Məhkəmə qərarları › İş №e-2(005)-132/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-132/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-132/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7, etibarnamə üzrə nümayəndəsi X15 və nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə və X10 qarşı (X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilərək mənzilin rəsmi təhvil verilməsi, mənzilin təmirinə maeələrin aradan qaldırılması tələbinə dair ilkin, X7 cavabdeh İddiaçı və Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınmasına, qeyd edilən əmlakın iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri İlkin iddia üzrə İddiaçı Cavabdehnə və X10 qarşı (X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilərək mənzilin rəsmi təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilinə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə, həmin mənzilin təmirinə cavabdehler "xxxx" MMC və X13 tərəfindən yaradılan maneələrin aradan qaldırılması; cavabdehlər X13 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin etibarsız hesab edilməsi; faktiki olaraq İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin rəsmi olaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 174 nömrəli müqaviləyə əsasən sifarişçi İddiaçı hər kv metr üçün 1050 manat olmaqla 118125 manat məbləğində pulu podratçı "xxxx" MMC-yə ödəməyi, podratçı isə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilini sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli maliyyə arayışından da görünür ki, mənzilin tam dəyəri İddiaçı tərəfindən ödənilmiş və podratçı "xxxx" MMC-yə borcu yoxdur. Beləliklə, mənzilə görə ödəniş iddiaçı tərəfindən tam şəkildə edilmiş və faktiki olaraq ona təhvil verilmişdir. Bina uzun müddətdir ki, hazır edilmiş və iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Belə ki, iddiaçı mənzil hazır olduqdan sonra ora giriş qapısı quraşdırmış və hətta qismən təmir işləri də aparmışdır. Lakin cavabdeh "xxxx" MMC mənzilin təmirinin davam etdirilməsi, iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırır və bu hüququn reallaşdırılmasına imkan vermir. Digər cavabdeh X13 da mübahisəli mənzilin guya sifarişçi "xxxx" MMC tərəfindən ona satıldığını bildirmiş və buna dair müqavilə təqdim etmişdir. Belə ki, Zərifə Əliyeva ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqaviləyə əsasən sifarişçi Zərifə Əliyeva hər kv metr üçün 1250 manat olmaqla 140625 manat məbləğində pulu podratçı "xxxx" MMC-yə ödəməyi, podrtaçı isə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilini sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin mənzil Zərifə Əliyevaya təhvil verilməmişdir və hazırda iddiaçı Azər Hsəənovun faktiki sahibliyindədir. Mənzilin açarları da hazırda iddiaçıdadır. Göründüyü kimi, cavabdeh "xxxx" MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmişdir. Lakin İddiaçıla bağlanmış müqavilənin tarixi daha əvvələ aiddir. Qeyd edir ki, bina hazır olandan mübahisəli mənzil iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Həmin mənzilə iddiaçı tərəfindən qapı da quraşdırılmışdır. Sadəcə iddiaçı mübahisəli mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsinin rəsmiləşdirilməsini istəyir. Belə ki, ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X16 adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işi mövcud deyil. Sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Deməli, belə nəticəyə gəlmək olar ki, həmin ərizə verilərkən X19 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Və yaxud müqavilə notariat ofisinə, ümumiyyətlə təqdim edilmədən N.Xəlilovun imtina ərizəsi təsdiq edilmişdir. X12 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud deyildirsə və həmin müqavilənin mövcud olması digər cavabdeh "xxxx" MMC tərəfindən təsdiq olunmursa, o zaman X16 mübahisəli mənzildən imtina etməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsinin də heç bir mənası yoxdur. Deməli, X19 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilə və N.Xəlilovun notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməz və onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası yoxdur. Lakin cavabdehlər X13 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilə isə etibarsız hesab edilməlidir. Cavabdehlər X13 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsız hesab edilməsi onunla əsaslandırılır ki, hazırki işdə mübahisəli mənzilin X17 nə vaxt satılması, ona mənzilin təhvil verilib-verilməməsi müəyyən edilməlidir. Çünki bu vəziyyətdə Zərifə Əliyeva daha əvvəl mənzili almış şəxsin hüquqlarının daşıyıcısı olacaqdı və hüququn nə vaxt yaranması ilə bağlı məsələ bu tip işlərdə vacibdir. Qeyd edir ki, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzili "xxxx" MMC tərəfindən faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu ora qapı quraşdırmış və qismən təmir işləri görmüşdür. Lakin MMC İddiaçı təmiri davam etdirməyə imkan verməyərək mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırmış və mənzili rəsmi olaraq ona təhvil verməmişdir. Hətta mənzil İddiaçı rəsmi təhvil verilməsəydi də belə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Müqavilədən də göründüyü kimi mübahisəli mənzilə dair İddiaçı ilə bağlanmış müqavilə daha əvvəl, yəni xx.xx.2018-ci il tarixə aiddir. Daha doğrusu, X19 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin kserosurəti mötəbər sənəd hesab edilmədiyinə görə mübahisəli mənzilin daha əvvəl MMC tərəfindən X17 verilməsi inkar olunur. X13 ilə "xxxx" MMC arasında bağlanmış 296 nömrəli müqavilə isə xx.xx.2019-cu il tarixə aiddir, yəni İddiaçıla bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən sonraya aiddir. Göründüyü kimi cavabdeh Zərifə X6 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əslini məhkəməyə təqdim edə bilmir, həmçinin belə bir müqavilənin mövcud olması "xxxx" MMC tərəfindən də təsdiq olunmur. İlkin iddia ərizəsinə etiraz və onun dəlilləri İlkin iddia tələbinə cvabdeh, eyni zamanda qarşılıqlı iddiaçı X13 tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə və üçüncü şəxs X10 qarşı 2(005)-1683/2024 saylı mülki iş üzrə iddia ərizəsi icraatınıza qəbul edilmişdir. İddiaçının ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır. İddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4- cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzil 21 dekabr 2016-cı il tarixdən X17 məxsus olmuş (bu barədə həmin tarixdə Cavabdeh MMC Xəlilov Nicatın adına verdiyi müqavilə və maliyyə arayışının surətlərini qoşmaya əlavə edir), həmin mənzili 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək alıb, “SİPARK” adı altında fəaliyyət göstərər. Cavabdeh MMC də 296 nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək 12 fevral 2019-cu il tarixdə X10 vermişdir (bu barədə sübutları qoşmaya əlavə olunur). Aldığı mənzili təmir etdirərkən İddiaçı mənzilimi təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapını özbaşınalıq edərək çıxarmış, həmin mənzili Cavabdeh MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia etmişdir. Bu barədə cavabdeh DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət verib. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır (həmin qərarın surətini qoşmaya əlavə edir). Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda onun adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq mənzili təmir etməyi ilə bağlı Cavabdeh MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir. Qarşılıqlı iddia ərizəsi və onun dəlilləri Qarşılıqlı iddia üzrə iddiaçı X13 cavabdeh İddiaçı və Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınmasına, qeyd edilən əmlakın iddiaçının sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdehnə qadağan edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışının 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilimin giriş qapısının dəyərini təşkil edən 1100 (bir min yüz) manat pulun, tikinti materiallarının dəyərini təşkil edən 2165,90 (iki min bir yüz altmış beş manat doxsan qəpik) manat pulun, hər birinin qiyməti 50 manat olmaqla iki ədəd drelə görə 100 (bir yüz) manat pulun, qarşılıqlı iddia tələbinə görə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və vəkil xidmətinə görə ödədiyi 320 (üç yüz iyirmi) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi, ilkin iddiarun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzil 21 dekabr 2016-cı il tarixdən X17 məxsus olmuş həmin mənzili 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almışdır, “SİPARK” adı altında fəaliyyət göstərən Cavabdeh MMC də 296 nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək 12 fevral 2019-cu il tarixdə X10 vermişdir. Aldığı mənzili təmir etdirərkən İddiaçı mənzilini təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapını özbaşınalıq edərək çıxarmış, həmin mənzili Cavabdeh MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia etmişdir. Bu barədə o, DİN-nin 102 Xidməti- Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət vermişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır. Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda onun adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq mənzili təmir etməyi ilə bağlı Cavabdeh MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir. Göründüyü kimi, Cavabdeh MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmiş, lakin o, mənzili X14 aldığına görə, daha əvvəl 21 dekabr 2016-cı il tarixdə X19 Cavabdeh MMC-dən mənzili almış və 12 fevral 2019-cu il tarixdə ona satmışdır. Ona görə də həmin mənzil ona məxsusdur. Həmçinin Cavabdeh MMC ona bildirmişdir ki, iddiaçını tanımır. Mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini Cavabdeh MMC onunla etmişdir. Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzil 21 dekabr 2016-cı il tarixdən X17 məxsus olmuş, həmin mənzili 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almış, “SİPARK” adı altında fəaliyyət göstərən Cavabdeh MMC də 296 nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək 12 fevral 2019-cu il tarixdə X10 vermişdir. Aldığı mənzili təmir etdirərkən İddiaçı mənzilini təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapı və təmir-tikinti materiallarını özbaşınalıq edərək çıxararaq oğurlamış və əvəzində 3 gün ərzində iki dəfə başqa-başqa qapılar qoymuş, üstəlik Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılarkən olanları etiraf etmişdir. İddiaçı həmin mənzili Cavabdeh MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia edir. Bu barədə o, DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət vermişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır. Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda onuna adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq mənzili təmir etməyi ilə bağlı Cavabdeh MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir. Göründüyü kimi, Cavabdeh MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmiş, lakin o, mənzili X14 aldığına görə, daha əvvəl 21 dekabr 2016-cı il tarixdə X19 Cavabdeh MMC-dən mənzili almış və 12 fevral 2019-cu il tarixdə ona satmışdır. Ona görə də həmin mənzil ona məxsus olduğunu qeyd edir. Həmçinin Cavabdeh MMC bildirmişdir ki, dediyinə görə ilkin iddiaçını tanımır. Mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini Cavabdeh MMC onunla etmişdir. Belə olan halda da iddiaçının və cavabdehin onu çıxılmaz vəziyyətə salmaları müəyyən olunur. Həmçinin Cavabdeh MMC iddiaçını tanımadığı bildirmiş,mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini Cavabdeh MMC onunla etdiyindən və iddiaçının iddia ərizəsi əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2018-ci ildə “Sipark”Yaşayış Kompleksidən(Cavabdeh MMC) 1 və 2 otaqlı iki ədəd – 57 və 58 saylı mənzilləri almışdır. Həmin mənzillərin qapısı olmadığı üçün Murad adlı komendant qapı qoyulmasına icazə verdi, onlar tərəfindən mənzillərə qapı qoyuldu. Hər qapı üçün 200 manat ödəniş ediyini və iki dəst açar verildiyini bildirdi. Açarlardan birini binada təmir aparıldığı üçün mənzilə daxil olmaq lazım gələcəyi üçün MTK tərəfindən açarın birini götürdüklərini qeyd etdi. Mənzilə baxmağa getdikləri zaman üzbəüz mənzilin sahibi ilə MTK arasında mübahisə olduğunu və onun mənzilini başqa ikinci şəxsə satıldığını bildirib. Bundan sonra şübhəyə düşərək mənzilin qapılarına öz nömrələrini yazdığını bildirdi. Başqa nömrədən cavabdehin oğlu tərəfindən zəng gələrək, mənzilin sahibi olduqlarını və həmin mənzilin də onlara satıldığını bildiriblər. Dəfələrlə bu məsələ ilə bağlı görüşdüklərini, Samir adlı şəxs etiraf edərək bu məslənənin həll edəcəyini bildirib. O bildirib ki, həmin binada iki mənzilə sahib olduğu üçün mənzildən çıxamğı münasib deyil və cavabdehə ödənişin edilməsini tələb edib. MTK ilə cavabdeh bu barədə razılaşdıqlarını qeyd etdi. 1400 manat ilkin ödəniş kimi cavabdehə ödəniləcəyi bildirilsə də mənzillə bağlı hər hansı məlumat əldə edilməyib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdirlər.. Qeyd etdi ki, müqavilə bağlanan zaman mənzil tərəfə göstərilib, mənzilin qapısı "xxxx" MMC tərəfindən qoyulmuş qapı olub. Faktiki olaraq mənzil hazırda İddiaçı istifadəsindədir və qismən təmir işləri aparılmışdır. Tərəfin təmir və kommunal xidmətlər ilə bağlı müqaviləsi olmadığını bildirdi. Hazırda İddiaçı arayış və digər sənədlər verilmir. Eyni zamanda digər sakinlərə də sənədlərin təqdim edilmədiyini bildirdi. İddiaçı mülkiyyətində olan mənzilin qapısını dəyişib, "xxxx" MMC tərəfindən qoyulmuş qapı İddiaçı ödənişinə daxil olduğunu bildirdi. Cavabdeh MMC-nin əməllərində tərəflərə qarşı dələduzluq əlamətləri olduğundan, xüsusi qərardadın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Bildirdilər ki, X.Nicatla "xxxx" MMC arasında müqaviləsinin təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən sorğu verilsə də, icra edilməmişdir. Təmir haqqında müqavilə 2023-cü ilin aprel ayında "xxxx" MMC tərəfindən verilmişdir. Mənzilin açarının X8 olduğunu bildirdi. Təmirin aparılması üçün materiallar alındığını qeyd etdilər. İlkin iddia üzrə iddiaçının Ə.Zərifəyə məxsus qapını icazəsiz sökərək, özünə aid digər mənzildə saxladığını,mübahisəli mənzildə olan təmir tikinti materiallarının da ilkin iddia üzrə iddiaçı tərəfindən məhv edildiyini bildirdi. Məhkəmədən deyilən halların nəzərə alınmasını xahiş etdilər. Məhkəmə iclasında izahat verən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 nümayəndəsi X20 qeyd etdi ki, Ə.Zərifənin oğludur, bütün proseslərdə bilavasitə o iştirak etmişdir. İddiaçılər dəfələrlə görüşüb məsələni həll etməyə çalışdıqlarını bildirdi. Qeyd etdi ki, uşaqları həmin mənzilin yaxınlığında yerləşən məktəbdə təhsil aldıqlarından, H.Azərə təkif edib ki, o MMCdən pulunu geri alsın, mənzil isə Ə.Zərifədə qalsın. İddiaçı də bu təkliflə razılaşmışdır, hərra MMC-nin nümayəndələri də ilkin olaraq pul məbləğini qaytaracaqlarını bildirmiş, lakin sonra vədlərinə əməl etməmişdirlər. Məhkəmə baxış iclasında dindirilən şahid X21 ifadəsində göstərmişdir ki, İddiaçı onun tələbə yoldaşı olub və qohumluq münasibətləri yoxdur. Binanın tikintisi getdiyi zaman İddiaçı həmin binadan mənzil almaq istəyirdi. Binanın tikintisi başa çatdıqdan sonra oradan mənzil alıb və baxış üçün mənzilə birlikdə gediblər. Mənzildə olarkən qonşu mənzil sahibinin MTK ilə mənzilinin ikinci şəxsə satıldığı ilə bağlı mübahisə etdiyini bildirib. Bundan sonra onlarda bununla bağlı şübhə yarandığı üçün qapıya əlaqə nömrələri qeyd etnəyə qərar veriblər. Həmçinin buna görə də mənzillə bağlı videolar da çəkiblər. Həmin mənzilin alındığı zaman iddiaçının mübahisəli mənzil olmasından məlumatı olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 izahatında göstərmişdir ki, mənzili 2016-cı ildə şəxsi istifadəsi üçün almış, direktor Aida Yeqanova sənədi imzalamışdır. Binanı tikən olaraq Seymur və Samir olaraq tanıyır, onlar da onun kimi Şəmkir rayonundandırlar. 2019-cu ildə mənzili Zərifə Əliyevaya satmışdır. Zərifə xanımı makler vasitəsi ilə tanımışdır. Mənzili satanda bina yeni tikilirdi. Layihə ilə mənzili göstərmişdir. Mənzili satan vaxt həmin mərtəbənin tikilməsini xatırlamır. Mənzili 03 saylı Notariat İdarəsində Zərifə Əliyevanın xeyrinə imtina etmişdir. Müqaviləni isə şirkətin 2-ci mərtəbəsində satış ofisində şirkətin nümayəndəsinə təhvil vermiş, yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir. Mənzili kv.m 1500 manata alıb, 1250 manata Zərifə xanıma satmışdır. Təcili pul lazım olduğu üçün ucuz qiymətə satmış, pulu da MTK-nın qarşısında Zərifə xanımdan almışdır. Mənzillə bağlı Zərifə xanımın ona borcu yoxdur. Alqı-satqıdan başqa münasibətləri – qohumluq, tanışlıq və s. yoxdur. Sənədlərin əsllərini şirkətə qaytarmış, lakin surətləri özündə qalmışdır. Mənzili satdıqdan sonra həmin mənzillə bağlı məhkəmə mübahisəsi olmamışdır. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq, yerində müayinə edərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 21 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, “Sifarişçi”- X19 168750 manat məbləği “Podratçı”- EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m² olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1500 manat, cəmi 168750 manat ödənilməsi razılaşdırılıb. - 21 dekabr 2016-cı il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2-dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə X16 "xxxx" MMC-yə borcu yoxdur. - 30 aprel 2018-ci il tarixli,174 nömrəli müqavilənin surətindən görünür ki, “Sifarişçi” -İddiaçı 118 125 manat pul məbləğini “Podratçı”- Cavabdeh MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1050 manat, cəmi 118125 manat ödənilməsi razılaşdırılıb. - 30 aprel 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2-dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqavilənin surətindən görünür ki, “Sifarişçi’'- X13 140 625 manat məbləği “Podratçı”- Cavabdeh MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli. 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”- Cavabdeh MMC-yə həvalə edib. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1250 manat, cəmi 140625 manat ödənilməsi razılaşdırılıb. - 12 fevral 2009-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində “EVROSTROY-S.S" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2-dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə X7 Cavabdeh MMC-yə borcu yoxdur. - "Elektron notariat" X2 çıxarışdan görünür ki, X18, Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət 58 saylı mənzilindən və pay hüququndan imtina edir və həmin mənzilin X7 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirdi. Gələcəkdə həmin mənzilə dair Cavabdeh MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyin bildirib. - AR DİN Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi tərəfindən X10 ünvanlanan məktubdan görünür ki, yeni aldığı mənzildə təmir işləri aparılmasına İddiaçı maneçilik törətməsi və digər qanunsuz hərəkətlərə məruz qalmağı barədə müraciəti əsasında araşdırma aparılarkən həmin mənzili X10 və İddiaçı satmış X19 və Cavabdeh MMC-nin aralarında «yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə instansiyalarında baxılması müəyyən olunduğuna görə toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasına xitam verilmişdir. - «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, X7 müraciəti əsasında toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. - “Best Doors”Dəmir və Taxta Qapılar mağazasına xx.xx.2023-cü il tarixli sifarişin formasından görünür ki, X13 Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil üçün 1100 manat ödəyərək qapı sifariş vermiş, 50 manat ödənilmiş, 1050 manat borc pul məbləği qalmışdır. - 25 aprel 2023-cü il tarixli, 050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov Rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan “Sifqarişçi”nin sahiblik və istifadəsinə verdiyi 2-ci giriş, yaşayışın 4-cü mərtəbəsi, 2 otaqdan ibarət 58 saylı mənzilin daxili təmirinə icazə verir, “Sifarişçi”- X13 isə həmin mənzili sahiblik və istifadəsinə qəbul edib bu müqavilədə göstərilən şərtlər daxilində təmir işlərini aparmağı ilə bağlı müqavilə bağlanmışdır. “Sifarişçi” müqavilənin 2.4.-cü bəndi üzrə işıq, su və qaz sayğacları və onların texniki cəhətdən quraşdırılması üzrə “Podratçı”ya 1950 (bir min doqquz yüz əlli) manat məbləğində vəsait ödəyəcəyi qeyd edilib. - 05 iyul 2023-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləsinin surətindən görünür ki, "Azərsu”Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsi (bundan sonra – “istehlakçı") X13 ilə Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli "Su təchizatı və tullantı suları haqqında “Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlamışlar.Həmin müqavilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DUİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tuliantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - xx.xx.2023-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsinin surətindən görünür ki, Paylayıcı- “Azəriqaz" İB bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını-X1 qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - 25 aprel 2023-cü il tarixli müqavilənin surətindən görünür ki,”İcraçı”-"xxxx" MMC öz üzərinə ,”Sifarişçi”- X7 tapşırığı ilə Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyətyanı sahəsinin yaşıllaşdırılması, abad saxlanılması öhdəliyini götürüb. Sifarişçi hər ayın 1 tarixindən gec olmayaraq 1m² üçün 0.70 azn ödəməyi öhdəsinə götürüb. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 aprel 2018-ci il tarixli, 12 fevral 2019-cu il tarixli maliyyə arayışların, 30 aprel 2018-ci il tarixli 174 saylı, 12 fevral 2019-cu il tarixli 296 saylı və 25 aprel 2023-cü il tarixli 050 saylı müqavilələrin üzərlərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 30 aprel 2018-ci il tarixli 174 saylı, 12 fevral 2019-cu il tarixli 296 saylı və 25 aprel 2023-cü il tarixli 050 saylı müqavilələrin son vərəqində olan “Sifarişçi” qrafasındakı imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişdirlər. Təqdim edilmiş 30 aprel 2018-ci il tarixli 174 saylı, 12 fevral 2019-cu il tarixli 296 saylı müqavilələrin mətni əvvəl çap edilmiş, sonra möhür əksləri vurulmuş, daha sonra isə “Yeqanova A.R” adlarının qarşısındakı imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdurlar. Təqdim edilmiş 25 aprel 2023cü il tarixli 050 saylı müqavilədə "xxxx"MMC qrafasındakı imza əvvəl sənədin üzərinə faksimile klişe vasitəsilə əks olunmuş, sonra isə möhür əksi vurulmuşdur. Təqdim edilmiş 30 aprel 2018-ci il tarixli və 12 fevral 2019-cu il tarixli maliyyə arayışlarında çap mətni möhür əksi və imza ilə kəsişmədiyi üçün onların icra ardıcıllıqları üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş 25 aprel 2023-cü il tarixli 050 saylı müqavilənin mətni şırnaqlı printerdə çap edildiyi üçün mətnin möhür əksi və imzanın icra ardıcıllıqları üzrə tədqiqat aparılmamışdır. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan 30 aprel 2018-ci il tarixli 174 nömrəli müqavilənin 2-ci vərəqində “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X13 ilə Cavabdeh MMC arasında olan 12 fevral 2019-cu il tarixli 296 nömrəli müqavilənin 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza, 2-ci vərəqində “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; "xxxx" MMC ilə X13 arasında olan ”25 aprel 2023-cü il tarixli 050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilənin 3-cü vərəqində “Sifarişçı”qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza- X13 tərəfindən icra olunmuşdur. - "xxxx"MMC-nin 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X19 arasında bağlanılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 gnş 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 •. rr olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinin tikintisinə dair 21 dekabr 2016-cı tarixli 26 saylı müqavilənin foto şəkli “SAMSUNG” markalı (model: GT-P6800) Planşet .astəsi ilə çəkilmişdir və həmin foto şəkillərin montaj edilməsi və ya digər texniki düzəlişlərə məruz qalması müəyyən edilmir. -"xxxx" MMC-nin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, texniki avadanlıq (planşet, telefon, kamera və s.) vasitəsilə hər hansı bir sənədin çəkilməsi zamanı sənədin əsli (orijinal) və ya surəti olub-olmamasının müəyyən edilməsi mümkün deyil, “sənədlərin materiallarının tədqiqi” ekspert ixtisası üzrə tədqiqat prosesinə daxil olmur və bu məsələnin həlli üçün xüsusi bilik tələb olunmur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(005)-62/2024 saylı qərardadından görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, e- 2(005)-1683/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin istifadəsi və həmin mənzilə giriş-çıxış cavabdeh "xxxx" MMC-yə qadağan edilmişdir. - Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş Flaşkartda olan fayllarda mənzilin müxtəlif vaxtlarda çəkilmiş video və foto şəkilləri, o cümlədən müxtəlif səs yazıları əks olunub. “Nural səs” adlı faylda “Samir indi vergilərdədi..pulun 60000 var,qalanı da gəlir.. ikinci ya üçüncü günə gəlir..sizi də Azəri də çağıracaqlar, o pulunu alacaq, “otkaznoy”unu verəcək..” kimi ifadələr işlədilmişdir. - İlkin iddiaçı tərəfindən təqdim edilmiş DVD diskdə mənzilin müxtəlif vaxtlarda çəkilmiş video və foto rəsimləri əks olunub. -Ödəniş qəbzinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı 100 manat və qarşılıqlı iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişlər. - xx.xx.2024-cü il traixli ödəniş qəbzindən görünür ki, X13 vəkil xidmətinə görə “Leqal Servis”Vekil Bürosuna 310 manat haqq ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının:

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 62.1 Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maddə 104.2 Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.

Məhkəmənin mövqeyi

Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə aza Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onu standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir.Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşin materiallarından görünür ki, mübahisəli mənzillə bağlı 3 müqavilə bağlanmışdır. 1.X19 ilə EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 dekabr 2016-cı il tarixli müqavilə 2.İddiaçı ilə Cavabdeh MMC- arasında 30 aprel 2018-ci il tarixli,174 nömrəli müqavilə, 3.X13 ilə “Podratçı”- Cavabdeh MMC-arasında 12 fevral 2019-cu il tarixli,296 nömrəli müqavilə Tərəflərin izahatlarından görünür ki, İddiaçı müqaviləsi 2018-ci ildə, Əliyeva Zərifənin isə müqaviləsi 2019-cu ildə verildiyindən və hər ikisinin adına olan müqavilələrə MTK-nın möhürü vurulduğundan, yaranmış mübahisəli məsələ ilə əlaqədar şirkətə birlikdə müraciət etmilər, şirkət hər ikisindən üzürxahlıq etməyə çalışaraq səhv etdiklərini, onların problemini həll etməli olduqlarını, birinə mənzil digərinə isə pul verilməsini bildirərək hər ikisinin məsələsini həll edəcəklərini bildirmələrinə baxmayaraq məsələ öz həllini tapmadığından aralarında mübahisə əvvəl polisdə araşdırılmış, sonda məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil müəqqəti təminat tədbiri barədə qərardadın icrası məqsədilə möhürlənmişdir; mənzilin divarları müəyyən yerlərdə ağardılmışdır. Mənzildə təmir avadanlıqlarının olması müəyyən edilmədi. X13 ustaların təmir avadanlıqları və mənzilə qoydurduğu qapını İddiaçı tərəfindən götürüldüyünü göstərdi. İddiaçı tərəfindən mənzilin dəyişdirdiyi qapısını digər mənzilinə qoymasını bildirmişdir. Baxış zamanı Cavabdehndən heç kim iştirak etmədiyi üçün onların mövqeyini öyrənmək mümkün olmadı. Beləliklə də tərəflər mübahisəli mənzillə bağlı qarşı tərəfin adına olan müqavilələrin qanuniliyini mübaşisələndirirlər. İlk iddia üzrə iddiaçı üçüncü şəxs X19 ilə MMC arasında mübahisəli mənzilə dair xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin bağlanmasının ehtimal olunan olması və N.Xəlilovun notarial ərizəsinin mötəbər sənəd kimi qəbul edilə bilinmədiyi üçün onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası olmamasını, həmin mənzilin MMC tərəfindən faktiki olaraq ilk iddiaçıya təhvil verilməsinə, buna görə də X13 ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsız hesab edilməli olmasını iddia etmişdir. İlk iddia üzrə cavabdeh X13 isə mübahisəli mənzilin 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almasını, ona görə də qarşılıqlı iddia qaldıraraq həmin mənzil ona məxsus olduğu üçün İddiaçı ilə MMC arasmda bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilənin etibarsız hesab edilməsini iddia etmişdir. İlkin iddia üzrə üçüncü şəxs X16 iddialarla bağlı mövqeyinə görə mübahisəli mənzili 2016-cı ildə şəxsi istifadəsi üçün almış və 2019-cu ildə mənzili 03 saylı Notariat İdarəsində Zərifə Əliyevanın xeyrinə imtina etmişdir. Mənzili təcili pul lazım olduğu üçün ucuz qiymətə 1500 manata alıb, 1250 manata Zərifə xanıma satmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli mübahisəli mənzilin məhz kimin tərəfindən ilk olaraq əldə edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, ilk iddiaçının X13 ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsızlığına dair iddiasının əsasını mənzilin ilk alıcısı özünün olması təşkil edir. Məhkəmə ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi X19 ilə MMC arasında xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin bağlanmasının ehtimal olunması və N.Xəlilovun notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməməsi və onun adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmamaqla sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcud olmasına dair Bakı şəhəri 3 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etməklə həmin ərizə verilərkən sözügedən şəxslər arasında bağlanmış müqavilənin əsli deyil, kserosurəti təqdim edilməsinə dair mövqeyini ilk iddiaçı tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirir. Belə ki, üçüncü şəxs X16 izahatından görünür ki, mənzili 3 saylı Notariat İdarəsində Zərifə Əliyevanın xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarmış və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir. Məhkəmə üçüncü şəxsin izahatında göstərilənləri inandırıcı saymaqla hesab edir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyat aparılarkən bu halda notariat icraatı açılmır, lakin elektron notariat informasiya sisteminə məlumat daxil edilir ki, notariat da həmin sistemdən çıxarışı təqdim etmişdir. Notariat icraatının açılmaması notariat əməliyyatı aparılarkən X16 adına olan müqavilənin əslinin olmaması anlamına gəlməyə əsas vermir. Əksinə məhkəmənin qənaətinə görə məhz müqaviləni əslinə baxış keçirmədən belə X16 ərizəsində onun imzası təsdiq edilməsində heç bir qanunsuzluq yoxdur. Belə ki, ərizənin məzmununda göstərilənlər X3 iradə ifadəsidir və ilk iddiaçı tərəf ərizənin məzmununda mübahisəli mənzillə bağlı göstərilənlərin həqiqətə uyğun olmamasını təkzid edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə daha sonra hesab edir ki, X19 ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud olmasa da onun mübahisəli mənzildən imtina etməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsinin də heç bir mənasının olmamasına dair ilk iddiaçının arqumenti də tam əsassızdır. Belə ki, işin materiallarından görünür ki, MMC Zərifə Əliyeva ilə 12 fevral 2009-cu il tarixli, 296 nömrəli müqavilədən əlavə, 5 aprel 2023-cü il tarixli,050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilə də bağlamış, mənzilin daxili təmirinə icazə vermiş, mənzildə işıq, su və qaz sayğacları və onların texniki cəhətdən quraşdırılmış, onunla hətta "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Su kanal İdarəsi «05 iyul 2023cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə», “Azəriqaz" İB xx.xx.2023-cü il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə» imzalanmışdır. Beləliklə də məhkəmənin qənaətinə görə mübahisəli mənzilin ilk alıcısı olmuş X19 ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud olmasa da işin faktiki araşdırılmış halları Zərifə Əliyevanın həmin mənzili MMC-dən birbaşa deyil, mənzilin əvvəlki sahibi olmuş X4 almasını, eləcə də sonuncunun MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət 58 saylı mənzilindən və pay hüququmdan imtina etməsi və həmin mənzilin X7 adına sənədləşdirilməsinə etiraz etməməsini bildirməsi, gələcəkdə həmin mənzilə dair Cavabdeh MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyinə dair notarial qaydada təsdiq edilmiş ərizəsinin şübhə altına almağa əsaslar mövcud deyidir. Həmçinin məhkəmə qeyd edir ki, X16 izahatında mübahisəli mənzilin əldə etməsini aydın və müfəssəl təsvir etmiş, sadaladığı hallar bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Buna görə jə onun izahatında mənzilin alınmasına dair verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirilir və onun izahatının mötəbər olmasına dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin də Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hesab edir ki, ilk iddiaçı tərəfin mübahisələndirdiyi müqavilənin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından ilk iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, işin araşdırılmış halları X19 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin mövcudluğunu təsdiq etdiyi üçün ilk iddiaçı mübahisəli mənzilin ilk sahibi olmamış və belə olan halda cavabdeh MMC-nın tərəfindən mənzil artıq ona satıldığı üçün digər şəxsə, konkret olaraq A.Qurbanova satıla bilməzdi. Başqa sözlə, mülkiyyətində olmayan mənzillə bağlı onunla müqavilə bağlana bilməzdi və eyni zamanda, o vicdanlı alıcı hesab edilə bilməz. belə ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin dispozisiya şərtləri mövcud deyildir, ilk iddiaçı mənzili daşınmaz əmlakı dövlət reyestrində aparılmış qeydə əsaslanaraq əldə etməmişdir. Müəyyən edilmişdir ki, mübahisəli mənzil qanunvericiliklə qadağan olunmaya əsaslarla Zərifə Əliyevaya satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, Z.Əliyeva mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasınla bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir. Mənzilin bir neçə şəxsə satılması ilə əlaqədar məhkəmə qeyd etməyi də zəruri hesab edir ki, mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Məhkəmə hesab edir ki, hazırkı mülki işin faktiki halları baxımından da ilk iddia üzrə MMin 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 452.1ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir. Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alğısatqı müqaviləsinə əsasən alıcının əmlak barəsində yalnız sahiblik və istifadə hüquqları yaranır, sərancam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, cavabdeh Z.Əliyevanın mübahisəli mənzili MMC-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil ilk iddiaçı A.Qurbanovun adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, sözügedən cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir. Beləliliklə də Mülki Məjəllənin 452.1-ci maddənin hazırki halda ilk iddiaçıya münasibətdə tətbiq edilməsi yolverilməzdir. “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Konstitusiya baxışının predmeti olmuş həmin mülki işdə də, hazırkı işdə olduğu kimi söhbət MTK tərəfindən mənzilin bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından getmiş və Konstitusiya Məhkəməsi məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin bu hala tətbiqini qanuni hesab etməmişdir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin məzmununa əsasən Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Məhkəmə ilk iddia üzrə dindirilmiş şahid ifadəsinə və iş üzrə keçirilmiş ekspertiza rəylərinə qiymət verərək hesab edir ki, bu ifadə və rəylər ilk iddiaçının tələbinin əsası kimi istinad edilən halların əsaslı olmasını təsdiq etmir. Belə ki, hər iki tərəfin adına olan 2018 və 2019-cu illərdə bağlanmış müqavilələrdə möhur "xxxx"MMC-yə məxsus olması və İddiaçı da MMC ilə mübahisəli mənzillə bağlı müqavilə bağlaması faktları işin mübahisəsiz hallarıdır. Lakin işin araşdırılmış halları onun mənzilin ilk alıcısı olmadığını təsdiq etdiyi üçün şahid ifadəsi və ekspert rəyi artıq sübut əhəmiyyəti daşımır. Məhkəmə qeyd edir ki, ümumiyyətlə nəzərə alınmalıdır ki, müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər birbirinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Məhkəmə həmçinin qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ilk iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk iddia üzrə irəli sürülən dəlillərin, ümumilikdə ilk iddianın əsassız olması fonunda qarşılıqlı iddia tələblərinə də qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilə qanunvericiliyin tələbləri nöqteyi nəzərindən bağlandığı andan etibarsız əqd olması tam olaraq sübuta yetirilir. Həmçinin məhkəmə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, hesab edir ki, qarşılıqlı iddiaçının qanuni əsaslarla əldə etdiyi həmin mənzi üzərində olan huquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, X5 məxsus mübahisəli mənzildə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsi, artıq həmin mənzilə heç bir hüququ olmayan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər Cavabdehnə qadağan edilməlidir. Lakin məhkəmə qarşılıqlı iddianın digər hissəsi olan mənzilimin giriş qapısının dəyərini təşkil edən 1100 (bir min yüz) manat pulun, tikinti materiallarının dəyərini təşkil edən 2165,90 (iki min bir yüz altmış beş manat doxsan qəpik) manat pulun, hər birinin qiyməti 50 manat olmaqla iki ədəd drelə görə 100 (bir yüz) manat pulun tələbi hissəsində təmin edilməsini mümkün saymır. Belə ki, müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh A.Qurbanovun mübahisəli mənzil yerləşən binada digər mənzili vardır və özünün izahatından görünür ki, hazırda Zərifə xanımın mübahisəli mənzilə qoyduğu qapısı ona aid olan digər mənzildədir və istədiyi vaxt götürə bilərlər. Göründüyü kimi, qarşılıqlı iddiaçının pulunu tələb etdiyi giriş qapısı mövcuddur və cavabdeh onu qaytarmağa da etiraz etmir. Belə olan halda həmin qapının pulunun tutulmasına dair tələb əsaslı sayıla bilməz. Həmçinin qarşılıqlı iddiaçı mübahisəli mənzildə tikinti materialları və inşaat alətlərinin pulunu tələb etsə də, həmin əmlakların mənzildə mövcud olmasına dair sübutlar təqdim etmədiy üçün iddia bu hissədə də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilənin etibarsız hesab edilməli, iddiaçı X10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdehnə qadağan edilməli olması hissəsində təmin edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 174 nömrəli Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilə etibarsız hesab edilsin. İddiaçı X10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdehnə qadağan edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdeh İddiaçı tutularaq iddiaçı X10 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X9, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar