Məhkəmə qərarları › İş №e-2(005)-2144/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2144/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2144/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 01.04.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə 2042.54 ABŞ dolları əsas borc, 1724.85 ABŞ dolları faiz borc, 881.10 ABŞ dolları cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 293.44 ABŞ dolları, cəmi 4941,93 USD (dörd min doqquz yüz qırx bir ABŞ dolları, 93 sent) borcun, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 01.04.2015-ci il tarixli, 167 saylı kredit müqaviləsi üzrə 4043.04 ABŞ dolları əsas, 3865.28 ABŞ dolları faiz, 1744.09 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 586.88 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 10.239,29 USD (on min iki yüz otuz doqquz ABŞ dolları, 29 sent) və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydadada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın ipoteka predmeti “Hyundai Sonata” markalı, buraxılış ili 2009-cu il olan, **-BN-***dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 01.04.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə ilik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 3.200 (üç min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə 01.04.2015-ci il tarixli, 166 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Hyundai Sonata” markalı, buraxılış ili 2009-cu il olan, **-BN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Bundan başqa Cavabdeh2 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 01.04.2015-ci il tarixli, 167 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 6.940 (altı min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh3 və Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun 01.04.2015-ci il tarixli, 167 saylı kredit müqaviləsi üzrə 4043.04 ABŞ dolları əsas, 3865.28 ABŞ dolları faiz, 1744.09 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 586.88 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 10.239,29 USD (on min iki yüz otuz doqquz ABŞ dolları, 29 sent), 01.04.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə 2042.54 ABŞ dolları əsas borc, 1724.85 ABŞ dolları faiz borc, 881.10 ABŞ dolları cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 293.44 ABŞ dolları, cəmi 4941,93 USD (dörd min doqquz yüz qırx bir ABŞ dolları, 93 sent) borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh2 izahat verib, təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclsasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi X1 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, onların izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı təqiq edilmiş: ”İddiaçı” ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2015-ci il tarixli, 167 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 36 ay müddətinə, illik 22 % olmaqla, 6940 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan, ”İddiaçı” ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 36 ay müddətinə, illik 22 % olmaqla, 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “İddiaçı ASC” ilə Cavabdeh2 arasında bağlanmış 166 saylı, 01 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 01 aprel 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan “Hyundai Sonata” markalı, Ban:5NPEU46C39H567810, rəngli Qara, buraxılış ili 2009 il olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İş materiallarında olan 09.03.2021-ci il tarixli bildirişin qeydə alınması ərizəsindən görünür ki, bildiririk ki, İddiaçı ASC-nin Uğur filialı ilə borc alan Cavabdeh2 arasında bağlanmış 01.04.2015-ci il tarixli, 166 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana avtomobil alınması məqsədilə 36 ay müddətinə , illik 22% faiz dərəcəsi ilə 3200 (üç min iki yüz) USD məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 məxsus olan HYUNDAİ SONATA minik markalı (dövlət qeydiyyat nişanı: **-BN-***, buraxılış ili 2009-cu il, Ban nömrəsi: 5NPEU46C39H567810, rəngi: Qara) minik avtomobili 01.04.2015-ci il tarixli, 166 nömrəli İpoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Uğur filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 01.04.2015-ci il tarixli AA seriyalı 130859 nömrəli Çıxarış verilmişdir. Borc alan tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi üçün ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələbin ödənilməsi üçün İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbirlərinə başlanılmışdır. Bu məqsədlə ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınmasını sizdən xahiş edirik. İş materiallarında olan kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair 11.03.2021-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC-nin Uğur filialı (bundan sonra mətndə Bank) ilə Cavabdeh2 arasında 01.04.2015-ci il tarixində kredit verilməsi haqqında 166 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 22 (iyirmi iki) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə, 3200 (üç min iki yüz) USD məbləğində kredit verilmişdir. 01.04.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 özünə məxsus 2009-cu il buraxılışlı, Qara rəngli, HYUNDAİ SONATA markalı (Ban nömrəsi: 5NPEU46C39H567810) **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.04.2015-ci il tarixli, 166 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Sizin tərəfinizdən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bunun nəticəsində kredit müqaviləsi üzrə Sizin Banka 2042.54 USD məbləğində əsas borc, 1724.85 USD məbləğində faiz borcu, 881.10 USD məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 293.44 USD məbləğində faiz məbləği, ümumilikdə isə 4941.93 USD məbləğində borcunuz qalmışdır. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Sizdən tələb olunur: qeyd olunan kredit müqaviləsi üzrə Banka olan borcun ödənilməsi məqsədi ilə 4941.93 USD məbləğində borcun 3 (üç) gün müddətində Banka ödənilməsini və ya ipoteka predmetlərinə tutma yönəldilməsini təmin edəsiniz. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcurı, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi və ipoteka predmetlərinin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 01.04.2015-ci il tarixli, 167/1 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etmədikdə və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.04.2015-ci il tarixli, 167 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etmədikdə və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 02.03.2021-ci il tarixli Bildiriş məktubundan görünür ki, borc məbləği 3 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışlarına əsasən, Cavabdeh2 01.04.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə 12.02.2021-ci il tarixə 2042.54 ABŞ dolları əsas borc, 1724.85 ABŞ dolları faiz borc, 881.10 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borc 293.44 ABŞ dolları, cəmi 4941.93 ABŞ dolları, 01.04.2015-ci il tarixli, 167 saylı kredit müqaviləsi üzrə isə 12.02.2021-ci il tarixə 4043.04 ABŞ dolları əsas borc, 3865.28 ABŞ dolları faiz borc, 1744.09 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borc 586.88 ABŞ dolları, cəmi 10239.29 ABŞ dolları, Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir; 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış kredit 01.04.2015-ci il tarixli, 166 saylı müqavilə üzrə 01 mart 2019-cu il tarixinə əsas borcu 3472,32 manat təşkil etmiş, restrukturizasiya olunması təklif olunan kredit borcu 3472,32 manat (iddia olunan əsas borc məbləğində) müəyyən edilmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış kredit 01.04.2015-ci il tarixli, 167 saylı müqavilə üzrə 01 mart 2019-cu il tarixinə əsas borcu 6873,16 manat təşkil etmiş, restrukturizasiya olunması təklif olunan kredit borcu 6873,16 manat (iddia olunan əsas borc məbləğində) müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh2 01.04.2015-ci il tarixli 166 saylı müqavilə üzrə 3472 manat, 01.04.2015-ci il tarixli 167 saylı müqavilə üzrə isə 6873,16 manat məbləğində vəsait tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi faiz və cərimə borcunun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbi üzrə tutulmalı borcun zamin Cavabdeh3 və Cavabdeh1 münasibətdə rədd edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da göründüyü kimi 01 aprel 2014-cü il tarixdə "İddiaçı" ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Lakin iddiaçı 18.03.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, 01.04.2015-ci il tarixli 166 saylı kredit müqaviləsinin təminatı kimi tutulacaq məbləğ cavabdehin mülkiyyətində olan 2009-cu il buraxılışlı, Qara rəngli, HYUNDAİ SONATA markalı (Ban nömrəsi: 5NPEU46C39H567810) **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ cavabdehin LPO İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh2 qaytarılmalı, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 01.04.2015-ci il tarixli 166 saylı müqavilə üzrə 3472,32 manat əsas borc, 01.04.2015-ci il tarixli 167 saylı müqavilə üzrə 6873,16 manat əsas borc və 30 manat dövlət rüsumu LPO "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. 01.04.2015-ci il tarixli 166 saylı müqavilə üzrə tutulacaq məbləğ kreditin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan 2009-cu il buraxılışlı, Qara rəngli, HYUNDAİ SONATA markalı (Ban nömrəsi: 5NPEU46C39H567810) **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın, satışdan əldə ediləcək məbləğ Cavabdeh2 LPO İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh2 oğluna qaytarılsın. Satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ Cavabdeh2 tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar