Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2092/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması, tutmanın depozit müqaviləsinə əsasən yerləşdirilmiş hesab üzrə depozit əmanətinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə cavabdehdən 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 2.712,92 (iki min yeddi yüz on iki avro doxsan iki sent) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 (əlli üç min iki yüz qırx üç avro qırx doqquz sent) avro məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsümunun tutulmasına; 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 2012-ci il tarixdə CavabdehX6 “Bank Standard” Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 50.000 (əlli min) avro məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə Cavabdeharasında xx xxxxx 2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/14699/11 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdehillik 14 (on dörd) faiz ödəniiməsi şərti ilə 79 (yetmiş doqquz) ay 19 (on doqquz) gün müddətinə 50.000 (əlli min) avro məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh bankda 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə əmanət xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli girov müqaviləsi ilə girov qoyulmuşdur. Lakin hazırkı iş üzrə Cavabdehöz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 2.712,92 (iki min yeddi yüz on iki avro doxsan iki sent) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 (əlli üç min iki yüz qırx üç avro qırx doqquz sent) avro məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdehna xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh şəxs tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsus əhəmiyyətə malikdir. İddiaçı Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə cavabdehdən 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 2.712,92 (iki min yeddi yüz on iki avro doxsan iki sent) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 (əlli üç min iki yüz qırx üç avro qırx doqquz sent) avro məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsümunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıLəğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: CavabdehX6 “Bank Standard” Kommersiya Bankına ünvanladığı xx xxxxx 2012-ci il tarixli ərizənin məzmunundan görünür ki, o bankdan 50.000 (əlli min) avro məbləğində kredit verilməsini xahiş etmişdir; X6 “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeharasında bağlanmış xx xxxxx 2012-ci il tarixli kredit verilməsi haqqında 1xx/xx/14699/11 nömrəli müqavilənin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdehillik 14 (on dörd) faiz ödəniiməsi şərti ilə 79 (yetmiş doqquz) ay 19 (on doqquz) gün müddətinə 50.000 (əlli min) avro məbləğində kredit verilmişdir; X6 “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeharasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli kredit verilməsi haqqında 1xx/xx/14699/11 nömrəli müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh bankda 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə əmanət girov qoyulmuşdur; Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 xx xxxx 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdehöz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 2.712,92 (iki min yeddi yüz on iki avro doxsan iki sent) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 (əlli üç min iki yüz qırx üç avro qırx doqquz sent) avro məbləğində borcu qalmışdır; Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 Cavabdeh ünvanladığı xx xxxx 2019-cu il tarixli bildirişin məzmunundan görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hesablanmış borc məbləğinin ödənilməsi 3 (üç) gün ərzində bank tərəfindən tələb edilmiş, əks təqdirdə Cavabdeh müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1964cü il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan X6 “Bank Standard” Kommersiya Bankı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankından aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 2.712,92 (iki min yeddi yüz on iki avro doxsan iki sent) avro məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 500 (beş yüz) avro məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı Ləğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı Ləğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankının xeyrinə xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 500 (beş yüz) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 51.030,57 (əlli bir min otuz avro əlli yeddi sent) avro məbləğində borc vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 500 (beş yüz) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 51.030,57 (əlli bir min otuz avro əlli yeddi sent) avro məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan X6 “Bank Standart” Kommersiya Bankının xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-2092/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2092/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver