Məhkəmə qərarları › İş №e-2(005)-1588/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1588/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1588/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1990-cı il təvəllüdlü X5 xx.xx.1990-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasınının qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qızı X11 29 aprel 1990-cı ildə anadan olmuşdur. 7 noyabr 1990-cı ildə 7 aylıq körpə vaxtında qəflətən halı pisləşmiş və dərhal onu Mərkəzi Klinik xəstəxananın uşaq şöbəsinə çatdırmışlar. Bütün müdaxilələrə baxmayaraq qızı Musayeva Günel 7 noyabr 1990-cı ildə vəfat etmişdir. Ondan sonra mərhum həyat yoldaşı X6 onun dəfn etmək üçün Şəki rayonu, Bideyiz kəndinə aparmış və 8 noyabr 1990-cı ildə uşaqları orada dəfn olunmuşdur. Ondan sonra onun ölümünün qeydə alınması ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, uşaqlarının sənəd işlər ilə hər zaman həyat yoldaşı Musayev Hamlet məşğul olurdu. Mərhum həyat yoldaşı vəfat etdikdən sonra vərəsəlik işinin açılması və mənzilin adına rəsmiləşdirməsi üçün notariat orqanına müraciət etdikdə oradan ona avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 yaşamasına dair akt qeydinin olmasını və onun da razılıq ərizəsinin əldə edilməsinin gərəkdiyini bildirdilər. Yalnız o zaman qızları X5 ölümünün qeydə alınmadığını aşkarlamışdır. Bununla bağlı Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Oradan ona həmin uşağın ölümünü təsdiq edən heç bir sənədin olmadığını bildirərək məhkəməyə müraciət etməli olduğunu qeyd etdilər. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nərimanov Rayon qeydiyyat Şöbəsindən verilmiş 04 noyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün deyildir. Nərimanov rayon qeydiyyat Şöbəsindən verilmiş 22 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X7 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm aktı qeydi aşkar olunmayıb. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - XV-JQ seriyalı 333790 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 aprel 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X8, anası Ərizəçidır. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 95 №-li, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 1 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Nərimanov rayon qeydiyyat Şöbəsindən verilmiş 22 dekabr 2023-cü il tarixli 546 №li arayışdan görünür ki, X7 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm aktı qeydi aşkar olunmayıb. - “X19” X21 tərəfindən Ərizəçi nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxiv bölməsinin məlumatına əsasən X11 07 noyabr 1990cı il tarixdə “X19” X22 Ə.F.Qarayev adına 2 saylı X9 ölüm hallarının qeydiyyat jurnalından keçməmişdir. - Bideyz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 28 №-li arayışın surətindən görünür ki, X11 07 noyabr 1990-cı ildə Bakı şəhərində vəfat etmişdir. X1 tərəfindən ata yurdu olan Şəki rayonu Bideyz kəndinə gətirilmiş və 08 noyabr 1990-cı il tarixdə dəfn olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X11 07 noyabr 1990-cı il tarixdə Bakı şəhərində vəfat etmiş və 08 noyabr 1990-cı il tarixdə Şəki rayonu, Bideyz kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbələrinə müraciət etsə də, övladının ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Təqdim edilmiş ərizədə X5 29 aprel 1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsinin müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: - 8.1-ci maddəsinə əsasən Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə və Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin hər iki orqan ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər – xx.xx.1953-cü il təvəllüdlü X3, xx.xx.1971-ci il təvəllüdlü X4 və xx.xx.1965-ci il təvəllüdlü X10 məhkəmə iclasına dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında xx.xx.1953-cü il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi qardaşının yoldaşıdır. Həm də rəhmətə gedən uşağın bibisi olmuşdur. Uşaq yeddi aylıq olanda birdən birə ət parçasına döndü. O, 07 noyabrda rəhmətə gedib. Uşağı Şəki rayonunda, Bideyz kəndində digər qohumlarını dəfn etdikləri yerdə dəfn etmişdirlər. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1971-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin qonşusudur. Xanımın kiçik bir uşağı var idi. O, qəflətən xəstələnmiş, bundan sonra yoldaşı təcili yardımla uşağı xəstəxanaya aparmışdır. Bundan sonra uşaq rəhmətə getmişdir. Uşağın heç 1 yaşı olmamışdır. 6-7 aylıq olardı. Qız uşağı idi. Yas mərasimində olmamışdır, lakin qonşudurlar, evində olmuşdur. Məhkəmə iclasında xx.xx.1965-ci il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin yoldaşının qardaşı- qaynıdır. Uşağın əmisi olmuşdur. Uşağı kəndə gətirmiş, orada öz məhlələrində - bağda dəfn etmişdirlər. Uşaq payız aylarında rəhmətə getmiş, cəmi 6-7 ay yaşamışdır. Bildiyinə görə qan xəstəliyinə görə uşaq rəhmətə getmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi övladının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar