Məhkəmə qərarları › İş №e-2(005)-1533/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1533/2024

01.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1533/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi MMC-nin maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100,0 manat vəsaitin maraqlı olan şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olmuş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, traktorçu vəzifəsində çalışmış maralı şəxs olan Maraqlı şəxs dizel yanacağı borcuna görə ərizəçiyə 2120,0 manat borcu qalmışdı . Maraqlı şəxs olan Maraqlı şəxs öhdəliyini yerinə yetirmədiyindən ərizəçi yaranmış mübahisəni mediasiya vasitəsi ilə həll etməyi təklif etmişdir. Beləliklə, Ərizəçi və maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” bağlanmışdır. Maraqlı şəxs Barışıq Sazişinin 2.1-ci maddəsində qeyd olunmuş qaydada ödənişlərini həyata keçirməyi öhdəsinə götürsə də, buna tam və vaxtında əməl etməmişdir. Belə ki, o, ümumi borcundan bu vaxtadək cəmi 700,0 manat ödəniş etmişdir ki, son nəticədə onun qalıq 1420,0 manat borc öhdəliyi hələ də icra edilməmiş olaraq qalmışdır. Göründüyü kimi maraqlı şəxs 10 iyul 2022-ci il tarixli Barışıq Sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır və bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi MMC-nin nümayəndəsi X1 ərizəni müdafiə edərək, təmi edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəni qəbul etdiyini, müəyyən ödənişlər etdiyini bildirir və ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “Birinci tərəf” Ərizəçi MMC ilə “İkinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən: “Maraqlı şəxs saziş imzalandıqdan sonra 7 ay ərzində 300 manat məbləğində vəsaiti ödəyəcəkdir. Maraqlı şəxs Ərizəçi MMC-yə olan 2120 manat borcu hər ayın 30-u tarixində 300 manat olmaqla ödəməyi öhdəsinə götürür”. - xx.xx.2022-ci il tarixli, №3909/22 saylı kassa mədaxil oredirindən görünür ki, Maraqlı şəxs tərəfindən MTK İstehsalat Kommersiya MMC-nin hesabına 200 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tarixli, №0474/23 saylı kassa mədaxil orderindən görünür ki, Maraqlı şəxs tərəfindən MKT İstehsalat Kommersiya MMC-nin hesabına 200 manat ödəniş edilmişdir; - xx.xx.2022-ci il tarixli, №2722/22 saylı kassa mədaxil orderindən görünür ki, Maraqlı şəxs tərəfindən MKT İstehsalat Kommersiya MMC-nin hesabına 300 manat ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə ödənişlər etsə də, daha sonra ödəniş edilməsini dayandırmış, könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi MMC haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Eyni zamanda həm ərizədən, həm tərəflərin izahatlarından, həm də işin materiallarında olan qəbzlərdən müəyyən edilir ki, Maraqlı şəxs tərəfindən müxtəlif vaxtlarda 700 (yeddi yüz) manat ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, bu işin mübahisəsiz halıdır və gələcəkdə barışıq sazişinin icrası zamanı nəzərə alınmalıdır. AR Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tələb edildiyindən məhkəmə hesab edir ki, ərizə bu hissədə də təmin edilməli, 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq, Ərizəçi MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23, 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi məcburi icra məqsədilə aşağıdakı hissədə təsdiq edilsin: “Maraqlı şəxs saziş imzalandıqdan sonra 7 ay ərzində 300 manat məbləğində vəsaiti ödəyəcəkdir. Maraqlı şəxs Ərizəçi MMC-yə olan 2120 manat borcu hər ayın 30-u tarixində 300 manat olmaqla ödəməyi öhdəsinə götürür”. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq, Ərizəçi MMC-nin xeyrinə ödənilsin. (Barışıq sazişin məcburi icrası zamanı Maraqlı şəxs tərəfindən 700 (yeddi yüz) manat məbləğində ödənişin artıq həyata keçirildiyi nəzərə alınsın). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar