Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1803/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçınun vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınar əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən 6 saylı mənzildə olan əmlakların Cavabdeh alınaraq İddiaçı verilməsi, həmin əmlaklar naturada olmadıqda onların dəyəri - 151250 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən 6 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzili 27 iyul 2018-ci il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-387 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əşyalarla birlkidə bütün mebel və digər avadanlıqları ilə birlikdə almışdır. Həmin mənzilə xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Seriya RX, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh onun keçmiş gəlinidir və ona məxsus qeyd edilən mənzildə müvəqqəti yaşayırdı. Hazırda cavabdeh onun mülkiyyətində olan mənzildə ona məxsus əşyalarını iddiaçıya qaytarmaq istəmir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən 6 saylı mənzildə olan əşyalarını iddia ərizəsində qeyd etmişdir. O bildirir ki, həmin əşyaların bir qismi mənzil ilə birlikdə alınmış, bir qismi isə sonra. Bir müddət sonra tam əşyalar ilə təhciz edilmiş ev qardaşına və onun keçmiş həyat yoldaşına müvəqqəti yaşamaq üçün iddiaçı tərəfindən verilmişdir. Lakin bir müddət sonra qardaşı ilə cavabdehin arasında olan nikah pozulmuş və Cavabdeh İddiaçı mülkiyyətində olan evə onu buraxmamış və orada olan əşyaları iddiaçıya qaytarmaq istəməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən 6 saylı mənzilində olan aşağıdakı əşyaların, əşyalar naturada mövcud olmadığı təqdirdə əşyaların dəyəri olan 151200 manat məbləğində pulun cavabdehdən tutularaq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir: Qonaq otağında: TV Samsung Q-LED (75 diaqonal) - 1 ədəd- 17 000 manat; Mebel dəsti (1 ədəd komod, güzgülü şkaf, TV altlıq, 2 ədəd jurnal stolu, 8 nəfərlik masa dəsti)- 31 000 m; 2 ədəd divan, 2 ədəd kreslo- 3000 m; Kondisioner - 1 ədəd electrolux - 1000 m; Tül Pərdə- 600 m; Xalça (ipəkdən gırmızı rəng) -1600 m; (Cəmi: 54 200 manat);Mətbəxdə:Quraşdırılmış mətbəx mebeli-1 ədəd-16 000m; Mebelə quraşdırılmış soba - 1 ədəd- 1100 m; Soyuducu - 1 ədəd BOSH- 1700 m; Qabyuyan - 1 ədəd-BOSH- 1000 m; Paltaryuyan - 1 ədəd- BOSH- 1200 m; Qaz plitəsi - 1 ədəd- BOSH- 750 m; Masa - 6 nəfərlik (6 əd stul)- 1650 m; Kondisioner - 1 ədəd-Elektrolux 1000 m; Tefal “Multibişirici” - 1 ədəd- 550 m; Qab-qacaq- 1500 m (Cəmi: 26 450 manat); Hollda:Quraşdırılmış güzgülü şkaf - 1 ədəd- 1500 m; 1-ci Yataq otağında:Yataq dəsti mebeli (İtaliya istehsalı) - (2 nəfərlik çarpayı, 3 qapılı şkaf ağ rəngdə)- 18000 m; Kondisioner - 1 ədəd- Elektrolux 700 m; (Cəmi: 18700 manat); 2-ci Yataq otağında:Kondisioner - 1 ədəd- Elektrolux- 700 m;Divan - 1 ədəd- 3300 m; (Cəmi: 4 000 manat); 3-cü Yataq otağında:TV LG (75 diaqonal) - 1 ədəd-4 000 manat; Kondisioner - 1 ədəd 1000 manat; Eyvanda stol 1 əd, stul 2 əd, (Ratan firması, plasmastan toxunma) - 3 ədəd- 800m Cəmi: 5800 m; 4-cü Yataq otağında: Yataq dəsti mebeli İtaliya istehsalı - 1 ədəd kreslo, güzgülü komod, 6 qapılı 2 ədəd şkaf, TV altı komod, 2 ədəd tumba, çarpayı 40 000 m; TV LG ağ rəngdə)- 600 m; 40600 manat. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. O bildirdi ki, tərəflərin arasında olan “mənzildən çıxarılma” tələbi ilə bağlı mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddia tələbi birinci instansiya məhkəməsində təmin edilsə də, qarşı tərəf apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinin məzmunundan da görünür ki cavabdeh yaşayış evinin X4 tərəfindən alınsa da evi satan şəxsin evi əşyaları ilə satdığını, onun isə gəlinlik cehizlərə pul verməməsi və həmin cehizlərin müqabilində 50.000 manat pul verməsini tələb etdiyinə görə həmin pul vəsaitini keçmiş həyat yoldaşına verdiyini bildirir. Eyni zamanda Cavabdeh keçmiş həyat yoldaşı, X4 ilə aralarında “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi ilə bağlı mülki mübahisəyə məhkəmədə baxılmışdır. Həmin vaxt hazırki iddia tələbinin predmeti olan əşyalar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan təqdirdə cavabdehin etirazı əsassızdır. Eyni zamanda müvəqqəti təminat tədbiri ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş aktda iddia ərizəsində göstərilən əşyalardan 17000 manat dəyərində televizor və 2 ədəd stulun olmaması ilə bağlı ehtimal edir ki, əşyalar qəsdən mənzildən çıxarılmış, sonradan qaytarılmışdırlar. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. O bildirdi ki, cavabdehin keçmiş həyat yoldaşı Azərbaycan Respublikasından kənar yaşadığı və işlədiyi üçün mənzili əldə edərkən bacısının adına qeydiyyatdan keçirmişdir. Lakin faktiki olaraq mənzilin dəyəri cavabdehin keçmiş həyat yoldaşı tərəfindən ödənilmişdir. Həmin mənzildə olan əşyalar isə birgə nikah dövründə əldə edilmişdir. Bu bir sıra əşyaların uşaq əşyası olması, iddiaçının isə subay xanım olmasından aşkar məlum olur. Əşyaların bir qismi cavabdehin keçmiş həyat yoldaşı tərəfindən RF-dən gətirilmişdir. Mülki işin materiallarında olan: - AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması qət edilmişdir. - X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə ünvanlanan məktubdan aydın olur ki, X2 ünvan 1 ünvanında yerləşən mənzili içindəki əşyalar ilə birlikdə İddiaçı satmışdır. - xx.xx.2023-cü il tarixli aktın surətindən məlum olur ki, Nəsimi rayon İcra şöbəsinin icra məmurları icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanına gəlmiş, baxış keçirilən zaman siyahıda adı qeyd olunsa da, “TV SAMSUNG Q-LED” (75 diaqonal) və 2 ədəd stul mənzildə mövcud olmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e- 16(005)-100/2023 saylı qərardadının icra edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli aktı məhkəməyə təqdim edilmiş və akta cavabdeh İddiaçı iltizamı əlavə edilmişdir. İltizamdan görünür ki, cavabdeh icra sənədində göstərilən əşyaları saxlanca qəbul etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-cimaddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İddia ərizəsində göstərilən əşyalarının mövcudluğu, həmin əşyaların iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir. Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əşyaların çoxunun cavabdehin yaşadığı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli evin 6 saylı mənzilində olması isə Nəsimi rayon icra şöbəsinin 20 aprel 2023-cü il tarixli aktı ilə təsdiqlənir. Həmçinin həmin aktın tərtib olunmasında iddiaçı və cavabdeh iştirak etmiş və əşyaların mövcudluğunu akta imza edərək təsdiqləmişdir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən iddia tələbinə yanaşdıqda müəyyən edilir ki, əgər iddiaçı qeyd edilən əşyaların cavabdehdən alınaraq ona verilməsini tələb edirsə, onda ilk növbədə sübut etməlidir ki, həmin əşyalar ona məxsusdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi əşyalar cavabdehin hazırda yaşadığı mənzildə yerləşir. Mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Tərəflərin arasında “mənzildən çıxarılma” tələbi ilə bağlı mübahisə vardır. İddiaçı məhkəməyə evin əvvəlki sahibinin ərizəsini, həmçinin cavabdehin özünün “mənzildən çıxarılma” tələbi ilə bağlı qəbul edilmiş məhkəmə aktından verdiyi apelyasiya şikayətinə istinad edərək, cavabdeh tərəfindən həmin mənzilin əşyalarla birlikdə satıldığını iddia edir. Cavabdeh isə həmin əşyaların birgə nikah dövründə alındığını iddia edir. Lakin məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh ilə onun keçmiş həyat yoldaşı arasında nikahın pozulmasına və aralarında “əmlak bölgüsü” tələbi ilə bağlı mülki mübahisəsinin olmasına baxmayaraq, cavabdeh hazırki iddia ərizəsində göstərilən əşyalara mülkiyyət hüququnu mübahisələndirməmişdir. Cavabdehin nümayəndə və vəkili məhkəmə baxış iclasında əşyaların bir qisminin mənşəyinin müəyyən edilməsi ilə bağlı AR DGK-nə sorğu verilməsi ilə bağlı vəsatət vermiş, vəsatət təmin edilməmişdir. Məhkəmə iddia ərizəsində qiyməti 17.000 manat olan “TV SAMSUNG Q-LED” (75 diaqonal) və 2 ədəd stulu tələb etsə də, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan məlum olmuşdur ki, ünvan 1 ünvanında qeyd olunan əşya mövcud deyil. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Buna görə də məhkəmə hesab dir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin əşyaların iddiaçı tərəfindən göstərilən qiymətləri ilə bağlı qeyd edir ki, cavabdeh əşyaların qiymətini mübahisələndirməmiş, məhkəmə tərəfindən iddia tələbinin təmin edilən hissəsində isə əşyaların mövcudluğu təsdiq edilmiş, həmin əşyalar cavabdehin saxlancına verilmişdirlər. Belə olan təqdirdə məhkəmə prosessual qənaət prinsipinə istinad edərək əşyaların qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin etməmiş, iddiaçının göstərdiyi qiymətləri əsas götürmüşdür. AR MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən, 6 saylı mənzildə olan əmlaklar TV Samsung Q-LED (75 diaqonal) və 2 ədəd stul istisna olmaqla, Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aşağıda sadalanan, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən, 6 saylı mənzildə olan əşyaların, əşyalar naturada mövcud olmadığı təqdirdə onların dəyəri Cavabdeh alınaraq Cavabdeh verilsin: Ev əşyaları - Qonaq otağında: TV Samsung Q-LED (75 diaqonal) - 1 ədəd- 17 000 manat; Mebel dəsti (1 ədəd komod, güzgülü şkaf, TV altlıq, 2 ədəd jurnal stolu, 8 nəfərlik masa dəsti)- 31 000 m; 2 ədəd divan, 2 ədəd kreslo- 3000 m; Kondisioner - 1 ədəd electrolux - 1000 m; Tül Pərdə- 600 m; Xalça (ipəkdən gırmızı rəng)-1600 m; Mətbəx əşyaları: Quraşdırılmış mətbəx mebeli-1 ədəd-16 000m; Mebelə quraşdırılmış soba - 1 ədəd- 1100 m; Soyuducu - 1 ədəd BOSH- 1700 m; Qabyuyan - 1 ədəd-BOSH- 1000 m; Paltaryuyan - 1 ədəd- BOSH- 1200 m; Qaz plitəsi - 1 ədəd- BOSH- 750 m; Masa - 6 nəfərlik (4 əd stul) - 1650 m; Kondisioner - 1 ədəd-Elektrolux 1000 m; Tefal “Multibişirici” - 1 ədəd- 550 m; Qab-qacaq-1500 m; Hollda:Quraşdırılmış güzgülü şkaf - 1 ədəd- 1500 m; 1-ci Yataq otağı əşyaları:Yataq dəsti mebeli (İtaliya istehsalı) - (2 nəfərlik çarpayı, 3 qapılı şkaf ağ rəngdə)- 18000 m; Kondisioner - 1 ədəd- Elektrolux 700 m;; 2-ci Yataq otağında:Kondisioner - 1 ədəd- Elektrolux- 700 m; Divan - 1 ədəd- 3300 m;; 3-cü Yataq otağında:TV LG (75 diaqonal) - 1 ədəd-4 000 manat; Kondisioner - 1 ədəd 1000 manat; Eyvanda stol 1 əd, stul 2 əd, (Ratan firması, plastmasdan toxunma) - 3 ədəd- 800m; 4-cü Yataq otağında: Yataq dəsti mebeli İtaliya istehsalı - 1 ədəd kreslo, güzgülü komod, 6 qapılı 2 ədəd şkaf, TV altı komod, 2 ədəd tumba, çarpayı 40 000 m; TV LG ağ rəngdə)- 600 m. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1803/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1803/2023
28.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver