Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1827/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1991-ci il tarixində Bakı şəhərində ölməsi barədə faktın təsdiq edilməsi barədə qətnamə qəbul olunması, ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinin keçmiş həyat yoldaşı, miras qoyan X10 xx.xx.2023-cü il tarixdə ürəyin işemik xəstəliyi səbəbilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 14 № ilə qeydiyyat aparılmışdır. Ondan iki əmlak miras qalmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin MH seriyalı, 083425 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində küçəsində yerləşən 13 saylı yaşayış evinin 2 saylı mənzili X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Mercedes C180 minik markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Onu da qeyd edir ki, qanun üzrə vərəsə miras qoyanın arvadı Ərizəçi miras qoyanı dəfn etmiş, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində küçəsində yerləşən 13 saylı yaşayış evinin 2 saylı mənzilinə və avtomobilə faktiki sahiblik və idarə etməyə başlamış, beləliklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Notariat orqanında müvafiq hərəkətlər aparılan zaman müəyyən olunmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü X3 ölüm faktının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Belə ki, xx.xx.1990-cı il təvəllüdlü X1 İradə Ağasəlim qızı ilə X6 birgə nikahından doğulmuşdur. Ona XV – JQ № 370767 saylı doğum haqqında şəhadətnamə verilmişdir. X9 xx.xx.1991-ci il tarixdə 5 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat etmiş, o Göyçay rayonunda dəfn edilmişdir. Məlumat üçün bildirir ki, 5 saylı Şəhər Kliniki Xəstəxanasına vəkil sorğusu verilmiş, lakin həmin sorğu cavablandırılmamışdır. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət edilmiş, lakin maraqlı şəxsin xx.xx.2024-cü il tarixli, 342 saylı imtina məktubuna əsasən ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizəçi müvafiq ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu faktı məhkəmə iclasında şahidlər (qardaşları) X7 və X4 təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi bacısıdır, mərhum isə bacısının qızı olmuşdur, anadangəlmə ürəyində qüsur olduğunu, bu səbəbdən də rəhmətə getdiyini, Ərəbcəbirli qəbirstanlığında dəfn olunduğunu qeyd etmişdir. Özünün də dəfn mərasimində iştirak etdiyini və mərhumun Bakı şəhərində xx.xx.1991-ci il tarixində öldüyünü bildirdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi bacısıdır. Mərhum anadangəlmə xəstəliyi ilə əlaqədar cəmi 8 ay yaşamışdır. O, mərhumun Bakıda xəstəxanaların birində rəhmətə getdiyini, Göyçay rayon Ərəb kənd qəbirstalığında dəfn olunduğunu qeyd etdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1990-cı il tarixli, XV-JQ 370767 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, İV-JQ 405298 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 xx.xx.1987-ci tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan AR ƏN Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 342 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Göyçay rayon Ərəbcəbirli Bələdiyyəsi tərəfindən 10 №-li arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X9 xx.xx.1991-ci il tarixində vəfat edib və Göyçay rayon Ərəbcəbirlidə yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X9 xx.xx.1991-ci il tarixində vəfat edib və Göyçay rayon Ərəbcəbirlidə yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Qəbirüstü abidəsi mövcuddur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1990-cı il təvəllüdlü X9 xx.xx.1991-ci il tarixində vəfat etmişdir. Ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X9 xx.xx.1991-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1991-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1827/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1827/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver