Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1908/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı (açar sözlər: işə bərpa; məcburi iş buraxmaya görə əmək haqqı; gecikdirilmiş əmək haqqına görə ödənc tələbi; ƏM-in 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsaslarla) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixli 538/u nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh QSC-nin İxrac satışları şöbəsində Sənədləşmə üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi; cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi; mənəvi zərərin ödənilməsi ilə bağlı 10000 (on min manat) kompensasiyanın İddiaçı ödənilməsi, 300 (bir min beş yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 19.75 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 60 (altmış) manat mediasiya xərcinin, cəmi 379,75 (üç yüz yetmiş doqquz manat yetmiş beş qəpik) Cavabdeh QSC-dən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh QSC (bundan sonra cavabdeh) arasında xx.xx.2003-cü il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən həmin tarixdən cavabdeh orqanda müxtəlif vəzifələrdə işləmişdir. 01.06.23 tarixindən isə İxrac satışları şöbəsində Sənədləşmə üzrə mütəxəssis vəzifəsində işləmişdir. Daha sonra cavabdeh orqanda rəhbər şəxslər dəyişilmiş, yeni rəhbərlik isə iddiaçıya onunla işləmək istədiyini bildirmiş və dəfələrlə öz ərizəsi ilə işdən ayrılması üçün müxtəlif təklif və təzyiqlər olmuşdur. Qeyd olunan təklif və təzyiqlər öz nəticəsini vermədiyi üçün, iddiaçı İnsan Resursları departamentinə çağırılmış və ona 29 oktyabr 2024- cü il tarixli İş yerlərinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubu verilmişdir. Daha sonra cavabdehin xx.xx.2024-cü il tarixli 538/u saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmr iddiaçıya təqdim edilməməsi səbəbindən hazırkı iddia ərizəsinə tərəfimizdən əlavə edilməsi mümkün olmamışdır. Bildirir ki, cavabdeh orqanda hər hansı başqa hər hansı İş yerlərinin ixtisarı olmamış, işəgötürən öz səlahiyyətlərindən sui-istifadə edərək yalnız iddiaçıya münasibətdə qərəzli olaraq, iddiaçının işlədiyi ştatı ixtisar etmişdir. Hətta həmin müddət ərzində eyni vəzifəyə yeni işçilər də götürmüşdür. Həmçinin bildirir ki, iddiaçı 4 (dörd) nəfər ailə üzvü olmaqla ailədə tək işləyən şəxsdir və hal hazırda heç bir yerdə işləmir. Qanunsuz işdən çıxarılmaqla iddiaçı və ailəsi yeganə gəlir mənbəyindən məhrum edilmiş, dərin sarsıntılar keçirmiş, maddi vəziyyəti ağırlaşmış və bütün bunlar nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında məzuniyyətdə olduğu müddətdə Ləman Sətdarovanı işə qəbul ediblər. Məzuniyyətdən qayıtdıqdan sonra müxtəlif təzyiqlər göstərməyə başlamışlar. Yeni rəhbərlik gələndən sonra ona əziyyət vermişdirlər, lakin səbəbini bilmir. Özü 2003-ci ildən orada işləyir. İkinci rəhbərin vaxtında ona baş mühasib işi təklif olunmuşdur, lakin yol uzaq olduğundan qəbul etməmişdir. Daha sonra üçüncü yeni rəhbər gələndə ona artıq işlər verməyə başlamışdırlar. Buna etiraz edərək, iki balaca övladının olduğunu bildirmişdir. Etimad adlı iş yoldaşı ona işləri yerinə yetirəcəyini bildirmiş, lakin sonradan məlum olmuşdur ki, o işləri düzgün aparmayıb. Onunla və rəhbərlik tərəfindən Ş.Hacıyeva ilə münaqişəsi olub. Məzuniyyətdən gəldikdən sonra kadrlar şöbəsi onu çağırıb ərizəsini yazaraq işdən çıxmasını bildirmiş, lakin ərizə yazmaqdan imtina etmişdir. İlkdən ona 1 mislində əmək haqqının verilməsini bildirmişlər. Lakin 1 misli əmək haqqının daxil olmadığını bildirmiş, ikinci dəfə çağırdıqdan sonra 6 mislində əmək haqqının verilməsini demişlər, lakin özü bundan da imtina etmişdir. Bundan sonra tez zamanda əmrini hazırlamışdırlar. X17 tərəfindən dəvət olunmuş, onlara bildirmişdir ki, işçi olaraq onun tərəfini saxlamalıdırlar. Onlar isə onu başqa şöbədə işdə saxlayacaqlarını xahiş edəcəklərini bildirmişlər. Oktyabr ayında özü Həmkarlar İttifaqına yaxınlaşmışdır. Onlardan asılı olan bir məsələ olmadığını, səviyyəsin uyğun olan iş olmadığını bildirmişdirlər. Bir gün ərzində əmrini hazırlamış, 26 dekabrda əmrini vermişdirlər. Müştərilərlə danışıqlar Etimadın üzərində idi və onun tərəfindən aparılırdı. Özünün müştərilərlə əlaqəsi olmamışdır, ancaq hansısa sənəd olmayanda həll etmişdir. Yeni gələn işçi də müştərilərlə danışmırdı və ancaq sənədləşdirilmə işlərini aparırdı. İllik müqavilə yenilənəndə ixrac üzrə mütəxəssis kimi qeyd olunmuşdu və 1 il keçdikdən sonra sənədləşdirilmə üzrə mütəxəssis kimi qeyd edilmişdir, lakin bu müqaviləni imzalamamışdır, çünki orada qeyd olunmuşdur ki, rəhbərlik istədiyi vaxt işçini başqa özünə məxsus şirkətlərə göndərə bilər. Bilirdi ki, qəbul edərsə, onu göndərəcəklər. Bundan sonra təzyiqlər başlamışdır. Əmək haqqının artmasını tələb etmişdir, çünki işi olduqca artırmışdırlar. Onun əmək haqqı tələb etdiyini görüb təzyiqə başlamışdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı 2003-cü ildən Cavabdeh QSC-də müxtəlif vəzifələrdə işləyib. Yeni rəhbərliyinin dəyişməsindən sonra işçiyə müxtəlif təzyiqlər olunub, öz ərizəsi ilə işdən çıxması bildirilib və yeni işçi gətiriləcəyi bildirilib. İddiaçı etiraz etdikdən sonra xəbərarlıq məktubu verilmiş və həmin məktub əsasında ştatların ixtisarı bildirilmişdir. xx.xx.2024-cü ildən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş qaydalarda ixtisar aparılmışdır. İxtisarın aparılmasında hər hansı bir pozuntu halı olmamışdır və kiməsə təzyiq olunmamışdır. İxtisar aparılarkən seçim aparılır və iki ştatdan biri ixtisar olunur və seçim aparılaraq biri saxlanılır. Seçim işəgötürənin qiymətləndirilməsi əsasında keçirilir və hər bir işəgötürənin qiymətləndirmə səlahiyyəti var. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iş yerlərinin və ştatın ixtisarı olanda iki işçi arasında dəyərləndirilmə aparılıb və birbaşa Əmək Məcəlləsində nəzərdə tutulub ki, həmin dəyərləndirilməni işəgötürən özü həyata keçirir. İddiaçı sənədləşdirilmə üzrə mütəxəssis vəzifəsində işləyib və bu vəzifə üzrə iki mütəxəssis olub. Həmin ştatlardan biri ixtisar olunmuşdur. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -Cavabdeh QSC və İddiaçı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 2068 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı satış şöbəsinə satış kontraktları üzrə inzibatçı vəzifəsinə qəbul olunmuşdur. - Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 2068 saylı əmək müqaviləsinə xx.xx.2010-ci il tarixli 1 №-li əlavə ilə müəyyən olunur ki, işçi yerli satış üzrə böyük inzibatçı vəzifəsinə keçirilmişdir. - Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 2068 saylı əmək müqaviləsinə xx.xx.2011-ci il tarixli 3 №-li əlavə ilə müəyyən olunur ki, işçi metal qəbulu üzrə mühasib vəzifəsinə keçirilmişdir. - Cavabdeh QSC və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu kommesiya departamenti/ixrac satışları şöbəsinə sənədləşmə üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh QSC-nin ixrac satışları şöbəsində kommersiya departamenti/ixrac satışları şöbəsinə sənədləşmə üzrə mütəxəssis vəzifəsində işləyir. Əmək haqqı 1754,21 manatdır. - Cavabdeh QSC-nin 23 oktyabr 2024-cü il tarixli 013/i saylı əmrindən görünür ki, "X30" QSC-nin strukturunda 24 oktyabr 2024-cü il tarixindən etibarən İxrac satışları şöbəsində olan 2 ədəd "Sənədləşmə üzrə mütəxəssis" ştatlarından 1 ədəd vahidi ləğv edilmiş, işdə saxlanılacaq və əmək müqaviləsi ləğv ediləcək işçilər haqda təkliflər Baş Direktora təqdim edilməsi, əmək müqaviləsi ləğv ediləcək işçi müəyyən edildikdən sonra ona bildirişin göndərilməsi təmin edilməsi, əmək müqaviləsi ləğv ediləcək işçi müəyyən edildikdən sonra onunla əmək müqaviləsinin ləğvi ilə bağlı müvafiq razılığın alınması üçün həmkarlar təşkilatına müraciət olunması, 1 ədəd ştat vahidinin ləğvi ilə əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlərin görülməsi məqsədi ilə əmrin surəti Cəmiyyətin aidiyyəti strukturların nəzərinə çatdırılması təmin edilməsi əmr edilmişdir. - Cavabdeh QSC-nin baş direktorunun müavini tərəfindən baş direktora ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatla müəyyən olunur ki, "X30" QSC-nin Kommersiya Departamentinin İxrac satışları şöbəsində 2 ədəd "Sənədləşmə üzrə mütəxəssis" ştat vahidindən 1 ədəd ştat vahidinin ləğv edilməsi barədə 23 oktyabr 2024-cü il tarixli, 013/i nömrəli əmri ilə əlaqədar bildirilmişdir ki, "X30" QSC son dövrlər daha çox ixrac yönümlü fəaliyyət göstərməyə üstünlük verir və bu cəmiyyətin gələcək inkişafı üçün əsas prioritet istiqamətidir. Bununla bağlı cəmiyyətin xarici şirkətlərlə danışıqları, müqavilələri ingilis dilində tərtibatı və yazışmaların apalıması artmaqdadır. Bu səbəblərdən müvafiq ixtisaslı ingilis dili biliyinə malik mütəxəssis işlərin aparılmasında daha üstün qiymətləndirilir. İxrac satışları şöbəsində "Sənədləşmə üzrə mütəxəssis" X5 ixtisasının Biznesin təşkili və idarə edilməsi olması ilə yanası, ingilis dilində səlis danışmaq və yazmaq bacarığının yüksək olması cəmiyyətin xarici şirkətlərlə kommunikasiya və sənədləşmə işlərinin aparılmasını daha operativ və məhsuldar olmasını təmin edir. Eyni zamanda X5 ali təhsil müəssisəsinin magistratura ixtisasının Biznesin təşkili və idarə edilməsi olması maqistr elmi-ixtisas dərəcəsinə malik olması və ingilis dilli ixtisas səviyyəsinə malik olması, onun həmin şöbədə olan digər "Sənədləşmə üzrə mütəxəssis"i İddiaçı ilə müqayisədə peşəkarlıq səviyyəsinin daha yüksək olmasını səciyyələndirir və bu hallar gündəlik işdə özünü göstərir. Bu baxımdan X5 işdə saxlanamısını, İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini təklif edir. - Cavabdeh QSC-nin aparat rəhbəri tərəfindən Cavabdeh QSC-nin X7 sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilməsinə dair mövqe bildirilməsi xahiş olunmuşdur. - Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış 23 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubla müəyyən olunur ki, işçiyə bildirilmişdir ki, "X30" QSC-də idarəetmə strukturunun təkmilləşdirilməsi, işlərin optimallaşdırılması, iş yerlərinin və işçi sayının azaldılması zərurəti yaranmışdır. Bu səbəbdən də Cəmiyyətin İxrac satışları şöbəsinin "Sənədləşmə üzrə mütəxəssis" ştat vahidinin ləğv edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən ştat vahidinin ləğvi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəkdir. Məlumat üçün bildirilmişdir ki, “Məcəllənin 77.1 maddəsinə əsasən işçilərin savı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv cdilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Cəmiyyətdə əmək stajınız 10 (on) ildən çox olduğundan həmin maddənin 4-cü abzasına (on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi) əsasən əmək müqaviləsi ləğv edilməzdən əvvəl, 9 (doqquz) təqvim həftəsi əvvəldən rəsmi xəbərdar olunma hüququnuz vardır. Qeyd edilənlərə əsasən nəzərinizə çatdırırıq ki, 24 oktyabr 2024-cü il tarixdən başlanan xəbərdarlıq müddəti 25 dekabr 2024-cü il tarixdə başa çatacaq və 26 dekabr 2024-cü il tarixdə Sizinlə bağlanmış əmək müqaviləsinə Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam veriləcəkdir. Məcəllənin 77.3 maddəsinə əsasən Sizə orta aylıq əmək haqqınızın 2 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Xəbərdarlıq müddəti ərzində Sizə əmək haqqı saxlanılmaqla iş axtarmağınıza imkan yaradılması məqsədi ilə həftədə 1 gün olmaqla, cəmi 9 gün vaxt veriləcək və həmin günlər Si/, əmək funksiyalarının icrasından azad olunacaqsınız. Eyni zamanda, razılığınız olduğu təqdirdə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cii hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə Sizinlə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilə bilər. - İşçinin xəbərdarlıq məktubunu almaqdan imtian etməsi haqqında 24 oktyabr 2024cü il tarixli aktla müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində İddiaçı iş yerlərinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubu ilə tanış olduqdan sonra onu almaqdan imtina etmişdir. -Cavabdeh QSC-nin X14 tərəfindən Cavabdeh QSC-nin aparat rəhbərinə ünvanlanmış xx.xx.2024-cü il taixli 20/35 saylı məktubla müəyyən olunur ki, X30" QSC-də idarəetmə strukturunun təkmilləşdirilməsi və işlərin optimallaşdırılması zərurəti yarandığından müəssisənin strukturuna daxil olan İxrac satışları şöbəsinin "Sənədləşmə üzrə mütəxəssis" ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar X6 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilməsi məsələsinə X4 İcraiyyə Komitəsinin iclasında baxılmış və xx.xx.2024-cü il tarixli 74 saylı Protokol tərtib edilmişdir. İcraiyyə Komitəsinin protokoluna əsasən adı yuxarıda qeyd edilən işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam veriməsinə qanunvericiliyin tələblərinin pozulması halı olmadığına görə razılıq verilmişdir. -"X31" MMC X3 Birliyi İcraiyyə Komitəsinin iclasının 29 oktyabr 2024-cü il tarixli 74 №-li protokolu ilə müəyyən olunur ki, iclasa dəvət olunan işçi - İddiaçı ilə bağlanmış X25 Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. - Cavabdeh QSC-nin 558/k nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, "Kommersiya departamenti/İxrac satışları şöbəsi" bölməsində "Sənədləşmə üzrə mütəxəssis" vəzifəsində işləyən İddiaçı İsgəndər qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2009 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 12 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlıq şöbəsinə həvalə edilməsi əmr edilmişdir. - 541933 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı hesabına 5481,04 manat ödəniş köçürülmüşdür. - Cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixinədək Kommersiya departamentinin ixrac satışları şöbəsində mövcud olan ştat vahidləri və həmin ştatlarda çalışan işçilər barədə arayışdan görünür ki, ixrac satışları üzrə baş mütəxəssis X12 və X21, sənədləşmə üzrə böyük mütəxəssis X15 və X8, sənədləşmə üzrə mütəxəssis İddiaçı və X13, əməliyyatçı X11, Gürcüstan üzrə nümayəndə X9r. - Cavabdeh QSC-nin Kommersiya departamentinin ixrac satışları şöbəsində hazırda mövcud olan ştat vahidləri və həmin ştatlarda çalışan işçilər barədə arayışdan görünür ki, ixrac satışları üzrə baş mütəxəssis X12 və X21, sənədləşmə üzrə böyük mütəxəssis X15 və X8, sənədləşmə üzrə mütəxəssis X13, əməliyyatçı X11, Gürcüstan üzrə nümayəndə X9r. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını və tərəflərin nümayəndə-vəkillərinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh QSC-də sənədləşmə üzrə mütəxəssis vəzifəsində işləmişdir. İşəgötürənin 558/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən – işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə - xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi zərərə görə kompensasiya tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -11-ci maddəsinin “ə” bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. -77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. -77-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. - 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Göründüyü kimi İddiaçı əsas iddia tələbi 5 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi; 4) mənəvi zərər; 5) çəkilmiş xərclər. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən 558/k nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən - işçi sayının ixtisar edilməsi səbəbindən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin işəgötürənin əsas hüquqlarından biridir. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. İşəgötürən şirkət öz iş yükü və maliyyə imkanlarına uyğun olaraq işçi sayını optimallaşdıra, yəni azalda və ya artıra bilər. İşəgötürəni bu hüququndan qanuni əsas olmadan məhrum etmək yolverilməzdir. Məhkəmə tərəfindən işəgötürənin işçi ştat sayının ixtisar edilməsinin hansı zərurətdən irəli gəlməsi məsələsi, onun qanuni olub-olmaması deyil, işəgötürənin əmək müqaviləsinin Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını və qaydalarını pozub-pozmaması, işçi – İddiaçı əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilib-edilməməsi yoxlanılır. Bununla belə məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və s. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Hazırki iş üzrə ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi Cavabdeh QSC-nin 23 oktyabr 2024-cü il tarixli 013/i saylı əmri və Cavabdeh QSC-nin baş direktorunun müavini tərəfindən baş direktora ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatı ilə əsaslandırılmışdır. Cavabdeh QSC-nin 23 oktyabr 2024-cü il tarixli 013/i saylı əmri ilə "X30" QSC-nin strukturunda 24 oktyabr 2024-cü il tarixindən etibarən İxrac satışları şöbəsində olan 2 ədəd "Sənədləşmə üzrə mütəxəssis" ştatlarından 1 ədəd vahidi ləğv edilmişdir. Eyni tarixli təqdimatla bildirilmişdir ki, "X30" QSC son dövrlər daha çox ixrac yönümlü fəaliyyət göstərməyə üstünlük verir və bu cəmiyyətin gələcək inkişafı üçün əsas prioritet istiqamətidir. Bununla bağlı cəmiyyətin xarici şirkətlərlə danışıqları, müqavilələri ingilis dilində tərtibatı və yazışmaların apalıması artmaqdadır. Bu səbəblərdən müvafiq ixtisaslı ingilis dili biliyinə malik mütəxəssis işlərin aparılmasında daha üstün qiymətləndirilir. İxrac satışları şöbəsində "Sənədləşmə üzrə mütəxəssis" X5 ixtisasının Biznesin təşkili və idarə edilməsi olması ilə yanası, ingilis dilində səlis danışmaq və yazmaq bacarığının yüksək olması cəmiyyətin xarici şirkətlərlə kommunikasiya və sənədləşmə işlərinin aparılmasını daha operativ və məhsuldar olmasını təmin edir. Eyni zamanda X5 ali təhsil müəssisəsinin magistratura ixtisasının Biznesin təşkili və idarə edilməsi olması maqistr elmi-ixtisas dərəcəsinə malik olması və ingilis dilli ixtisas səviyyəsinə malik olması, onun həmin şöbədə olan digər "Sənədləşmə üzrə mütəxəssis"i İddiaçı ilə müqayisədə peşəkarlıq səviyyəsinin daha yüksək olmasını səciyyələndirir və bu hallar gündəlik işdə özünü göstərir. Bu baxımdan X5 işdə saxlanmasını, İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini təklif edir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı Qərb Universitetində inzibati idarəetmə ixtisasının iqtisadiyyatın hüquqi tənzimlənməsi ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. Digər tərəfdən Səttarova (Yaqubzadə) Ləman İmran qızı Azərbaycan Dillər Universitetində filologiya ixtisası üzrə xarici dil (ingilis dili müəllimliyi) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasında “biznesin təşkili və idarə edilməsi” ixtisasının “biznesin təşkili və idarə edilməsi ixtisaslaşması” üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır, “Ostim” Texniki Universitetinə mühəndislik fakültəsinin proqram mühəndisliyi (ingilis dili) bakalavr proqramına qəbul olmuşdur, həmçinin dövlət əhəmiyyətli müxtəlif müsabiqələrdə tərcüməçi kimi iştirak etmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. İşçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, qanunvericiliyə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən işçi İddiaçı xəbərdarlıq məktubu ünvanlanmaqla, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəyi bildirilmiş, əmək müqaviləsi ləğv edilməzdən əvvəl, 9 təqvim həftəsi əvvəldən rəsmi xəbərdar olunmuş, iş axtarmağına imkan yaradılması məqsədi ilə həftədə 1 gün olmaqla, cəmi 9 gün vaxt veriləcəyi, razılığı olduğu təqdirdə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilə biləcəyi bildirilmişdir. İşçi xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində İddiaçı iş yerlərinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubu ilə tanış olduqdan sonra onu almaqdan imtina etmişdir. X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilməsinə dair mövqe bildirilməsi məqsədilə Cavabdeh QSC-nin X10 müraciət olunmuş, "X31" MMC X3 Birliyi İcraiyyə Komitəsi tərəfindən keçirilmiş 29 oktyabr 2024-cü il tarixli iclasla işçi - İddiaçı ilə bağlanmış X25 Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv edilməsinə qanunvericiliyin tələblərinin pozulması halı olmadığına görə razılıq verilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə işəgötürənin mübahisələndirilən əmri ilə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və ona eyni tarixdə son haqq-hesab kimi 5481,04 manat ödəniş edilmişdir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Cavabdeh QSC tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının Cavabdeh QSC-nin 558/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ikinci və üçüncü (işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqı) hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən 558/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqı tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə, iddia tələbinin dördüncü – mənəvi zərərlə bağlı 10.000 manat kompensasiya hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi – onun fiziki və mənəvi sarsıntılar keçirməsi halları sübut olunmamışdır. Mənəvi zərərin ödənilməsi şəxsin maddi qazanc əldə etməsi məqsədi ilə bağlı ola bilməz. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Məhkəmə iddia tələbinin beşinci - 300 (bir min beş yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 19.75 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 60 (altmış) manat mediasiya xərcinin, cəmi 379,75 (üç yüz yetmiş doqquz manat yetmiş beş qəpik) Cavabdeh QSC-dən tutularaq, İddiaçı ödənilməsi - hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının hazırki tələbi əsassız hesab edilərək məhkəmə tərəfindən təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş hüquqi yardım, mediasiya və s. xərclərinin də cavabdehdən onun xeyrinə tutulması tələbi əsaslı deyildir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixli 538/u nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh QSC-nin İxrac satışları şöbəsində Sənədləşmə üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi; cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi; mənəvi zərərin ödənilməsi ilə bağlı 10000 (on min manat) kompensasiyanın İddiaçı ödənilməsi, 300 (bir min beş yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 19.75 (on doqquz manat iyirmi beş qəpik) manat xidmət haqqının və 60 (altmış) manat mediasiya xərcinin, cəmi 379,75 (üç yüz yetmiş doqquz manat yetmiş beş qəpik) Cavabdeh QSC-dən tutularaq, İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixli 538/u nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh QSC-nin İxrac satışları şöbəsində Sənədləşmə üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi; cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi; mənəvi zərərin ödənilməsi ilə bağlı 10000 (on min manat) kompensasiyanın İddiaçı ödənilməsi, 300 (bir min beş yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 19.75 (on doqquz manat iyirmi beş qəpik) manat xidmət haqqının və 60 (altmış) manat mediasiya xərcinin, cəmi 379,75 (üç yüz yetmiş doqquz manat yetmiş beş qəpik) Cavabdeh QSC-dən tutularaq, İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1908/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1908/2025
24.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver