Məhkəmə qərarları › İş №e-2(005)-2551/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2551/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2551/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi X4 Olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, X4 Olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, 2002 saylı kredit müqaviləsi üzrə 2279,23 ABŞ dolları əsas, 238,93 ABŞ dolları faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 346,24 dolları məbəğində faiz (5%) borcu, cəmi 2.864,40 (iki min səkkiz yüz altmış dörd ABŞ dolları, 40 sent) borcun; xx.xx.2015-ci il tarixli, 2003 saylı kredit müqaviləsi üzrə 1736,45 ABŞ dolları əsas borc, 182,03 ABŞ dolları faiz borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 259,16 ABŞ dollar, cəmi 2178,16 (iki min yüz yetmiş səkkiz ABŞ dolları, 16 sent) və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, Tutmanın ipoteka predmeti olan “Mersedes Benz E320 minik” markalı, gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Xırdalan” filialı arasında 23.062015-ci il tarixli, 2002 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2.800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Məmmədov T ərlan Nizami oğlu ilə xx.xx.2015-ci il tarixli, 2002 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mersedes Benz E320 minik” markalı, gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, **- RN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Cavabdeh ilə İddiaçı ASC-nin “Xırdalan” filialı arasında xx.xx.2015-ci il tarixli 2003 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 3.580 (üç min beş yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2015-ci il tarixli, 2002 saylı kredit müqaviləsi üzrə 2279,23 ABŞ dolları əsas, 238,93 ABŞ dolları faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 346,24 dolları məbəğində faiz (5%) borcu, cəmi 2.864,40 (iki min səkkiz yüz altmış dörd ABŞ dolları, 40 sent), xx.xx.2015-ci il tarixli, 2003 saylı kredit müqaviləsi üzrə 1736,45 ABŞ dolları əsas borc, 182,03 ABŞ dolları faiz borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 259,16 ABŞ dollar, cəmi 2178,16 (iki min yüz yetmiş səkkiz ABŞ dolları, 16 sent) borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, kredit borcunun məbləği ilə bağlı etirazı olmasa da, hazırda onun banka olan borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, onun izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 3580 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2002 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 2800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 2800 ABŞ dolları Cavabdeh tərəfindən imza edilərək, qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2003 saylı kredit müqaviləsinə Əlavənin surətindən görünür ki, kredit alan Cavabdeh 3580 ABŞ dolları məbləği 24 ay müddətinə 185,72 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2002 saylı kredit müqaviləsinə Əlavənin surətindən görünür ki, kredit alan Cavabdeh 2800 ABŞ dolları məbləği 24 ay müddətinə 145,26 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışlardan görünür ki, borcalan Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə banka 1736,45 ABŞ dolları ödənilməmiş əsas borcu, 182,03 ABŞ dolları ödənilməmiş faiz borcu, kredit müddəti bitdikdən sonra illik 5 % 259,68 ABŞ dolları cəmi 2178 ABŞ dolları borcu; banka 2279 ABŞ dolları ödənilməmiş əsas borcu, 238 ABŞ dolları ödənilməmiş faiz borcu, kredit müddəti bitdikdən sonra illik 5 % 346,24 ABŞ dolları cəmi 2864 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2002 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış xx xxxx 2015-ci il tarixli 2002 kredit müqaviləsinə əsasən ipoteka saxlayan Borcalana 24 ay müddətinə illik 22 faiz olmaqla 2800 ABŞ dolları kredit verir. Kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan “Mersedes Benz E320 minik” markalı, gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanında yüklülük qeydiyyatının aparılmasının üzərinə götürür. İpoteka predmeti 13600 ABŞ dolları məbləğində qiymətləndirilir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli № **********266 nömrəli bildirişdən görünür ki, borcluya banka olan borcunu ödəmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx xxxxxxxx 2017-ci il tarixli, № 04/h-6268 nömrəli ərizənin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh göndərilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin qeydə alınması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh xx.xx.2015-ci il tarixli 2002 saylı kredit müqaviləsi üzrə 2279,23 ABŞ dolları əsas, 238,93 ABŞ dolları faiz, kredit üzrə müddət sonuna hesablanan faiz 346,24 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2864,40 ABŞ dolları məbləğində kredit borcu; xx.xx.2015-ci il tarixli 2003 saylı kredit müqaviləsi üzrə 1736,45 ABŞ dolları əsas, 182,03 ABŞ dolları faiz, kredit üzrə müddət sonuna hesablanan faiz 259,16 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2178,16 ABŞ dolları məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə iddia tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, xx xxxx 2015-ci il tarixli 2002 saylı kredit müqaviləsinin təminatı kimi tutulacaq məbləğ cavabdehin mülkiyyətində olan “Mersedes Benz E320 minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ cavabdehin xx xxxx 2015-ci il tarixli 2002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 2002 saylı kredit müqaviləsi üzrə 2279,23 ABŞ dolları əsas, 238,93 ABŞ dolları faiz, kredit üzrə müddət bitəndən sonra 346,24 ABŞ dolları illik 5 faiz borc, cəmi 2.864,40 ABŞ dolları borc, xx.xx.2015-ci il tarixli, 2003 saylı kredit müqaviləsi üzrə 1736,45 ABŞ dolları əsas borc, 182,03 ABŞ dolları faiz borc, kredit üzrə müddət bitəndən sonra 259,16 ABŞ dolları illik 5 faiz borc, cəmi 2178,16 ABŞ dolları və 30 manat dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulsun. xx.xx.2015-ci il tarixli, 2002 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan "Mercedes Benz E320" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilsin və ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar