Məhkəmə qərarları › İş №e-2(005)-259/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-259/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-259/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit xətti üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 107442-1-3718 saylı “Avtomobil krediti müqaviləsi”, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 16.06.2016-cı il tarixli 1 saylı və 25.10.2017-ci il tarixli 2 saylı Razılaşmalara əsasən 23 iyul 2020-ci il tarixə Banka borclu olduğu 11.231,11 (on bir min iki yüz otuz bir, 11) manat məbləğində əsas borc, 217,32 (iki yüz on yeddi, 32) manat məbləğində faiz borcu, 62,91 (altmış iki, 91) manat məbləğində cərimə borcu, ümumilikdə isə 11.511,34 (on bir min beş yüz on bir, 34) manat məbləğində pulun və 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 107442- 1-3718 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 20.274 (iyirmi min iki yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı Razılaşmaya əsasən Cavabdeh 16 iyun 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 9.868 (doqquz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 15 (on beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit alana 12 ay müddətinə güzəşt dövrü təyin olunaraq faiz dərəcəsi 13,5 (on üç tam onda beş) faiz dərəcəsinə endirilmişdir. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 2 saylı Razılaşmaya əsasən Cavabdeh 25 oktyabr 2017-ci il tarixə mövcud olan borcu həmin günə olan Bankının məzənnəsi ilə konvertasiya edilmiş və o, 15.171,89 (on beş min bir yüz yetmiş bir, 89) manat məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan**-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 14 sentyabr 2012-ci il tarixli 107442-16-4198 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında “14 sentyabr 2012-ci il tarixli 107442-16-4198 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 16 iyun 2016-cı il tarixli 1 saylı və 25 oktyabr 2017-ci il tarixli 2 saylı Razılaşmalar bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri 26 avqust 2019-cuil tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 11.231,11 (on bir min iki yüz otuz bir, 11) manat məbləğində əsas borc, 217,32 (iki yüz on yeddi, 32) manat məbləğində faiz borcu, 62,91 (altmış iki, 91) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 11.511,34 (on bir min beş yüz on bir, 34) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, 14 sentyabr 2012-ci il tarixli 107442- 1-3718 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 20.274 (iyirmi min iki yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı Razılaşmaya əsasən Cavabdeh 16 iyun 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 9.868 (doqquz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 15 (on beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit alana 12 ay müddətinə güzəşt dövrü təyin olunaraq faiz dərəcəsi 13,5 (on üç tam onda beş) faiz dərəcəsinə endirilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 2 saylı Razılaşmaya əsasən Cavabdeh 25 oktyabr 2017-ci il tarixə mövcud olan borcu həmin günə olan Bankının məzənnəsi ilə konvertasiya edilmiş və o, 15.171,89 (on beş min bir yüz yetmiş bir, 89) manat məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 14.09.2012-ci il tarixli 107442-16-4198 aylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan**-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 23 iyul 2020-ci il tarixə cavabdehin banka 11.231,11 (on bir min iki yüz otuz bir, 11) manat məbləğində əsas, 217,32 (iki yüz on yeddi, 32) manat məbləğində faiz , 62,91 (altmış iki, 91) manat məbləğində cərimə, ümumilikdə isə 11.511,34 (on bir min beş yüz on bir, 34) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan AA № 056290 saylı DYP-nin çıxarışından görünür ki, KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh ünvanladığı pul tələblərinin ödənilməsinə dair 14.09.2012 il tarixli pretenziyadan görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, 14088 manat məbləğində pulun 3 gün müddətində banka ödənilməyəcəyi təqdirdə tərəflərindəndən pul tələblərinin ödənilməsi, ipoteka predmetinə tutmanın notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün qanunvericiliyə uyğun tədbirlərinin görüləcəyi ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli 9/878 №-li ekspert rəyində qeyd olunur; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 14 sentyabr 2012-ci il tarixli, 107442-1-3718 saylı Avtomobil krediti Müqaviləsinin, 16 iyun 2016-cı il tarixli 01 saylı Razılaşmanın və 25 oktyabr 2017-ci il tarixli 02 saylı Razılaşmanın şərtləri, əsas götürülməklə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh banka olan borcu əsas borc üzrə 10,355,47 manat, faiz borcu üzrə 124.27 manat ümumilikdə 10.479,73 manat məbləğində müəyyən olunur İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli 9/4136 №-li ekspert rəyində qeyd olunur; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 14 sentyabr 2012-ci il tarixli, 107442-1-3718 saylı Avtomobil krediti Müqaviləsinin, 16 iyun 2016-cı il tarixli 01 saylı Razılaşmanın və 25 oktyabr 2017-ci il tarixli 02 saylı Razılaşmanın şərtləri, əsas götürülməklə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh banka olan borcu əsas borc üzrə 10,355,47 manat, faiz borcu üzrə 124.27 manat ümumilikdə 10.479,73 manat məbləğində müəyyən olunur Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi 01.09.2015-ci il tarixli 123808-1-19952 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli 9/4136 №-li rəylərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10355.47 manat əsas borc, 124.27 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 62,91 manat cərimə yaranmış borc məbləğinə mütənasib olduğundan, cavabdehdən iddiaçının xeyrinə 62,91 manat tutulmalıdır. Məhkəmə iddia tələbi üzrə tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi tələbin cavabdehə məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməli, borc tələbi Bakı şəhəri, «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 295 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10355.47 manat əsas borc, 124.27 manat faiz borcu və 62,91 manat cərimə olmaqla, ümumilikdə 10.542,65 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Borc tələbi 14.09.2012-ci il tarixli “İpoteka müqaviləsi”nə əsasən «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərraca çıxarılsın, satılsın və ondan əldə ediləcək vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra girov qoyulmuş əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 295 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar