Məhkəmə qərarları › İş №e-2(005)-2567/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2567/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2567/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi1 nümayəndəsi və vəkili X11, Maraqlı şəxs Ədliyyə Nazirliyinin 6 saylı Bakı "Asan Xidməti" X6 nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi1 və Ərizəçi2 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində ƏN-nin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində ƏN Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 (1978-ci il 20 oktyabr tarixində) və X8 (1983-cü il 15 fevral tarixində) Ermənistan Respublikasının Basarkeçər rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (Ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 X15 ilə 11 yanvar 2014-cü ildə Bakı şəhəri ,Binəqədi rayon qeydiyyat şöbəsində 22 saylı qeydlə nikahları qeydə alınmışdır. X5 xx.xx.2024-cü ildə vəfat etmişdir. Hal-hazırda vərəsəliklə bağlı Notariat orqanına müraciət etmişdir. Bununla bağlı yoldaşının ata-anasının (ərizəyə əlavə etdiyi doğum haqqında şəhədətnamədə bunu təsdiq edir ki, 1908-ci il təvəllüdlü X9 yoldaşının atası və 1915-ci il təvəllüdlü X13 anasıdır) ölüm haqqında şəhədətnamələrinə zərurət yaranmışdır. Həmin məsələ ilə əlaqədar Şəmkir rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmçinin qızı X17 6 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin bir nəticə əldə etməmişdirlər. Şəmkir rayon Qeydiyyat İdarəsinin 18 aprel 2024-ci il tarixli arayışından da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və 1915-ci ildə Ermənistan Respublikası Basarkeçər kəndində anadan olmuş X9 və X13 ölümü haqqında akt qeydi aşkar edilməyib. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi və vəkili X18 ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində ƏN Qeydiyyat Şöbəsinin nümayəndəsi X14 ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak etmiş şahid X19 ifadəsində bildirmişdir ki, ərizəçilər qardaşının yoldaşı ilə qardaşı qızıdır. Mərhumlar isə ata və anasıdır. 1908-ci ildə X1 anadan olmuş, 1978-ci ildə vəfat etmişdir. 1915-ci ildə anası X13 anadan olmuş və 1983cü ildə vəfat etmişdir. X2 xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Ermənistan SSR-dən Azərbaycan SSR-yə gələn zaman ata və analarının ölüm haqqında kağızlarını itirmişdirlər. Ailədə 5 qardaş və 2 bacı olmuşdurlar. O və bir bacısı həyatdadır digər bacı və qardaşları vəfat ediblər, onlar vəfat etdikdən sonra vərəsəliklə bağlı məsələ qalxmadığından, valideynlərinin ölüm haqqında faktın təsdiqinə də zərurət yaranmamışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçilər dayısının yoldaşı və qızıdır. Mərhumlar baba və nənəsidir. 1908-ci ildə babası X9 anadan olmuş, 1978-ci ildə vəfat etmişdir. 1915-ci ildə nənəsi X13 anadan olub, 1983-cü ildə vəfat etmişdir. X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. O nənə və babasının öldükləri günü xatırlamır. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçilər qaynının yoldaşı ilə qızıdır. Mərhum qaynı X15 xx.xx.2024-cü ildə vəfat etmişdir. 1908-ci ildə X9 anadan olmuş, 1978-ci ildə vəfat etmişdir. 1915-ci ildə X13 anadan olmuş, 1983-cü ildə isə vəfat etmişdir. Mərhumların ölüm haqqında kağızları alınmışdır, lakin Azərbaycan SSR-yə gəldikləri zaman sənədlər gətirilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ədliyyə Nazirliyinin 6 saylı Bakı "Asan Xidməti" X6 13 may 2024-cü il tarixli məktubundan görünür ki, AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin müddəaların 14-cü bəndinə, əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. - 18 aprel 2024-cü il tarixli Şəmkir rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, 1908-ci ildə Ermənistan Respublikası Basarkeçər kəndin anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxalam aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - 18 aprel 2024-cü il tarixli Şəmkir rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, 1915-ci ildə Ermənistan Respublikası Basarkeçər kəndin anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxalam aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - 573925 nömrəli pasportdan görünür ki, X9 1908-ci il tarixində anadan olmuşdur. - 658631 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1944-cü il tarixində anadan olmuşdur. X1, anası X10r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X9 (1978-ci il 20 oktyabr tarixində) və X13 (1983-cü il 15 fevral tarixində) Ermənistan Respublikasının Basarkeçər rayonunda vəfat etmişdir. Ərizəçi1 və Ərizəçi2 ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 (1978-ci il 20 oktyabr tarixində) və X8 (1983-cü il 15 fevral tarixində) Ermənistan Respublikasının Basarkeçər rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 1978-ci il 20 oktyabr tarixində və X8 1983-cü il 15 fevral tarixində Ermənistan SSR-nin Basarkeçər rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar