Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2065/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X5 Mehdi qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022 tarixli mediasiya haqqında barışıq sazişinin "3.Ata Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 193 (bir yüz doxsan üç manat) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, İkinci T ərəf bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir” və “4. İkinci tərəf V əliyev İlyas Malik oğlu birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və ikinci tərəf bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürməsi” şərtlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Daha sonra aliment, həmçinin uşağın atanın razılığı olmadan xaricə aparılması barədə mübahisə yaranmış, bununla bağlı mediyasiya müraciət olunmuşdur. Tərəflər xx.xx.2022 ci ildə mediasıya haqqında barışıq sazişi imzalamışlar və aşağıdakı şərtlərlə bağlı razılığa gəlmişlər :
1. Aralarında bağlanmış nikaha xitam verilsin (ləğv edilsin)
2. Övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsinə verilsin.
3. Ata Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 193 (bir yüz doxsan üç manat) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, ikinci Tərəf bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir.
4. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və ikinci tərəf bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürür. Bildirmək istəyir ki, iddiaçı və cavabdeh mediyasiya prosesində uşağın xaricə aparılmasına razılıq verilməsi və aliment ilə bağlı razılıq əldə edilməsi göstərilsə də cavabdeh hər iki şərti icra etməmişdir. Belə ki, uşağın xaricə aparılması üçün məhkəmə qətnaməsi və ya atanın notarial razılıq ərizəsi olmalıdır. Bundan başqa aliment ilə bağlı da şərt cavabdeh tərəfindən icra olunmur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkilərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.
1. 3.Ata Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 193 (bir yüz doxsan üç manat) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, ikinci Tərəf bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir. 1.4.İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və ikinci tərəf bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 1.3 və 1.4cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin 1.3 və 1.4-cü bəndinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin 1.3 və 1.4-cü bəndinin şərtləri təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin "1.3.Ata Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 193 (bir yüz doxsan üç manat) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, İkinci Tərəf bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir” və “1.4. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və ikinci tərəf bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürməsi” bəndləri təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Solmaz Ədilova