Məhkəmə qərarları › İş №e-2(005)-160/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-160/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-160/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2, vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoeka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-borcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197.04 (bir yüz iyirmi doqquz min yüz doxsan yeddi manat, 04 qəpik) manat əsas borcun, 14731,80 (on dörd min yeddi yüz otuz bir manat 80 qəpik) manat faiz borcunun, 327504,49 (üç yüz iyirmi yeddi min əlli manat 49 qəpik) manat dəbbə pulunun, cəmi borc 471433,33 (dörd yüz yetmiş bir min dörd yüz otuz üç manat 33 qəpik) manat məbləğində borcun və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576,09 (səkkiz min beş yüz yetmiş altı dollar 09 sent) ABŞ dolları əsas borcun, 6978,11 (altı min doqquz yüz yetmiş səkkiz dollar 11 sent) ABŞ dolları faiz borcunun, cəmi borc 15554,20 (on beş min beş yüz əlli dörd dollar 95 sent) ABŞ dolları məbləğdə borcun Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi; borc tələbinin, K- 148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 sayiı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 (dörd yüz səksən iki min) AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 07.09.2020-ci il tarixdə iddia ərizəsinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh-borcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197.04 (bir yüz iyirmi doqquz min yüz doxsan yeddi manat, 04 qəpik) manat əsas borcun, 19429,54 (on doqquz min dörd yüz iyirmi doqquz manat 54 qəpik) manat faiz borcunun, 448303,72 (dörd yüz qırx səkkiz min üç yüz üç manat 72 qəpik) manat dəbbə pulunun, cəmi borc 596930,30 (beş yüz doxsan altı min doqquz yüz otuz manat 30 qəpik) manat məbləğində borcun və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576,09 (səkkiz min beş yüz yetmiş altı dollar 09 sent) ABŞ dolları əsas borcun, 8136,35 (səkkiz min yüz otuz altı dollar 35 sent) ABŞ dolları faiz borcunun, cəmi borc 16712,44 (on altı min yeddi yüz on iki dollar 44 sent) ABŞ dolları məbləğdə borcun Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi; borc tələbinin, K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 sayiı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ- 005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 (dörd yüz səksən iki min) AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 20.11.2020-ci il tarixdə iddia ərizəsinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh-borcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197.04 (bir yüz iyirmi doqquz min yüz doxsan yeddi manat, 04 qəpik) manat əsas borcun, 10 oktyabr 2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 10 oktyabr 2019cu il tarixinə kimi hesablanmış 12211 (on iki min iki yüz on bir) AZN manatı faiz borcunun, 256373,40 (iki yüz əlli altı min üç yüz yetmiş üç manat 40 qəpik) manat, cəmi borc 397781,41 (üç yüz doxsan yeddi min yeddi yüz səksən bir manat 41 qəpik) manat məbləğində borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 10 oktyabr 2019-cu il tarixindən 18 oktyabr 2020-ci il tarixinədək dövrü üzrə 129197,04 manat əsas borc məbləğinə hesablanmış 9998,41 manat faiz borcunun, 257102 manatı, cəmi 267100,41 manatı borcun, hər iki dövr üzrə ümumilikdə: 664881,85 manatı məbləğində borcun və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576,09 (səkkiz min beş yüz yetmiş altı dollar 09 sent) ABŞ dolları əsas borcun, 15 aprel 2015-ci il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 15 aprel 2018-ci il tarixinə kimi hesablanmış 8489 ABŞ dolları faiz borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 16 aprel 2018-ci il tarixindən 18 noyabr 2020-ci il tarixinə kimi 6000 ABŞ dolları ödənişdən sonra 31 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 41759 ABŞ dolları dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 58855,21 `1ABŞ dolları borcun tutulması və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin, K-148/2014 saylı 08.10.2014cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 sayiı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ- 005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 (dörd yüz səksən iki min) AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 01.03.2021-ci il tarixdə iddia ərizəsinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh-borcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197 (bir yüz iyirmi doqquz min yüz doxsan yeddi manat) manat əsas borcun, 10 oktyabr 2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 10 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 12211 (on iki min iki yüz on bir) manat faiz borcunun, 256373 (iki yüz əlli altı min üç yüz yetmiş üç manat) manat dəbbə borcunun, cəmi 397781 (üç yüz doxsan yeddi min yeddi yüz səksən bir) manat məbləğində borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 10 oktyabr 2019-cu il tarixindən 01 mart 2021-ci il tarixinədək dövrü üzrə 129197 manat əsas borc məbləğinə hesablanmış 12560 manat faiz borcunun, 304924 manat dəbbə pulu borcunun, cəmi 317484 manat borcun, hər iki dövr üzrə ümumilikdə: 715265 manat məbləğində borcun və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576 (səkkiz min beş yüz yetmiş altı dollar) ABŞ dolları əsas borcun, 15 aprel 2015-ci il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 15 aprel 2018-ci il tarixinə kimi hesablanmış 8528 ABŞ dolları faiz borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 16 aprel 2018-ci il tarixindən 01 mart 2021-ci il tarixinə kimi qalıq 674 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 46636 ABŞ dolları dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 64414 ABŞ dolları borcun tutulması və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin, K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K- 023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 (dörd yüz səksən iki min) AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 12.08.2021-ci il tarixdə iddia ərizəsinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh-borcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197 (bir yüz iyirmi doqquz min yüz doxsan yeddi manat) manat əsas borcun, 10 oktyabr 2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 10 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 12211 (on iki min iki yüz on bir) manat faiz borcunun, 256373 (iki yüz əlli altı min üç yüz yetmiş üç manat) manat dəbbə borcunun, cəmi 397781 (üç yüz doxsan yeddi min yeddi yüz səksən bir) manat məbləğində borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 10 oktyabr 2019-cu il tarixindən 11 avqust 2021-ci il tarixinədək dövrü üzrə 129197 manat əsas borc məbləğinə hesablanmış 16605 manat faiz borcunun, 304924 manat dəbbə pulu borcunun, cəmi 317484 manat borcun, hər iki dövr üzrə ümumilikdə: 719310 manat məbləğində borcun və K- 023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576 (səkkiz min beş yüz yetmiş altı dollar) ABŞ dolları əsas borcun, 15 aprel 2015-ci il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 15 aprel 2018-ci il tarixinə kimi hesablanmış 8528 ABŞ dolları faiz borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 16 aprel 2018-ci il tarixindən 11 avqust 2021-ci il tarixinə kimi qalıq 10199 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 46636 ABŞ dolları dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 65411 ABŞ dolları borcun tutulması, hüquqi yardım üzrə vəkilə ödənilmiş 210 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin, K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 (dörd yüz səksən iki min) AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanılmış K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi 200000 (iki yüz min) manat məbləğində əsas borcun ödənişinə 2 (iki) il möhlətə 60 (altmış) ay müddətinə illik 7% ödənişlə kredit verilmişdir. Eyni zamanda, bu kredit müqaviləsinin 10-cu bəndində ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0.5% , hesabı ilə dəbbə pulu tətbiq etmək hüququ şərtləndirilmişdir. Bu iddia tələbinin əsası olan K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin təminat üsulu olaraq Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi İ-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir və əmlakın yüklüyünü AR DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 23.10.2014-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən yüklü edilərək dövlət reyestr qeydiyyatına alınmışdır. Bundan başqa "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə borcalan Cavabdeh1 bağlanılmış 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinə əsasən 50000 (əlli min) ABŞ dolları məbləğində 12 (on iki) ay müddətində kredit verilmişdir. Bu kredit müqaviləsinin müddətinin bitməsinə bir gün qalmış kredit borcu üzrə ödənilməmiş 26 589.49 (iyirmi altı min beş yüz səksən altı dollar, 49 sent) ABŞ dolları əsas borc və 3 052.80 (üç min əlli iki dollar, 60 sent) ABŞ dollar faiz borc qalığı məbləğləri (dəbbə pulu tamamilə güzəşt edilməklə) 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin müddəti 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə ilə edilmiş dəyişikliyə müvafiq olaraq kreditdən istifadənin müddəti 24 (iyirmi dörd) ay uzadılmışdır. Bu əlavə ilə cavabdehin kredit borcunu ABŞ dolları ilə olduğuna və kreditdən istifadənin uzadılmış 24 ayı müddətində ödəyəcəyinə verdiyi vədi nəzərə alaraq bu tarixə kimi hesablanmış ödənilməmiş 9494.58 ABŞ dolları məbləğində dəbbə (penya) pulu cavabdehə güzəşt edilərək bu öhdəliyin icrasına xitam verilmişdir, bununla yanaşı 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin şərtindən 15 aprel 2018-ci il tarixə, yəni kreditdən istifadənin son tarixinə kimi dəbbə pulunun hesablanması istisna edilmişdir. Bu iddia tələbinin əsası olan 15 aprel 2015-ci il tarixli K- 023/2015 saylı kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə üzrə borc öhdəliyinin təminatı olaraq Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi 15.04.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmişdir və əmlakın yüklülüyü AR DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 21.04.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən yüklü edilərək dövlət reyester qeydiyyatına alınmışdır. “Kredit müqaviləsi-1” üzrə kreditdən istifadə müddəti 08.10.2019-cu il tarixdə bitmişdir və 01 mart 2020-ci il tarixinə gecikdirilmiş, ödənişi təmin edilməmiş borc öhdəliyinin vəziyyəti aşağıdakı kimidir: əsas borc qalığı: 129197.04 (bir yüz iyirmi doqquz min bir yüz doxsan yeddi manat, 04 qəpik) AZN; faiz borc qalığı: 14731.80 (on dörd min yeddi yüz otuz bir manat, 80 qəpik) AZN, dəbbə (penya) pulu borcu: 327504,49 (üç yüz iyirmi yeddi min əlli manat 49 qəpik) AZN, Bu iddia tələbi əsasında “Kredit müqaviləsi-2” edilmiş 14 aprel 2016cı il tarixli 1№ li Əlavə üzrə kreditdən istifadə müddəti 15.04.2018-ci il tarixdə bitmişdir və 01 mart 2020-ci il tarixinə gecikdirilmiş, ödənişi təmin edilməmiş borc öhdəliyinin vəziyyəti aşağıdakı kimidir: əsas borc qalığı: 8 576,09 (səkkiz min beş yüz yetmiş altı dollar, 09 sent) ABŞ dolları; faiz borc qalığı: 6 978,11 (altı min doqquz yüz yetmiş səkkiz dollar, 11 sent) ABŞ dolları; Qeyd olunduğu kimi 14 aprel 2016-cı il tarixli 1№-li Əlavəyə əsasən 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin 10-cu bəndində ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0.5%, hesabı ilə dəbbə pulu tətbiq etmək hüququ 15 aprel 2018-ci il tarixə, yəni kreditdən istifadənin son tarixinə kimi dəbbə pulunun hesablanması istisna edilmişdir. Bu şərtlə müvafiq olaraq, yəni kreditdən istifadənin son 15 aprel 2018-ci il tarixindən etibarən kreditin əsas məbləğinin ödənişi gecikdirilən hər gününə görə 0.5% ilə hesablanmalı dəbbə pulu məbləği 26328,59 ABŞ dollarındadır. Lakin bu dəbbə məbləği iddia tələbi üzrə hesabata daxil edilməmişdir. Ona görə də bu iddia tələbi əsasında “Kredit müqaviləsi-2” üzrə ümumilikdə ödənilməmiş borc 15554,20 (on beş min yüz əlli dörd dollar, 95 sent) ABŞ dolları məbləğdən ibarətdir. Qeyd olunan kredit müqaviləsinin 6.5 bəndinin “Kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur”. Kredit müqaviləsinin 8.1-ci bəndinin “Borcverən”–in müqavilə şərtlərinin borcalan tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, habelə Kredit müqaviləsinin 10-cu bəndində şərtləndirilmiş ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0.5%, hesabı ilə dəbbə pulu tətbiq edilmək hüququ vardır. Kredit müqaviləsinin 12.1-ci yarımbəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borcalan”-ın vəzifəsidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2, vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1533 saylı 23.06.2021-ci il tarixli rəy əsasında qətnamə çıxarılmasını, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” K-148/2014 saylı, 08.10.2014cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi olaraq 108746,72 manat, K-023/2015 saylı 15.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi 9866,21 ABŞ dolları məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 08.10.2014-cü il tarixli K-148/2014 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən 60 (altmış) ay müddətinə, illik 7% ödənişlə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən ödənişin gecikdirildiyi hər bir gün üçün 0,5 % dəbbə pulu hesablanır. Cavabdeh1, Cavabdeh2 Sadiq qızı ilə "xxxx" BOKT MMC arasında bağlanmış 08.10.2014cü il tarixli İ-025/2014 saylı ipoteka müqaviləsindən görünür ki, 08.10.2014-cü il tarixli K-148/2014 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Sadiq qızına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 15.04.2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən 12 (on iki) ay müddətinə, illik 26% ödənişlə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən ödənişin gecikdirildiyi hər bir gün üçün 0,5 % dəbbə pulu hesablanır. Cavabdeh1, Cavabdeh2 Sadiq qızı ilə "xxxx" BOKT MMC arasında bağlanmış 15.04.2015ci il tarixli İ-005/2015 saylı ipoteka müqaviləsindən görünür ki, 15.04.2015-ci il tarixli K-023/2015 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Sadiq qızına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1, Cavabdeh2 Sadiq qızı ilə "xxxx" BOKT MMC arasında bağlanmış 15.04.2015ci il tarixli K-023/2015 saylı Kredit və 15.04.2015-ci il tarixli İ-005/2015 saylı ipoteka müqavilələrinə 14.04.2016-cı il tarixli 1№-li Əlavədən görünür ki, 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin müddəti 24 (iyirmi dörd) ay uzadılmışdır. Kredit müqaviləsi üzrə kreditdən istifadə dövründə Kredit müqaviləsinin 10-cu bəndində şərtləndirilmiş tələbə uyğun olaraq 15 aprel 2015-ci il tarixdən 15 aprel 2016-cı il tarixədək ödəniş qrafiki üzrə əsas borc məbləğinin ödənişlərinin gecikdirilməsinə görə gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günü üçün 0.5% dərəcəsi ilə 9494.58 (doqquz min dörd yüz doxsan dörd dollar 58 sent) ABŞ dolları məbləğində hesablanmış dəbbə pulu borcalan Cavabdeh1 Vali oğluna, onun maliyyə vəziyyətində yaranmış çətinliklər və kreditdən istifadə dövründə AZN/ABŞ məzənnnəsində mühüm fərqin baş verməsi nəzərə alınaraq güzəşt edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 noyabr 2020-ci il tarixli ƏEM/N 18-614/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 351000 manat, likvid dəyəri 298000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2021ci il tarixli 9/4145 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 08 oktyabr 2014-cü il tarixli, K148/2014 və 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; 08 oktyabr 2014-cü il tarixli, K148/2014 kredit müqaviləsi üzrə 08 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 114629,27 manat, faiz borcu üzrə 2384,93 manat. 19 dekabr 2019-cu il tarixə (son ödəniş tarixinə) əsas borc üzrə 108746,72 manat, faiz borcu üzrə 0,00 manat; 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə 15 aprel 2016-cı il tarixə əsas borc üzrə 25538,03 ABŞ dolları, faiz borcu üzrə 2932,62 ABŞ dolları. 15 aprel 2018-ci il tarixə əsas borc üzrə 17444,29 ABŞ dolları, faiz borcu üzrə 403,16 ABŞ dolları. 17 avqust 2019-cu il tarixə əsas borc üzrə 14984,41 ABŞ dolları, faiz borcu üzrə 129,86 ABŞ dolları təşkil etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 oktyabr 2020-ci il tarixli 20-10/20-ƏKV nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin bazar dəyəri 450000-500000 manat civarında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2021-ci il tarixli 9/1533 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 08 oktyabr 2014-cü il tarixli, K148/2014 və 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; 08 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 114629,27 manat, faiz borcu üzrə 2384,93 manat; 19 dekabr 2019-cu il tarixə (son ödəniş tarixinə) əsas borc üzrə 108746,72 manat, faiz borcu üzrə 0,00 manat; 15 aprel 2016-cı il tarixə əsas borc üzrə 22652,43 ABŞ dolları, faiz borcu üzrə 2601,25 ABŞ dolları, 15 aprel 2018-ci il tarixə əsas borc üzrə 13770,80 ABŞ dolları, faiz borcu üzrə 318,26 ABŞ dolları, 17 avqust 2019-cu il tarixə əsas borc üzrə 9866,21 ABŞ dolları, faiz borcu üzrə 85,51 ABŞ dolları təşkil etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2021-ci il tarixli 01/21-182 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 340000 manat, likvid dəyəri 289000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank olmayan kredit təşkilatı İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanılmış K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2 (iki) il möhlətdə 60 (altmış) ay müddətinə illik 7% ödənişlə 200000 (iki yüz min) manat məbləğində əsas borcun ödənişinə kredit verilmişdir. Bundan başqa "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanılmış 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddəting 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin müddətinin bitməsinə bir gün qalmış kredit borcu üzrə ödənilməmiş 26 589.49 (iyirmi altı min beş yüz səksən altı dollar, 49 sent) ABŞ dolları əsas borc və 3 052.80 (üç min əlli iki dollar, 60 sent) ABŞ dollar faiz borc qalığı məbləğləri (dəbbə pulu tamamilə güzəşt edilməklə) 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin müddəti 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə ilə edilmiş dəyişikliyə müvafiq olaraq kreditdən istifadənin müddəti 24 (iyirmi dörd) ay uzadılmışdır. Bu əlavə ilə cavabdehin kredit borcunu ABŞ dolları ilə olduğuna və kreditdən istifadənin uzadılmış 24 ayı müddətində ödəyəcəyinə verdiyi vədi nəzərə alaraq bu tarixə kimi hesablanmış ödənilməmiş 9494.58 ABŞ dolları məbləğində dəbbə (penya) pulu cavabdehə güzəşt edilərək bu öhdəliyin icrasına xitam verilmişdir, bununla yanaşı 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin şərtindən 15 aprel 2018-ci il tarixə, yəni kreditdən istifadənin son tarixinə kimi dəbbə pulunun hesablanması istisna edilmişdir. Nəticədə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197 manat əsas borc, 10 oktyabr 2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 10 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 12211 manat faiz borcu, 256373 manat dəbbə borcunun, cəmi 397781 (üç yüz doxsan yeddi min yeddi yüz səksən bir) manat məbləğində borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 10 oktyabr 2019-cu il tarixindən 11 avqust 2021-ci il tarixinədək dövr üzrə 129197 manat əsas borc məbləğinə hesablanmış 16605 manat faiz borcu, 304924 manat dəbbə pulu borcu, cəmi 317484 manat borcu, hər iki dövr üzrə ümumilikdə: 719310 manat məbləğində borcu, K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576 ABŞ dolları əsas borcun, 15 aprel 2015-ci il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 15 aprel 2018-ci il tarixinə kimi hesablanmış 8528 ABŞ dolları faiz borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 16 aprel 2018-ci il tarixindən 11 avqust 2021-ci il tarixinə kimi qalıq 10199 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 46636 ABŞ dolları dəbbə pulu borcu, hər iki dövr üzrə ümumilikdə 65411 ABŞ dolları borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsinə əsasən tərtib edilmiş 2 (iki) kredit razılaşması üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, müəyyən edilmiş kredit borcunu iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsinə münasibətdə sonuncu ekspert rəyi əsas götürülməklə əsas kredit borcu hissəsində qismən, yəni 108746,72 manat məbləğində təmin edilməli, müqavilə müddəti bitənədək dövrə ödənilməmiş faiz borcu qalmadığından bu hissədə rədd edilməlidir. K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc hissədə təmin edilməli, faiz borcuna gəldikdə isə ekspert rəyi əsas götürülməklə 85,51 ABŞ dolları məbləğində müəyyən edilərək Cavabdeh1 tutulmalıdır. Məhkəmə K-148/2014 saylı 08.10.2014-cü il tarixli və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqavilələri üzrə hesablanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş faiz məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16605 (on altı min altı yüz beş manat) manat və K- 023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10199 (on min yüz doxsan doqquz dollar) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun tutulması hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi bitmə tarixindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxt 08.10.2019-cu il 06.04.2020-ci il tarixədək 5 ay 28 günü əhatə edir. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər. İllik 5 faiz dərəcəsi ilə 1 il üçün hesablanmış faiz borcu (108746,77 x 5 /100 = 5437,3 manat 1 il üzrə) 5437,3 manat olduğu təqdirdə, 5 ay üçün hesablanmış faiz borcu (5437,3 /12 = 453,1 manat – 1 ay üzrə x 5 =2265,5 manat faiz borcu) 2265,5 manat, 28 gün üçün hesablanmış faiz borcu (453,1 / 30 = 15,1 manat x 28 = 422,8 manat) 422,8 manat təşkil edir. Ümumilikdə 5 ay 28 gün üçün isə (2265,5 + 453,1 = 2688,3) 2688,3 manat təşkil edir. Məhkəmə iddia ərizəsinin K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 256373 (iki yüz əlli altı min üç yüz yetmiş üç manat) məbləğində cərimə (dəbbə) borcu 1500 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə iddia ərizəsini hər iki kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün tələb edilən cərimə borcu hissəsində məhkəmə əsaslı hesab etmədiyindən bu hissədə rədd edilməsi qənaətinə gəlir. Belə ki, K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə bitmə tarixindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxt 15.04.2018-ci il 06.04.2020-ci il tarixədək 1 il 11 ay 21 günü əhatə edir. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər. İllik 5 faiz dərəcəsi ilə 1 il üçün hesablanmış faiz borcu (8576 x 5 /100 = 428,8 ABŞ dolları 1 il üzrə) 428,8 ABŞ dolları olduğu təqdirdə, 11 ay üçün hesablanmış faiz borcu (428 /12 = 35,7 ABŞ dolları – 1 ay üzrə x 11 =393 ABŞ dolları faiz borcu) 393 ABŞ dolları, 21 gün üçün hesablanmış faiz borcu (35,7/ 30 = 1,1 ABŞ dolları x 21 = 24,9 ABŞ dolları) 24,9 ABŞ dolları təşkil edir. Ümumilikdə 1 il 11 ay 21 üçün isə (428,8 + 393 +24,9 = 846,7) 846,7 ABŞ dolları təşkil edir. Məhkəmə iddia ərizəsinin K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 256373 (iki yüz əlli altı min üç yüz yetmiş üç manat) məbləğində cərimə (dəbbə) borcu 1500 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə iddia ərizəsini hər iki kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün tələb edilən cərimə borcu hissəsində məhkəmə əsaslı hesab etmədiyindən bu hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə dair ipoteka müqavilələri bağlanmış, göstərilən əmlak ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh1 xəbərdarlıq məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki müqavilə üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2021-ci il tarixli 01/21-182 nömrəli qiymətləndirmə hesabatı əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 289.000 (iki yüz səksən doqquz min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. 210 manat məbləğində hüquqi yardıma görə ödənilmiş məbləğ iddiaçı tərəfindən məhkəmə qarşısında sübuta yetirilmədiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 108746,72 manat məbləğində kredit borcu, 2688,3 manat məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcu və 1500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 112 935, 02 (yüz on iki min doqquz yüz otuz beş manat 02 qəpik) manat, K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8576 ABŞ Dolları məbləğində kredit borcu, 85,51 ABŞ Dolları məbləğində faiz borcu və 846 ABŞ Dolları məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcu olmaqla, cəmi 9507,5 (doqquz min beş yüz yeddi dollar, beş sent) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka predmeti açıq hərrac yolu ilə realizə edilsin. İpoteka predmeti olan Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 289.000 (iki yüz səksən doqquz min) manat məbləğində müəyyən olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar