Məhkəmə qərarları › İş №e-2(005)-199/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-199/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-199/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 və “EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: LPO İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanan 05 fevral 2015-ci il tarixli, E/125324 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 14000 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış E/125324 nömrəli, 05 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka müqaviləsi bankla Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış 05 fevral 2015-ci il tarixli, E/125324 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmışdır. Borcalan Cavabdeh1dur. İpoteka predmeti: Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzildir. Qiymətləndirmə: 50000 manat. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışı əsasında Zərnişan Məmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzil xx.xx.2015-ci il tarixində (Ləğv prosesindədir) "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. 19 oktyabr 2022-ci il tarixli 495 nömrəli müqavilə əsasında Cavabdeh3 MMC ilə X6 arasında müqavilə bağlanmış X6 məbləği Cavabdeh3 MMC-yə tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 4-cü mərtəbəsində, ümumi sahəsi 71,5 kv.m-dən ibarət olan 210 saylı iki otaqlı mənzillərin tikintisini Cavabdeh3 MMC-yə həvalə etmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra onun əvəzinə Cavabdeh2 mənzil verilib-verilməməsinin, verilmişsə Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildə yaşayıb-yaşamaması, həmçinin Cavabdeh2 ilə bağlanmış müqavilənin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra əvəzində yeni tikilmiş binada Zərnişan E bloku, 4 mərtəbə, 2 otaq, 71,5 kv.m təmirsiz mənzilin verilməsi barədə xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış sonradan Cavabdeh2 MMC-yə müraciət edərək veriləcək mənzili satmaq istədiyini bildirmiş və müqaviləni X3 adına rəsmiləşdirməyi xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 və “EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 26990.91 (iyirmi altı min doqquz yüz doxsan dollar 91 sent) ABŞ dolları bundan 8407.87 (səkkiz min dörd yüz yeddi dollar 87 sent) ABŞ dolları əsas, 8216.69 (səkkiz min iki yüz on altı dollar 69 sent) ABŞ dolları faiz, 8011.14 (səkkiz min on bir dollar 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2355.21 (iki min üç yüz əlli beş dollar 21 sent) ABŞ dolları faiz və iş üzrə ödənilmiş 227.66 (iki yüz iyirmi yeddi manat 66 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, E/125324 “kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Bankın tələbi ilə ipoteka qoyan Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında Mövsüm Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 4, 2 otaq, 71.5 kv.m mənzillə bağlı imzalanmış xx.xx.2016cı il tarixli müqavilə əsasında sonradan X4 ötürülmüş və onunla Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 495 saylı müqavilədə nəzərdə tutulmuş sözügedən mənzil üzərində həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna yönəlməsi, həmin hüquq açıq hərracdan satılsın və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcuna ödənilməsi, həmin hüquq açıq hərracdan satıldığı halda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən binanın 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 4, 2 otaq, 71.5 kv.m mənzili boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli E/125324 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 14000 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 61 nömrəli evin 1 saylı mənzili ipotekaya qoyulmuşdur. Mənzil ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında bağlanan xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşmalar Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2021-ci il tarixli **********824 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 26990.91 (iyirmi altı min doqquz yüz doxsan dollar 91 sent) ABŞ dolları təşkil edir. Bundan 8407.87 (səkkiz min dörd yüz yeddi dollar 87 sent) ABŞ dolları əsas, 8216.69 (səkkiz min iki yüz on altı dollar 69 sent) ABŞ dolları faiz, 8011.14 (səkkiz min on bir dollar 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2355.21 (iki min üç yüz əlli beş dollar 21 sent) ABŞ dolları faiz borcu təşkil edir. Mülki işin məhkəmə hazırlıq iclasında məhkəmənin qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş,lakin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədəməhkəməyə məlumat verilmişdir.Ekspert tərəfindən “tədqiqat obyektinə baxışın nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki,məhkəmə cavabdehlə əlaqə saxlamş və məhkəmə nümayəndəsinə tədqiq olunan mənzilin söküldüyü bildirilmişdir.Daha sonra mhkəmə prosesi gediində tikinti şikrkəti cavabdeh qisində cəlb edilmiş və cavabdehin sorğusu əsasında məhkəməyə təqdim edilmiş məktubdan və müqavilədən məlum olmuşdur ki, “...ipotekaya qoyan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 61 nömrəli evin 1 saylı mənzil Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra onun əvəzinə Cavabdeh2 E bloku, 4 mərtəbə, 2 otaq, 71,5 kv.m. təmirsiz mənzilin verilməsi barədə xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, sonradan Cavabdeh2 MMC-yə müraciət edərək veriləcək mənzili satmaq istədiyini bildirmiş və müqaviləni X2 adına rəsmiləşdirməyi xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 495 saylı müqavilənin məzmunundan məlum olur ki, sifarişçi X5 müqavilənin 3.1-ci bəndində göstərilən 95000manat pulu ödəməklə, Mövsüm Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 4, 2 otaq, 71,5 kv.m. təmirsiz mənzilin tikintisini podratçı Cavabdeh3-yə həvalə edir. Məlum olduğu kimi, xx.xx.2022-ci il tarixinəCavabdeh1 kredit üzrə cəmi borcu 26990,91 ABŞ dolları təşkil edir. Bundan 8407,87 ABŞ dolları əsas, 8216,69 ABŞ dolları faiz, 8011,14 ABŞ dolları cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, illik 5%-lə hesablanmış 2355,21 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Dşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 61 nömrəli evin 1 saylı mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə borcalan Cavabdeh1 və ipotekaya qoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşmalar Dövlət Notariat Ofisi tərəfindən təsdiq edildikdən mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi Cavabdeh3 MMC tərəfindən ipoteka saxlayan Banka heç bir məlumat vermədən və tərəflərin mövcud kredit üzrə qarşılıqlı öhdəliyini nəzərə alıb 3 tərəfli müqavilə bağlamadan qanunsuz olarq bankın xeyrinə yüklü edilmiş sözügedən daşınmaz əmlakı sökmüş onun yerinə hündürmərtəbəli bina inşa edərək cavabdehlərə təqdim etmiş, daha sonra cavabdehin təqdim etdiyi sənədlərdən məlum olur ki, sözügedən mənzil daxili müqavilə əsasında üçüncü şəxsə verilmişdir. Qeyd olunan xüsusatları nəzərə alaraq, ipoteka saxlayanın tikiləcək mənzilin yenidən yüklü edilməsi istiqamətində heç bir hüquqi prosedurlar həyata keçirmədən onun xeyrinə yüklü edilmiş ipoteka predmetinin tikinti şirkəti tərəfindən sökülməsi mülki cavabdehliklə yanaşı, cinayət məsuliyyəti də yaradan bir faktdır. Belə ki, ipotekaya qoyan Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 4.1.1-ci, 4.1.4-cü, 4.1.5 və 4.1.6-cı bəndlərinin tələblərinə görə ipoteka predmetinin saxlanması və salamatlığını təmin etmək, üçüncü şəxslərin qəsdlərin müdafiəsi üçün tədbirlər görmək, əmlakım zədələnməsi təhlükəsi yarandıqda ipotekasaxlayanı dərhal xəbərdar etmək ipotekaverənin vəzifələrinə daxildir. Qeyd edilənlərin nəzərə alınması və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq, bildirmişdir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirəndə aydın olur ki, iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsasdır. Maddi hüquq norması olan Mülki Məcəllədə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur ki, qanunda nəzərdə tutulan bu hüquqdan yararlanmağım hazırki iddia tələbi üzrə məqsədə müvafiqdir. Hazırki mübahisə çərçivəsində iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi xx.xx.2015-ci ildə bağlanmış, iddiaçı isə müqavilə tələbi üzrə kredit məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə 2023-cü ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Əgər iddiaçı öhdəliklərin yerinə yetirilməməsindən narazı idisə onda qanunla müəyyən edilən müddətdə məhkəməyə müraciət etməli idi. İddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən müəyyən olunur ki, iddiaçı hüquqlarının pozulduğunu bilə-bilə hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməmiş, aradan 7 il keçdikdən sonra belə bir iddia tələbi irəli sürmüşdür. Lakin iddiaçı məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Mülki qanunvericiliyə müvafiq olaraq vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddianın mahiyyətcə əsaslı olub-olmamasından asılı olmayaraq, iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələrin müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia tələbinin verilməsi ilə bağlı müddətin ötürülməsi digər əsaslar olmadan belə iddia tələbinin rədd olunması üçün hüquqi əsasdır. Nəzərə alsaq ki, iddia müddətinin ötürülməsi cavabdehin iddia tələbinə qarşı hər hansı bir əks dəlillər irəli sürmək və bununla bağlı məhkəməyə sübutlar təqdim etmək vəzifəsindən azad edir. Onda hazırki iş üzrə iddia müddətinin tətbiqi olduqca məqsədə müvafiqdir. Yekun olaraq bildirirəm ki, iddiaçı hazırki tələblə bundan öncə 2021ci ildə məhkəmə müraciət etmiş, lakin sonradan ərizə verərək iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Səbəb olaraq isə güya cavabdehlə razılaşmaqlarını göstərmişdir. Nərimanov Rayon Məhkəməsinin İş № 2(005)-308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanmışdır. Qeyd edirəm ki, Cavabdeh1 ilə bank arasında hər hansı razılaşma olmamış və həmin qərardad qəbul olunandan sonra Cavabdeh1 tərəfindən hər hansı ödəniş olunmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq digər əsaslarla yanaşı iddia müddətini tətbiq etməklə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən (Ləğv prosesindədir) İddiaçı ASC-nin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O bildirdi ki, cavabdehlərə qarşı eyni tələblə 2021-ci ildə ilk dəfə məhkəməyə müraciət etmişlər. Həmin mülki işin icraatı gedişində cavabdehlərlə müqavilə üzrə ödənişləri davam etdirəcəkləri barədə razılıq əldə edildiyindən, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişlər. Lakin cavabdehlər 2 dəfə ödəniş etdikdən sonra yenidən müqavilə üzrə ödəliklərini icra etməməyə davam etmişlər. İpoteka müqaviləsi üzrə girov qoyulmuş mənzilin sökülməsi barədə də banka heç bir məlumat verilməyib. İddiaçı bu barədə məlumatı ekspert tərəfindən müvafiq vəsatətin məhkəməyə daxil olmasından sonra alıb. Müqavilə üzrə mənzilin sığorta edilməsi barədə məlumat yoxdur. Hesab edirlər ki, həm ipoteka predmeti olan mənzil sökülsə də, onun əvəzində verilmiş mənzil mövcud olduğundan tələb həmin mənzilə yönəldilməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, ipoteka predmeti olan mənzil anası tərəfindən satılmmışdır. İddia tələbini qəbul etmir. İddiaçı iddia müddətini ötürdüyü üçün anasını əsassız məlumatlarla aldadaraq müddət bitdikdən sonra təkrar ödəniş etdirərək iddia müddətinin axımını bərpa etmişlər. Devalvasiyadan sonra şəxsən bankın filialına yaxınlaşaraq kreditin ödənilməsi üçün güzəştlərin edilməsini, hissəhissə ödəniş edə biləcəyimi bildirsə də heç bir güzəşt olunmadı. Digər bankdan götürdüyü pulu güzəştlər edildiyi üçün hissə-hissə ödəniş edərək borcunu bağlamışdır. İddiaçının uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməsinin səbəbi, müqavilə üzrə faiz borclarının hesablanması, borcun şişirdilməsi olmuşdur. Hesab edir ki, cavabdehdən yalnız əsas borc tutula bilər. Mənzil söküldükdən sonra əvəzləşdirilmiş mənzil isə ipoteka qoyan tərəfindən satılmışdır. Həmin şəxsin mənzilinə tələb yönəldilə bilməz. Digər cavabdeh,yəni,anası ipotekaqoyan Cavabdeh2 ilə münasibətləri gərgindir. İpoteka predmeti olan ev satıldıqda anası təxminən 70000 manatı oğluna vermişdir. Evin alqısatıqısı ilə məşğul olmayıb. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, mülki iş üzrə məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 8854,89 USD, faiz borcu üzrə isə 2498,11 USD təşkil edir. İşin hallarından göründüyü kimi bankın Cavabdeh1 tələb etdiyi kredit üzrə cəmi 26990.91 USD ekspert rəyi ilə müəyyən olunan məbləğdən iki dəfədən də artıqdır. Bu isə o deməkdir ki, bank borcluya münasibətdə öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək faiz və dəbbə pulunun məbləğini artırmışdır. Yəni bank Cavabdeh1 münasibətdə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb edərkən vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Cavabdeh1 müqavilə tərəfi olaraq öhdəliyin icra olunmasına münasibətdə vicdanlı davranmışdır. Lakin məlum 2015-ci ildə baş vermiş manatın devalvasiyaları onun ödəniş qabiliyyətini sarsıtdığından kreditin qalan məbləğini ödəyə bilməmişdir. 2020-ci ilin əvvələrindən isə məlum COVİD 19 pandemiyası səbəbindən iş yerlərinin bağlanması Cavabdeh1 kredit öhdəliyini ödəmək üçün etdiyi cəhdlərin uğursuz olmasına səbəb olmuşdur. Baxmayaraq ki, faiz müqavilə öhdəliyindən irəli gəlir, qeyd etdiyim iqtisadi çətinliklər öhdəliyin sonadək icra olunmasına imkan vermədiyi üçün məhkəmə tərəfindən əsas borcun tutulması barədə qətnamə qəbul edilməsi ədalətli olardı. İpoteka predmeti üzrə mənzil məhv olduğundan, ipotekaya xitam verilməlidir. Tutumanın digər mənzilə yönəldilməsi barədə norma mövcud deyil. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 izahatında bildirmişdir ki, mənzili makler vasitəsi ilə 95.000 manata Zərnişan xanımdan almışdır. Mənzili yaşamaq məqsədi ilə almış, lakin hazırkı günə qədər təmir etdirməmişdir. Cavabdehlər və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki işin materialları LPO İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanan 05 fevral 2015-ci il tarixli, E/125324 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 14000 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış E/125324 nömrəli, 05 fevral 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka müqaviləsi bankla Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış 05 fevral 2015-ci il tarixli, E/125324 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmışdır. Borcalan Cavabdeh1dur. İpoteka predmeti: Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzildir. Qiymətləndirmə: 50000 manat. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 (Ləğv prosesindədir) İddiaçı ASC-dən 14000 ABŞ dolları məbləğində kredit almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzil xx.xx.2015-ci il tarixində (Ləğv prosesindədir) "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil elanından görünür ki, Cavabdeh2 tərəfindən 200 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil elanından görünür ki, Cavabdeh1 tərəfindən 1000 manat ödəniş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanlmışdır. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə bağlanan 05 fevral 2015-ci il tarixli, E/125324 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 8407,87 ABŞ dolları əsas borc, 8216,69 ABŞ dolları faiz, 8011,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26990 ABŞ dolları məbləğində borc mövcuddur. LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixinə LPO banka 26990 ABŞ dolları borcu qaldığı bildirilmiş, eyni zamanda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Cavabdeh3 MMC-nin 19 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh3 MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 4-cü mərtəbəsində, ümumi sahəsi 71,5 kv.m-dən ibarət olan 210 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə X3 Cavabdeh3 MMC-yə borcu yoxdur. 19 oktyabr 2022-ci il tarixli 495 nömrəli müqavilədən görünür ki, Cavabdeh3 MMC ilə X6 arasında müqavilə bağlanmış X6 məbləği Cavabdeh3 MMC-yə tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 4-cü mərtəbəsində, ümumi sahəsi 71,5 kv.m-dən ibarət olan 210 saylı iki otaqlı mənzillərin tikintisini Cavabdeh3 MMC-yə həvalə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6410 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarından olan hesabdan çıxarış məlumatlarında olan hesabdan çıxarış məlumatları, 05 fevral 2015-ci il tarixli, E/125324 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 (Ləğv prosesindədir) İddiaçı ASC-yə olan borcu: 05 fevral 2017-ci il tarixə (müqavilə müdddətinin sonuna) 13250,82 ABŞ dolları, əsas borc üzrə 10371,10 ABŞ dolları, faiz borcu üzrə 2879,72 ABŞ dolları; 08 sentyabr 2022-ci il tarixə (iddia tarixinə) 12.921,56 ABŞ dolları, əsas borc üzrə 8317,87 ABŞ dolları, faiz borcu üzrə 2053,41 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 2550,28 ABŞ dolları təşkil edir. Tədqiqat obyektinə baxışın nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məhkəmə tərəfindən cavabdehlə əlaqə saxlanılmışdır. Cavabdeh məhkəmə nümayəndəsinə tədqiq olunan mənzilin söküldüyünü bildirmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra onun əvəzinə Cavabdeh2 mənzil verilibverilməməsinin, verilmişsə Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildə yaşayıbyaşamaması, həmçinin Cavabdeh2 ilə bağlanmış müqavilənin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra əvəzində yeni tikilmiş binada Zərnişan E bloku, 4 mərtəbə, 2 otaq, 71,5 kv.m təmirsiz mənzilin verilməsi barədə xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış sonradan Cavabdeh2 MMC-yə müraciət edərək veriləcək mənzili satmaq istədiyini bildirmiş və müqaviləni X3 adına rəsmiləşdirməyi xahiş etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh2 ilə bağlanmış müqavilə ləğv edilərək, Cavabdeh3 MMC ilə X6 arasında müqvilə bağlanmış və hazırda da mənzil onun istifadə və sahivliyindədir. Cavabdeh2 ilə bağlanmış müqavilə 5 il keçdiyi üçün MMC tərəfindən məhv edilmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra onun əvəzinə Cavabdeh2 mənzil verilibverilməməsinin, verilmişsə Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildə yaşayıbyaşamaması, həmçinin Cavabdeh2 ilə bağlanmış müqavilənin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra əvəzində yeni tikilmiş binada Zərnişan E bloku, 4 mərtəbə, 2 otaq, 71,5 kv.m təmirsiz mənzilin verilməsi barədə xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış sonradan Cavabdeh2 MMC-yə müraciət edərək veriləcək mənzili satmaq istədiyini bildirmiş və müqaviləni X3 adına rəsmiləşdirməyi xahiş etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh2 ilə bağlanmış müqavilə ləğv edilərək, Cavabdeh3 MMC ilə X6 arasında müqvilə bağlanmış və hazırda da mənzil onun istifadə və sahivliyindədir. Cavabdeh2 ilə bağlanmış müqavilə 5 il keçdiyi üçün MMC tərəfindən məhv edilmişdir. Cavabdeh3 MMC-nin 23 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında, həmçinin X5 ilə Cavabdeh3 MMC arasında müqavilələrin bağlanmasından 5 il keçdiyi üçün həmin müqavilələr MMC tərəfindən məhv edildiyindən tələb olunan sənədlərin məhkəmə təqdim edilməsinin mümkünsüz olduğu bildirilmişdir. Həmçinin qeyd olunan müqavilələr ləğv edilərkən hər hansı akt tərtib edilməmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllə): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır. Maddə 6.1. Şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Maddə 287. Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir. Maddə 290.1. Girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə. 421.2. Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445-ci İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741. Müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsiniə şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Madfə 27.1. İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək, fiziki şəxs olan borclu isə həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir. Maddə 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. Maddə 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. Maddə 27.4. İpoteka qoyulmuş əşya ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın hesabına sığortalanmalıdır. Maddə 32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Maddə 34. Öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 05 fevral 2015-ci il tarixdə kredit müqaviləsi imzalanmışdıe. Müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 14000 ABŞ dollar məbləğində pul kredit verilmişdir. Eyni tarixdə «AmrahBank” ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncunun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzil kredit müqaviləsində nəzərdə tutulmuş öhəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Bu səbəbdən iddiaçı bank 2021-ci ildə məhkəməyə müraciət etmiş,məhkəmə tərəfindən iddia ərizəsi icraata götürülmüş,ekspertiza keçirilmişdir. Daha sonra tərəflər arasında razılıq olduğundan iddiaçı bank işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin dövrdə 2 ödəniş həyata keçirilmiş,ondan sonra hər hansı ödəniş olmamışdır. Bu səbəbdən bank yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki,ipoteka ilə yüklü edilmiş mənzil Cavabdeh3 MMC tərəfindən sökülmüş,yeni inşa edilən binada A.Zərnişana 71,5 kv.m sahəli 2 otaqlı mənzil təhvil verilmişdir. Binanın sökülməsi barədə ipotekaya qoyana cavabdehlər tərəfindən məlumat verilməmişdir. Daha sonra A.Zərnişan mənzili üçücü şəxs qismində cəlb edilmiş M.Zakirəyə satmışdır. Hazırda bank müqavilə üzrə öhdəliklərin icra edilməsi və tutmanın mənzilə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qəbul etmirlər və iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə iddia tələbinin “müqavilə üzrə əsas, faiz və cərimə borcunun cavabdehlə A.Elşad və Cavabdeh3 MMC-dən tutulması” hissəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Beləliklə də, məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə əsas və faiz borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ekspert rəyindən əsas borc məbləğinin 8317,87 ABŞ dolları, faiz borc məbləğinin 2053,41 ABŞ dolları olduğu müəyyən olunur. Belə olan halda məhkəmə iddia ərizəsində qeyd edilən əsas və faiz borc məbləğinin deyil, ekspert rəyində qeyd olunan əsas və faiz borc məbləğinin cavabdehdən tutulmasını daha ədalətli hesab edir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Odur ki, xx.xx.2015-ci il tarixli E/125324 saylı kredit müqaviləsi üzrə müəyyən edilən cərimə məbləği azaldılmalı və 831 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2355.21 (iki min üç yüz əlli beş dollar 21 sent) ABŞ dolları faiz borcun cavabdehlərdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış 2- 3(103)-130/2020 saylı, 30 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş və iflas prosedurlarına başlanılmışdır. Hüquqi nəticə etibarı ilə "xxxx" ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu 30 aprel 2020-ci il tarixdən itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Məhkəmə iddia tələbinin “tutmanın X4 ötürülmüş və onunla Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 495 saylı müqavilədə nəzərdə tutulmuş sözügedən mənzil üzərində həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna yönəlməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının tələb hüququnun təminatı kimi ipoteka qoyana məxsus olan yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bununla belə, ipoteka qoyan A.Zərnişana məxsus, ipoteka predmeti olan mənzil sökülmüş, onun əvəzində sonuncuya Cavabdeh3 MMC tərəfindən inşa edilən hündürmərtəbəli binada başqa mənzil verilmişdir. Daha sonra əvəz olaraq verilmiş mənzil digər şəxsə satılmışdır. Belə ki, X6, tikinti şirkəti (MMC) ilə bağladığı 19 oktyabr 2022-ci il tarixli 495 nömrəli müqavilə əsasında məbləği Cavabdeh3 MMC-yə tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 4-cü mərtəbəsində, ümumi sahəsi 71,5 kv.m-dən ibarət olan 210 saylı iki otaqlı mənzilin tikintisini Cavabdeh3 MMC-yə həvalə etmişdir. Hazırda iddiaçı bank kredit müqaviləsi üzrə borcun girov obyektinin əvəzində ipoteka qoyana verilmiş (və onun tərəfindən özgəninkiləşdirilmiş) əmlaka yönəldilməsini xahiş edir. İddiaçı bu tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 269.10-cu; “İpoteka haqqında” Qanununun 32.1-ci maddələrinə, aralarında cavabdehlə aralarında bağlanmış 05 fevral 2015-ci il tarixli İpoteka müqaviləsinin 4.1.11-ci maddəsinə, 4.1.12-ci bəndlərinə əsaslanır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 4.1.11-ci bəndinə görə, ipoteka predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitm verildikdə ipotekaverən və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka verən ipoteka predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir. Müqavilənin 4.1.12-ci bəndinə əsasən, ipotekaya verilmiş əşyaya mülkiyyət hüququ həmin əmlakın faizli və əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində və ya hüquq varisliyi qaydasında ipotekaverəndən başqa şəxsə keçdikdə, girov hüququ qüvvədə qalır. İpotekaverənin hüquq varisi ipotekaverənin yerini tutur və onun bütün vəzifələrini daşıyır. Mülki Məcəllənin 269.10-cu maddəsinə əsasən, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Girov və ya ipoteka hüququ yazılı müqavilənin bağlanması ilə (Mülki Məcəllə, maddə 270.1), yaxud digər əsaslarla meydana gəlir (Mülki Məcəllə, maddə 270.2): məsələn, qanuna əsasən yaranan ipoteka hüququ (Mülki Məcəllə, maddə 252.4, 253.3 və s.). Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulmuşdur. Belə ki, girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir. Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür. Bu cür hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 290.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddələrində göstərilir ki, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Eyni qaydada, girovda olan əşyanın kimin xeyrinə sığortalanmasından asılı olmayaraq girov (ipoteka) saxlayanın hüququ var ki, əşyanın itirilməsi və ya zədələnməsinə görə verilən sığorta ödənişindən (əgər hadisə girov saxlayanın cavabdeh olduğu səbəblərdən baş verməyibsə) təminat alsın. İstinad olunan normaların ortaq cəhəti ondan ibarətdir ki, girov (ipoteka) predmeti sıradan çıxdığı bütün hallarda girov saxlayanın əvəz almaqla predmetin yerinə keçən əmlaka üstün hüquqa malik olan şəxs kimi tutma yönəltmək hüququ vardır. Göründüyü kimi mülki qanunvericiliyə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da, ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir. Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır. Qanunvericilik iddiaçının girov (ipoteka) predmeti sıradan çıxdığı bütün hallarda girov saxlayanın əvəz almaqla predmetin yerinə keçən əmlaka üstün hüquqa malik olduğunu müəyyən etsə də, iş materiallarından olan Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 61, 1 saylı mənzili Cavabdeh3 MMC tərəfindən söküldükdən sonra əvəzində yeni tikilmiş binada E bloku, 4 mərtəbə, 2 otaq, 71,5 kv.m təmirsiz mənzilin verilməsi barədə xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış sonradan Cavabdeh2 MMCyə müraciət edərək veriləcək mənzili satmaq istədiyini bildirmiş və müqaviləni X3 adına rəsmiləşdirməyi xahiş etmişdir. Buradan müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın əvəzinə verilmiş əmlak ipoteka qoyanın deyil, X1 və istifadəsində olan mənzildir. İddia tələbi ilə bağlı kredit müqaviləsi üzrə borcun girov obyektinin əvəzində ipoteka qoyana verilmiş əmlaka yönəldilməsi X3 xüsusi mülkiyyətin toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxarır. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki,M.Zakirə ilə iddiaçı bank arasında hər hansı öhdəlik münasibətləri mövcud olmamış,M.Zakirə ilə Cavabdeh3 MMC arasında bağlanmış müqavilənin etibarlılığı mübahizələndirilməmişdir. İpoteka qoyanın, borclunun və Cavabdeh3 MMC-nin binanın sökülməsi barədə banka məlumat verməməsi işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi bu barədə məlumatı yalnız hazırki mülki işin gedişatında əldə etdiyini bildirsə də, mülki işin materiallarında olan 31 yanvar 2022-ci il tarixli müraciətdən görünür ki, "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2 (005)-5020/2021 saylı mülki iş üzrə ekpertizanın keçirilməsinin mümkünsüzlüyü barədə məlumat vermişç, mipoteka predmeti olan ünvan 2 ünvanında yeləşən mənzilin söküldüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən halda bu cür məlumatın verilməməsi kredit müqaviləsi üzrə borcun Cavabdeh3 MMC-dən tutulmasına, tutmanın isə artıq ipotekaya qoyanın mülkiyyətində olmayan mənzil üzərində cavabdeh olmayan, üçüncü şəxs qismində cəlb edilmiş şəxsin mənzil üzərində həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna yönəlməsi əsas verə bilməz. Yuxarıda istinad edilən qanunvericilik normalarından da görünür ki, ipoteka saxlayanın üstün təminat hüququ başqa şəxsin faktiki mülkiyyətində olan əmlakın hesabına deyil, məhz ipoteka qoyanın mülkiyyətində olan, ipoteka predmeti olmasa da, onun əvəzləşdirilməsi nəticəsində əldə edilmiş əmlaka yönəldilməsi hesabına realizə edilir. Buna görə də iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəfindən iddia tələbi mənzil üzərində həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna yönəlməsi hissəsində təmin edilmədiyindən, məhkəmə iddia tələbinin “mənzilin boşaldılması, hərracdan satılması və s.” hissəsində də əlavə araşdırma aparmadan rədd edilməsi qənaətinə gəlir. Belə ki, mahiyyət etibarilə bu tələblər tutmanın yönəldilməsi barədə tələbdən asılıdırlar, və o hissədə tələbin rədd edilməsi ondan irəli gələn tələblərin də rədd edilməsilə nəticələnir. Məhkəmə bu qənaətə gələrkən mülki prosessual qənaət prinsipini rəhbər tutur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının, cavabdehlərin, o cümlədən Cavabdeh3 MMC-nin hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanı ayrıca iddia icraatı çərçivəsində tələb etmək hüququ vardır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.2 və 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X12 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh1 arasında xx.xx.2015ci il tarixli E/125324 saylı Kredit Müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli mədaxil elanlarından görünür ki, Cavabdeh2 tərəfindən 200 manat Cavabdeh1 tərəfindən 1000 manat ödəniş edilmişdir. AmrahBank” ASC tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin İş № 2(005)-308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanmışdır. Göründüyü kimi cavabdehlər tərəfindən ödəniş edildiyi və iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi üçün iddia müddətinin axımı kəsilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, iş üzrə ödənilmiş 227,66 manat dövlət rüsumunun 94 manatı Cavabdeh1 tutulmalı, qalan hissədə ididaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 8317,87 ABŞ dolları əsas borcuna görə, 2053,41 ABŞ dolları faiz borcuna görə, 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11202,98 ABŞ dolları pul (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) İddiaçı ASC- nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pulun 20 manatı Cavabdeh1, 30 manatı isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8317,87 ABŞ dolları əsas borcuna görə, 2053,41 ABŞ dolları faiz borcuna görə, 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11202,98 ABŞ dolları pul (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" ASC- nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 227,66 manat dövlət rüsumunun 94 manatı Cavabdeh1 tutulsun, qalan hissədə ididaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pulun 20 manatı Cavabdeh1, 30 manatı isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar