Məhkəmə qərarları › İş №e-2(005)-1987/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1987/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1987/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Monolit” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli 193/MFAK nömrəli kredit müqaviləsinə əsasən “Mitsubishi Pajero” minik markalı (Tip: Universal, Buraxılış ili-2014, Ban- JMYLYV97WFJ704348) avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 28000 (iyirmi səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan həmin avtomobilin ipotekaya qoyulması məqsədilə 10.03.2015-ci il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı olan həmin avtomobil çıxış edir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 10 mart 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə MNF-26-01-00524 saylı 24.11.2015-ci il tarixli, MNF-26-01-00524 saylı 24.11.2015-ci il tarixli xəbərdarlıqların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 kredit üzrə cəmi borcu 15226.66 (on beş min iki yüz iyirmi altı ABŞ dolları 66 sent) ABŞ dolları təşkil edir. Bundan 10169.86 (on min yüz altmış doqquz ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 3440.37 (üç min dörd yüz qırx ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 154.26 ( bir yüz əlli dörd ABŞ dolları 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1462,17 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən “kredit alan” tərəfindən kredit,faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Kredit verən“ə icra olunduğu andan ləgv edilir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənləri nəzərə alaraq, cəmi 15226.66 (on beş min iki yüz iyirmi altı ABŞ dolları 66 sent) ABŞ dolları bundan 10169,86 (on min bir yüz altmış doqquz ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 3440,37 (üç min dörd yüz qırx ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 154.26 ( bir yüz əlli dörd ABŞ dolları 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1462,17 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Mitsubishi Pajero”minik markalı (Tip: Universal, buraxılış ili-2014, Ban JMYLYV97WFJ704348) ** XD ***dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 10 mart 2015-ci il tarixli 193/MFAK nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “Mitsubishi Pajero” minik markalı (Tip:Unversal, Buraxılış ili-2014, Ban-JMYLYV97WFJ704348) avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 28000 (iyirmi səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.03.2015-ci il tarixli, ipoteka müqaviləsidən görünür ki, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “Mitsubishi Pajero”minik markalı (Tip:Unversal, Buraxılış ili-2014, Ban-JMYLYV97WFJ704348) ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur. İş materiallarında olan 10.03.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanan zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli **********436 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 28 yanvar 2021-ci il tarixə cəmi 15226.66 (on beş min iki yüz iyirmi altı ABŞ dolları 66 sent) ABŞ dolları - bundan 10169,86 (on min bir yüz altmış doqquz ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 3440,37 (üç min dörd yüz qırx ABŞ dolları 37 sent) ABŞ dollar ıfaiz, 154.26 ( bir yüz əlli dörd ABŞ dolları 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 1462,17 ABŞ dolları faiz borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən “Mitsubishi Pajero” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, həmin avtomobilin ipotekaya qoyulması məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”. Məhkəmə 07.11.2014-cü il tarixli, 5104 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu maliyyə arayışı ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas, faiz, cərimə və gecikdirilmiş günə görə hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 10169,86 ABŞ dolları məbləğində əsas borc, 3440,37 ABŞ dolları faiz, 154,26 ABŞ dolları cərimə və 1462,17 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, ümumiliklə 15226,66 ABŞ dolları məbləğində borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 dövlət rüsumu LPO “İddiaçı“ ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh1 məxsus “Mitsubishi Pajero” minik markalı (Tip: Universal, buraxılış ili-2014, Ban JMYLYV97WFJ704348) ** XD *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və əldə olunan vəsait hesabına borc LPO İddiaçı ASC-nə ödənilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10169,86 ABŞ dolları məbləğində əsas borc, 3440,37 ABŞ dolları faiz, 154,26 ABŞ dolları cərimə və 1462,17 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, ümumiliklə 15226,66 ABŞ dolları məbləğində borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus “Mitsubishi Pajero” minik markalı (Tip: Universal, buraxılış ili-2014, BanJMYLYV97WFJ704348) ** XD ***dövlət nömrə nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc LPO İddiaçı ASCnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar