Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2818/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il-xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2b binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 189,60 (bir yüz səksən doqquz, 60 qəpik) manat borcun, həmçinin, 30,40 (otuz, 40 qəpik) manat məhkəmə rüsumu xərcinin, cəmi 220,00 (iki yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, bina 2b №40 saylı 3 (üç) otaqlı mənzilin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə bağlı təqdim edilmiş sənədə əsasən, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən "xxxx" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2b binanın №40 saylı 3(üç) otaqlı mənzil mülkiyyət hüququnda ona, Cavabdeh Məhərrəm oğluna mənsubdur. Hazırda Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev (bina) 2b №40 saylı mənzildə qeydiyyatdadır. Aşağıdakı əsaslarla xx.xx.2019-ci il xx.xx.2022-ci il tarixləri dövründə kooperativ 2b binanın əmlakın saxlanılması və idarə olunması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 189,60 (bir yüz səksən doqquz, 60 qəpik) manat borc məbləğinin, həmçinin 30,40 (otuz, 40 qəpik) manat məhkəmə rüsumu ödənişi məbləğinin, cəmi 220,00 (iki yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" (keçmiş "xxxx") MMMC-yə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə ayrılmış 2855,2 m2 ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b yaşayış binaları Neftmaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X2 İcraiyyə Komitəsi 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə "xxxx"xxxx"xxxx" qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 sayla qeydiyyatda olmuş və müfaviq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (MM) 109.5 maddəsinə edilmiş dəyişikliyi (18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) nəzərə alaraq "xxxx"nın 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir. "xxxx"xxxx"xxxx" MMMC qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərbaycan Respublikasının, o cümlədən Bakı şəhərinin ərazisində yeni yaradılan MMMC-lərin inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abbreviaturası "xxxx" MMMC abbreviaturasına dəyişdirilərək 30 sentyabr 2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. "xxxx" MMMC (keçmiş "xxxx" MTK) Qeyri-Kommersiya təşkilatı tərəfindən Cavabdeh qarşı məhkəməyə təqdim edilmiş iddia ərizəsinin predmetini xx.xx.2022-ci il tarixləri dövründə kooperativ 2b binasının əmlakın saxlanılması ilə bağlı 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış borc məbləği təşkil edir. Belə ki, “Nərimanov-29 (keçmiş Neftmaş MTK)” MMMC-nin mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında MMMC-nin balansına verilmiş 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. “Nərimanov-29 (keçmiş Neftmaş MTK)” 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında mənzil sahiblərinin aylıq tariflərlə ödənişlərin edilməməsi və yaranmış borcların qanunvericilik qaydasında alınması idarə heyətinin sədrinə və idarə heyətinin üzvlərinə tapşırılmışdır. Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında seçilmiş İdarə Heyətinin üzvlərinin xx.xx.2021-ci il tarixində Nəzarət- Təftiş üzrə müfəttişlə birgə keçirilmiş iclasında mənzil mülkiyyətçilərinin xx.xx.2021-ci tarixinə yaranmış borcları təsdiq edilmişdir. Borclular sırasında xx.xx.2021-ci il tarixinə Cavabdeh Məhərrəm oğlunun mülkiyyətində olan bina 2b №40 saylı 3(üç) otaqlı mənzil üzrə 181,70 (bir yüz səksən bir, 70 qəpik) manat məbləğində borc qeydə alınmışdır. 2020-2021-ci il tarixi dövrlərində mütəmadi olaraq Cavabdeh oğlu (sakin X3) mülkiyyətində olan bina 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə borclarının olması ilə bağlı şifahi, həmçinin Online SMS, whatsapp sistemləri vasitəsilə məlumatlandırılmışdır. Lakin, Cavabdeh yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər edilsə də, o, yaranmış borcun məcburi ödənilməsinə etinasız yanaşmışdır. 21 dekabr 2021-ci il tarixində Cavabdeh xx.xx.2021-ci il tarixinə bina 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 181,70 (bir yüz səksən bir, 70 qəpik) manat borcunun olması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında ödənilməsi təklif edilmişdir. Cavabdeh bu təklifə etinasız yanaşmış, hazırda məhkəmədə iddia qaldırılan tarixədək borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik edir, bununla da aşkar olaraq Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin imperativ hüquq normalarının tələb və göstərişlərini yerinə yetirməkdən imtina edir. "xxxx" MMMC-nin (keçmiş Neftmaş MTK) xx.xx.2022-ci il tarixində X4-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında xx.xx.2019—xx.xx.2021-ci il tarixləri dövründə Cavabdeh mənsub olan bina 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə 189,60 (bir yüz səksən doqquz, 60 qəpik) manat borc qeydə alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, həmin Məcəllənin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildirişi cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, bundan sonra Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbi ilə razılaşmadığını və bu səbəbdən iddiaçı "xxxx" MMMC-nin ona qarşı irəli sürdüyü borcun tutulması tələbinə dair iddiası üzrə mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2818/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır Daha sonra iddiaçı "xxxx" MMMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcmini artıraraq, xx.xx.2020-ci il - xx.xx.2021-ci il tarixləri dövründə MMMC-nin balansında olan kooperativ 2b binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış cəmi 317,60 (üç yüz on yeddi, 60 qəpik) manat pul məbləğinin Cavabdeh alınaraq "xxxx" MMMC-nin qanuni təmsilçisinin hesabına ödənilməsi, xx.xx.2021-ci il tarixindən sonrakı dövrdə Bina 2b №40 saylı 3 (üç) otaqlı mənzilin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-nin qanuni təmsilçisinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin qanuni nümayəndəsi Nümayəndə iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdeh tərəfindən verilmiş etirazın məzmununu nəzərə alıb, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən “Nərimanov-29" MMMCnin (keçmiş "Neftemaş MTK") balansında olan kooperativ 2b binanın №40 saylı 3(üç) otaqlı mənzil mülkiyyət hüququnda ona, Cavabdeh Məhərrəm oğluna mənsubdur. "xxxx" MTK-nın MMMC-nin abreviaturası "Nərimanov-29” MMMC abreviaturasına dəyişdirilərək xx.xx.2021-ci il tarixində qeyrikommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında seçilmiş İdarə Heyətinin üzvlərinin xx.xx.2021-ci il tarixində Nəzarət-Təftiş üzrə müfəttişlə birgə keçirilmiş iclasında mənzil mülkiyyətçilərinin xx.xx.2021-ci tarixinə yaranmış borcları təsdiq edilmişdir. Borclular sırasında xx.xx.2021-ci il tarixinə Cavabdeh Məhərrəm oğlunun mülkiyyətində olan bina 2b №40 saylı 3(üç) otaqlı mənzil üzrə 181,70 (bir yüz səksən bir, 70 qəpik) manat məbləğində borc qeydə alınmışdır. Yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) xx.xx.2020-ci il - xx.xx.2021-ci il tarixləri dövründə MMMC-nin balansında olan kooperativ 2b binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış cəmi 317,60 (üç yüz on yeddi, 60 qəpik) manat məbləğində borc qeydə alınmışdır. Cavabdehdən borcun ödənilməsi tələb edilsə də, heç bir nəticə verməmiş və bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) X4-təftiş müfəttişi ilə birgə iclasının 02 (09) saylı, xx.xx.2022-ci il tarixli Protokolunun surətindən görünür ki, Cavabdeh Məhərrəm oğlunun mülkiyyətində olan bina 2b №40 saylı mənzil üzrə 363,60 manat borc (2019- 2021-ci illər üzrə), xx.xx.2022-xx.xx.2022-ci illər üzrə cəmi 28,00 manat kommunal xərcləri borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6.0.9. mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri Mənzil qanunvericiliyi tənzimləyir. 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. 8.0.5. mənzil-tikinti kooperativində üzvlük Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Göründüyü kimi, cavabdeh üzvü olduğu cəmiyyətin ümumi yığıncağında qəbul edilmiş tariflərə uyğun əmlakın saxlanılması və idarə olunması ilə bağlı xidmətlərə görə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, , məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il - xx.xx.2021-ci il tarixləri dövründə MMMC-nin balansında olan kooperativ 2b binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış cəmi 317,60 (üç yüz on yeddi, 60 qəpik) manat pul məbləğinin Cavabdeh alınaraq "xxxx" MMMC-nin qanuni təmsilçisinin hesabına ödənilməsi, xx.xx.2021-ci il tarixindən sonrakı dövrdə Bina 2b №40 saylı 3 (üç) otaqlı mənzilin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-nin qanuni təmsilçisinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il - xx.xx.2021-ci il tarixləri dövründə MMMC-nin balansında olan kooperativ 2b binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №40 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış cəmi 317,60 (üç yüz on yeddi, 60 qəpik) manat pul ,Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilsin, xx.xx.2021-ci il tarixindən sonrakı dövrdə Bina 2b №40 saylı 3 (üç) otaqlı mənzilin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş tariflərlə pul məbləğləri alınaraq “Nərimanov-29" MMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2818/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2818/2022
14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver