Məhkəmə qərarları › İş №e-2(005)-1195/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1195/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1195/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Məmmədov Ramiz Əfrasiyab oğlunun iştirakları ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 981.73 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 730 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 145.28 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 9 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 72 000 AZN müəyyən olunmaqla, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 981.73 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 730 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 145.28 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 10 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 9 ünvanında yerləşən 19 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 29.11.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 72 000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 18 dekabr 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 981.73 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 730 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 145.28 ABŞ dolları məbləğində borc yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh kreditin əsas borcu üzrə 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 981.73 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1730 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 145.28 ABŞ dolları məbləğində borcun və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına borc bağlanmalı, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay ərzində ipoteka predmeti olan həmin əmlak boşaldılmalı və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vermiş və tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 792.76 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4 240 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16 466.31 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 9 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 72 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş , vəsaiti hesabına kreditin əsas borcu 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 792.76 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4 240 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16 466.31 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödəni lməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Məmmədov Ramiz Əfrasiyab oğlu kredit müqaviləsi üzrə borcu qəbul etdiyini, onun ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00355-01 nömrəli, 28.11.2019cu il tarixli istehlak kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya illik 24% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 10.000 ABŞ Dolları məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 60 ay ərzində hər ay 288 ABŞ dolları məbləğində pul ödəməli idi; İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00355-01 nömrəli, 28.11.2019cu il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 18.12.2020-ci il tarixinə Cavabdeh banka kredit borcu üzrə 9433,55 ABŞ dolları, faiz borcu üzrə 1981,73 ABŞ dolları, dəbbə borcu üzrə 1730,00 ABŞ dolları, cəmi 13145,28 ABŞ dolları borcu var; İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00355-01 nömrəli, 28.11.2019cu il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 27.04.2021-ci il tarixinə Cavabdeh banka kredit borcu üzrə 9433,55 ABŞ dolları, faiz borcu üzrə 2792,76 ABŞ dolları, dəbbə borcu üzrə 4240,00 ABŞ dolları, cəmi 16466,31 ABŞ dolları borcu var; İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 28.11.2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 9, 19 saylı mənzili İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Mənzil “X1” MMC tərəfindən 25.11.2019-cu il tarixində likvid dəyəri 72.000 (yetmiş iki min) manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzil 2019/00355-01 nömrəli, 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı BOKT ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 2016 nömrəli reyestr kitabının 186332 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış 30.08.2018-ci il tarixli tutmanın ipoteka premetinə yönəldilməsi barədə bildirişin surətinə əsasən cavabdehdən 2019/00355-01 nömrəli, 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdir; İddiaçı BOKT ASC tərəfindən verilmiş 18.12.2020-ci il tarixli hesabdan çıxarışın surətinə əsasən Cavabdeh 2019/00355-01 nömrəli, 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 03.02.2020-ci il tarixində 1000,00 ABŞ Dolları məbləğində ödəniş olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı BOKT ASC-yə ünvanlandığı bildirişin qeydiyyata alınması barədə ərizəsinə cavab məktuba əsasən Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında İddiaçı BOKT ASC-nin bildirişi qeydə alınmışdır; “xxxx” MMC-nin 01.04.2021-ci il tarixli, 01/21-146 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin 01.04.2021-ci il tarixinə bazar qiyməti 88.000 manat, likvid dəyəri 80.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 500 manat təşkil edir; 07.01.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00355-01 nömrəli, 28.11.2019-cu il tarixli istehlak kredit müqaviləsinə əsasən kreditor borcluya illik 24% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh iddiaçıya kredit borcu üzrə 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 792.76 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4 240 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16 466.31 ABŞ dolları borcu yaranmışdır. (27.04.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən) İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 4 240 ABŞ dollarıdəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 72.000 manata qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda İddiaçı BOKT ASC ipoteka predmetinə tutma haqqında bildirişlərin qeydiyyatı üçün 30 manat məbləğində dövlət rüsumu ödəniş etmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun dəyəri 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01İP №-li İpoteka müqaviləsində 72000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq “xxxx” MMC-nin 01.04.2021-ci il tarixli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyər olaraq 80000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 80 min manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin "Cavabdeh və orda yaşayan şəxslərin əşyaları ilə birgə mənzildən çıxarılması və mənzilin boşaldılması" hissəsi ilə bağlı Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bununla belə, mənzilin boşaldılması qanunvericlikdə təsbit edilmədiyindən məhkəmə iddia tələbinin bu hissəsinə cavabdehin mənzildən məcburi qaydada çıxarılması kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh ipoteka predmetindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və ekspertiza xərci olaraq ödənilmiş 500 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsi üzrə 9 433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 792.76 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 ABŞ dolları məbləğində dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, 500 manat ekspertiza xərci İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilin ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilməli, qalan hissədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinin ləğv edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 9433,55 ABŞ dolları əsas, 2792,76 ABŞ dolları məbləğində faiz borc, 100 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12326, 31 (on iki min üç yüz iyirmi altı dollar, otuz bir sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu İddiaçı” BOKT ASC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilin ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh tutularaq İddiaçı BOKT ASC-ya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar