Məhkəmə qərarları › İş №e-2(005)-1977/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1977/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1977/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh ASC -nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka bildirişinin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin mərhum həyat yoldaşı X8 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Cavabdeh ASC-nin mərhum həyat yoldaşı X8 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş və həmin bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizə əsasında Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 31 saylı evin 25 saylı mənzilə tutma yönəldilməsinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa zidd hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ona və qeyrilərinə qarşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 56.444,97 ABŞ dolları kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “D" yaşayış sahəsində yerləşən 31 nömrəli evin 25 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun boşaldılması və hərracdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC həmin iddia ərizəsini onun mərhum həyat yoldaşı X6 xx.xx.2012-ci il tarixdə “Cavabdeh" ASC ilə ona 60 ay müddətində 50.000 ABŞ dolları məbləğində kredit limiti ayrılması barədə 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlaması, həmin Baş Kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli Tranşların ayrılmasına dair 2 saylı Müqaviləyə əsasən yoldaşına illik 22%-lə 24 ay müddətinə 50.000 ABŞ dollayı kredit verilməsi, onun öz öhdəliklərini lazımi qaydada icra etməməsi, xx.xx.2017-ci il tarixdə onun vəfat etməsi, DİN MAPS şöbəsinin verdiyi arayışdan onun vəfat etməsinin məlum olması, “Cavabdeh" ASC- nin xx.xx.2019-cu il tarixli sorğusuna Bakı şəhəri 9 saylı Notariat Kontorundan verilən cavab məktubundan X9 miras əmlakına dair vərəsəlik işinin açılmamasının məlum olması, buna baxmayaraq, onu və qeyrilərini onun vərəsəsi hesab etməsi və xx.xx.2019-cu il tarixdə bank tərəfindən yoldaşına borcun ödənilməsi ilə bağlı xəbərdarlıq (pretenziya) məktubu və həmin tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilməsi, xx.xx.2019-cu il tarixdə ipoteka bildirişinin qeydə alınması barədə ərizə ilə DƏDRX-nə müraciət olunması və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması ilə əsaslandırmışdır. M.Hüseynovun xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktı həm müvafiq MAPS arayışına, həm də Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən rəsmi şəkildə Cavabdeh ASC-nə məlum olsa da o, xx.xx.2019-cu il tarixdə məhz yoldaşına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmiş və xx.xx.2019-cu il tarixdə həmin bildirişi qeydiyyata aldırmışdır. Bank tərəfindən vəfat etmiş ipoteka qoyana ipoteka bildirişinin göndərilməsi və bu bildirişin qeydiyyata alınması aşağıdakı qanunvericilik normalarının tələblərini pozur. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC -nin nümayəndəsi X17 bildirmişdir ki, ''Cavabdeh" ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmışmışdır. Müqaviləyə əsasən, X8 60 (altmış) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləği həddində kredit limiti ayrılmışdır. xx.xx.2012-ci il tarixli 110-12/EBA saylı Baş Kredit Müqaviləsi çərçivəsində Trasnşların ayrılmasına dair xx.xx.2013-cü il tarixində 2 saylı Müqavilə bağlanmışdır. 2 saylı müqaviləyə əsasən, ayrılmış kredit limitindən X10 illik 22% hesablanmaqla, hər ay bərabər hissələrlə ödənilməklə, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 110-12/EBA saylı Baş Kredit müqaviləsinin təminatı kimi 02,06.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, X10 tam mülkiyyət hüqüqu üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmiş, lakin borcalan kredit öhdəlikləri yerinə yetirilməmişdir. Buna görə dəə hazırda Cavabdeh ASC-nin İddiaçı və qeyrilərinə qarşı kredit borcu və ipoteka predmetinə yönəlmə barədə iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə xx.xx.2019-ci il tarixdə verilmişdir. Həmin mülki işdə Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 31 saylı evin 25 saylı mənzilə tutma yönəldilməsi tələbi mövcuddur. Digər tərəfdən bankın Bakı şəhəri 9 saylı notariat ofisinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubu ilə X6 rəhmətə getməsi və bununla bağlı ipoteka ilə yüklü edilmiş mənzili ilə bağlı vərəsəlik işinin açılıb açılmaması barədə məlumat verilməsini xahiş olunmuşdur, lakin hazırkı iş üzrə iddiaçı banka rəsmi qaydada müraciət edərək X6 ölməsini bildirməmiş, ölüm haqqında şəhadətnaməni təqdim etməmişdir. Digər tərəfdən, X6 ölümü ilə bağlı Bakı şəhər Səbail rayon prokurorluğunda cinayət işi açılmış, xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” haqqında qərar mövcuddur. X3 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi üçün əsas yoxdur, buna görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran şəhəri “Nikah evi” tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı, 276538 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X14 ilə X5 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir; Bakı 4 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 910118 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2155 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 31, 25 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1300 nömrəli reyestr kitabının 118501 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır; Cavabdeh ASC-nin cavabdeh X8 ünvanlanmış xx.xx.2017-ci il tarixli, M/11-7875 saylı tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, "xxxxxxxxx" ASC iiə Hüseynov Maarif ƏH oğlu arasında 08,06.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X8 60 (altmış) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləği həddində kredit limiti ayrılmışdır. xx.xx.2012-ci il tarixli 110-12/EBA saylı Baş Kredit Müqaviləsi çərçivəsində Trasnşların ayrılmasına dair xx.xx.2013-cü il tarixində 2 saylı Müqavilə bağlanmışdır. 2 saylı müqaviləyə əsasən, ayrılmış kredit limitindən X10 illik 22% hesablanmaqla, hər ay bərabər hissələrlə ödənilməklə, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 110-12/EBA saylı Baş Kredit müqaviləsinin təminatı kimi 02,06.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, X10 tam mülkiyyət hüqüqu üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0677140, reyestr kitabı 1300, vərəq 118501, reyestr nömrəsi **********78-05301-093054 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.06,2015-ci il). Lakin, 110-12/EBA saylı Baş Kredit müqaviləsinin müddəaları pozularaq, 110-12/EBA saylı Baş Kredit müqaviləsində göstərilən öhdəlikləri 5 (beş) iş günü ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X8 xəbərdarlıq edilmişdir; Bakı şəhər Səbail rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” haqqında qərarın surətindən görünür ki, ''Cavabdeh" ASC-nin nümayəndəsi X12 ifadəsində bildirmişdir ki, 2008-ci ilin may ayından etibarən o, ''Cavabdeh" ASC-də kredit mütəxəsisi işləməyə başlamışdır. O, mərhum X11 2010-2011-ci illərdən tanıyır. Maarif həmin vaxtlardan etibarən bankdan kredit götürməyə başlamış, çox məsuliyyətli müştəri olmuşdur. ….işdə olarkən xəbər saytından Maarif Hüseynovun özünü dənizə ataraq intihar etməsini eşitmiş və buna çox pis olmuşdur. Anar Zeynalov həmçinin ifadəsində Tural Hüseynovun və onun ailə üzvlərinin düzgün məlumat vermədiklərini, bankın Maarjif Hüseynovu incitmədiyini, ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyin göstərmişdir. Maarifin evinə bildiriş göndərilmiş, bu isə rəsmi şəkildə göndərilməklə kreditin ödənilməsi bildirilmişdir. Bank tərəfindən Maarifə qarşı amansız rəftar edilməmiş, ləyaqəti alçaldılmamışdır. Maarif Hüseynova qarşı hər hansı bir şəxs tərəfindən hədə-qorxu gəlinməmişdir. Maarif Hüseynov dollarla krediti götürən zaman dolların kursu 78,60 manat olmuşdur. Ondan sonra isə dolların qiyməti iki dəfə qalxmışdır. Ona görə də artıq pul ödəmiş və Maarif buna görə də 78,60 manatla krediti ödəməyi bildirmiş, bu isə mümkün olmamışdır. Cavabdeh ASC-nin Bakı şəhəri 9 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixli, M/11-4712 saylı ünvanlandığı məktubunun surətinə əsasən ''Cavabdeh" ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, Hüseynov Maarif ƏH oğluna tam mülkiyyət hüququ üzrə məxus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Sadıqov Rəşadət 7ulfuqar oğlu tərəfindən təsdıq edilmiş, lakin X14 rəhmətə getmiş və onun tərəfindən ''Cavabdeh” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş mənzili ilə bağlı vərəsəlik işinin açılıb açılmaması barədə məlumat verilməsini xahiş etmişdir; Bakı şəhəri 9 saylı notariat ofisinin Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixli ünvanlandığı cavab məktubuna əsasən X6 miras əmlakına dair notariat ofisində vərəsəlik işi açılmadığı bildirilmişdir; Cavabdeh ASC-nin cavabdeh X8 ünvanlanmış xx.xx.2019-cu il tarixli, M/11-5111 saylı tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, tərəfə yenidən 110-12/EBA saylı Baş Kredit müqaviləsinin müddəaları pozularaq, 110-12/EBA saylı Baş Kredit müqaviləsində göstərilən öhdəlikləri 5 (beş) iş günü ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X8 xəbərdarlıq edilmişdir; Cavabdeh ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli, M/11-5180 saylı ünvanladığı “Tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə” ərizəsinin surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin müqavilə üzrə öhdəliklər lazımınca icra edilmədiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş sürətli poçt daşınma xidmətinin vasitəsilə xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixli, **********34 saylı ünvanlandığı sorğuya cavab məktubunun surətinə əsasən X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ''Cavabdeh" ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmışmışdır. Müqaviləyə əsasən, X8 60 (altmış) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləği həddində kredit limiti ayrılmışdır. xx.xx.2012-ci il tarixli 110-12/EBA saylı Baş Kredit Müqaviləsi çərçivəsində Trasnşların ayrılmasına dair xx.xx.2013-cü il tarixində 2 saylı Müqavilə bağlanmışdır. 2 saylı müqaviləyə əsasən, ayrılmış kredit limitindən X10 illik 22% hesablanmaqla, hər ay bərabər hissələrlə ödənilməklə, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 110-12/EBA saylı Baş Kredit müqaviləsinin təminatı kimi 02,06.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, X10 tam mülkiyyət hüqüqu üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. ''Cavabdeh" ASC-nin cavabdeh İddiaçı v qeyriləərinə qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka perdmetinə yönəldilməsi və s. barədə iddia tələbi Suraxanı Rayon Məhkəməsində icraatdadır. Digər tərəfdən, iş materialları ilə müəyyyən olunur ki, X14 xx.xx.2017-ci il tarixdə ölmüş, onun ölümü ilə bağlı Bakı şəhər Səbail rayon prokurorluğunda cinayət işi başlanmış və Bakı şəhər Səbail rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” haqqında qərar qəbul edilmişdir. X1 vəfat etməsinin banka məlum olması səbəbindən xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etbarsız sayılmasını tələb edir. Cavabdeh tərəf X6 vəfat etməsi barədə məlumatın banka rəsmi qaydada məlumat verilmədiyindən iddiaçının göstərdiyi halı əsassız hesab etməklə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən hallar (DİN MAPS şöbəsinin verdiyi arayışda M.Hüseynovin vəfat etməsindən məlumlı olması, “Cavabdeh" ASC-nin xx.xx.2019cu il tarixli sorğusuna verilən cavabda Bakı şəhəri 9 saylı Notariat Kontorundan verilən cavab məktubundan X9 miras əmlakına dair vərəsəlik işinin açılmamasının göstərilməsi) xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, “Cavabdeh" ASC cavabdehə (borcalan və ipotekaya qoyan) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmişdir. Həmçinin aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qanunun 36.2-ci maddəsində isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməli məlumatlar göstərilmiş- 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinin tələbinə görə tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, bankla X14 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ona məxsus olan əmlakı bankı xeyrinə ipoteka ilə yüklü etmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmişdir. İş üzrə iddiaçı tərəfin banka müraciət edərək X6 ölümü ilə bağlı müraciət etməsi iş materialları ilə sübut olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından X2 və ipoteka müqaviləsi bağlandığı vaxtdan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzildə qeydiyyatda olduğu aydın olur, bu baxımdan bank tərəfindən bildiriş borcalan, ipoteka qoyon və onun ailə üzvlərinin yaşadığı həmin ünvana göndərmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərildiyi zaman X6 ölmüş olması həmin bildirişin etibarsız hesab olunmasına səbəb olmaz. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən ipotekanın qeyd alınması barədə qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər iddianın təmin olunması üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdin etibarsız sayıla bilməsinin digər bir əsasını uydurma əqd təşkil edir. Udurma əqd dedikdə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə eyni zamanda qeyd edir ki, araşdırma zamanı iddiaçı ipoteka bildirişinin və onun qeydə alınmasının rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə bank tərəfindən borcalanın ilə üzvləri və onun əvvəl yaşadığı ünvanına bildiriş göndərilmişdir. Bu baxımdan Cavabdeh ASC-nin iddiaçının əri X8 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka bildirişinin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka bildirişinin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar