Məhkəmə qərarları › İş №e-2(005)-1324/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1324/2024

08.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1324/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi QSC-nın nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi QSC-nın maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi QSC (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi QSC və Maraqlı şəxs arasında mövcud olan diler müqaviləsi üzrə bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi QSC və Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə №0001764 saylı diler müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Tərəflər arasında imzalanmış üzləşmə aktının məzmunundan aydın olur ki, diler yaranmış borcu Ərizəçi QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ünvanına kreditor olaraq Ərizəçi QSC tərəfindən ilk yazılı pretenziya göndərilmişdir. Ərizəçi QSC Mediasiya prosesinin tətbiqi üçün xx.xx.2023 il tarixdə Bakı şəhər 2 saylı Mediasiya Təşkilatına yazılı qaydada müraciət etmişdir. İş üzrə təyin olunmuş mediator vasitəçiliyi ilə, mübahisə tərəfləri arasında ilkin mediasiya sessiyası təşkil olunmuş və xx.xx.2023-cü il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs etiraf edir ki, onun diler müqaviləsi üzrə Ərizəçi QSC-yə 25545 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğini cavabdeh 12 ay müddətinə aylıq 2128,75 manat olmaqla sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür. Borcun ödənilməsi xx.xx.2023-cü il tarixdən başlanılır. Ərizəçi QSC 25545 manat Maraqlı şəxs 12 ay müddətinə hər ay 2128,75 manat olmaqla ödəniş etməsini qəbul edir. Lakin iş üzrə Maraqlı şəxs tərəfindən barışıq sazişinin icrasına riayət olunmamış və borc öhdəlikləri yerinə yetirilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ərizəçi QSC və Maraqlı şəxs arasında mövcud olan diler müqaviləsi üzrə bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq olunması, barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat Maraqlı şəxs tutularaq Ərizəçi QSC-yə ödənilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi QSC-nın nümayəndəsi və vəkili Vəkil yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdir ki, səhhəti ilə əlaqədar olaraq, xəstaxanada olmuş, yəni istəyindən aslı olmayan səbəblərdən ödənişləri edə bilməmişdir. Borcu ödəməkdən boyun qaçırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi QSC ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Maraqlı şəxs Ərizəçi QSC-yə 25545 manat borcunun olmasını etiraf edir. Maraqlı şəxs Ərizəçi QSC-yə olan 25545 manat borcunu hər aylıq 2128,75 manat olmaqla 12 ay müddətinə tam şəkildə ödəməyi öhdəsinə götürür. Borcun ödənilməsi tarixi xx.xx.2023-cü il tarixdən başlayır və oktyabr ayından etibarən hər növbəti otuzunadək ayda 2128,75 manat olmaqla ödənilməlidir; - Ərizəçi QSC Maraqlı şəxs 25545 manat borcunun 12 ay müddətinə hər aylıq 2128,75 manat məbləğində ödəniş etməsini qəbul edir; - Ərizəçi QSC öhdəsinə götürür ki, razılaşdırılmış qaydada borc məbləği ödənildiyi halda borc məbləği ilə bağlı cərimə, peniya və digər adda hüquqi xərclər barədə tələbi, pretenziyası olmayacaq; - Tərəflər razılaşırlar ki, Maraqlı şəxs borcu daha tez və daha yuxarı məbləğdə ödəmək hüququ var. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi QSC “Sirius” vəkil bürosunun hesabına hüquqi yardıma görə 300 manat pul ödəmişdir; Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi QSC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun Maraqlı şəxs tutulması hissələrində tələbi əsaslıdır. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi QSC-nın (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi QSC ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi hissəsində təsdiq edilməlidir. Eləcə də, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi QSC ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi QSC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - Maraqlı şəxs Ərizəçi QSC-yə 25545 manat borcunun olmasını etiraf edir. Maraqlı şəxs Ərizəçi QSC-yə olan 25545 manat borcunu hər aylıq 2128,75 manat olmaqla 12 ay müddətinə tam şəkildə ödəməyi öhdəsinə götürür. Borcun ödənilməsi tarixi xx.xx.2023-cü il tarixdən başlayır və oktyabr ayından etibarən hər növbəti otuzunadək ayda 2128,75 manat olmaqla ödənilməlidir; - Ərizəçi QSC Maraqlı şəxs 25545 manat borcunun 12 ay müddətinə hər aylıq 2128,75 manat məbləğində ödəniş etməsini qəbul edir; - Ərizəçi QSC öhdəsinə götürür ki, razılaşdırılmış qaydada borc məbləği ödənildiyi halda borc məbləği ilə bağlı cərimə, peniya və digər adda hüquqi xərclər barədə tələbi, pretenziyası olmayacaq; - Tərəflər razılaşırlar ki, Maraqlı şəxs borcu daha tez və daha yuxarı məbləğdə ödəmək hüququ var. Hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi QSC ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar