Məhkəmə qərarları › İş №e-2(005)-1919/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1919/2025

20.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1919/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, K-001 nömrəli əmrinin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətli deyil, müddətsiz hesab edilməsi, əvvəlki iş yeri olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutu” X8 texniki dəstək bölməsinin müdiri vəzifəsinə bərpa olunması, əmək müqaviləsinə əsassız xitam verildiyi tarixdən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işi icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi, işəgötürənin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi Tədqiqat X10” X8 xx.xx.2025-ci il tarixli, K-001 nömrəli əmrinin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətli deyil, müddətsiz hesab edilməsi, əvvəlki iş yeri olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutu” X8 texniki dəstək bölməsinin müdiri vəzifəsinə bərpa olunması, əmək müqaviləsinə əsassız xitam verildiyi tarixdən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi Tədqiqat X10” X9 texniki dəstək bölməsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Lakin onun tutduğu vəzifə daimi xarakter daşıyır və müvəqqəti deyil. Belə olan halda işəgötürən tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanması və bu müddət bitdiyi üçün əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. O, həmin vəzifədə fasiləsiz olaraq 3 il 1 gün işləmiş və bu müddət ərzində işinin müvəqqəti xarakter daşıması barədə heç bir əsas olmamışdır. Habelə işəgötürən tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməzdən əvvəl ona heç bir yazılı bildiriş təqdim olunmamış, işə gəldiyi gün əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və dərhal iş yerini tərk etməsi tələb olunmuşdur. Bunun nəticəsində o, ciddi psixoloji stress keçirmiş, hətta şəkər xəstəliyi tutmuş və bununla bağlı həkimə müraciət etmişdir. Həmçinin istifadə olunmamış məzuniyyət günlərinə görə ona ödəniş edilməmiş və bu da əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. X2 şikayət ərizəsi ilə müraciət etdikdən sonra ona son-haqq hesab ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyindən və iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəmədiklərindən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü ildə yazılı formada bildiriş təqdim edilmişdir. İddiaçı Xalıq oğlu ilə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il qeyri-iş günü olduğundan, qanunvericiliyin tələbinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, o, müvafiq əmrlə tanış edilmiş, ona müvafiq qeydlərlə əmək kitabçası təqdim edilmiş və son haqq-hesab ödənilmişdir. İddiaçı tərəfindən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işəgötürən tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın 1059,35 manat məbləğində olmaqla gecikdirilərək xx.xx.2025-ci il tarixində ona ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi, X4 tərəfindən də iddiaçının işdən azad olunması ilə bağlı əmək qanunvericiliyinin normalarının pozulması halı aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla müddətli müqavilə bağlanılması barədə ona heç bir məlumat verilməyib. Ancaq 3 ay sınaq müddətinin olacağı, daha sonra isə müqavilənin müddətsiz olacağı deyilib, müqavilənin hər dəfə 3 ay uzadılacağı barədə heç nə bildirilməyib. O, təchizat şöbəsinin müdiri kimi işləyirdi. İşi daimi xarakter daşıyırdı. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdehndə texniki dəstək bölməsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir; - Cavabdeh məktubundan görünür ki, 3 aylıq müddətli müqavilə əsasında İddiaçı vakant olan texniki dəstək bölməsinin müdiri vəzifəsinə işə qəbul edilməsinə etiraz olunmamışdır; - Cavabdeh ilə İddiaçı arasında başlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, 3 ay sınaq müddəti ilə xx.xx.2022-ci il tarixindən Texniki dəstək Bölməsinin müdiri vəzifəsinə işə qəbul edilməsi ilə bağlı müqavilə bağlanmışdır; - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, əmək müqaviləsinin tarixinin xx.xx.2025ci il tarixdə bitməsi və müqavilə müddəti başa çatdıqdan sonra uzadılmayacağı barədə yazılı bildiriş İddiaçı təqdim edilmiş və onun məzmunu barədə şifahi məlumat verilmişdir. İşçi bildirişlə tanış olmuş lakin onu imzalamaqdan imtina etmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, K-001 saylı əmrindən görünür ki, texniki dəstək bölməsinin müdirinin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır; - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehndə texniki dəstək bölməsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - Cavabdeh tərəfindən tərtib edilmiş arayışlardan görünür ki, cavabdeh müəssisə ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli, K-001 saylı əmrə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən tarixə 3 iş günü nəzərə alınmaqla 132,78 manat, istifadə etmədiyi məzuniyyətə görə 30 təqvim günü pul əvəzi 1181,04 manat olmaqla, ümumilikdə 1313,82 manat hesablanmışdır. Gəlir vergisi və digər sosial ödənişlər tutulduqdan sonra xx.xx.2025-ci il tarixdə 1059,35 manat ödəniş olunmuşdur. Büdcə təşkilatı olduğundan vəsait ayrılmadığı üçün ödəniş həyata keçirilməmişdir; - AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin məhkəmə sorğusuna ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı müraciətinə əsasən aparılan araşdırma zamanı Cavabdeh tərəfindən təqdim olunan sənədlərdən və İddiaçı tərəfindən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işəgötürən tərəfindən əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın 1059,35 manat məbləğində olmaqla gecikdirilərək xx.xx.2025-ci il tarixdə ona ödənildiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən işçinin son haqq-hesabı qanunvericiliyin tələbləri pozularaq ödənildiyindən vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ilə inzibati cərimə olunmuşdur; - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, son haqq-hesab gecikdirildiyindən “Azərbaycan Elmi Tədqiqat Bərpa İnsitutu” PHŞ-nin baş direktoru X1 İXM-in 192.4-cü maddəsinə əsasən 700 manat məbləğində inzibati cərimə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehndə 3 ay sınaq müddəti ilə texniki dəstək bölməsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənin xx.xx.2025-ci il tarixli, K-001 saylı əmri ilə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı işinin müvəqqəti xarakter daşımadığına, fasiləsiz olaraq 3 il 1 gün işlədiyinə, əmək müqaviləsinə xitam verilməzdən əvvəl yazılı xəbərdarlıq edilmədiyinə əsaslanaraq, əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanıldığına, müqaviləyə xitam verilməzdən əvvəl lazımi qaydada xəbərdarlıq edildiyinə, lakin iddiaçının həmin bildirişi qəbul etmədiyinə əsaslanaraq iddiaya etiraz edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Bu hallardan biri də (“f” bəndi) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasıdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (13 avqust 2024-cü il tarixə qədər olan mətni). Həmin maddənin hazırda qüvvədə olan mətninə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45- ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Qeyd edilənlər baxımından nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının işi daimi xarakterli olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. İddiaçı isə müddətli müqavilə bağlamadığını, müqavilədə sınaq müddəti müəyyən edildiyini bildirmişdir. Qeyd olunmalıdır ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Hazırki mülki iş materiallarından isə görünür ki, tərəflər arasında yaranan əmək münasibətləri xarakter etibarilə müəyyən müddətə əmək müqaviləsinin bağlanması üçün əsas ola biləcək formada olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Həmin Qərara görə, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Lakin qeyd olunmalıdır ki, hazırki işdə cavabdeh Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasına istinad etsə də, iş materiallarına əlavə edilmiş əmək müqavləsinin surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi 3 ay sınaq müddəti müəyyən edilməklə müddətsiz bağlanmışdır. Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinin 19 noyabr 2023-cü il tarixinə qədər qüvvədə olan mətninə görə, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin maddənin hazırda qüvvədə olan mətninə əsasən, bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə görə “bu müqavilə müddətsiz bağlanmışdır 3 ay sınaq müddəti ilə”. Həmin müqavilənin 2.3-cü bəndində isə “əmək müqaviləsi 05.01.22 tarixindən 05.04.22-ci il tarixindək bağlanmışdır” şərti nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmək müqaviləsi ziddiyyətli olmaqla bir tərəfdən müddətsiz bağlanmışdır ifadəsi qeyd olunmuş, bir tərəfdən isə müqavilənin müddəti göstərilmişdir. “Sınaq müddəti ilə” “müddətli müqavilə” anlayışları isə tamamilə fərqli anlayışlardır. Nəzərə alınmalıdır ki, müqavilədə olan bütün qeyri-müəyyənliklər əmək münasibətlərində daha zəif tərəf olan işçinin xeyrinə həll edilməlidir. Həmçinin 3 aylıq sınaq müddəti ilə bağlanmış müqavilənin müddətinin də 3 ay müəyyən edilməsi ağlabatan olmamaqla anlaşılan deyildir. Bu baxımdan iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən xitam verilmə əsası da düzgün olmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki mülki iş üzrə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Dövlət rüsumu” haqqında Qanunun 8.2ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğin 60 manatı mediasiya prosesi üçün ödənildiyindən qalan 40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, K-001 nömrəli əmri ləğv edilməli, İddiaçı əmək müqaviləsi müddətsiz hesab edilməli, o, əvvəlki iş yeri olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan X3 İnstitutu” X8 Texniki dəstək bölməsinin müdiri vəzifəsinə işə bərpa olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, K-001 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilsin və İddiaçı əvvəllər tutduğu vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehndən xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar