Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-283/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7183.00 (yeddi min yüz səksən üç ABŞ dolları 00 sent ) USD əsas borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması - tutmanın ipoteka predmeti “Hyundai Santafe” minik markalı (Tip: Cip, Buraxılış ili-2013, Ban-KMHSU81C5EU131490) **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2017-ci il tarixli 2105SBFAK nömrəli kredit müqaviləsinə əsasən “Hyundai Santafe” minik markalı (Tip:Cip, Buraxılış ili-2013, Ban-KMHSU81C5EU131490) avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 17000 (on yeddi min )ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Hyundai Santafe” minik markalı (Tip:Cip, Buraxılış ili-2013, Ban-KMHSU81C5EUl3İ490) ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 27.04.2017-ci il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi “Hyundai Santafe” minik markalı (Tip:Cip, Buraxılış ili-2013, Ban-KMHSU81C5EU131490) ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********364 saylı 14.09.2021-ci il tarixli, və 15.09.2021-ci il tarixli teleqram məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 09.09.2021-ci il tarixə kredit üzrə cəmi borcu 7183.00 (yeddi min yüz səksən üç ABŞ dolları 00 sent) USD əsas borcu təşkil edir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən “kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Kredit veren” ə icra olunduğu andan ləgv edilir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərin nəzərə alınaraq, iddianın təmin olunması barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubatmasını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.04.2017-ci il tarixli, 2105SBFAK saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh avtomobil almaq məqsədi ilə 60 ay müddətinə illik 17% ödəmək şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı Əmanətlərin Sığortalanması Fondunun 14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.04.2017-ci il tarixli, 2105SBFAK saylı kredit müqaviləsi üzrə 09.09.2021-ci il tarixə 7183.00 ABŞ dolları məbləğində əsas borcu var; 15.02.2022-ci il tarixli Cavabdeh hesabının çıxarışından görünür ki, 27.04.2017-ci il tarixindən 06.09.2021-ci il tarixinədək olan kredit borcu üzrə sonuncu ödəniş 510.00 manat təşkil edir; Nəqliyyat vasitəsinin AC seriyalı, 846505 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santafe” minik markalı (Ban- KMHSU81C5EU131490, buraxılış ili - 2013, rəngi - ağ), ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur; İddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.04.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 27.04.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq girovqoyan mülkiyyətində olan “HYUNDAİ SANTA FE” MİNİK markalı (Ban-KMHSU81C5EU131490, buraxılış ili - 2013) avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir; 27 aprel 2017-ci il tarixli, AA serialı, 137357 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus “Hyundai Santafe” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, girov saxlayan "xxxx" ASC-nin “Səbail” filialıdır; Əmanətlərin Sığortalanması Fondunun cavabdehə ünvanladığı bildirişlərdən və xəbərdarlıq məktubundan müəyyən olur ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus və girov predmeti olan avtomobilə yönəldilməsinin başlanılması barədə xəbərdar edilmişdir; Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış 14.09.2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında 27.04.2017-ci il tarixli, 2105SBFAK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi "xxxx" ASC-nin Səbail filialı ilə 27.04.2017-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış 2013-cü il buraxılışlı, “Hyundai Santafe” minik markalı, ** TO *** dövlət qeydiyyat nişanlı, KMHSU81C5EU131490-Ban nömrəli, ağ rəngli avtomobili "xxxx" ASC-nin Səbail filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda Cavabdeh Bank qarşısında bağlanmış 27.04.2017-ci il tarixli, 2105SBFAK saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır və bu səbəblə də ərizənin dövlət qeydiyyatına alınması xahiş edilmişdir; 28.09.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin 10.01.2022-ci il tarixli, ƏEM/Y 06-006/22 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh məxsus (2013-cü il buraxılışlı) "Hyundai Santafe" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomaşının (texniki vəziyyəti nəzərə alınmaqla) 10 yanvar 2022-ci il tarixinə: bazar qiyməti 33.000 manat, likvid dəyəri 31.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 150 manat təşkil edir; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.04.2017-ci il tarixli, 2105SBFAK saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 17% ödəmək şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği "xxxx" ASC-dən götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən 7183.00 ABŞ dolları məbləğində əsas borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir və bu barədə maliyyə arayışı təqdim edir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, 7183.00 ABŞ dolları məbləğində əsas borc Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, krediti müqaviləsinin təminatı kimi cavabdehə məxsus öhdəliyin icrasının təminat üsulu kimi "xxxx" ASCnin Səbail filialı ilə 27.04.2017-ci il tarixli, 2105SBFAK saylı “İpoteka müqaviləsi” bağlanmış 2013cü il buraxılışlı, "Hyundai Santafe" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı, KMHSU81C5EU131490-Ban nömrəli, ağ rəngli avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutmanın, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdeh kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus 2013-cü il buraxılışlı, "Hyundai Santafe" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə öhdəliklərin icrası müddətlərini və qaydasını pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən məsələ iddia üzrə tələb kimi müəyyən edilsə də, hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerənə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 7183.00 ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan "Hyundai Santafe" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013-cü il, Ban - KMHSU81C5EU131490, rəngi - ağ) avtomobilə yönəldərək açıq hərracda satılmalı, satışdan əldə edilən vəsaiti Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməli, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 7183.00 (yeddi min yüz səksən üç) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Tutmanın Cavabdeh mülkiyyətində olan "Hyundai Santafe" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013-cü il, Ban - KMHSU81C5EU131490, rəngi - ağ) avtomobilə yönəldərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Cavabdeh məxsus "Hyundai Santafe" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ilkin satış qiyməti- likvid dəyəri 31.000 manat müəyyən edilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-283/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-283/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver