Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1897/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi “MKT İstehsalat Kommersiya MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat vəsaitin maraqlı olan şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olmuş mülki-hüquq münasibətləri zamanı maraqlı şəxs olan Maraqlı şəxs ərizəçiyə 306,62 manat borcu yaranmışdı. Maraqlı şəxs öz öhdəliyini yerinə yetirmədiyindən ərizəçi, yaranmış mübahisəni mediasiya vasitəsi ilə həll etməyi təklif etmişdir. Beləliklə, ərizəçi və maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” bağlanmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə uyğun şəkildə ödənişlərini həyata keçirməyi öhdəsinə götürsə də, buna tam və vaxtında əməl etməmişdir. Belə ki, o, ümumi borcundan bu vaxtadək cəmi 140 manat ödəniş etmişdir ki, son nəticədə onun qalıq 166,62 manat borc öhdəliyi hələ də icra edilməmiş olaraq qalmışdır. Göründüyü kimi maraqlı şəxs 25 dekabr 2023-cü il tarixli Barışıq Sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır və bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, maraqlı şəxs borcunun bir hissəsini ödəmişdir. Hazırda 111,62 manat borcu qalmışdır. Həmçinin məhkəməyə ərizə vermək üçün 100 manat rüsum ödəmişlər. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessul Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” “MKT İstehsalat Kommersiya MMC ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01763 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər, yəni Ərizəçi MMC-nin nümayəndəsi X4 və cavabdeh Maraqlı şəxs aralarında mübahisələndirilən 306.62 manat borc məbləği 5-aya hissəli ödənişə, X5 Səlimovun iştirakı ilə razılaşaraq ilk ayı 70 manat qalan borc məbləği isə 4-aya olmaqla 60 manat olmaqla tərəflər öhdəlik götürdülər və yuxarıdakı şərtlər daxilində Barışıq sazişi imzaladılar. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada tam şəkildə icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, 01763 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Hazırki ərizənin verilməsinə səbəb maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icra edilməməsi olduğundan məhkəmə həmin məbləğin ondan tutularaq ərizəçiyə ödənilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi MMC (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış aşağıda qeyd edilən məzmunlu xx.xx.2023-cü il tarixli, 01763 nömrəli barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər, yəni Ərizəçi MMC nin-nümayəndəsi X4 və cavabdeh Maraqlı şəxs aralarında mübahisələndirilən 306.62 manat borc məbləği 5-aya hissəli ödənişə, X5 Səlimovun iştirakı ilə razılaşaraq ilk ayı 70 manat qalan borc məbləği isə 4-aya olmaqla 60 manat olmaqla tərəflər öhdəlik götürdülər və yuxarıdakı şərtlər daxilində Barışıq sazişi imzaladılar”. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva