Məhkəmə qərarları › İş №e-2(005)-2748/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2748/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2748/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMMC-in Cavabdeh qarşı “binanın əmlakının saxlanılması üzrə borcların ödənilməsi” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il –xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a №20 saylı mənzil üzrə yaranmış 283,60 (iki yüz səksən üç manat altmış qəpik) manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,10 (iki yüz qırx səkkiz manat on qəpik) manat borcun, 2a №43 mənzil üzrə yaranmış 347,20 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat borcun, həmçinin, 30,00 (otuz) manat məhkəmə rüsumu xərci olmaqla cəmi 908,80 (doqquz yüz səkkiz manat səksən qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, habelə Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a №43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə vətəndaş Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən "xxxx" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2a binanın (evin) №20 saylı 2 otaqlı mənzili, 2a binanın (evin) № 21 saylı 3 otaqlı mənzili və 2a binanın (evin) 3 otaqlı №43 saylı mənzili mülkiyyət hüququnda Cavabdeh mənsubdur. Azərbaycan Respublikası DİN-nin BPQMİ MAPS şöbəsinin verdiyi arayışa əsasən, hazırda vətəndaş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev(bina) 2a №43 saylı mənzildə qeydiyyatdadır. Cavabdehin xx.xx.2019-cu il – xx.xx.2021-ci il tarixlərində kooperativ 2a binanın əmlakının saxlanılması və idarə olunması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a №20 saylı mənzil üzrə yaranmış 283,60 manat borc, 2a № 21 saylı mənzil üzrə yaranmış 248,00 manat borc, 2a №43 mənzil üzrə yaranmış 347,20 manat borc, həmçinin, 30,00 (otuz) manat məhkəmə rüsumu ödəniş məbləğlərini, cəmi 908,80 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" (keçmiş "xxxx") MMMC- yə ödənilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə ayrılmış 2855,2 m ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b yaşayış binaları Neftemaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X3 İcrayyə Komitəsi 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə "xxxx"xxxx"xxxx" qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 qeydiyyatda olmuş və müfaviq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (MM) 109.5 maddəsinə edilmiş dəyişikliyi (18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) nəzərə alaraq "xxxx"nın 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir."xxxx"xxxx"xxxx" MMMC-nin qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərbaycan Resupublikasının, o cümlədən Bakı şəhərinin ərazasində yeni yaradılan MMMC-lərin inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abbreviaturası "xxxx" MMMC abbreviaturasına dəyişdililərək 30 sentyabr 2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. "xxxx" MMMC Qeyri- Kommersiya təşkilatı tərəfindən vətəndaş X1rşı məhkəməyə təqdim edilmiş iddia ərizəsinin predmetini 2019-2021-ci illər dövründə kooperativ 2a binasının əmlakın saxlanılması ilə bağlı yaranmış borcun məcburi ödənilməsi tələbi təşkil edir. Belə ki, Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin xx.xx.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir Borclular sırasında 2019-cu il üzrə xx.xx.2020-ci il tarixinə vətəndaş Cavabdeh İsrefiloviçin mülkiyyətində olan bina 2a №20 mənzil üzrə 115,60 manat borc, 2a №21 mənzil üzrə 58,40 manat borc, 2a № 43 mənzil üzrə 157,60 manat borc, cəmi 331,60 manat məbləğində borc qeydə alınmışdır."xxxx" mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. 2019-2021ci il dövrlərində mütəmadi olaraq vətəndaş AllahverdiyevEmil İsrailoviç mülkiyyətində olan bina 2a №20 mənzil üzrə, 2a №21 mənzil üzrə, 2a №43 mənzil üzrə borclarının yaranması ilə bağlı, On-line SMS, həmçinin şifahi formada məlumatlandırılmışdır. Lakin, vətəndaş Cavabdeh yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə yazılı (SMS), şifahi formada müraciətlər edilsə də, o keçmiş polis işçisi olmasını əsas gətirərək, aqressiv formada İdarə Heyyətinin üzvlərini hədələməklə yaranmış borcun məcburi ödənilməsindən imtina etmişdir. 07 dekabr 2021-ci il taixində vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixinə yaranmış bina 2a №12 mənzil üzrə 276,00 manat borcun, bina 2a №21 mənzil üzrə 240,10 manat borcun, bina 2a №43 mənzil üzrə 339,00 manat borcun, cəmi 855,30 manat məbləğində borcunun olması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında ödənilməsi təklif edilmişdir. Vətəndaş Cavabdeh bu təklifə etinasız yanaşmış, hazırda məhkəmədə iddia qaldırılan tarixədək borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik edir, bununlada aşkar olaraq Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin imperiativ hüquq normalarının tələb və göstərişlərini yerinə yetirməkdən imtina edir. "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) xx.xx.2022-ci il tarixində X4-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında xx.xx.2019– xx.xx.2021-ci il tarixləri dövründə vətəndaş Cavabdeh mülkiyyətində olan, bina 2a №20 mənzil üzrə 283,60 (iki yüz səksən üç, 60 qəp.) manat borc, bina 2a №21 mənzil üzrə 248,10 manat borc, bina 2a №43 mənzil üzrə 347,20 manat məbləğində borc qeydə alınmışdır. Eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2748/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” sadələşdirilmiş icraat üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019–xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a № 20 saylı mənzil üzrə yaranmış 283,60 (iki yüz səksən üç manat altmış qəpik) manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,10 (iki yüz qırx səkkiz manat on qəpik) manat borcun, 2a № 43 mənzil üzrə yaranmış 347,20 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat borcun, həmçinin, 30,00 (otuz) manat məhkəmə rüsumu xərci və notariat hərəkətləri üzrə ödənilmiş 44 manat olmaqla cəmi 952,80 (doqquz yüz əlli iki manat səksən qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, habelə Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a № 43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə vətəndaş Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019–xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a № 20 saylı mənzil üzrə yaranmış 283,60 (iki yüz səksən üç manat altmış qəpik) manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,10 (iki yüz qırx səkkiz manat on qəpik) manat borcun, 2a № 43 mənzil üzrə yaranmış 347,20 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat borcun, həmçinin, 30,00 (otuz) manat məhkəmə rüsumu xərci və notariat hərəkətləri üzrə ödənilmiş 74 manat olmaqla cəmi 982,80 (doqquz yüz səksən iki manat səksən qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, habelə Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a №43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə vətəndaş Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyrikommersiya Qurumlarının Dövlət Reyestrindən edilmiş çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2021-ci il tarixdə 1121-MM8-0219 nömrə ilə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 2ur. Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri Nərimanov rayonu, 865-ci məhəllə Koroğlu Rəhimov, ev 2 A və 2 B müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli Nizamnaməsindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra - ‘‘Cəmiyyət’’ adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 3 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə’’sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.5-ci bəndinə əsasən cəmiyyət öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Cəmiyyət iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Cəmiyyətin iştirakçıları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Həmin Nizamnamənin 1.6-cı bəndinə əsasən cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusuna malik olur. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binalarını birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan aşağıdakı hüquqlara malik olur. Həmin Nizamnamənin 3.3-cü bəndinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Nizamnamənin 3.4-cü bəndinə əsasən cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********65-05301-093033 olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 21 (yeni qaydalarla Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 42, M7, mənzil 3) Cavabdeh xüsusi mülkiyyət hüquqları tanınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********65-05301-093032 olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 43 Cavabdeh xüsusi mülkiyyət hüquqları tanınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********65-05301-093006 olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20 Cavabdeh xüsusi mülkiyyət hüquqları tanınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" (Neftemaş MTK) Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Qeyri-Kommersiya təşkilatı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, MMMC-nin 2a binasının 2 otaqlı mənzilləri üzrə aylıq ödəniş 7 manat, 3 otaqlı mənzillər üzrə aylıq ödəniş 7.9 manat təşkil etdiyindən Cavabdeh mülkiyyətində olan mənzillərə dair ümumi əmlakının idarə olunması üzrə xx.xx.2021-ci il tarixinə MMMC-yə cəmi 855.3 manat borcunu 10 gün müddətində könüllü ödənilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" (Neftemaş MTK) Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin X4-Təftiş müfəttişi ilə birgə iclasının 01 (08) saylı xx.xx.2022-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 2 A, mənzil 20, mənzil 21 və mənzil 43 üzrə xx.xx.2022-ci il tarixinə olan borcu ümumilikdə 878.8 manat göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Nərimanov-29» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən binalar üzrə ümumi əmlakın saxlanılması və idarəolunması ilə bağlı təsdiq edilmiş tariflər müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən "xxxx" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2a binanın (evin) №20 saylı 2 otaqlı mənzili, 2a binanın (evin) №21 saylı 3 otaqlı mənzili və 2a binanın (evin) 3 otaqlı №43 saylı mənzili mülkiyyət hüququnda Cavabdeh mülkiyyətindədir. İddiaçı tərəfindən qeyd olunan mənzillər üzrə binanın ümumi əmlakının idarə olunması üçün xx.xx.2019-cu il – xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə cavabdehin mülkiyyətində olan mənzillər üzrə yaranmış borcun tutulması üçün əvvəlcə cavabdehə müraciət etsə də müraciəti üzrə borcun ödənilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia tələbi hazırda iki hissədən ibarətdir. Tələbin birinci hissəsi cavabdehin müəyyən edilmiş tarixə olan borcunun qaytarılması, ikinci hissəsi isə cavabdehin binanın ümumi əmlakının idarə olunması üçün mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmə gəldiyi qənaətə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hazırda işin tərəflərə münasibətdə mübahisəsiz halları Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 21 və Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 43 yaşayış sahələrinin cavabdehin mülkiyyətində olması, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A və 2 B binalarının ümumi əmlaklarının "xxxx" MMMC tərəfindən idarə olunmasıdır. Məhkəmə tələbin birinci hissəsi üzrə cavabdehdən tələb edilən 878.8 manat borcun yaranmasına dair iddiaçı tərəfindən aparılmış əsaslandırmaya əsasən cavabdehin "xxxx" MTK-ya və "xxxx" MMMC-yə ödənilməli olan ümumi borc olmasını müəyyən etmişdir. Qeyd olunan əsaslandırma üzrə iddiaçının hüquqi mövqeyi "xxxx" MMMC-nin "xxxx" MTK-nın hüquqi varisi olmasıdır. Bununla razılaşmayan məhkəmə bildirir ki, məhkəmə araşdırması zamanı "xxxx" MTK-nın fəaliyyət dövrü üzrə cavabdehin müvafiq məbləğlərdə borcu olması MTK-nın iclaslarına dair iddiaçı tərəfindən təqdim edilmiş protokollardan müəyyən edilmişdir. Lakin "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə 1121- MM8-0219 nömrə ilə qeydiyyata alınmış və "xxxx" MMMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusuna malik olması cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuşdur. Lakin məhkəməyə təqdim edilmiş cəmiyyətin nizamnaməsində onun hüquqi varisliyi ilə bağlı hər-hansı hal, habelə hüquqi varis olaraq hər-hansı vəzifə və səlahiyyət müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı cəmiyyətin hüquqi varisliyi ilə bağlı məhkəmə araşdırması zamanı təqdim etdiyi izahatlarda "xxxx"-nın İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 saylı protokol sənədi, həmçinin mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli yığıncaq protokollarında "xxxx"nın "xxxx" MMMC-yə çevrilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Bununla bağlı olaraq məhkəməyə təqdim edilmiş sənədlər araşdırılan zaman "xxxx"-nın İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 saylı protokolunda "xxxx"-nın nizamnaməsinin mülki qanunvericlik sisteminə uyğunlaşdırılması və təkrar qeydiyyatdan keçririlməsi MTK-nın sədri səlahiyyətlərini həyata keçirən Qanuni nümayəndə həvalə edilməsinin qərara alındığı müəyyən olunmuşdur. Bunula yanaşı "xxxx" MTK-nın mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli 01 saylı yığıncaq protokolunda gündəliyə çıxarılmış 2 nömrəli "xxxx" MTK-nın Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi ilə bağlı məsələ üzrə "xxxx" MTK-nın Nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi və qeyri-kommersiya qurumu kimi təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Hər iki protokol üzrə hazırda iddiaçının iki hüquqi şəxs arasında hüquqi varisliklə bağlı müvafiq əsaslandırması üzrə hallara öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə 1121-MM8-0219 nömrə ilə qeydiyyat barədə çıxarışda "xxxx" MMMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması üzrə hüquqi əsasları sahə mülkiyyətçilərinin xx.xx.2021-ci il tarixli təsis yığıncağının və ümumi yığıncağın xx.xx.2021-ci il tarixli qərarları və digər sənədlər olması göstərilmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş Neftemaş MTK”-nın İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 saylı protokol sənədi, həmçinin mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli yığıncaq protokolları üzrə baxılmış məsələlər və qəbul edilmiş qərarlar iddiaçı tərəfindən göstərilmiş müvafiq əsaslandırmaya ziddir. Belə ki, Azərbaycan Respulikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Göstərilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi hüquqi şəxslərin yenidən təşkili zamanı müəyyən olunmuş “çevrilmə” qaydasının qüvvədə olan qanunvericlik normalarına əsasən təmin edilməsi üçün ilk növbədə hüquqi şəxsin yenidən yaradılması və bundan sonra yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçməsi imperativ şərt olaraq nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı "xxxx" MTK-ya və "xxxx" MMMC-yə dair sənədlərə baxış keçirilən zaman yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini iddiaçı tərəfindən təmin edilməsi müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən "xxxx" MMMC qeyri-kommersiya hüquqi şəxs yaradılan zaman "xxxx" MTK-nın hüquq və vəzifələrinin "xxxx" MMMC-yə keçməsini təsdiq edən təhvil aktı məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan maddi hüquq normalarının imperativ şərtlərindən müəyyən olunur ki, irəli sürülmüş tələb üzrə müvafiq əsaslandırmada göstərilən halların təsdiq edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən hüquqi şəxsin varisliyi ilə bağlı məhkəməyə təqdim edilmiş hazırki sənədlərdən “Neftmaş MTK”-nın fəaliyyəti dövründə binanın birgə əmlaklarının idarə olunması ilə bağlı aylıq ödənişlər üzrə borcunun Cavabdeh tələb etməsi üçün subyektiv hüququnun olması hər-hansı sübutla öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" MMMC-nin hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.6-cı və 3.1-ci bəndi üzrə Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan müvafiq hüquq və vəzifələr əldə etmişdir. Belə olan halda "xxxx" MMMC-nin idarəetməsində olan binanın ümumi əmlaklarının idarə olunması, habelə ümumi əmlakların idarə edilməsi üçün sakinlərdən müəyyən olunmuş kommunal ödənişləri hüquqi şəxsin qeydiyyata alındığı xx.xx.2021-ci il tarixdən sonra tələb etmək hüquqları yaranmış olur. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin birinci hissəsi olan 878.8 manat ümumi borcun iddiaçının tələb etmə hüququ yarandığı, yəni yalnız 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə cavabdehin mülkiyyətində olan mənzillərə dair kommunal ödənişlər müəyyən edilərək, cavabdehdən tutulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Həmin Məcəllənin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.1.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququdur. Həmin Məcəllənin 122.1.6-cı maddəsinə əsasən cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququdur. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 128.0.4-cü maddəsinə əsasən, çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.2-ci maddəsinə əsasən çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, çoxmənzilli binaların ümumi mülkiyyətinin Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən idarə olunması zamanı, cəmiyyətlə binanın mülkiyyətçiləri arasında münasibətlərin tənzimlənməsi üçün müqavilə imzalanması Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifəsidir. Belə olan halda hazırda cavabdehə qarşı yönəlmiş iddia tələbinin hüquqi əsaslarının araşdırılması zamanı müvafiq müqavilənin təqdim edilməsi əsas şərt olaraq çıxış etməlidir. Lakin məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlili zamanı, çoxmənzilli binalarda mülkiyyətçi kimi payçı olan şəxslərə qanunvericiliklə artıq müəyyən edilmiş hüquq və vəzifələrin olmasını nəzərə alaraq hazırda, iddiaçı ilə cavabdeh arasında ümumi əmlakın idarə edilməsi ilə bağlı münasibətləri tənzimləyən müqavilənin olmaması halını iddia predmetinin əsassızlığı kimi qiymətləndirmir. Belə ki, iddia tələbi mülkiyyətçinin coxmənzilli binada pay sahibi olduğu andan qanunvericliklə onun əldə etdiyi təbii hüquq və vəzifələrdən irəli gələn öhdəliklərə yönəlmişdir ki, məhkəmə bu öhdəliklərin pozulmasının müəyyən edilməsi zamanı iddiaçı ilə cavabdeh arasında müqavilənin olmaması halını cavabdehin çoxmənzilli binada mülkiyyətçi (payçı) olaraq təbii mövcud öhdəliklərinin yerinə yetirməməsindən azad olması kimi qəbul etmir. Bu səbəbdən də cavabdehin həmin təbii vəzifələr üzrə yerinə yetirmədiyi öhdəliklərə münasibətdə iddiaçının tələb etmə hüququ, yəni iddiaçı "xxxx" MMMC-nin Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A və 2 B binalarının ümumi əmlaklarının idarə olunmasına dair hüquq və vəzifələrinin icra edilməsi barədə subyektiv hüququnun yaranması ilə artıq təmin edilmiş hesab olunur. Odur ki, məhkəmə tərəfindən "xxxx" MMMC-nin qeydiyyata alındığı xx.xx.2021-ci il tarixdən cavabdehdən binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixədək 2a № 20 saylı, 2a № 21 saylı və 2a № 43 saylı mənzillər üzrə yaranmış ümumi borcunun iddiaçı tərəfindən tələb edilməsi qanunamüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 21 və Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 43 saylı mənzillərə görə xx.xx.2021-il il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal xidmət haqqı üzrə borcu 62.7 (altmış iki manat yetmiş qəpik) manat (7.3+7.3+6.3 =20.9 mənzillər üzrə ödənilməli aylıq ödənişlər X 3 iddiaçının tələb etmə hüququ dövr üzrə müəyyən edilmiş aylar= 62.7 cavabdeh tərəfindən cəmi ödənilməli borc) təşkil edir. Məhkəmə iddia tələbinin ikinci “Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a №43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə vətəndaş Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi” münasibətdə bildirir ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinin ikinci hissəsi qeyri-müəyyən və eyni zamanda qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Belə ki, göstərilən münasibətlərin tənzimlənməsi üzrə qüvvədə olan qanunvericliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Göründüyü kimi qanunverici mübahisə predmeti olan yığımların mənzil mülkiyyətçisi tərəfindən ödənilmədiyi halda cəmiyyətin mütləq ödəniş və haqlarının əvəzini məhkəmə qaydasında tələb edilməsi imkanını tanımışdır. Eyni zamanda iddiaçının dövlət qeydiyyatına alınmış xx.xx.2021-ci il tarixli Nizamnaməsinin 3.3 və 3.4-cü bəndlərində yuxarıda qeyd olunan münasibətlər tənzimlənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş tələbin ikinci hissəsi tərəflər arasında yaranmış münasibətlərin tənzimləyən maddi hüquq normalarının tələbinə zidd olduğundan əsassızdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə sənədlərin təqdim edilməsi üçün həmin sənədlərin notarial qaydada təsdiq edilərək təqdim etdiyindən cavabdehdən 74 manat notariat xərcinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxs olaraq, sübut kimi notarial qaydada təsdiq etdirərək, məhkəməyə təqdim etdiyi cəmiyyətin sənədləri müvafiq qaydada cəmiyyətin rekvizitləri ilə təmin edərək, məhkəməyə təqdim edə bildiyindən, hazırda notariat xidmətləri üzrə onun tərəfindən çəkilmiş 74 manat xərc zəruri hesab edilmir. Eyni zamanda iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbi üzrə cavabdehdən tutulmuş hissəsinə mütənasib olaraq 2.1 (iki manat on qəpik) manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 21 və Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 43 saylı mənzillərə görə xx.xx.2021-il il tarixdən xx.xx.2022-ci il tarixdədək mövcud olan kommunal xidmət haqqı üzrə 62.7 manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.1 manat pul tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 21 və Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, 43 saylı mənzillərə görə xx.xx.2021-il il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal xidmət haqqı üzrə 62.7 (altmış iki manat, yetmiş qəpik) manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.1 (iki manat on qəpik) manat olmaqla, cəmi 64.8 (altmış dörd manat, səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar