Məhkəmə qərarları › İş №e-2(005)-2146/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2146/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2146/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 30.03.2013-cü il tarixli 149 saylı kredit müqaviləsi üzrə 2338.43 ABŞ dolları əsas borc, 1381.23 ABŞ dolları faiz borcu, 548.42 ABŞ dolları cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 327.04 ABŞ dolları, cəmi 4595.12 ABŞ dolları (dörd min beş yüz doxsan beş ABŞ dolları, 12 sent) borcun, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh3 30.03.2015-ci il tarixli, 150 saylı kredit müqaviləsi üzrə 2097.00 ABŞ dolları əsas, 1093.94 ABŞ dolları faiz, 491.82 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 874.94 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3979.14 ABŞ (üç min doqquz yüz yetmiş doqquz ABŞ dolları, 13 sent) və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanının ipoteka predmeti “Mersedes Benz 240” markalı, buraxılış ili 2000-ci il olan, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait X3 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin X2 t tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh X4 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 30.03.2013-cü il tarixli, 149 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 22 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2.400 (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq X6 ilə 30.03.2013-cü il tarixli, 149 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Mersedes Benz E240” markalı, buraxılış ili 2000-ci il olan, **-RL-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit və ipoteka müqavilələrin müddəti 11.05.2016-cı il tarixdə 30.04.2018-ci il tarixə qədər uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Bundan başqa cavabdeh X6 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 30.03.2015-ci il tarixli, 150 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 4.400 (dörd min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh1 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit və ipoteka müqavilələrin müddəti 11.05.2016-cı il tarixdə 30.04.2018ci il tarixə qədər uzadılmışdır. Lakin borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun 30.03.2015-ci il tarixli, 150 saylı kredit müqaviləsi üzrə 2097.00 ABŞ dolları əsas, 1093.94 ABŞ dolları faiz, 491.82 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 874.94 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 3979.14 USD (üç min doqquz yüz yetmiş doqquz ABŞ dolları, 13 sent), 30.03.2013-cü il tarixli, 149 saylı kredit müqaviləsi üzrə 2338.43 ABŞ dolları əsas borc, 1381.23 ABŞ dolları faiz borc, 548.42 ABŞ dolları cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 327.04 ABŞ dolları, cəmi 4595.12 USD (dörd min beş yüz doxsan beş ABŞ dolları, 12 sent) borcu yaranmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarlı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 30.03.2013-cü il tarixli 149 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borc alana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə, 2400 (iki min dörd yüz) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilənin 2.2-ci bəndinə əsasən kredit avtomobil almaq məqsədi üçün götürülür. 28.02.2018-ci il tarixli Kredit ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı qrafik üzrə aylı 233.60 (iki yüz otuz üç manat altmış qəpik) manat ödəniş etmək üçün üzərinə öhdəlik götürmüşdür. 11.05.2016-cı il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavənin 1-ci bəndinə əsasən fiziki şəxs Cavabdeh2 30 mart 2013-cü il tarixli 149 saylı kredit müqaviləsinə əsasən verilmiş 4400 (dörd min dörd yüz ABŞ dolları 00 sent) ABŞ dolları məbləğində kreditin qalıq 2341 (iki min üç yüz qırx bir ABŞ dolları 00 sent) ABŞ dolları əsas, 0 (ABŞ dolları 00 sent) ABŞ dolları faiz məbləğinin ödəniş müddəti 30 mart 2013-cü il tarixli 149 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 30 aprel 2018-ci il tarixinədək uzadılsın və illik faiz dərəcəsi 22 % dən 18%-ə endirilsin. 11.05.2016-cı il tarixli ipoteka müqaviləsinə 1 nömrəli əlavənin 1-ci bəndinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filalı ilə ipoteka qoyan fiziki şəxs Cavabdeh2 şəxsində digər tərəfdən borclalan fiziki şəxs Cavabdeh2 arasında bağlanmış 30 mart 2013-cü il tarixli 149 saylı girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti 37 ay, yəni 30 aprel 2018-ci il tarixə qədər uzadılsın və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilsin. 30.03.2015-ci il tarixli 150 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bank borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə, 4400 (dörd min dörd yüz) ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavildə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. 30.03.2015-ci il tarixli 150 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 150 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsulyyəti öz üzərinə götürür. 30.03.2015-ci il tarixli 150/1 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 150 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 30.03.2015-ci il tarixli, AA №130826 nömrəli İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyesterindən çıxarışa əsasən Cavabdeh2 idarə etdiyi Mersedes Benz E240 minik markalı 90RL717 dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-nin “Uğur” filalında yüklü edilmişdir Asan-1 tərəfindən verilmiş 18.04.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh2 xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Montin D/K, ev.175 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 25.06.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1981-ci ildə Ermənistan respublikası, Amasiya rayonunda anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş 14.01.2015-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh3 xx.xx.1984-cü ildə Ermənistan respublikası, Razadn rayonunda anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. 09.03.2021-ci il tarixli **********356 nömrəli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi üçün ləğv prosesində olan İddiaçıASC-nin ləvğedcisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələbin ödənilməsi üçün ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbirlərinə başlanılmışdır. Bu məqsədlə ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmişdir. 02 mart 2021-ci il tarixli **********134 nömrəli maliyyə arayışına əsasən LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 mart 2015-ci il tarixli UGR**********7170002 saylı kredit müqaviləsi üzrə 15 fevral 2021-ci il tarixinə yaranmış tələbə əsasən müqavilə üzrə əsas borc 2097 (iki min doxsan yeddi) ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1093 (bir min doxsan üç) ABŞ dolları 94 (doxsan dörd) sent, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 491 (dörd yüz doxsan bir) ABŞ dolları 82 (səksən iki) sent, Azərbaycan Respublikası MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 296 (iki yüz doxsan altı) ABŞ dolları 38 (otuz səkkiz) sent, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 3979 (üç min doqquz yüz yetmiş doqquz) ABŞ dolları 14 (on dörd) sent təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 30 mart 2013-cü il tarixli, 149 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 22 (iyirmi iki) ay müddətinə, illik 22 (iyirmi iki) faiz ödəmək şərti ilə 2.400 (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit vermiş, müvafiq müqavilə üzrə öhdəliklərin təminatı qismində tərəflər arasında 30 mart 2013-cü il tarixli, 149 nömrəli ipoteka müqaviləsi bağlanmış və X4 məxsus olan “Mercedes Benz E240” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-cİ il, minik avtomobili ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC müvafiq kredit müqaviləsində göstərilən məbləğdə X4 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliklərin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Odur ki, 30 mart 2013-cü il tarixli 149 saylı kredit müqaviləsi üzrə 548,42 ABŞ dolları müəyyən edilən cərimə məbləği azaldılmalı 50 ABŞ dollarına endirilməli, 30 mart 2015-ci il tarixli 150 saylı kredit müqaviləsi üzrə 491,82 ABŞ dolları müəyyən edilən cərimə məbləği azaldılmalı 50 ABŞ dollarına endirilməlidir. O da qeyd edilməlidir ki, 30 mart 2015-ci il tarixli 150 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra tələb olunan məbləğ 874,94 ABŞ dolları olduğu halda, 02 mnart 2021-ci il tarixli **********134 saylı maliyyə arayışna görə bu məbləğ 296 ABŞ dolları təşkil edir. Odur ki, maliyyə araışı əsas götürülməklə iddiaya hüquqi qiymət verilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə qalıq borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, iddia tələbində qeyd edilən pul məbləğinin ondan tutulmalı olduğu qənaətinə gəlmişdir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədiyi təqdirdə növbəti prosessual hərəkət qətnamənin icrasına yönələn icra hərəkətlərinin ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qətnamənin icra mərhələsinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 mart 2013-cü il tarixli № 149 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 2338.43 (iki min üç yüz otuz səkkiz ABŞ dolları qırx üç sent) ABŞ dolları əsas borcu, 1381.23 (min üç yüz səksən bir ABŞ dolları iyirmi üç sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, Konsitutsiya Məhkəməsini Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5% olan 327 (üç yüz iyirmi yeddi ABŞ dolları) ABŞ dolları olmaqla, cəmi 4.096,66 (dörd min doxsan altı ABŞ dolları 66 sent) ABŞ dolları pul vəsaiti; 30.03.2015-ci il tarixli 150 saylı kredit müqaviləsi üzrə 2097.00 (iki min doxsan yeddi) ABŞ dolları əsas borc, 1093.94 (min doxsan üç ABŞ dolları doxsan dörd sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 296 (iki yüz doxsan altı) ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3536,94 (üç min doqquz yüz yetmiş doqquz ABŞ dolları on dörd sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus qeydiyyat nişanı **-RL-***, buraxılış ili 2000-ci il olan, “Mercedes Benz E240” minik markalı, WDB2100621B178640 ban nömrəli minik avtomobilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh X4 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 mart 2013-cü il tarixli № 149 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 2338.43 (iki min üç yüz otuz səkkiz ABŞ dolları qırx üç sent) ABŞ dolları əsas borcu, 1381.23 (min üç yüz səksən bir ABŞ dolları iyirmi üç sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, Konsitutsiya Məhkəməsini Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5% olan 327 (üç yüz iyirmi yeddi ABŞ dolları) ABŞ dolları olmaqla, cəmi 4.096,66 (dörd min doxsan altı ABŞ dolları 66 sent) ABŞ dolları pul vəsaiti; 30.03.2015-ci il tarixli 150 saylı kredit müqaviləsi üzrə 2097.00 (iki min doxsan yeddi) ABŞ dolları əsas borc, 1093.94 (min doxsan üç ABŞ dolları doxsan dörd sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 296 (iki yüz doxsan altı) ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3536,94 (üç min doqquz yüz yetmiş doqquz ABŞ dolları on dörd sent) ABŞ dolları olmaqla hər iki müqavilə üzrə ümumlikdə 7633,60 (yeddi min altı yüz otuz üç ABŞ dolları, 33 sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus qeydiyyat nişanı **-RL-***, buraxılış ili 2000-ci il olan, “Mercedes Benz E240” minik markalı, WDB2100621B178640 ban nömrəli minik avtomobilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar