Məhkəmə qərarları › İş №e-2(005)-281/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-281/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-281/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19.05.2020-ci il tarixli, 2020/00106-01 №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin əsas borcu üzrə 14802.26 manat məbləğində qalıq, ona hesablanmış 999.33 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4131.73 manat məbləğində dəbbə pulu, cəmi 19933.32 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 17 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 38, M6, m2) yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 78000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 14 802.26 manat məbləğində qalıq, ona hesablanmış 999.33 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4131.73 manat məbləğində dəbbə pulu, cəmi 19933.32 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKTASC ilə Cavabdeh2 arasında bağlanmış 19.05.2020-ci il tarixli, 2020/00106-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 15710 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 17 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 38, M6, m2) (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİ Reyestr № **********63-053001-093049, Qeydiyyat № **********, tarix 04.12.2019) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə 19.05.2020-ci il tarixli, 2020/00106-01İP №-li X2 bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 21.05.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 78000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 08 sentyabr 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 14 802.26 manat məbləğində qalıq, ona hesablanmış 999.33 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4131.73 manat məbləğində dəbbə pulu, cəmi 19933.32 manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vermiş və Tərəflər arasında bağlanmış 19.05.2020-ci il tarixli, 2020/00106-01 №-li istehlak Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin əsas borcu üzrə 14302.26 manat məbləğində qalıq, ona hesablanmış 2167.44 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5105.75 manat məbləğində dəbbə pulu, cəmi 21575.45 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 17 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 38. M6, m2) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 14302.26 manat məbləğində qalıq, ona hesablanmış 2167.44 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5105.75 manat məbləğində dəbbə pulu, cəmi 21575.45 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 kredit müqaviləsi üzrə borcu qəbul etdiyini, ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin mənzilin yenidən qiymətləndirilməsi barədə yazılı vəsatət təqdim etmişdir. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 2020/00106-01 nömrəli, 19.05.2020-ci il tarixli istehlak kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya illik 36% olmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 15710 AZN məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda mülkiyyət hüququ ilə tam Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1072, ünvan 4 (çıxarış: Dövlət reyestrində 3270 nömrəli reyestr kitabının 305456 nömrəli vərəqində qeydiyyata alınıb, revestr nömrəsi **********63-05301-093049, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04.12.2019) ipoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici “X1” MMC tərəfindən 25.12.2019-cu il tarixində likvid dəyəri 78.000 (yetmiş səkkiz min) manat məbləğində qiymətləndirilmişdir; İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 2020/00106-01 nömrəli, 19.05.2020-ci il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 08.09.2021-ci il tarixinə Cavabdeh2 banka kredit borcu üzrə 14802,26 AZN, faiz borcu üzrə 999,33 AZN, dəbbə borcu üzrə 4131,73 AZN, cəmi 19933,32 AZN borcu var; İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 2020/00106-01 nömrəli, 19.05.2020ci il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 10.01.2022-ci il tarixinə Cavabdeh2 banka kredit borcu üzrə 14302,26 AZN, faiz borcu üzrə 2167,44 AZN, dəbbə borcu üzrə 5105,75 AZN, cəmi 21575,45 AZN borcu var; İddiaçı BOKT ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 19.05.2020-ci il tarixli X2nin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 26 Dekabr 2019-cu il tarixli 2019/00389-01 №-li İstehlak Kredit Müqaviləsinə və 19 May 2020-ci il tarixli 2020/00106-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən saylı müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1072, ünvan 4 ünvanlı mənzilin İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsi, məhəllə 865, 2b nömrəli evin, 17 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 38, M6, m2) 2020/00106-01 nömrəli, 19.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı BOKT ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 3270 nömrəli reyestr kitabının 305456 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 06.07.2021-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin surətinə əsasən cavabdehdən 19 May 2020-ci il tarixli 2020/00106-01 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsi, məhəllə 865, 2b nömrəli evin, 17 nömrəli mənzilə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı BOKT ASC-yə ünvanlandığı bildirişin qeydiyyata alınması barədə ərizəsinə cavab məktuba əsasən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsi, 2b nömrəli evin, 17 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında İddiaçı BOKT ASC-nin bildirişi qeydə alınmışdır; "xxxx" MMC-nin 06.12.2021-ci il tarixli, 01/21-587 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi, 38, M6, m2) 2 otaqlı mənzilin 06.12.2021-ci il tarixinə bazar qiyməti 95.000 manat, likvid dəyəri 85.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 500 manat təşkil edir; 14.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 2020/00106-01 nömrəli, 19.05.2020-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən kreditor borcluya illik 36% olmaqla 39 ay ay müddətinə qaytarmaq şərti ilə 15710 AZN məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Cavabdeh2 qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin 19.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh2 iddiaçıya kredit borcu əsas borcu üzrə 14302.26 manat məbləğində qalıq, ona hesablanmış 2167.44 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5105.75 manat məbləğində dəbbə pulu, cəmi 21575.45 manat borcu yaranmışdır. (10.01.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən) İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməmişdir. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində tam təmin edilməli, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 5105,75 AZN dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 500 AZN məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “pulun Cavabdeh1 tutulub ona verilməsi” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, kredit müqaviləsi Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmamışdır. Buna görə də, iddia tələbi borcun tutulması hissəsində ona münasibətdə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 19.05.2020-ci il tarixli X2nə əsasən kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, ünvan 4 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 78.000 manata qiymətləndirilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, cv 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi, 38, M6, m2) 2 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun dəyəri 19.05.2020-ci il tarixli İpoteka müqaviləsində 78000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq "xxxx" MMC-nin 06.12.2021-ci il tarixli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyər olaraq 85.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 85.000 min manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, cv 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi, 38, M6, m2) 2 otaqlı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh2 iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Habelə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 2020/00106-01 nömrəli, 19.05.2020-ci il tarixli İstehlak Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 2020/00106-01 nömrəli, 19.05.2020-ci il tarixli Kredit Müqaviləsi üzrə 14302.26 manat əsas borc, ona hesablanmış 2167.44 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 500 manat məbləğində dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, 500 manat ekspertiza xərci İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, ünvan 4 2 otaqlı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, ünvan 4 2 otaqlı mənzilin ilkin satış qiyməti 85.000 manat məbləğində müəyyən edilməli, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, cv 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi, 38, M6, m2) 2 otaqlı mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 2020/00106-01 nömrəli, 19.05.2020ci il tarixli İstehlak Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh2 kredit müqaviləsi üzrə 14302.26 manat əsas borc, ona hesablanmış 2167.44 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 500 manat məbləğində dəbbə pulu, cəmi 16969,7 (on altı min doqquz yüz altmış doqquz manat yetmiş qəpik) manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, ünvan 4 2 otaqlı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, ünvan 4 2 otaqlı mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 865, ev 2b, mənzil 17 (Yeni qaydalarla: AZ 1072, ünvan 4 2 otaqlı mənzilin ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-ya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar