Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-286/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 Məmməd oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Məmməd oğluna, Cavabdeh2, Zamin qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Məmməd oğluna, Cavabdeh2, Zamin qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 16711,64 (on altı min yeddiz yüz on bir manat altmış dörd qəpik) manat – bundan 15841,26 (on beş min səkkiz yüz qırx bir manat iyirmi altı qəpik) manat əsas, 870,38 (səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun cavabdehlər Cavabdeh2, Cavabdeh1oğlu və Zamin müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh1 və Zamin müştərək qaydada tutulması, - ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.08.2019cu il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 28 avqust 2019-cu il tarixli 02/4541/DİK saylı İpoteka müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Zamin ilə Bank arasında 28 avqust 2019-cu il tarixli dörd tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********178 saylı 17.07.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 01.07.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 16711,64 (on altı min yeddiz yüz on bir manat altmış dörd qəpik) manat təşkil edir. Bundan 15841,26 (on beş min səkkiz yüz qırx bir manat iyirmi altı qəpik) manat əsas, 870,38 (səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 Məmməd oğlu iddia tələbini qismən qəbul edərək, borc məbləğinin ödənilməsindən boyun qaçırmadığını, lakin hazırda maddi imkanının ağır olması səbəbindən borcunu ödəmək iqtidarında olmadığını bildirdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28.08.2019-cu il tarixli 02/4541/DİK ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 1 ünvanındayerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsi ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bank ilə Cavabdeh2, Cavabdeh1 və Zamin arasında bağlanmış 28.08.2019-cu il tarixli 02/4541/DİK zaminlik müqaviləsindən görünür ki, zamin durmuş şəxslər yəni, Cavabdeh1 və Zamin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı kredit müqaviləsinə əlavə olunan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 banka olan borcunu aylıq 774.19 manat annuitetlə ödəməyi öhdəinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.08.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsi tam mülkiyyət hüuqu üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 23.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka 15841,26 (on beş min səkkiz yüz qırx bir manat iyirmi altı qəpik) manat əsas, 870,38 (səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz borcu yaranmışdır. İş materiallarında olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 17.07.2021-ci il tarixli bildirişdən görünür ki, bank 3 iş günü ərzində 16438.39 manat məbləğində orcun ödənilməsini cavabdehlərdən xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat vermişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyəti («kreditor») ilə Cavabdeh2 («borcalan») arasında 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı kredit müqaviləsin əsasən, kreditor tərəfindən borcalana illik 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.08.2019-cu il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 28 avqust 2019-cu il tarixli 02/4541/DİK saylı İpoteka müqaviləsi bağlanmışdır. Bank ilə Cavabdeh2 arasında bağlanmış 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Zamin öhdəliklərin icrasını təmin etmək məqsədilə 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdürlər. İş üzrə iddiaçı (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş üzrə maliyyə arayışını və digər təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc, faiz borcunun tutulması hissəsində əsaslıdır, Cavabdeh2 (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.08.2019-cu il tarixli 02/4541/DİK saylı kredit müqaviləsi üzrə cəmi 16711,64 (on altı min yeddiz yüz on bir manat altmış dörd qəpik) manat – bundan 15841,26 (on beş min səkkiz yüz qırx bir manat iyirmi altı qəpik) manat əsas, 870,38 (səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz borcu tutulmalıdır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh1 Məmməd oğluna, Zamin münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin müştərək qaydada tutulması, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi, həmin əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,06366 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməli, fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, fərdi yaşayış evi və torpaq sahəsinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06366 ha torpaq sahəsini tərk etməlidir. Belə ki, məhkəmənin 04.11.2021-ci il tarixli qərardadına əsasən əmlakın qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin rəyi ilə Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06366 ha torpaq sahəsinin qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsümunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat pulun müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Zamin tutularaq iddiaçının xeyrinə, habelə 300 manat qiymətləndirmə xərci "xxxx" MMCnin xeyrinə ödənilsin. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin müştərək qaydada 15841,26 (on beş min səkkiz yüz qırx bir manat iyirmi altı qəpik) manat əsas, 870,38 (səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 16711,64 manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum ləğv prosesində olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha olan torpaq sahəsinə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, hərracda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh2 banka olan borcunun ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılsın. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin İddiaçı ASC-nin xeyrinə tutulsun. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06366 ha torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 Məmməd oğlu daşınmaz əmlakı tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-286/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-286/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver