Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-169/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və X2 qarşı “kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2019-ci il tarixli, 2019/00190-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx xxx 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 4.848,45 (dörd min səkkiz yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.300 (altı min üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.186,13 (qırx min bir yüz səksən altı manat on üç qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulması, tələbin cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 4.848,45 (dörd min səkkiz yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.300 (altı min üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.186,13 (qırx min bir yüz səksən altı manat on üç qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-ci il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 36% hesablanmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,8 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 17, M2, m.1) (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış: RX seriyalı ******* nömrəli, 00701 1000776-05101-093052 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2017ci il tarixli) ipoteka predmeti kimi İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə təqdim etmiş və bu barədə xx xxxx 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx xxxxxxx 2019-cu il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, **********76-05101-093052 reyestr nömrəli, ********** qeydiyyat nömrəli). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi’ tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxx 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 4.848,45 (dörd min səkkiz yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.300 (altı min üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.186,13 (qırx min bir yüz səksən altı manat on üç qəpik) manat məbləğində borc yaranmışdır. İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx xxxxx 2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2019-ci il tarixli, 2019/00190-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx xxx 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 14.693,01 (on dörd min altı yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.620 (on altı min altı yüz iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 60.350,69 (altmış min üç yüz əlli manat altmış doqquz qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulması, tələbin cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 14.693,01 (on dörd min altı yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.620 (on altı min altı yüz iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 60.350,69 (altmış min üç yüz əlli manat altmış doqquz qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən, yəni əsas məbləği qəbul edərək, ona hesablanmış faiz və cərimə borcunun həddən artıq şişirdilmiş həddə olduğundan, həmin hissədə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsinin məzmunundan müəyyən olunur ki, kreditor borcluya illik 36% olmaqla 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 hər ay 1.374 (bir min üç yüz yetmiş dörd) manat məbləğində aylıq ödəniş etməyi kreditor İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti qarşısında öhdəlik götürmüşdür; İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh1-ipoteka qoyan və Cavabdeh2-borc alan arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00190-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 110.000 (bir yüz on min) manata qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyətinin xeyrinə 36 (otuz altı) ay müddətinə ipoteka ilə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2671 nömrəli reyestr kitabının 248816 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********43 nömrəli məktubunun məzmunundan görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxx 2021-ci il tarixli QXM 326M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) bazar dəyəri 110.000 (bir yüz on min) manat, likvid dəyəri 105.000 (bir yüz beş min) manat müəyyən edilmişdir. Müvafiq qiymətləndirmə işinə görə Cavabdeh2 tərəfindən ödəniləcək xidmət haqqı 350 (üç yüz əlli) manat və İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti tərəfindən ödəniləcək xidmət haqqı 350 (üç yüz əlli) manat təşkil etmişdir; İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin xx xxxxx 2021-ci il tarixli borc haqında arayışın məzmunundan görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsi üzrə xx xxxxx 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 14.693,01 (on dörd min altı yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.620 (on altı min altı yüz iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 60.350,69 (altmış min üç yüz əlli manat altmış doqquz qəpik) manat məbləğində borcu yaranmışdır; xx xxx 2020-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəmədə müvafiq iddia tələbinini qaldırmaq üçün 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən kreditor borcluya illik 36% olmaqla 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində kredit vermişdir. Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətindən istehlak krediti müqaviləsi üzrə nəzərdə tutulmuş həmin məbləğdə pulu almışdır. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh X6 xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli borc haqında arayış ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsi üzrə xx xxxxx 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq, ona hesablanmış 14.693,01 (on dörd min altı yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.620 (on altı min altı yüz iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 60.350,69 (altmış min üç yüz əlli manat altmış doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh2 tərəfindən İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinə ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin xeyrinə xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas və ona hesablanmış 14.693,01 (on dörd min altı yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsi üzrə hesablanmış cərimə məbləği də Cavabdeh2 tərəfindən İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin ya ödənilməli, lakin hesablanmış 16.620 (on altı min altı yüz iyirmi) manat məbləğində cərimə (dəbbə pulu) mövcud olan 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas kredit borcuna mütənasib olmadığından endirilməli və həmin məbləğ 1.500 (bir min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh1-ipoteka qoyan və Cavabdeh2-borc alan arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00190-01İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 110.000 (bir yüz on min) manata qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı şəxsə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh şəxslərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalı, orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin xeyrinə tutulmalı, qiymətləndirmə işinə görə 700 manat Cavabdeh2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bank olmayan Kredit X11 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsi ləğv edilsin. Cavabdeh2 xx xxxx 2019-cu il tarixli, 2019/00190-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən 29.037,68 (iyirmi doqquz min otuz yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas, ona hesablanmış 14.693,01 (on dörd min altı yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz borcu və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 45.230,69 (qırx beş min iki yüz otuz manat altmış doqquz qəpik) manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) yönəldilsin. Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat müəyyən olunsun. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146a nömrəli evdə 63,80 kv.metr ümumi sahədən ibarət 49 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi, 17, M2, m.1) açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-169/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-169/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver