Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2233/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanan MŞB/11/2023-00670 saylı, 12 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə 18 noyabr 2008-ci ildə nikah münasibəti yaranmışdır. Birgə nikah dövründən 3 övladları, xx.xx.2011ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Maraqlı şəxslə birgə nikah dövründə münasibətləri yaxşı olmuşdur, lakin son dövrlər aralarında yaranan problemləri həll edə bilməməkləri səbəbindən övladlarına birgə qayğı və məsuliyyəti qaydasında saxlamaqla nikahlarını sonlandırmağa qarşılıqlı şəkildə qərara almışlar. Nikaha xitam verilməsi ilə bağlı müvafiq prosedurlara baş vurmuş, ilkin mərhələ mediasiya prosesində hər ikisi iştirak etmiş və barışıq sazişi imzalayaraq uşaqların kimdə qalması, əmlak bölgüsü və.s məsələlərdə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, maraqlı şəxslə aralarında xx.xx.2023-cü ildə 11 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesində əldə olunan barışıq nəticəsində tərtib edilən №MŞB/11/2023-00670 saylı 5 bənddən ibarət barışıq əldə olunmuşdur. Həmin sazişə əsasən hər iki tərəf nikahın xitamına və məhkəmə qaydasında işə baxılmasına razılaşmış, uşaqların anasının himayəsində qalmağına razı olmağı, alimentin məhkəmə qaydasında müəyyən edilməsinə razılıq, uşaqlarla ünsiyyət hüququnun pozulmayacağına və son olaraq maraqlı şəxs X2 adına ünvan 1 ünvanlı, ümumi sahəsi 54.1 kv.m olan 1 otaqlı mənzilə onun ½ pay hüququnu tanıyır və maraqlı şəxs bu barədə xx.xx.2023-cü il tarixinədək Bağçalı Evlər MTK-ya ərizə verməyi öhdəsinə götürür. Lakin maraqlı şəxslə qarşılıqlı razılaşma əldə etməyinə baxmayaraq o razılaşmanın 5-ci bəndinə əməl etməkdən boyun qaçırır və birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanlı, ümumi sahəsi 54.1 kv.m olan 1 otaqlı mənzilə onun ½ pay hüququnu tanımaq və bu barədə xx.xx.2023-cü il tarixinədək Bağçalı Evlər MTK-ya ərizə verməkdən boyun qaçırır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında ərizənin rədd edilməsini xahiş edərək bildirmişdir ki, qarşı tərəf ona barışıq sazişi imzalanmasa belə birgə nikah dövründə əldə olunmuş əmlakın ½ hissədə bölünəcəyini bildirmişdir. Bu səbəbdən də o, barışıq sazişini imzalamışdır. Lakin, hal-hazırda aralarında nikahlarının pozulmadığını bildirərək aliment hissəsində razılıq əldə olunmadığından məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə, ərizəçi və maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. Maddə 1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Bakı Nikah evi tərəfindən xx.xx.2008-ci il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 3829 nömrə ilə qeydə aimmiŞ nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. Maddə 2. İkinci Tərəf övladları xx.xx.2011-ci il doğum tarixli X4, 17,03.2012-ci il doğum tarixli X3 və xx.xx.2017-ci il doğum tarixli X6, Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir. Maddə 3. Tərəflər Saziş imzalandıqdan sonra alimentin ödənilməsinin məhkəmə qaydasında müəyyən edilməsinə razılaşdılar. Maddə 4. X12 Tərəfə övladları xx.xx.2011-ci il doğum tarixli X4, xx.xx.2012-ci il doğum tarixli X3 və xx.xx.2017-ci il doğum tarixli X10 ilə uşaqların təhsil vaxtları istisna olmaqla, günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşaqları götürməyinə) şərait yaradacaq. Maddə 5. Tərəflər Saziş imzalandıqdan sonra, Birinci Tərəfin adına olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Bağçalı Evlər MTK-ya məxsus, 96 nömrəli binanın, 2-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, 1 otaqlı, sahəsi 54,1 kv.m olan 31 saylı mənzilə dair tərəflərin 1/2 (ikidə bir) pay hüququnun olmasını tanıyır və Birinci Tərəf bu barədə xx.xx.2023-cü il tarixədək Bağçalı Evlər MTK-ya ərizə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, mediator X7 tərəfindən təsdiq edilən tərəflər arasında 12 aprel 2023-cü il tarixdə bağlanılmış barışıq sazişi qismən təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 5-ci bəndinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 5-ci bəndi “Tərəflər Saziş imzalandıqdan sonra, Birinci Tərəfin adına olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Bağçalı Evlər MTK-ya məxsus, 96 nömrəli binanın, 2-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, 1 otaqlı, sahəsi 54,1 kv.m olan 31 saylı mənzilə dair tərəflərin 1/2 (ikidə bir) pay hüququnun olmasını tanıyır və Birinci Tərəf bu barədə xx.xx.2023-cü il tarixədək Bağçalı Evlər MTK-ya ərizə verməyi öhdəsinə götürür” təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2233/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2233/2023
16.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver