Məhkəmə qərarları › İş №e-2(005)-1456/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1456/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1456/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 1967-ci il təvəllüdlü X2 15 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi əri X4 15 dekabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən bağ evində qəflətən ürəyinin dayanması səbəbindən vəfat etmişdir. X2 ölümü ilə bağlı hətta Xəzər rayon Prokurorluğunda araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, X4 15 dekabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən bağ evində olarkən qəflətən ürək fəaliyyətinin dayanması, yəni infarkt keçirməsi nəticəsində ölmüşdür. 24 dekabr 2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X4 16 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi və onun ailə üzvlərinin vaxtında tibbi şəhadətnamə almağa və sənədi Nərimanov rayon Qeydiyyat Şöbəsinə təqdim etməyə imkanları olmamışdır. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün 21 saylı, 09 fevral 2022-ci il tarixli məktubla ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. MPM-nin 307.2.8-ci maddəsinin tələbinə əsasən məhkəməmüvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş X1 X5 85-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şərh edilənlərdən də göründüyü kimi ərizəçi ərinin ölməsi faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni məhkəməyə müraciət etmədən almaq iqtidarında deyildir. Bu faktın müəyyən edilməsi isə ərizəçiyə müvafiq rəsmiləşdirmə işlərinin aparılması (vərəsəlik və s.) üçün lazımdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 30.09.2019-cu il tarixdə ASAN 1 tərəfindən verilmiş AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1969-cu il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 79, mənzil 122 ünvanında qeydiyyatdadır; “Elektron Məhkəmə Sistemi”ndən çıxarılmış məlumatın surətinə əsasən X4 15.03.1967-ci il tarixində Naxçıvan MR, Babək, Sovetabad kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır; Xəzər rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərarının surətinə əsasən X2 ölməsi faktında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir; Nərimanov rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, X4 15 dekabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən bağ evində olarkən, qəflətən ürək fəaliyyətinin dayanması, yəni “infarkt” keçirməsi nəticəsində ölmüşdür; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 25.01.2022-ci il nömrəli, 10 saylı arayışından görünür ki, X4 16.12.2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn edilmişdir; Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 09.02.2022-ci il tarixli, 21 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 22.02.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 15.03.1967-ci il tarixində Naxçıvan MR, Babək, Sovetabad kəndində anadan olmuş X4 Ərizəçi əridir. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 79, mənzil 122 ünvanında qeydiyyatdadır. X4 15.12.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən bağ evində vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 15.03.1967-ci il tarixində Naxçıvan MR, Babək, Sovetabad kəndində anadan olmuş X2 15.12.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15.03.1967-ci il tarixində Naxçıvan MR, Babək, Sovetabad kəndində anadan olmuş X2 15.12.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar