Məhkəmə qərarları › İş №e-2(005)-1793/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1793/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1793/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 MTK-nə qarşı yaşayış və qeyri-yaşayış sahələrin sahibliyə və istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 MTK-nə qarşı ünvan 1 ünvanında 6 bloklu binanın 1-ci blok, 1-ci mərtəbəsindəki 1 saylı, ümumi sahəsi 400 kv.m olan qeyri - yaşayış sahəsini, 2) ünvan 1 ünvanında 6 bloklu binanın 5-ci blok, 2-ci mərtəbəsindəki 2 saylı, ümumi sahəsi 200 kv.m olan qeyri - yaşayış sahəsini; 3) ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 4cü mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili, 4) ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 10- cu mərtəbəsindəki, ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzili 5) ünvan 1 ünvanında yerləşən binanın 2- ci girişinin zirzəmi hissəsində yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsini; Cavabdeh2 MTK-nə 1) Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu binanın, C blok, 3-cü mərtəbəsindəki, ümumi sahəsi 113,89 kv.m olan 3 otaqlı mənzili, 1) Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binanın, A blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzili, 3) Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binanın, A blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 132,27 kv.m olan 3B otaqlı mənzili; İddiaçı2 Cavabdeh1 MTK-nə qarşı 1) ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 220 kv.m olan qeyri - yaşayış sahəsini, 2) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzili, 3) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzili; İddiaçı3 Cavabdeh1 MTK-nə qarşı 1) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzili, 2) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili və X2 Cavabdeh1 MTK-nə qarşı ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili onların sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırda iddiaçıların birləşdirilmiş tələb üzrə bir cavabdehə qarşı yönəlmiş tələblər üzrə məhkəməyə müraciət etmişlər. Qeyd olunan müqavilələr üzrə cavabdehin yaranmış öhdəliyinin olması səbəbindən birləşdirilərək bir iddiada verilməsinə baxmayaraq, həmin tələblərin bir iddiada birləşdirilməsi qüvvədə olan prosessual normanın tələblərinə ziddir. Belə ki, həmin müqavilələr üzrə predmet fərqliliyi mövcuddur. Belə olan halda bu tələblərin bir iddiada birləşdirilməsi məhkəmə araşdırmasının qarşılıqlığına səbəb olması ehtimalının böyüklüyünü nəzərə alınması vacib hesab edir. Lakin hazırda qeyd olunan birləşdirilmiş iddianın ayrı icraatlara ayrılması halını məhkəmə məqsədə müvafiq hesab etmir. Belə ki, iddiaçıların birləşdirilmiş tələblər üzrə məhkəməyə iddia ərizəsinin verilməsində qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təmin etməmişlər. Belə olan halda hazırki birləşdirilmiş tələblərin ayrıldığı zaman ayrılmış icraat üzrə yaranmış iddia tələblərinə dair iddiaçılar tərəfindən prosessual şərtləri pozulmuş hesab olunması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsum ödənilir. Azərbaycan Respublikası MPM-nin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Həmin Məcəllənin 112.6-cı maddəsinə əsasən iddianın qiyməti açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 112.1.9-cu maddəsinə əsasən fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Hazırda iddiaçılar tərəfindən qaldırılmış iddia ünvan 1 ünvanında 6 bloklu binanın 1-ci blok, 1-ci mərtəbəsindəki 1 saylı, ümumi sahəsi 400 kv.m olan qeyri - yaşayış sahəsini, 2) ünvan 1 ünvanında 6 bloklu binanın 5-ci blok, 2-ci mərtəbəsindəki 2 saylı, ümumi sahəsi 200 kv.m olan qeyri - yaşayış sahəsini; 3) ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili, 4) ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 10- cu mərtəbəsindəki, ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzili 5) ünvan 1 ünvanında yerləşən binanın 2- ci girişinin zirzəmi hissəsində yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsini; Cavabdeh2 MTK-nə 1) Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu binanın, C blok, 3-cü mərtəbəsindəki, ümumi sahəsi 113,89 kv.m olan 3 otaqlı mənzili, 1) Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binanın, A blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzili, 3) Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binanın, A blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 132,27 kv.m olan 3B otaqlı mənzili; İddiaçı2 Cavabdeh1 MTK-nə qarşı 1) ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 220 kv.m olan qeyri - yaşayış sahəsini, 2) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzili, 3) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzili; İddiaçı3 Cavabdeh1 MTK-nə qarşı 1) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzili, 2) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili və X2 Cavabdeh1 MTK-nə qarşı ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili onların sahibliyinə və istifadəsinə verilməsi qeyd etmişdir. Qeyd olunan iddia ərizəsinin verilməsi üçün iddiaçılar tərəfindən ümumilikdə 100 manat ödənilmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddia tələblərinin predmetini təşkil edən müqavilələr üzrə ayrı-ayrılıqda olan əmlakların sahələrinin, təyinatlarının fərqli olması habelə subyekt olaraq təhvil verilməsi tələb olunan şəxslərin ayrı olması səbəbindən ödənilmiş dövlət rüsumu hazırda məhkəməyə verilmiş iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 MTK-nə qarşı yaşayış və qeyriyaşayış sahələrin sahibliyə və istifadəyə verilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 MTK-nə qarşı yaşayış və qeyri-yaşayış sahələrin sahibliyə və istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı Vəkil geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar