Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2684/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs2 və Bakı 2 saylı Mediasiya Təşkilatı göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs2 və Bakı 2 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında MŞB/2-02674 nömrəli barışıq sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla əri Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında MŞB/2-02674 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərindən birinə əsasən Maraqlı şəxs2 əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi razılaşdırılmışdır. Lakin Maraqlı şəxs2 tərəfindən qeyd edilən sazişin icrası ilə bağlı hərəkətlər həyata keçirilməmişdir. Yəni, sazişin də məzmunundan göründüyü kimi “əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması” ifadəsindən istifadə edilmişdir ki, həmin cümlədə olan “tutulma” sözü üçüncü şəxsin, yəni işəgötürənin hərəkətini özündə ehtiva edir. Lakin işəgötürənin əmək haqqından hər hansı tutulmanı məcburi icra sənədi olmadan etməsi üçün isə yeganə əsas işçinin ərizəsi olduğundan Maraqlı şəxs2 bu barədə çalışdığı "xxxx" ASC-yə ərizə ilə müraciət etməməsi, sazişin şərtlərinin pozulmasıdır. Bu səbəbdən qeyd edilən barışıq sazişinin təsdiq edilməsinə zərurət vardır. Göründüyü kimi 10 gün könüllü icra üçün müəyyən edilmiş müddətdə Maraqlı şəxs2 işəgötürəninə müraciət etməmiş, sazişin icrası ilə bağlı hər hansı hərəkət etməmişdir. Maraqlı şəxs2 hesab edir ki, əmək haqqı dedikdə, yalnız vəzifə maaşından söhbət gedir. Əmək haqqına əlavələr, mükafatlar (bonuslar) və digər ödənclər əmək haqqının tərkib hissəsidir. Bu səbəbdən Maraqlı şəxs2 indi (məhkəmə prosesi və ya ona hazırlıq ərəfəsində) və ya gələcəkdə yalnız vəzifə maaşının 1/3 hissəsi miqdarında aliment məbləğini könüllü şəkildə öz hesabından hesabına göndərməsi sazişin şərtlərinin pozuntusudur, yəni qismən icrasıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2-02674 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Tərəflər nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə etmədilər və tərəflər aralarında xx.xx.2012-ci il tarixində bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət edilməsi barədə; - Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 Ərizəçi himayəsində qalması barədə; - Tərəflərin nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs2 əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq Ərizəçi ödənilməsi barədə; - Tərəflərin bir-birinə qarşı əmlak tələbi olmaması barədə; - Tərəflər arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli xx/xx-00105 nömrəli Barışıq Sazişinin 11-ci maddəsinə müvafiq olaraq həmin Barışıq Sazişinin bütün müddəalarının bu Saziş qüvvəyə mindiyi tarixdən ləvğ edilməsi barədə. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi Maraqlı şəxs2 tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2023-cü il tarixli, MŞB/2- 02674 nömrəli barışıq sazişinin bir hissəsi, yəni alimentə dair olmayan hissələri barədə tərəflər arasında məhkəmə çəkişməsi olduğundan, həmçinin hazırda barışıq sazişinin təkçə alimentə dair hissəsinin təsdiq edilməsi tələb edildiyindən, sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/2-02674 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs2 və Bakı 2 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/2-02674 nömrəli barışıq sazişi “Tərəflərin nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs2 əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq Ərizəçi ödənilməsi” hissəsində təsdiq edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2-02674 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - Tərəflərin nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs2 əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq Ərizəçi ödənilsin. Ərizə digər hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2684/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2684/2023
24.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver