Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1168/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, vəkili Vəkil3, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m-dən ibarət mənzildən çıxarılması, mənzilin cavabdehin hesabına boşaldılması ilə mənzilin iddiaçının əməli istifadəsinə verilməklə iddiaçının həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, ********** dövlət qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil əmisi Məmmədov Bəxtiyar Salix oğlu tərəfindən iddiaçıya bağışlanmışdır. Bir müddət bundan mənzilə baxış keçirmək və mənzilə daxil olmaqla mülkiyyət hüquqlarını reallaşdırmaq istəyən zaman iddiaçı mənzilin qapısının bağlı olduğunu müəyyən etmişdir. Müəyyən araşdırmaqla aydın oldu ki, mənzil cavabdeh tərəfindən zəbt edilmiş və ona görə də giriş qapısı bağlanmışdır. Bununla bağlı isə ehtiyat edib aidiyyatı üzrə müraciət edərək hüquqi yardım istəmişdir. Hüquqşünaslar tərəfindən araşdırmalar aparılaraq müəyyən edildi ki, həqiqətən də Cavabdeh buna hər-hansı əsası olmadan qanunsuz olaraq mənzilə köçüb yaşayır və oraya heç kimi buraxmır, hər hansı danışıqlara da getmir. Bu isə iddiaçının konstitusion hüquqlarının (sahiblikdən məhrum edilməklə müşahidə olunan) birbaşa pozuntusu deməkdir ki, məhkəmə müdafiəsi vasitəsi ilə bunun qarşısını almaq qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdehin ona qarşı etdiyi qanunsuzluqların qarşısı alınmalı, onun iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m-dən ibarət mənzildən çıxarılması, mənzilin cavabdehin hesabına boşaldılması ilə mənzilin iddiaçının əməli istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməlidir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
3. Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, onun həmin mənzildən başqa yaşayış yerinin olmadığını, iddiaçının da mənzilə köçüb yaşamasına hər hansı etirazının olmadığını bildirdi.
6. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil3 izahat verərək, cavabdehin məhkəmə qərarlarına əsasən istifadə hüququnun tanınması, ona kompensasiyanın ödənilməsi qərara alındığından, iddia tələbinin əsassız olduğunu bildirdi.
İş materialları:
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* №-li arayışın surətindən görünür ki, Məmmədov Bəxtiyar Salix oğlu 29 sentyabr 2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m olan mənzil Məmmədov Bəxtiyar Salix oğlunun adına tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə **********8 nömrəli qeydiyyat aparılmışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m olan mənzil İddiaçı adına tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
10. 05 iyun 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verən Məmmədov Bəxtiyar Salix oğlu tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m olan mənzil Hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir.
11. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında xx.xx.2004-cü ildən qeydiyyatdadır.
12. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş etibarnaməyə əsasən Məmmədov Bəxtiyar Salix oğlu tərəfindən X7 xx.xx.2034-cü il tarixədək etibarnamə verilmişdir.
13. Nərimanov rayon Qeydiyyat şöbəsinin 05 mart 2024-cü il tarixli 57 №-li arayışdan görünür ki, Məmmədov Bəxtiyar Salix oğlunun X3 nikahı haqqında 30 aprel 1998-ci il tarixdə 322 №-li akt qeydi aparılmışdır. Ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2015-ci ildə 244 №-li akt qeydi ilə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* №-li arayışın surətindən görünür ki, Cavabdeh 29 sentyabr 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(005)- 9513/2016 saylı qətnaməsinə əsasən iddiaçı Məmmədov Bəxtiyar Salix oğlunun cavabdeh (Kazanova) Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-6055/16 saylı Qərara əsasən Məmmədov Bəxtiyar Salix oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 19 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanı Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 101 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamına və Bakı şəhəri 9 saylı notariat kontorunun 4/4-3225 reyestr nömrəli xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 21 saylı notariat kontorunun 3M-30 reyestr nömrəli xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən əmlak Bakı şəhəri 41 saylı notariat kontorunun 3M/A/125 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 21 saylı notariat kontorunun 3-M-A-148 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə Məmmədov Bəxtiyar Salix oğlunun adına qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunun 4Ə-692 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
Əsaslandırıcı hissə:
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən 40 saylı mənzilə dair çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya təqdim olunmuşdur. Belə ki, sözügedən əmlak iddiaçının əmisi Məmmədov Bəxtiyar Salix oğlu tərəfindən 4Ə-692 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçının əmisi Məmmədov Bəxtiyar Salix oğlu ilə 30 aprel 1998-ci il tarixdə nikahı bağlamış, həmin nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(005)-9513/2016 saylı qətnaməsinə əsasən iddiaçı Məmmədov Bəxtiyar Salix oğlunun cavabdeh (Kazanova) Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Həmin məhkəmə qərarı qüvvəsini almışdır.
19. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, mübahisəli mənzil mülkiyyət hüquqi ilə ona məxsusdur, özünə məxsus əmlakdan sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirməkdə maneələrlə üzləşmişdir, bu səbəbdən də cavabdehin ona mülkiyyət hüququ ilə məxsus mübahisəli yaşayış sahəsindən çıxmasını, özünün həmin mənzilə köçürülməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasinin Konstitusiyasının:
21. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Maddə 29. İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
31. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun:
Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Məhkəmənin mövqeyi:
39. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
40. Məhkəmə qeyd edir ki, hazırda iddia ərizəsindən göründüyü kimi, iddia tələbi “mənzilin boşaldılması, mənzildən çıxarılma” və “mənzilə köçürülmə” olmaqla iki hissədən ibarətdir. Belə olanda məhkəmə ilk növbədə iddia tələbinin “mənzilə köçürülmə” barədə hissəsinə qiymət verməyi zəruri hesab edir.
41. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir.
42. Həmçinin də, yaşayış sahəsinə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, - iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, - iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.
43. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbi yaşayış sahəsinə olan mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1, 152.5-ci mad.). Hazırkı işdə qeyd olunan daşınmaz əmlakın iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı mülkiyyətində olan əmlaka münasibətdə mülkiyyət hüququnun həyata keçirilməsində maneələrlə üzləşmişdir. Belə olan təqdirdə məhkəmə bildirir ki, iddiaçının mənzilə köçürülmə barədə tələbi mülkiyyət hüququna əsaslandığı üçün bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
44. Bununla belə, məhkəmə qəbul edir ki, mülkiyyət hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyildir və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).
45. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
46. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
47. Bu baxımdan məhkəmə, iddia tələbinin “mənzildən çıxarılması, mənzilin cavabdehin hesabına boşaldılması” hissəsində iddia tələbini əsaslı hesab etmir.
48. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mübahisə predmeti olan evdən istifadə hüququnun olması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2016cı il tarixli 2(005)-9513/2016 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-6055/16 saylı Qərarına əsasən işin mübahisəsiz halıdır.
49. Habelə, MM-nin 228.4-cü maddəsinin tələbləri nəzərə alındıqda mülkiyyətçinin hazırki halda dəyişməsi, cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının mövcudluğu halını aradan qaldırmır. İşin mübahisəsiz hallarından göründüyü kimi, cavabdeh, Cavabdeh ünvan 1 ünvanında istifadə hüquqlarına xitam verilməmişdir. O cümlədən də, hazırda əvvəlki mülkiyyətçi tərəfindən mənzilin iddiaçıya bağışlanması yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bundan əlavə iş materiallarında cavabdehin həmin hüquqlarına xitam verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməsi də müəyyən edilmir.
50. Yuxarıda qeyd olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(005)-9513/2016 saylı qətnaməsi ilə iddiaçı Məmmədov Bəxtiyar Salix oğlunun cavabdeh (Kazanova) Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Göründüyü kimi sözügedən qətnamə ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının kompensasiya ödənilməklə xitam verilməsi nəzərdə tutulmuş, lakin hazırda iddiaçı tərəfindən cavabdehə hər hansı kompensasiyanın ödənilməsi barədə sübutlar təqdim edilməmişdir.
51. Göründüyü kimi, cavabdehin fərdi yaşayış evindən çıxarılması və mənzilin əşyaları ilə birlikdə boşaldılması iddiası təmin oluna bilməz. Çünki, iddiaçı mülkiyyətində olan evdən yalnız kompensasiya vermə yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə müraciət edə bilərdi.
Məhkəmə xərcləri:
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir.
55. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
56. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
57. Göründüyü kimi, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tərəflər arasında bərabər bölüşdürülməli, həmin məbləğin 50 manat hissəsi iddiaçıya aid edilməli, 50 manat miqdarında dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
58. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi “iddiaçının mənzilə köçürülməsi” hissəsində əsaslıdır və təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməsi təmin edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
59. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin olunsun. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən 40 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi iddiaçının özünə aid edilsin, 50 manat dövlət rüsumu isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Solmaz Ədilova