Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1309/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi Aydıq oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X1 11 yanvar 2024-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X2 xx.xx.1963-cü ildə anadan olub, 11 yanvar 2024-cü ildə vəfat edib. O, Naxçıvan MR, Babək rayon, Cəhri qəsəbəsi ərazisində yerləşən Cəhri kənd qəbiristanlığında dəfn edilib. Qardaşı Ukrayna Respublikası vətəndaşı idi. O, onlarla görüşmək üçün Bakı şəhərinə gəlmişdi və burada vəfat edib. Onlar onun cəsədini doğulduğu Naxçıvan MR, Babək rayon, Cəhri qəsəbəsinə aparıb 12 yanvar 2024-cü orada dəfn etmişdirlər. Babək RİH başçısının Cəhri qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi arayışla bu fakt təsdiq olunur. İndiyə qədər qardaşına ölüm haqqında şəhadətnamə almamışdırlar. Məhkəmə iclasında Ərizəçi Aydıq oğlunun nümayəndəsi və vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, mərhum onun dostunun atasıdır. Mərhum 2024-cü ilin yanvar ayında vəfat etmişdir. Mərhumun xərçəng xəstəsi olduğunu bilirdi. Mərhum Babək rayon Cəhri qəsəbə qəbiristanlığında dəfn edilmişdir. O mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, mərhum onun əmisidir. Əmisi Ukrayna Respublikasında yaşayırdı və Bakıya gəlmişdi. Mərhumun əvvəllərdə səhhətində problemlər olmuşdur. Əmisi onun atasının evində olarkən vəfat etmişdir. X6 Respublikasında yerləşən Babək rayon Cəhri qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Pasportdan görünür ki, X4 18 fevral 1963-cü ildə Azərbaycan Respublikasında doğulmuşdur və o Ukrayna Respublikasının vətəndaşıdır. - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki,xx.xx.2024-cü il tarixdə, saat 21:05-də X5 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. - Maraqlı şəxs 15 mart 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2024cü il tarixdə vəfat edən qardaşı X2 üçün ölüm haqqında şəhadətnamə almaq barədə ərizəsinə baxılmış, ölüm haqqında şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Babək rayon İcra hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Arayışından görünür ki, Ukrayna Respublikasının vətəndaşı olan X2 11 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və 12 yanvar 2024-cü il tarixdə Babək rayon Cəhri qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 (Askerov Ramazan) oğlu 11 yanvar 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində rəhmətə gedib. Ərizəçi (Askerov Ramazan) oğlu qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 11 yanvar 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 (Askerov Ramazan) oğlunun 11 yanvar 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1309/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1309/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver