Məhkəmə qərarları › İş №e-2(005)-2694/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2694/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2694/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi Maraqlı şəxs2,Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2,Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.1989-cu ildə X8 ilə evlənərək ailə qurmuşdur. Onların birgə nikahından Həsənova Günay və Həsənova Zöhrə adlı 2 övladları olmuşdur. xx.xx.2024-cü X8 vəfat etmişdir. Hazırda övladlarından Həsənova Günay əqli cəhətdən əlildir. xx.xx.2024 tarixində məhkəmə qətnaməsi ilə fəaliyyət qabilyyəti olmayan hesab edilmişdir. 23 oktyabr 2024-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında Ərizəçi qızının qızıGünay Həsənovaya qəyyum təyin edilmişdir. 04 aprel 2025-ci il tarixində Bakı Şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfinən ərizəçi X5 miras qoyan atası X3 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hərəkətlərini aparmaqdan imtina etmişdir. Buna səbəb X6 birinci növbəli vərəsəsi anası X1 ölüm haqqında şəhadətnaməsini təqdim edə bilməməsi olmuşdur. Bakı Şəhəri 9 saylı notariat ofisi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimizi məsləhət gördü. X4 1990-cı ildə rəhmətə getmiş və Binəqədi qəbirstanlığında dəfn edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarına görə Azərbaycan Respublikası MPM-nin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizənin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə görə həmin kateqoriya işlər üzrə qanunla nəzərdə tutulmuşsa mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatlar ərizədə göstərilməli, 150.1.6-cı maddəsinə görə isə bu halı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Belə ki, ərizəyə Bakı şəhəri 9 saylı Notariat Ofisinin məktubu əlavə edilsə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının imtina məktubu əlavə edilməmişdir. Notariat ofisinin məktubunda isə şəxsə notariat orqanının qərarından şikayət vermək hüququ izah edilmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi tərəfindən **********72 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Bakı Şəhəri 9 saylı Notariat Ofisi, Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər (ödənilmiş 100 AZN (qəbz **********72) dövlət rüsumu) geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar