMİ-nin işgüzar nüfüzu üçün deyil, öz şəxsi maraqları üçün işləmişdir. Bununla da, 2023-cü ilin oktaybr ayından 2024-cü ilin noyabr ayına kimi AzMİ-yə 10198,98 (on min yüz doxsan səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində ziyan vurulmuşdur. AzMİ-nin “AZMİ-İR-17-VT” nömrəli xx.xx.2024-cü il tarixli Vəfizə Təlimatına əsasən AzMİ-nin Texniki departamentinin Tətbiqi metrologiya şöbəsinin müdiri qismində İddiaçı şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik etməsi; şöbənin işinə rəhbərlik və nəzarət etməsi; əmək və icra intizamına riayət edilməsinə nəzarət edilməsi; iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edilməsi; şöbənin fəaliyyəti ilə bağlı İnstitutun Baş direktoruna hesabat verməsi kimi bir sıra vəzifə öhdəlikləri mövcuddur. İddiaçı sözügedən vəfizə təlimatını öz imzası ilə təsdiq etmişdir. Bununla da, o, qeyd olunmuş öhdəlikləri qəbul etməsinə baxmayaraq, öz peşə fəaliyyətində ciddi nöqsanlara yol verərək vəzifə təlimatı ilə nəzərdə tutulmuş qaydaları pozmuş, öhdəliklərinə əməl etməmişdir. “X12 Sınaq” MMC-nin metrologiya sahəsində rəqib müsəssisə olduğunu nəzərə alaraq, İddiaçı adının sözügedən Şəhadətnaməyə daxil edərkən onun həmin dövrdə AzMİ-nin əməkdaşı olması faktı sözügedən müəssisəyə məlum olmuşdur. Bununla da “X12 Sınaq” MMC-yə məxsus “Ölçmə vasitələrinin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, №1786/4- 2023 nömrəli Şəhadətnamə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması yolu ilə tərtib edilmişdir. Bu pozuntu özünü 2 formada əks etdirmişdir. Belə ki, əgər tərtib edilmiş şəhadətnamə düzgün tərtib edilmişdirsə, “X12 Sınaq” MMC başqa bir müəssisənin tam ştat işçisi kimi çalışan işçini qanunsuz olaraq öz müəssisində işə götürmüşdür. Əgər tərtib edilmiş şəhadətnamə qanuni və əsaslı deyilsə, “X12 Sınaq” MMC tərəfindən tərtib edilmiş bu sənəd saxtadır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia ərizəsinin məzmununa izahat verərək, təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. O qeyd etdi ki, uzun müddət cavabdeh təşkilatda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində onun barəsində heç vaxt intizam tənbehləri tətbiq edilməmişdir. Hesab edir ki, həm intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, həm də işdən kənar edilməsi barədə əmrlər qanunsuzdur, ona qarşı qərəzli mövqyin nəticəsi olaaq qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianı müdafiə edərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz izahatında o qeyd etmişdir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyi kobud şəkildə pozulmuşdur. Onların ümumiyyətlə işçini işdən kənarlaşdırmaq və bu müddət ərzində iddiaçıya əmək haqqını ödəməməyə heç bir hüquqları və səlahiyyətləri olmamışdır. İddiaçının əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək münasibətlərinə xitam verilmişdir. Hazırda həmin əmr mübahisələndirilmir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib ilkin iddianı qəbul etməyərək, habelə qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O qeyd etmişdir ki, işçinin işdən kənarlaşdırılmasına əsas iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirilməsi zamanı onun qanun pozuntularına yol verməsi, işəgötürənə maddi ziyan vurması, şöbənin əməkdaşlarına nəzarət etməməsinə əsaslı şübhələrin olması və bu barədə yolxlamanın aparılması olmuşdur. İddiaçı əsas iş yeri olduğu halda, digər təşkilatda da işləmiş və qarşılıqlı iddiaçıya maddi ziyan vurmuşdur. Mülki işin materialları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehin İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri haqqında xx.xx.2024-cü il tarixli,3-21-1-2/3-1-F-141/2024 nömrəli əmrin surətindən görünür ki, Cavabdehin Texniki departamentinin Tətbiqi metrologiya şöbəsinin müdiri İddiaçı, həmin şöbənin Kütlə, mexaniki və həndəsi ölçmələri üzrə sınaq və yoxlanılma laboratoriyasının müdiri X3 və Regionlarla iş şöbəsinin Aran regional ərazi idarəsinin direktoru X4 xx.xx.2024-cü il tarixindən xidməti araşdırma yekunlaşanadək işdən kənar edilmişdir. İddiaçı, X1 və X2 işdən kənar edildikləri dövr ərzində əmək haqqı hesablanmaması bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Anfiinhisar va İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehin 22 oktyabr 2024-cü il tarixli,3-21-1-2/3-1-F- 185/2024 nömrəli İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrin surətindən görünür ki, İnstitutun Texniki departamentinin Tətbiqi metrologiya şöbəsinin müdiri İddiaçı töhmət verilmişdir. Cavabdehin bəzi əməkdaşlarının işdən kənarlaşdırılması haqqında xx.xx.2024-cü il tarixli 3-21-1-2/3-1-F-141/2024 nömrəli əmrə əsasən aparılmış araşdırmanın yekunlaşdırılması barədə 22 oktyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Aaraşdırmanın nəticəsi olaraq təqdim edilməyən və ya ölçmə vasitəsi olmayan kimi qeyd edilən cihazların müqavilə cədvəlinə yazılmasına baxmayaraq yoxlama zamanı təqdim edilməməsi və həmin cihazlann əlavə ölçmə vasitəsi kimi yazılaraq qiymətin süni şəkildə artırılması, həmçinin cihazların sayı, məbləği, yoxlanılması prosesləri - birbaşa Tətbiqi metrologiya şöbəsinin müdiri İddiaçı ilə razılaşdınlmış, qiymətə endirim edilməsi müraciəti İddiaçı ünvanlanmış, razılığın əldə olunmasına, endirimin edilməsinə baxmayaraq əlavə olaraq da cihazlar təqdim edilməmiş və yenidən təsdiq edilmiş qiymətin (1055.63 - 30% endirimli 18% ƏDV-li manat azalmışdır) bir qədər də aşağı düşməsi müəyyən edilmişdir. Endirim nəticəsində verilmiş 6167.60 manat məbləğə 30% endirim edilərək 5330.44 manat edilməsinə baxmayaraq təqdim edilməyən cihazların hesabına instituta müəssisələr (“Mətanət-A° MMC - 2833.53, “Elberg* MMC - 739.15 və “Avanqard-N" MMC - 803.23) tərəfindən ümumilikdə 4375.91 manat məbləğ ödənilmişdir. Həmçinin həmin dövrdə Kütlə, mexaniki və həndəsi ölçmələri üzrə sınaq və yoxlanılma laboratoriyasının müdiri olan Tamilla Şəbiyeva izahatında çıxış zamanı 6 ədəd hidrovlik presin ölçmə vasitəsi olmadığı barədə əməkdaşın ona məlumat verməsini, verilən məlumatın İddiaçı ilə razılaşdırmasını və şöbə müdiri İddiaçı qeyd edilən ölçmə vasitələrinə sənəd yazılmasım bildirməsinə baxmayaraq yekunda sənəd yazılmaması müəyyən edilmişdir. Ümumillikdə İddiaçıın şöbə müdiri kimi rəhbərlik etdiyi dövrdə struktur bölmənin əməkdaşlarına, onlann fəaliyyət sahələrinə, icraatında olan xidməti işlərin düzgün icra edilməsinə, yekun sənədlərin yazılmasına və səlahiyyəti daxilində digər işlərin müəəyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etməli və şöbə daxili digər proseslərdən xəbərdar olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Anfiinhisar va İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehin xx.xx.2024-cü il tarixli,3-21-1-2/2-1579/2024 nömrəli İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, 02 fevarl 2021-ci il tarixndə bağlanan 07 nömrəli müddətli əmək müqaviləsinin müddəti 02 noyabr 2024-cü il tarixində müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b". bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 4 noyabr 2024-cü ii tarixdə xitam verilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-02253 nömrəli Arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir və İddiaçı iştirak etmiş və tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 61 manat haqq ödənilmişdir. Cavabdehin bəzi əməkdaşlarının işdən kənarlaşdırılması haqqında xx.xx.2024-cü il tarixli 3-21-1-2/3-1-F-141/2024 nömrəli əmrə əsasən aparılmış araşdırma zamanı aşkar edilmiş nöqsanlar barəsində xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, ümumilikdə araşdırmanın nəticəsi olaraq təqdim edilməyən və ya ölçmə vasitəsi olmayan kimi qeyd edilən cihazların müqavilə cədvəlinə yazılmasına baxmayaraq yoxlama zamanı təqdim edilməməsi və həmin cihazların əlavə ölçmə vasitəsi kimi yazılaraq qiymətin süni şəkildə artırılmasına əsaslı şübhənin yaranmasını gətirib çıxarmışdır. Həmçinin cihazların sayı, məbləği, yoxlanılması prosesləri birbaşa İddiaçı ilə razılaşdırılmış, qiymətə endirim edilməsi müraciəti İddiaçı ünvanlanmış, razılığın əldə olunmasına, endirimin edilməsinə baxmayaraq əlavə olaraq da cihazlar təqdim edilməmiş və yenidən təsdiq edilmiş qiymət (1055.63 - 30% endirimli 18% ƏDV-li manat azalmışdır) bir qədər də aşağı düşmüşdür. Endirim nəticəsində verilmiş 6167.60 manat məbləğə 30% endirim edilərək 5330.44 manat edilməsinə baxmayaraq təqdim edilməyən cihazların hesabına İnstituta müəssisə tərəfindən ümumilikdə ("xxxx" MMC - 2833.53, “Elberg* MMC - 739.15 və "xxxx" MMC - 803.23) 4375.91 manat məbləğ ödənilmişdir. Cavabdehin Tətbiqi metrologiya şöbəsinin "xxxx" şirkətinə məxsus ölçmə vasitələrinin yoxlanması prosesi ilə bağlı arayışdan görünür ki, "xxxx" şirkəti tərəfindən 1 ədəd su vannasının (ümumi yoxlanılma məbləği 44.80 manat- 30% endirimli, ƏDV-siz) yoxlanılması üçün xx.xx.2024-cü il tarixində şirkətə ezam edilmiş Cavabdehin metroloqlarma təqdim edildiyi, 1 ədəd örtücülük aparatının (ümumi yoxlanılma məbləği 10.50 manat- 30% endirimli, ƏDV-siz) AzMİ-nin laboratoriyasına göndərildiyi, 1 ədəd tərəzinin (ümumi yoxlanılma məbləği 70.00 manat- 30% endirimli, ƏDV-siz) yararsız olduğu üçün təmirə verildiyi, 1 ədəd qurutma aparatının (ümumi yoxlanılma məbləği 44.80 manat- 30% endirimli, ƏDV-siz) və 6 ədəd hidravlik presin isə (ümumi yoxlanılma məbləği 420.00 manat- 30% endirimli, ƏDV-siz) həqiqətən ölçmə vasitəsi olmadığı vurğulanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 0971 nömrəli Hesab-Fakturanın surətindən görünür ki, ölçmə vasitələrinin yoxlanılması xidməti ilə bağlı 621,15 manat, nəqliyyat xərcləri ilə bağlı 118 manat olmaqla cəmi 739,15 manat ödənmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Cavabdehində “Tariflər üçün endirim və güzəştlərin edilməsi” üzrə komissiyasının 11 nömrəli , 22 may 2024-cü il tarixli protokolunda görünür ki, xx.xx.2024 -cü il tarixində "xxxx" şirkətindən AzMİ-nin elektron poçtuna daxil olmuş "Ölçmə vasitələrinin yoxlanılması” üçün təklif edilən metroloji xidmət haqqı üzrə endirim və güzəştlərin edilməsinin müzakirəsində xx.xx.2024 -cü il tarixində "xxxx" şirkətindən AzMİ-nin elektron poçtuna daxil olmuş "Ölçmə vasitələrinin yoxlanılması" üçün təklif edilən qiymətlərə 30% endirim olunması təmin edilmişdir. Ölçmə vasitələrinin yoxlanılmasına dair qiymət təklifindən görünür ki,sifarişçi "xxxx" şirkəti tərəfindən ölçmə vasitələrinin yoxlanılması üçün icraçı Azərbaycan Metrologiya İnstitutu” X9 ümüumi məbləğ 6167.60 manat olmaqla 30% güzəşt edilməklə,1850.28 manat ,nəqliyyat xərcləri üçün 200 manat ümumi 4517.32 manat və 813.12 manat (18% ƏDV tətbiq edilməklə) yekun olaraq 5330.44 manat məbləğ müəyyən edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə «Azərbaycan Metrologiya İnstitutu » X11 ilə arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və direktor müavini vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehin Qanunverici meterologiya şöbəsində şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehin Teniki Departamentin Tətbiqi meterologiya şöbəsində şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh İddiaçı əmək haqqından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 29258,35 manat əmək haqqı almışdır. xx.xx.2024-cü il tarixli elektron poçt vasitəsi ilə "xxxx" şirkəti tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, araşdırma nəticələrində İddiaçı etdiyi təkliflə digər şirkətin ən uyğun qiymət təklifi arasında 2 000 manat fərq olduğu üçün yenidən hesablama edib uyğun olan qiymətlə təklif təqdim edilməsi xahiş edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Cavabdehin baş direktoru Xamis Seyranova 001770 nömrəli xx.xx.2024-cü il tarixli, 001768 nömrəli xx.xx.2024-cü il tarixli və 002129 nömrəli xx.xx.2024-cü il tarixli məktubların nəzarətdə saxlanılmaqla işə alınması barədə xidməti məruzədən görünür ki, ölçmə vasitələrinin yoxlanılması üçün tərtib edilmiş müqavilə və hesab fakturalara əsasən müəssisələr tərəfindən tam ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən yoxlanılması sifariş edilmiş 6 (altı) ədəd reduktor (ümumi yoxlanılma qiyməti: 240.00 manat ƏDV-siz), 12 (on iki) ədəd ştangenpərgar (ümumi yoxlanılma qiyməti: 180.00 manat ƏDV-siz) və 1 (bir) ədəd addımölçən (yoxlanılma qiyməti: 15.00 manat ƏDV-siz) müəssisə tərəfindən təqdim olunmadığı üçün yoxlanılması mümkün olmamışdır. "xxxx" ŞİRKƏTİ tərəfindən yoxlanılması sifariş edilmiş 1 (bir) ədəd su vannası (yoxlanılma qiyməti: 64.00 manat ƏDVsiz) və 1 (bir) ədəd tərəzi (yoxlanılma qiyməti: 100.00 manat ƏDV-siz) müəssisə tərəfindən təqdim olunmadığı üçün, 1 (bir) ədəd qurutma aparatı (yoxlanılma qiyməti: 64.00 manat ƏDV-siz) və 6 (altı) ədəd hidravlik pres (ümumi yoxlanılma qiyməti: 600.00 manat ƏDVsiz) cihazının ölçmə vasitəsi olmadığı aşkar edildiyi üçün və 1 (bir) ədəd örtücülük aparatı (yoxlanılma qiyməti: 15.00 manat ƏDV-siz) akkreditasiya sahəsində olmadığından yoxlanılması mümkün olmamışdır. "xxxx" MMC tərəfindən yoxlanılması sifariş edilmiş 1 (bir) ədəd saniyəölçən (yoxlanılma qiyməti: 12.80 manat ƏDV-siz) və 1 (bir) ədəd temperatur tənzimləyici (yoxlanılma qiyməti: 30.00 manat ƏDV-siz) müəssisə tərəfindən təqdim olunmadığı üçün yoxlanılması mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Bu Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Bu Məcəllənin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 62.1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. . “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Maddə 186.1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəyə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstəilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
İşə baxan məhkəmənin mövqeyi
Məhkəmə qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillərin qiymətləndirilməsinə keçməmişdən əvvəl ilkin iddia ərizəsində öz əksini tapmış xüsusatlara diqqət yetirməyi zəruri sayır. Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzalşdığından, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, cavabdehin 19 avqust 2024-cü il tarixli, "İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri haqqında” əmri ilə iddiaçı xx.xx.2024-cü il tarixdən xidməti araşdırma yekunlaşanadək işdən kənar edilmişdir. Əmr onunla əsaslandırılıb ki, 5 iş günü müddətində komissiyanın yaradılması və Cavabdehin bəzi əməkdaşları barədə xidməti araşdırma aparılması nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən və cavabdehin də Əmrdə qeyd etdiyi 62-ci maddəsində işçinin işdən kənar edilməsinin mümkün olduğu halların siyahısı müəyyənləşdirilmişdir. Həmin siyahı konkretdir, işəgötürən tərəfindən genişləndirici təfsir edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin imperativ norması düzgün tətbiq edilməmiş, nəticədə işçinin hüquqları kobud şəkildə pozulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbinin №İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri haqqında” 19 avqust 2024-cü il tarixli, № 3-21-1-2/3-1-F-141/2024 saylı Əmrin qismən – İddiaçı münasibətdə olan hissədə ləğv edilməsi tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda iddia tələbi İddiaçı işdən kənar edilən vaxt ərzində verilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır. Belə ki, şəxs işəgöürənin iradə ifadəsi nəticəsində əmək funksiyalarının həyata keçirilmsindən kənarlaşdırılmış və qanunsuz şəkildə əmək haqqından məhrum edilmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı 20 avqust 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə iddia tələbinin “intizam tənbehinin tətbiq edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli, № 3-21-1-2/3-1-F-185/2024 saylı əmrinin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd edir. Mülki işin materiallarında olan 22 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, təqdim edilməyən və ya ölçmə vasitəsi olmayan kimi qeyd edilən cihazların müqavilə cədvəlinə yazılmasına baxmayaraüq yoxlama zamanı təqdim edilməməsi və həmin cihazların əlavə ölçmə vasitəsi kimi yazılaraq qiymətin süni şəkildə artırılması, həmçinin cihazların sayı, məbləği, yoxlanılması prosesləri birbaşa iddiaçı ilə razılaşdırılmış, qiymətə endirim edilməsi müraciəti ona ünvanlanmış, razılığın əldə olunmasına, endirim edilməsinə baxmayaraq əlavə olaraq da cihazlar təqdim edilməmiş və yenidən təsdiq edilmiş qiymətin bir qədər də aşağı düşməsi müəyyən edilmişdir. Həmin dövrdə Kütlə, mexaniki və həndəsi ölçmələri üzrə sınaq və yoxlanılma laboratoriyasının müdiri olan Tamilla Şəbiyevanın izahatından görünür ki, şıxış zamanı 6 ədəd hidravlik presin ölçmə vasitəsi olmadığı barədə əməkdaşın ona məlumat verməsini, verilən məlumatın İddiaçı ilə razılaşdırmasını və sonuncunun qeyd edilən ölçmə vasitələrinə sənəd yazılmasını bildirməsinə baxmayaraq yekunda sənəd yazılmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsi ilə təsbit olunmuş əmək funksiyalarının icrasında iddiaçı tərəfindən pozuntuya yol verilməsinə görə cavabdeh tərəfindən müvafiq intizam tənbehinin verilməsi zamanı əmək qanunverciliyinin tələbləri pozulmamışdır. İddiaçı cavabdeh tərəfin ona qarşı qərəzli olmasını iddia etsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İddia ərizəsində AR ƏM-nin 183.3-cü maddəsinə istinad edilsə də, (İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır), məhkəmə hesab edir ki, həmin normada işçiyə xəbərdarlıq edilməsi işəgötürənin üzərinə öhdəlik kimi qoyulmayaraq, dispozitiv səlahiyyət kimi müəyyən edilmişdir. Bu səbəbdən bu dəlil əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkmə iddia tələbinin “əmək haqqının vaxtında ödənilməməsinə görə ödəncin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsində göstərilən bu tələb ƏM-nin172ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, işçi əmək funksiyalarının icrasından işəgötürənin qanunsuz əmri nəticəsində uzaqlaşdırılmış, həmin müddət ərzində əmək fəaliyyəti ilə məşğul olmamışdır. Bu səbəbdən məhkəmə həmin əmri ləğvi və həmin müddət üçün əmək haqqının ödənilməli olduğu qənaətinə gəlsə də, hesab edir ki, əmək haqqının gecikdirilməsi səbəbindən əmək haqqına əlavə ödənclərin hesablanması üçün əsas yoxdur. Məhkəmə qarşılılı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddiaçıya ödənilən əmək haqqının tutulmasını və işgüzar nüfuza dəymiş ziyana görə kompensasiyanın tutulmasınıtələb etsə də, iddia tələbinin əsaslıəlığın sübut edə biləcək heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Əksinə, mülki işin materiallarında olan Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilən arayışdan görünür ki, iddiaçı cavabdeh təşkilatdan başqa hər hansı bir müəssisədə əmək fəaliyyəti ilə məşğul olmamışdır. Eyni zamanda iddiaçının hərəkətləri nəticəsində cavabdehin işəgötürənin işgüzar nüfuzuna hər hansı ziyanın dəyməsi də öz təsdiqini tapmamışdır. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehin 19 avqust 2024-cü il tarixli, № 3-21-1-2/3-1- F-141/2024 saylı “İnstitutun bəzi əməkdaşlarının işdən kənar edilmələri barədə” əmri qismən-İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı 20 avqust 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədə ödənilməmiş əmək haqqı hesablanaraq ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə